Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-7/2024 27.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 ASC-nin ("xxxx" İKB ASC) Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: tələbin ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı2 ASC-nin nümayəndəsi X2, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı2 ASC-nin ("xxxx" İKB ASC) Cavabdeh1 qarşı “kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-69/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 20-İP-AİF- 1-0-492-14 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 illik 8% ilə 300 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2014-cü il tarixli, 20-İP-AİF-1-0-492-14 saylı kredit müqaviləsinə əlavənin 1.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”nın 5-ci maddəsinə əsasən müqavilə üzrə tələb hüququ Azərbaycan İpoteka Fondunun tələbi ilə geri alındığı təqdirdə müqavilə üzrə faiz dərəcəsi 8 faizdən 18 faizədək yüksələcəkdir.
3. Kreditor-ipoteka saxlayan "xxxx" İKB ASC, alıcı-ipoteka qoyan Cavabdeh1 və satıcı X3 etibarnamə üzrə nümayəndəsi X9 arasında bağlanmaqla notarial qaydada təsdiq olunmuş xx.xx.2014-cü il tarixli, 20-İP-AİF-1-0-492-14 saylı yaşayış sahəsinin alğı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı mülkiyyətində olan yaşayış sahəsi 31.04 m2 olan ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli, 1 bloklu binanın, 7-ci mərtəbəsində 27 saylı mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. İpoteka müqaviləsinin 1.4-cü bəndindən müəyyən olunur ki, mənzilin satış qiyməti 72.000 ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 72.000 manatdır, mənzilin dəyərinin 22.000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 50.000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 56 mənzil 27 Cavabdeh1 adına qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, 56 mənzil 27 "xxxx" İKB ASC-nin hesabına ipoteka ilə yüklü edilmişdir.
6. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş məktubdan görünür ki, tələb hüquqlarının geri alınması və ödəniş gününə əsas borc və faizlərin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna köçürülməsi xahiş edilmişdir.
7. xx.xx.2019-cu il tarixdə bank tərəfindən 47.109, 17 manat məbləğ ödəniş tapşırığı ilə fonda köçürülmüşdür.
8. "xxxx" İKB ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişdən müəyyən olunur ki, bank ipoteka qoyana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3867/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" İKB ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ləğvi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir.
10. Azərbaycan Respublikası “X7”nin xx.xx.2021-ci il tarixli, 518 saylı hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 48.86 kv.metr ümumi sahədən ibarət 56 nömrəli evin 27 nömrəli mənzilin qiymətləndirmə tarixinə olan likvid dəyəri 62.160 manat müəyyən edilmişdir.
11. İddiaçı2 ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc 47.109,17 manat, faiz borcu 20.888,57 manat, cərimə 893.97 manat, cəmi 68.891,71 manat təşkil edir.
12. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 0538/22/NB saylı hesabatından görünür ki, ünvan 2 ünvanındakı 16 mərtəbəli, köhnə tikili binanın 7-ci mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan, 2 otaqlı, 48.86 m2 ümumi, 31.04 m2 yaşayış və 17.82 m2 yardımçı sahədən ibarət, 27 nömrəlin hazırkı dövrə olan likvid dəyəri 72.000 manat müəyyən edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3165 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2014-cü il tarixli, 20-İP-AİF- 1-0-492-14 saylı kredit müqaviləsi şərtləri əsas götürməklə Cavabdeh1 xx.xx.2022-ci il tarixə banka olan borcu ümumilikdə 72.244.91 manat məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 47.111,13 manat, faiz borcu üzrə 12.793,29 manat təşkil edir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8799 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2014-cü il tarixli, 20-İP-AİF-1-0-492-14 saylı kredit müqaviləsi şərtləri əsas götürməklə Cavabdeh1 xx.xx.2022-ci il tarixə banka olan borcu ümumilikdə 72.244,91 manat məbləğində müəyyən edilir, o cümlədən xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə, sualda qeyd edildiyi kimi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 18 % hesablanmaqla) əsas borc üzrə 47.111,13 manat, faiz borcu üzrə 25.133,79 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı2 ASC ("xxxx" İKB ASC) Cavabdeh1 qarşı “kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 47.109,17 manat, faiz borcu 2932.97 manat, cərimə 288.3 manat, cəmi 50.330,44 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən, 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin filialından 300 ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit götürmüş və kreditin təmini kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzili xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh kredit müqqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cəmi 50.330,44 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh banka olan borcunu yerinə yetirməmişdir.
17. İddiaçı2 ASC-nin nümayəndəsi X4 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 47.109,17 manat, faiz borcu 20.888,57 manat, cərimə 893.97 manat, cəmi 68.891,71 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının İddiaçı2 ASC-nin (əvvəlki ilə "xxxx" İKB ASC) xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən, 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı2 ASCnə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə yönəldildikdə və o, satıldıqdan 1 ay sonra X6 Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü il tarixdə mübahisələndirilən ipoteka krediti və ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı 2 otaqlı mənzil müvafiq mütəxəssislər tərəfindən 72.000 manat dəyərində qiymətləndirilmiş, Cavabdeh1 ilkin olaraq 22.000 manat iddiaçıya ödəniş etməklə bankdan 50.000 manat ipoteka krediti götürmüş və xx.xx.2018-ci il tarixə qədər onun tərəfindən banka aylıq ödəniş qismində 18.000 manat məbləğində pul ödənilmişdir. Həmin vaxt Cavabdeh1 işlədiyi "xxxx" İKB-dən ixtisara salınaraq işdən çıxdıqdan sonra kreditin ödənilməsində müəyyən problemlər yaranmış, lakin fasilələrlə də olsa Cavabdeh1 krediti ödəmişdir. X1 iş yeri olmadığından kreditin ödənilməsini təmin edə bilməmiş, onun tərəfindən sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə 1550 manat məbləğ olmuşdur. O, krediti ödəyə bilmədiyi üçün təxminən 2019-cu ilin əvvəllərində bankın təşəbbüsü ilə ipoteka fondu ayırdığı vəsaiti geriyə tələb etmişdir. Həmin vaxt Cavabdeh1 banka olan borcunun illik faiz dərəcəsi səkkiz faiz olmaqla ümumilikdə 47.109 manat olmuşdur. Bank pulu ipoteka fonduna qaytardıqdan sonra bank tərəfindən qalıq borcunun faiz dərəcəsi 18 faizə qalxmışdır, yalnız qalıq borcu 52.000 manata çatdırıldıqdan sonra iddia tələbi ilə məhkəməyə müraciət etməli olunmuşdur. İş üzrə hazırlıq iclası xx.xx.2019cu il tarixdə keçirilmiş, sonra isə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə növbəti məhkəmə prosesləri keçirilmişdir. Cavabdeh1 tərəfindən verilmiş iddia üzrə qərardad qanuni qüvvəyə mindikdən dərhal sonra iddiaçı "xxxx" İKB məhkəməyə müraciət etməli olduğu halda xx.xx.2021-ci il tarixə qədər heç bir hüquqi əsas olmadan borc məbləğinin düşünülmüş şəkildə artırılması, bankın dövriyyəsində olmayan pula 18 faiz tətbiq etməklə əlavə qazanc əldə etmək, ipoteka predmetinin dəyər-dəyməzinə bankın balansına keçirilməsiə nail olmaq məqsədi ilə təxminən 20 aya yaxın müddət keçdikdən sonra icraatın yenilənməsi ilə bağlı məhkəməyə müraciət etmiş, borc məbləğinin 20888.57 manat artırılmasına və 893.97 manat cərimə tətbiq edilməklə əlavə iddia qaldırılmışdır. Dəfələrlə tərəfindən bankın problemli kreditlərlə iş departamentinə müraciətinə baxmayaraq mövcud “COVİD-19” pandemiyası və karantin rejimi bəhanə gətirilərək icraatın yenilənməsi ilə bağlı iddia qaldırmaq əvəzinə Cavabdeh1 prokurorluğa veriləcəyi ilə bağlı hədələməyə başlamışlar. Bundan başqa hamıya yaxşı məlumdur ki, qiymətləndirmə şirkətləri əmlakın qiymətləndirilməsi məsələsini banklarla razılaşdıraraq əmlakı təxminən borcun məbləğinə uyğunlaşdırmışlar. Buna sübut kimi qeyd etmək istəyir ki, 2014-cü ildə ABŞ dollarının manata münasibətdə 0.78 faiz olduğu dövrdə ipoteka yolu ilə alınmış mənzil 72.000 manat qiymətləndirildiyi halda, 7 il sonra mənzillərin əhəmiyyətli dərəcədə bahalaşmasına baxmayaraq həmin mənzilin likvid dəyərinin 65.000 manat olması barədə rəy verilmişdir. Cavabdeh1 həmin rəylə razı deyil, rəy qeyri-obyektiv olduğu üçün həmin şirkətə ödənişdən imtina edir. Qeyd olunanlar reallıqla bankın məqsədyönlü şəkildə mövcud borcun 50 faizindən çox artırılmasına nail olaraq ipotekada olan əmlakı ucuz qiymətə ələ keçirmək məqsədi daşıyır, belə ədalətsizliyə yol vermək borclunun qanunla qorunan haqlarının pozulması kimi qiymətləndirilməlidir. Bankdan alınmış 50.000 