Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-692/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlak tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İdiaçı İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakları ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-2499/2023 saylı mülki iş üzrə 06 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Mülki işin materiallarında olan, Ağdam Rayon Məhkəməsinin 2(013)-100/2021 saylı mülki iş üzrə 26.02. 2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə X2 arasında xx.xx.2014-cü il tarixdə qeydə alınmış rəsmi nikah pozulmuşdur. İşdə olan “X4” MMC-nin mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia ərizəsində tələb etdiyi qızıl-zinət cehiz əşyalarının ümumi cəmi dəyəri 8220 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddia ərizəsinin təsviri hissəsində göstərilən, qızıl-zinət və cehiz əşyalarının naturada, mümkün olmadıqda isə onların ümumi dəyəri 8820 manat məbləğində pul vəsaitinin və mediyasiya üçün ödənilmiş 50 manat rüsumun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarıdan bir övladları anadan olmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rəsmi olaraq boşanmışlar. O, cavabdehin evini tərk edərkən ona məxsus 4910 manat dəyərində qızıl-zinət əşyaları və 3310 manat dəyərində cehiz əşyaları cavabdehin evində qalmışdır. Ağdam Rayon Məhkəməsinin 2(013)-2499/2023 saylı mülki iş üzrə 06 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 1 ədəd çəkisi 3.5 qram olan brilliant qaşlı 583 əyarlı dəyəri 500 manat olan nişan üzüyü, 1 ədəd çəkisi 09 qram olan brilliant qaşlı 585 əyarlı 810 manat olan sırğa üzükdən ibarət komplekt, 1 ədəd çəkisi 15 qram olan brilliant qaşlı 585 əyarlı 1200 manat olan bounbağı qolbağı ibarət komplekt, 1 ədəd çəkisi 20 qram olan 585 əyarlı 1400 manat olan bounbağı, 1 ədəd çəkisi 3 qram olan 583 əyarlı 240 manat olan üzük, 1 ədəd çəkisi 2 qram olan 583 əyarlı 160 manat olan üzük, 1 ədəd çəkisi 2.5 qram olan 583 əyarlı 200 manat olan üzük, 1 ədəd çəkisi 2.5 qram olan 583 əyarlı 200 manat olan üzük, 1 ədəd çəkisi 2.5 qram olan 583 əyarlı 200 manat olan sırğadan ibarət qızıl-zinət əşyalarının, mebel yataq dəsti dəyəri 1750 manat, xalça 1 ədəd (4m x 3m) dəyəri 220 manat, 1 ədəd paltaryuyan maşın (reqal 7 kq) dəyəri 800 manat, 1 ədəd tozsoran dəyəri 100 manat, 1 ədəd qoşa döşək 90 manat, 1 ədəd döşək 50 manat, 1 ədəd qoşa yorğan 80 manat və 2 ədəd adyal 40 manat naturada, həmin əşyalar olmadıqda isə onların dəyərinin, habelə iş üzrə ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)- 2499/2023 saylı mülki iş üzrə 06 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, İddiaçı qaçırdığından valideynləri tərəfindən ona hər hansı cehiz əşyası alınmamışdır. Yalnız toy ərəfəsində yataq mebeli verilmişdir. 1 ədəd çəkisi 3.5 qram olan nişan üzüyü və 1 ədəd çəkisi 9 qram olan sırğadan ibarət olan komplekt olmuşdur və onun da qiyməti 810 manata təşkil etmişdir. Digər iddia edilən qızıl əşyaları isə ümumiyyətlə mövcud olmamışdır. Həmin əşyalar isə daima iddiaçının özündə olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili X3 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının hamısı mövcud olmuşdur. Lakin, həmin qızılları qaynanası onun əlindən almış və qaytarmamışdır. Odur ki, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi; Maddə 34.1. nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Maddə 37.1. ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225. 225.1. ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən tərəfləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş 1 ədəd çəkisi 3.5 qram olan brilliant qaşlı 583 əyarlı dəyəri 500 manat olan nişan üzüyü, 1 ədəd çəkisi 09 qram olan brilliant qaşlı 585 əyarlı 810 manat olan sırğa üzükdən ibarət komplekt, 1 ədəd çəkisi 15 qram olan brilliant qaşlı 585 əyarlı 1200 manat olan boyunbağı qolbağıdan ibarət komplekt, 1 ədəd çəkisi 20 qram olan 585 əyarlı 1400 manat olan boyunbağı, 1 ədəd çəkisi 3 qram olan 583 əyarlı 240 manat olan üzük, 1 ədəd çəkisi 2 qram olan 583 əyarlı 160 manat olan üzük, 1 ədəd çəkisi 2.5 qram olan 583 əyarlı 200 manat olan üzük, 1 ədəd çəkisi 2.5 qram olan 583 əyarlı 200 manat olan üzük, 1 ədəd çəkisi 2.5 qram olan 583 əyarlı 200 manat olan sırğadan ibarət qızıl-zinət əşyalarının, bundan başqa, xalça 1 ədəd (4m x 3m) dəyəri 220 manat, 1 ədəd paltaryuyan maşın (reqal 7 kq) dəyəri 800 manat, 1 ədəd tozsoran dəyəri 100 manat, 1 ədəd qoşa döşək 90 manat, 1 ədəd döşək 50 manat, 1 ədəd qoşa yorğan 80 manat və 2 ədəd adyal 40 manat naturada, həmin əşyalar olmadıqda isə onların dəyərinin cavabdehdən alınıb, iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanmalıdır. Apellyator şikayətində göstərmişdir ki, iddiaçıya cehiz kimi yalnız toy ərəfəsində yataq mebeli verilmişdir. Həmin mebeli istənilən zaman qaytarmağa razıdır. İddia ərizəsində iddia edilən qalan məişət əşyaları mövcud olmamışdır. İddiaçıya çəkisi 3.5 qram olan 1 ədəd nişan üzüyü və çəkisi 9 qram olan 1 ədəd sırğadan ibarət olan komplekt hədiyyə edilmişdir ki, həmin əşyaların qiyməti cəmi 810 manat məbləğini təşkil etmişdir. Həmin əşyalar isə daima iddiaçının özündə olmuşdur. O, iddiaçıya məxsus olan həmin əşyaları heç zaman iddiaçının əlindən almamış, onlara sahiblənməmişdir. Digər iddia edilən qızıl əşyaları isə ümumiyyətlə mövcud olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Kollegiya göstərir ki, iddiaçı öz izahatında qızıl-zinət əşyalarının mövcud olmasını və həmin əşyaların cavabdeh tərəfindən deyil, onun (cavabdehin) anası tərəfindən onun əlindən alındığını bildirmişdir. Belə olan halda həmin qızl-zinət əşyalarını hazırki iş üzrə cavabdeh olan Cavabdeh tələb etməkdə iddiaçı haqlı olmamışdır. Belə ki, Cavabdeh həmin hissədə iddiaya cavab verməli olan şəxs hesab edilmir. Ona görə də kollegiya hesab edir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının, onlar olmadıqda isə dəyərlərinin cavabdehdən alınıb, iddiaçıya verilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olmamışdır. Bundan başqa, iddiaçı ona məxsus olan, dəyəri 220 manat olan 1 ədəd xalça (4m x 3m), dəyəri 800 manat olan 1 ədəd paltaryuyan maşın (reqal 7 kq), dəyəri 100 manat olan 1 ədəd tozsoran , dəyəri 90 manat olan 1 ədəd qoşa döşək, dəyəri 50 manat olan 1 ədəd döşək, dəyəri 80 manat olan 1 ədəd qoşa yorğan və dəyəri 40 manat olan 2 ədəd adyalın cavabdehdə qaldığını iddia etsə də həmin əşyaların mövcudluğu barədə məhkəməyə öz izahatından başqa heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki işdə cavabdeh tərəfin iddiaya etiraz etdiyi nəzərə alındıqda, iddiaçının məhkəməyə bildirdiklərini təsdiq edə bilən əlaqəli, başqa mötəbər sübutlar da