Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-708/2023 17.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması barədə ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı evə köçürülmə barədə qarşılıqlı tələblərinə dair iş üzrə QƏTNAMƏSİ Açar sözlər: cehiz əşyalarının çıxarılması, evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X4, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Qazax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(023)-1311/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Qazax rayon ZDS icraiyyə komitəsinin 31 iyul 1967-ci il tarixli 17 nömrəli icrakom iclasının protokolundan görünür ki, Qazax şəhər sakinləri X1 və X6 17 aprel 1967-ci il tarixli ərizəsini nəzərə alaraq, X2 18 oktyabr 1966-cı il tarixli 22 nömrəli qərarı ilə Qazax şəhəri, Nərimanov küçəsi, 90 nömrəli kvartalından 500 kv.metr həyətyanı torpaq sahəsi verilməsi haqqında qərar ləğv edilməsi, həmin sahə Qazax şəhər sakini X7 verilməsi qərara alınmışdır.
2. 17.02.2014-cü il tarixli, A 339151 saylİ torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Qazax rayon İcra Hakimiyyəti başçısının 23 fevral 2011-ci il tarixli 2/25 saylı sərəncamı ilə X7 Qazax şəhərində 399,54 kv.m həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı tərtib olunmuşdur.
3. AZ-İ seriyalı 197226 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2006-cı ildə ölmüşdür.
4. X16 xx.xx.2021-ci ildə notariat kontoruna müraciət edərək, xx.xx.2006-cı ildə ölmüş atası X3 irs qalmış mirası altı ay ərzində qəbul etməmişdir və etmir, gələcəkdə də məhkəmə qarşısında müddətin bərpası ilə əlaqədar iddia qaldırmayacaq.
5. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı ildə vəfat etmiş X5 vərəsələri X14 və İddiaçıdur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar.
6. 09 iyul 2021-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, X14 xx.xx.2006-cı ildə vəfat etmiş X3 miras qalmış payını, yəni Qazax şəhəri, Nərimanov küçəsi 8 ünvanında mülkiyyətində olan 0,0472 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,9 kv.m olan fərdi yaşayış evindən miras qalmış miras payını oğlu İddiaçı bağışlamışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanda 0,0472 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş X22 Texniki Pasportun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə 501-1/2761 inventar nömrə ilə İddiaçı adına qeydə alınmışdır.
9. 05 sentyabr 2022-ci il tarixli Nikah haqqında arayışdan görünür ki, X16 ilə Cavabdeh nikahı 10 sentyabr 2002-ci il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 243 nömrə ilə müvafiq qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir.
10. 05 sentyabr 2022-ci il tarixli doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2001-ci il təvəllüdlü X13 və xx.xx.2008-ci il təvəllüdlü X15 doğulmuşlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının - stenka mebel, taxtadan istehsal olunmuş yataq çarpayısı, 1 dəst yorğan-döşək, 1 ədəd paltaryuyan maşın, 1 ədəd televizor, stol-stul dəsti, 1 ədəd soyuducunun mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0,0472 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 86,9 kv.m olan yaşayış evi onun adına qeydə alınmışdır. Cavabdeh onun qardaşı X9 arvadıdır. Onlar evlənərkən Cavabdeh özünə məxsus cehiz əşyalarını ona məxsus evə gətirmiş, sonradan Türkiyə Respublikasına köçərək uzun müddət orada yaşamışlar. Hal-hazırda qardaşı X16 azadlıqdan məhrumetmə növündə cəza çəkir, cavabdeh isə atası evində yaşayır. Cavabdehə məxsus cehiz əşyalarını mülkiyyətində olan evdə yerləşməsi həmin evdən sərbəst formada istifadə etməsinə ciddi problemlər yaradır. Bir sözlə həmin ev üzərindəki hüquqlarının pozulmasına səbəb olur. Dəfələrlə cavabdehə könüllü olaraq cehiz əşyalarını çıxarması tərəfindən təklif olunsa da o, (cavabdeh) həmin əşyaların çıxarılmasından boyun qaçırmışdır. Ona görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
13. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək himayəsində olan azyaşlı uşağı 09 sentyabr 2008-ci il təvəllüdlü X15 ilə birlikdə cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinin yardımçı sahələrindən (hamam. tualet və s.) də istifadələri mümkün hesab edilməklə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X16 ilə 2000-ci ilin yanvar ayında ailə quraraq həmin tarixdə onun valideynlərinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçərək, orada yaşamışlar. Hazırda cavabdeh İddiaçı tərəfindən evin qıfılı dəyişdirilərək onu və uşağı 09 sentyabr 2008-ci il təvəllüdlü Cansu Sarıyeva ilə evdən qovulanadək, yəni 2022-ci ilin iyul ayının axırınadək həmin evdə yaşamışlar. Bu gün də bütün cehiz əşyaları həmin evdədir. Cavabdeh onları həmin evdən istifadə etməyə imkan vermir. Onların başqa yerdə yaşamağa yerləri yoxdur. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
15. Qazax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(023)-1311/2022 nömrəli qətnaməsi ilə (hakim Fəxri Məmmədov) ilk iddianın təmin edilməsi, Cavabdeh məxsus əşyalar – stenka mebel, taxtadan istehsal olunmuş yataq çarpayısı, 1dəst yorğandöşək, 1 ədəd paltaryuyan maşın, 1 ədəd televizor, stol-stul dəsti, 1 ədəd soyuducu X10 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının hər iki iddia üzrə iddiaçılara aid edilməsi qət edilmişdir.
16. Məhkəmə belə qənaətə gələrkən qeyd etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi daşınmaz əmlak cavabdeh Hafiz Sariyevin mülkiyyətindədir. İddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cavabdehin ailə üzvü sırasına daxil deyildir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evində onun ailə üzvü kimi yasamaq hüququ yoxdur. İlk İddiaçı ünvan 1 ünvanda yerləşən evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq cehiz əşyalarını çıxarmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus yaşayış sahəsindən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb etməkdə haqlıdır.
17. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması olaraq Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1, 157.4-cü maddəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Qazax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(023)-1311/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Belə ki, o mübahisəli mənzilə yanvar 2000-ci il tarixdə gəlin köçmüşdür, 2022-ci ilin iyun ayında iddiaçı qapını bağlayıb onları evdən qovmuşdur. Buna baxmayaraq, məhkəmə iş üzrə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etmişdir. Halbuki o həmin mənzilə yanvar 2000-ci il tarixdə evin sahibi Camal Sarıyevin razılığı ilə gəlin köçərək həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən istifadə hüququ yaranmışdır. Sonradan 2021-ci il tarixdə həmin ev X5 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır, daha sonra vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. Beləliklə də, 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən onun həmin evdən istifadə hüququ dəyişməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o, X16 ilə 2000-ci ilin yanvar ayında ailə quraraq həmin tarixdə onun valideynlərinin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Bir müddət müvəqqəti olaraq Turkiyədə yaşamışlar. Sonradan yenə də həmin evdə ailəsi ilə birlikdə 2022-ci ilin iyul ayının axırınadək həmin evdə yaşamışlar. Cavabdeh İddiaçı tərəfindən evin açarı dəyişdirilərək o, 09 sentyabr 2008-ci il təvəllüdlü uşağı Cansu Sarıyeva ilə evdən qovulmuşlar. Onun bütün cehiz əşyaları həmin evdədir. İddiaçı onları həmin evdən istifadə etməyə imkan vermir. Onun başqa yerdə yaşamağa evi yoxdur. Buna baxmayaraq, məhkəmə iş üzrə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etmişdir. Halbuki o həmin mənzilə yanvar 2000-ci il tarixdə evin sahibi Camal Sarıyevin razılığı ilə gəlin köçərək həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən istifadə hüququ yaranmışdır. Sonradan 2021-ci il tarixdə həmin ev X5 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır, daha sonra vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. Beləliklə də, 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən onun həmin evdən istifadə hüququ dəyişməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və iddianın rədd, qarşılıqlı iddianin təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X11 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. İş üzrə ilk İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, bununla belə nümayəndəsi və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, sərəncam hüququ dedikdə - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi başa düşülür.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1dən sonra yaranmış hüququ münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (köhnə redaksiyada)
29. Maddə 53.3. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədarlar birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvü hesab edilə bilərlər.
30. Maddə 54.1. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir.
31. Maddə 54.3. İcarədar və onunla yaşayan ailə üzvləti arasında başqa saziş olmamışsa bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə edirlər.
32. Maddə 123. Yaşayış sahəsinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləti onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
39. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qazax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(023)- 1311/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı və ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması barədə ilk tələbi təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X15 ilə birlikdə cavabdehin mülkiyyətində olan Qazax şəhəri, Nərimanov küçəsi 8 ünvanda yerləşən yaşayış evinin yardımçı sahələrindən (hamam, tualet və s.) də istifadələri mümkün olmaqla həmin evə köçürülməlidirlər. İlk iddia üzrə ödənilmiş dövlət rusumu İddiaçı aid edilməli. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rusumu ilk iddia üzrə İddiaçı alınaraq Cavabdeh verilməlidir.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı əvvəla onu qeyd edir ki, tətbiq edilməli olan maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh ilk iddia üzrə iddiaçının qardaşı ilə 2000-ci ilin yanvar ayında faktiki evlənməklə, gəlin kimi ilk iddia üzrə iddiaçıya sonradan məxsus olan fərdi yaşayış evinə gəlin köçərək birlikdə yaşamışlar, cehiz əşyalarını da həmin evə gətirərək 2002-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bundan sonra, Cavabdeh iddiaçının qardaşı ilə Türkiyə Respublikasına müvəqqəti köçərək bir müddət orada yaşamışlar. Cavabdeh iddiaçıya məxsus evi müvəqqəti tərk etsə də, ona məxsus olan və iddia ərizəsində göstərilən cehiz əşyaları iddiaçıya məxsus evdə qalmışdır. Cavabdeh sonradan yenə də həmin evdə ailəsi ilə birlikdə 2022-ci ilin iyul ayının axırınadək yaşamışlar. İddiaçı tərəfindən evin açarı dəyişdirilərək cavabdeh 09 sentyabr 2008-ci il təvəllüdlü uşağı Cansu Sarıyeva ilə evdən qovulmuşlar. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli evə gəlin köçən zaman həmin ev özbaşına tikili olmuş, yalnız xx.xx.2021-ci ildə X5 adına qeydiyyata alınmışdır. Bundan sonra həmin ev vərəsəlik üzrə İddiaçı adına keçmiş və sonuncunun mübahisəli evə dair xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində hüquqları qeydə alınmış və bu barədə ona **********68-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ilin yanvar ayında Cavabdeh mübahisəli evə gəlin köçməsi ilə yarandığına və mübahisə olunan ev həmin vaxt müvafiq dövlət qeydiyyatına alınmadığına görə, onlar arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (köhnə redaksiyada) maddələrinə uyğun olaraq həll edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməməklə düzgün olmayan nəticəyə gəlmişdir.
45. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsaslıdır və təmin edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi : Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qazax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(023)-1311/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbi barədə iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X15 ilə birlikdə cavabdehin mülkiyyətində olan Qazax şəhəri, Nərimanov küçəsi 8 ünvanda yerləşən yaşayış evinin yardımçı sahələrindən (hamam, tualet və s.) də istifadələri mümkün olmaqla həmin evə köçürülsünlər. İlk iddia üzrə ödənilmiş dövlət rusumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 (yüz) manat dövlət rusumu ilk iddia üzrə İddiaçı alınaraq Cavabdeh verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.