manatdan 18.000 manatı aylıq ödəniş kimi qaytarılmış 22.000 manatı ilkin ödəniş kimi bankın hesabına keçirilmişdir. Əgər əlavə iddia tələbinə görə 68800 manat tətbiq olanarsa həmin mənzil 7 il müddətinə 108.000 manata gəlib çatar. Məhkəmədən iddia və iddia tələbinə əlavənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)- 69/2022 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddianın qismən təmin edilməsi, İddiaçı2 ASC ("xxxx" İKB ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 20-İP- AİF-1-0-492-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 əsas borc üzrə 47.109,17 manat, faiz borcu üzrə 20.888,57 manat, cərimə borcu 10 manat olmaqla, cəmi 68.007,74 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı2 ASC-nin ("xxxx" İKB ASC) xeyrinə tutulması, tutmanın öhdəliyin təmini kimi Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin 62.160 (altmış iki min yüz altmış) manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına cəmi 68.007,74 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı2 ASC-yə ("xxxx" İKB ASC) ödənilməsi, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılması və İddiaçı2 ASC-yə ("xxxx" İKB ASC) təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 319.1-ci, 467-ci maddələrinə istinad edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-69/2022 nömrəli qətnaməsinin iddianın həcminin artırılması barədə ərizənin təmin edilməsi və ipoteka predmetinin qiymətləndirilməsi hissələrində ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməmiş, işin tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, məhkəmə tərəfindən iddiaçının iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəmə müraciət edərkən, həmin ərizənin MPM-yə dəyişikliklər qüvvəyə mindiyi vaxta təsadüf etdiyindən, dövlət rüsumu ödənilməli idi. İddiaçı tərəfindən həmin ərizəyə görə dövlət rüsumu ödənilmədiyindən ərizə qəbul edilməməli idi. Birinci instansiya məhkəməsi bu xüsusatları nəzərə almamışdır. Həmçinin məhkəmə tərəfindən iddiaçının iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəmə müraciət edərkən, həmin ərizənin MPM-yə dəyişikliklər qüvvəyə mindiyi vaxta təsadüf etdiyindən, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası şifahi məhkəmə baxış iclası idi, qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə baxışında iddianın həcminin artırılması barədə ərizə verilə bilməzdi, ərizə verildikdə həmin ərizə məhkəmə tərəfindən qəbul edilməməli idi. Bu hal birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilməklə nəticələnməklə, iddia ərizəsinin həcminin artırılması barədə ərizənin də məhkəmə tərəfindən qəbulu qanunsuz və əsassız olmuşdur. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın düzgün qiymətləndirilməsi halı (cavabdehə ipoteka predmetinə əsasən kredit verilərkən, mənzilin likvid dəyərinin 72.000 manat qiymətləndirildiyi halda, məhkəmənin qərardadına əsasən müstəqil qiymətləndirici tərəfindən mənzilin dəyəri 62.160 manat qiymətləndirilmişdir) araşdırılmamış, həmin hissədədə məhkəmə mübahisəyə səthi yanaşmışdır.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-69/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini xahiş etdilər. Cavabdeh1 əlavə olaraq bildirdi ki, iddiaçı banka olan borcunu bağlamaq üçün Gəncə şəhərində yerləşən qeyri-yaşayış sahəsini satmaq qərarına gəlsə də, lakin obyekti sata bilmədiyi üçün borcu bağlaya bilməmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-69/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 449.1. Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. “İpoteka haqqında” Qanun: Maddə 1.0.9. İlkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın həcminin artırılması barədə ərizənin təmin edilməsi və ipoteka predmetinin qiymətləndirilməsi hissələrində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən dəyişdirilməlidir.
36. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı2 ASC ("xxxx" İKB ASC) ilə Cavabdeh1 arasında olan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, cavabdeh illik 8% ilə 300 ay müddətinə, 50.000 (əlli min) manat məbləğində kredit götürmüş və kreditin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən 2 otaqlı, 31.04 kv.m yaşayış sahəsindən ibarət 56 saylı evin 27 saylı mənzili xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş və dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2014-cü il tarixli, 20-İP-AİF-1-0-492-14 saylı kredit müqaviləsinə əlavənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”nın 5-ci maddəsinə əsasən müqavilə üzrə tələb hüququ Azərbaycan İpoteka Fondunun tələbi ilə geri alındığı təqdirdə müqavilə üzrə faiz dərəcəsi 8 faizdən 18 faizədək yüksələcəyi müəyyən edilmişdir. Cavabdeh kredit müqqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə banka borcu yaranmışdır. Tərəflər arasında yaranan öhdəlik münasibətləri üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə öhdəliklərini vaxıtnda icra etməmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdıraraq hesab edir ki, cavabdeh kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onun banka borcu yaranmış, cavabdeh borcu ödəməsi üçün xəbərdarlıq edilsə də, borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.
37. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, eləcə də bu müqavilənin təminatı olaraq ipoteka müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, qeyd edilən daşınmaz əmlak əsas öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka predmetinə yönəldilməsini, həmin əmlakların açıq hərracda satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin kredit müqaviləsi üzrə borc məbləğinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.
38. Cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlillərində mübahisələndirilən hallardan biri iddiaçı tərəfindən verilmiş iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsinin birinci instansiya məhkəməsinin icraatına daxil edilməsi ilə bağlıdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən (əvvəlki redaksiyada), iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin maddənin xx.xx.2021-ci il tarixli Qanuna əsasən verilmiş yeni redaksiyasında isə göstərilmişdir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən borcun iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsinə əlavə əsasında hesablanmasının qanunsuz olmasına dair cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı hesab etmir. Belə ki, hazırkı iddia ərizəsi məhkəmənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş, MPM-nin 53-cü maddəsi xx.xx.2021-ci il tarixli Qanunla yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 09 iyul 2021-ci il tarixli, 363-VİQD Qanununun keçid müddəalarında göstərilmişdir ki, bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırkı iddia isə bu qanun qüvvəyə minənədək icraata daxil olmuşdur. Digər tərəfdən, qanuna edilmiş 09 iyul 2021-ci il tarixli dəyişikliyə əsaslanmaqla rüsumla bağlı tələblərin irəli sürülməsi də əsaslı deyildir.
40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-nin 53-cü maddəsinin hazırkı redaksiyasında göstərilən tələblər nəzərə alınsa belə, iddiaçının həmin normaya istinad etməklə tələbin həcminin artırılımasına dair iddia ərizəsi verməyə hüquqi əsasları olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı hazırkı tələblə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş, daha sonra cavabdeh xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. İş üzrə icraat məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təzələnmişdir. Daha sonra isə cavabdehin ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi ilə bağlı verdiyi vəsatət əsasında iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və icraat yenidən dayandırılmışdır. İş üzrə icraat məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təzələnmiş və icraat təzələndikdən sonra təyin edilmiş ilk iclasda iddiaçı tərəfindən tələbinin artırılmasına dair iddia ərizəsi verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən verilmiş ərizələr iş üzrə icraatın dayandırılması ilə nəticələnmiş, bu isə öz növbəsində kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün nəzərdə tutulmuş müddətin kifayət qədər uzanmasına səbəb olmuşdur. Buna görə də bank tərəfindən uzadılmış müddətlərə görə kredit müqaviləsinin icrası üçün nəzərdə tutulmuş müddət üzrə faiz borcu hesablanaraq tələbin həcminin artırılması barədə iddia ərizəsi verilmişdir. Kollegiya qeyd edir ki, iddia tələbinin həcminin artırılması üçün əsaslar məhkəmə baxışın gedişində əmələ gəldiyindən iddiaçı iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə verməkdə haqlı olmuşdur.
41. Məhkəmə kollegiyası borc məbləği ilə bağlı olaraq qeyd edir ki, xx.xx.2014-cü il tarixli, 20-İP-AİF-1-0-492-14 saylı kredit müqaviləsi ilə İddiaçı2 ASC tərəfindən Cavabdeh1 300 may müddətinə illik 8 faiz dərəcəsi ilə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 20-İP-AİF-1-0-492-14 saylı kredit müqaviləsinə əlavənin 1.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları”nın 5ci maddəsinə əsasən müqavilə üzrə tələb hüququ Azərbaycan İpoteka Fondunun tələbi ilə geri alındığı təqdirdə müqavilə üzrə faiz dərəcəsi 8 faizdən 18 faizədək yüksələcəkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş məktubdan görünür ki, tələb hüquqlarının geri alınması və ödəniş gününə əsas borc və faizlərin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna köçürülməsi xahiş edilmişdir. xx.xx.2019-cu il tarixdə bank tərəfindən 47.109,17 manat məbləğ ödəniş tapşırığı ilə fonda köçürülmüşdür. Buna görə də, bank tərəfindən əsaslı olaraq xx.xx.2019-cu il tarixdən faiz borcu 18 faiz dərəcəsi ilə hesablanmışdır.
42. Daha sonra məhkəmə kollegiyası tərəfindən xx.xx.2014-cü il tarixli, 20-İP-AİF-1- 0-492-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı2 ASC-yə olan əsas və faiz borcunun müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2023cü il tarixli, 9/8799 nömrəli məhkəmə-mühasibatlıq ekspertizanın rəyi ilə Cavabdeh1 xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 18% hesablanmaqla) iddiaçı ləğv prosesində olan İddiaçı2 ASC-yə 47.111,13 manat əsas, 25.133,79 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən edilmiş əsas borc və faiz borc məbləği iddiaçı tərəfindən tələb edilən məbləğdən çoxdur. Məhkəmə kollegiyası ekspertiza rəyində göstərilmiş əsas və faiz borcu məbləğinə münasibətdə qeyd edir ki, mübahisəyə verilmiş iddia tələbi həcmində baxıldığına görə, tələb edildiyindən artıq borc məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir.
43. Məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün ipoteka predmetinin qiymətləndirilməsi həyata keçirilmiş və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, Ç-115 nömrəli mənzilin qiymətləndirilməsinə dair hesabatından görunür ki, ünvan 2 ünvanındakı 16 mərtəbəli, köhnə tikili binanın 7-ci mərtəbəsində yerləşən, Cavabdeh1 mülkiyyətində olan, 2 otaqlı, 48.86 m2 ümumi, 31.04 m2 yaşayış və 17.82 m2 yardımçı sahədən ibarət, 27 nömrəli mənzilin hazırkı dövrə olan likvid dəyəri 72.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş rəy əsaslıdır. Belə ki, mövcud likvid dəyəri mənzilin sahəsi, otaqların sayı, yerləşdiyi yer və təmir vəziyyəti əsas götürülməklə müvafiq tədiqiqat aparılmış və qiymətləndirmə zamanı mütəxəssis düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənləri və işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) müstəqil qiymətləndirici tərəfindən göstərilmiş məbləğdə, yəni 72.000 (yetmiş iki min) manat dəyərində müəyyən edilməlidir.
44. Beləliklə, apelyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib, birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsini qanunamüvafiq hesab edir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-69/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi hissədə dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanındakı 16 mərtəbəli, köhnə tikili binanın 7-ci mərtəbəsində yerləşən 48.86 m2 ümumi, 31.04 m2 yaşayış və 17.82 m2 yardımçı sahədən ibarət, 27 nömrəli mənzilin satış qiyməti (likvid dəyəri) 72.000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri təşkil edən 300 (üç yüz) manat pul mütərək qaydada tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.