olmalıdır. Artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçı həmin əşyaların mövcudluğu barədə məhkəməyə öz izahatından başqa heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, iddia həmin hissədə sübut olunmur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qərara gəlir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-2499/2023 saylı mülki iş üzrə 06 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin edilmiş 1 ədəd çəkisi 3.5 qram olan brilliant qaşlı 583 əyarlı dəyəri 500 manat olan nişan üzüyü, 1 ədəd çəkisi 09 qram olan brilliant qaşlı 585 əyarlı 810 manat olan sırğa üzükdən ibarət komplekt, 1 ədəd çəkisi 15 qram olan brilliant qaşlı 585 əyarlı 1200 manat olan bounbağı qolbağı ibarət komplekt, 1 ədəd çəkisi 20 qram olan 585 əyarlı 1400 manat olan bounbağı, 1 ədəd çəkisi 3 qram olan 583 əyarlı 240 manat olan üzük, 1 ədəd çəkisi 2 qram olan 583 əyarlı 160 manat olan üzük, 1 ədəd çəkisi 2.5 qram olan 583 əyarlı 200 manat olan üzük, 1 ədəd çəkisi 2.5 qram olan 583 əyarlı 200 manat olan üzük, 1 ədəd çəkisi 2.5 qram olan 583 əyarlı 200 manat olan sırğadan ibarət qızıl-zinət əşyalarının, xalça 1 ədəd (4m x 3m) dəyəri 220 manat, 1 ədəd paltaryuyan maşın (reqal 7 kq) dəyəri 800 manat, 1 ədəd tozsoran dəyəri 100 manat, 1 ədəd qoşa döşək 90 manat, 1 ədəd döşək 50 manat, 1 ədəd qoşa yorğan 80 manat və 2 ədəd adyal 40 manat naturada, həmin əşyalar olmadıqda isə onların dəyərinin cavabdehdən alınıb, iddiaçıya verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir. Kollegiya hesab edir ki, 1 ədəd yataq mebeli dəsti hissədə qətnamənin ləğvi üçün əsaslar yoxdur, belə ki, həmin hissədə cavabdehin etirafı mötəbər sübut növü kimi qəbul edilir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə görə hazırki iş üzrə qəbul edilən qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-2499/2023 saylı mülki iş üzrə 06 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin edilmiş 1 ədəd çəkisi 3.5 qram olan brilliant qaşlı 583 əyarlı dəyəri 500 manat olan nişan üzüyü, 1 ədəd çəkisi 09 qram olan brilliant qaşlı 585 əyarlı 810 manat olan sırğa üzükdən ibarət komplekt, 1 ədəd çəkisi 15 qram olan brilliant qaşlı 585 əyarlı 1200 manat olan bounbağı qolbağı ibarət komplekt, 1 ədəd çəkisi 20 qram olan 585 əyarlı 1400 manat olan bounbağı, 1 ədəd çəkisi 3 qram olan 583 əyarlı 240 manat olan üzük, 1 ədəd çəkisi 2 qram olan 583 əyarlı 160 manat olan üzük, 1 ədəd çəkisi 2.5 qram olan 583 əyarlı 200 manat olan üzük, 1 ədəd çəkisi 2.5 qram olan 583 əyarlı 200 manat olan üzük, 1 ədəd çəkisi 2.5 qram olan 583 əyarlı 200 manat olan sırğadan ibarət qızıl-zinət əşyalarının, xalça 1 ədəd (4m x 3m) dəyəri 220 manat, 1 ədəd paltaryuyan maşın (reqal 7 kq) dəyəri 800 manat, 1 ədəd tozsoran dəyəri 100 manat, 1 ədəd qoşa döşək 90 manat, 1 ədəd döşək 50 manat, 1 ədəd qoşa yorğan 80 manat və 2 ədəd adyal 40 manat naturada, həmin əşyalar olmadıqda isə onların dəyərinin Cavabdeh alınıb, İddiaçı verilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən-dəyəri 1750 manat olan mebel yataq dəstinin naturada, olmadıqda isə onun dəyərinin Cavabdeh alınıb, İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 ay müddətində İddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-692/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-692/2024
02.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver