Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-722/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadından Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək cavabdehin borclu olduğu 1800 (min səkkiz yüz) manat pulun və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanımamış, yalnız ondan bir baş balalı ana inək alan vaxt tanımışdır. O, kənddə yaşadığı üçün təsərrüfatla və mal-qara saxlamaqla məşğul olur. Ona görə də təsərrüfatında saxlamaq üçün bir baş unək almaq qərarına gəlmişdir. O, Cavabdeh balalı inək satmaq istədiyini eşitmişdir. Bu səbəbdən cavabdehlə əlaqə yaratmış və o, inək satdığını təsdiq etmişdir. O, cavabdehin həyətinə getmiş, cavabdeh yanı balalı inəyi göstərib, inəyin hər gün 10 litr süd verdiyini bildirmişdir. Bundan sonra inəyi almaq qərarına gəlmişdir. Cavabdehlə həmin inəyin qiymətini 1800 manata razılaşmışlar. İnəyi almamışdan əvvəl Cavabdeh inəkdə hansı bir problem olub-olmamasını soruşmuş, o isə heç bir problem olmadığını, əgər olarsa zəng edib qaytarmaq barədə razılığa gələcəklərini bildirmişdir. 06 iyun 2023-cü il tarixdə inəyi balası ilə birlikdə həmkəndlisi X1 idarə etdiyi “QAZ” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobili ilə evinə gətirmişdir. Lakin səhəri gün inəyi sağanda günə 2-3 litr süd verməsi məlum olmuşdur. O, cavabdehə zəng edib inəyin həyətə uyğunlaşmadığını, cavabdeh isə çoxlu yem verməyi bildirmişdir. Ancaq yemləməni artırmsına baxmayaraq inək süd verməmiş, hətta yanındakı balanın inəyin öz balası olmadığı məlum olmuşdur. O, Cavabdeh zəng edib inəyi qaytaracağını bildirmişdir. O, isə etiraz etməmiş və aldığı gündən 5 gün sonra X1 idarə etdiyi “QAZ” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobili ilə inəyi balası ilə birlikdə cavabdehin həyətinə aparmışdır. Cavabdeh inəyi satıb pulunu verəcəyinə söz vermişdir. Aradan bir həftə keçmiş cavabdehin oğlu Nümayəndə ilə mobil telefon vasitəsi ilə danışmış, sonuncu özünə məxsus avtomobili ilə yol-nəqliyyat hadisəsi törötdiyini bildirmiş, 10 gün müddət vaxt istəmişdir. Lakin müddət bitdikdən sonra dəfələrlə zəng etməsinə baxmayaraq müxtəlif bəhanələrlə onu aldatmış, pulu verəcəyinə söz versə də verməmişdir. O da Tərtər Rayon Polis Şöbəsinə ərizə vermişdir. Polis şöbəsində araşdırma aparılmış və mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. O da məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yuxarıda göstərdiklərinə əsasən Cavabdeh borclu olduğu 1800 (min səkkiz yüz) manat pulun və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-528/2024 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddia təmin edilərək Cavabdeh qızından 1800 (min səkkiz yüz) manat pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Nümayəndə apellyasiya şikayəti vermişdir. Tərtər Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 2(061)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Nümayəndə xx.xx.2024-cü il tarixdə Tərtər Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadından şikayətin verilməsi üçün müddətinin bərpa edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Tərtər Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadından Nümayəndə tərəfindən şikayətin verilmə müddətinin bərpasına dair ərizəsinin təmin edilməməsi, şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Nümayəndə xx.xx.2025-ci il tarixdə yenidən şikayət verərək onun Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli (şikayətdə səhvən xx.xx.2024-cü il tarixli, 2(061)-528/2024 nömrəli qeyd edilmişdir) qətnaməsinin ləğv edilməsi və Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-528/2024 nömrəli qərardadından şikayət verməsi üçün prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək buraxılmış müddətin axımının Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-1951/2024 nömrəli qərardadını aldığı xx.xx.2024-cü il tarixdən başlanmasına, bununla da müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-528/2024 nömrəli qərardadı ilə Nümayəndə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-528/2024 saylı qətnaməsinin ləğv edilməsi barədə verdiyi apellyasiya şikayəti, Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadından şikayətin verilmə müddətinin bərpasına dair şikayətin təmin edilməməsi və apellyasiya şikayəti və şikayətin mülki işlə birlikdə 7 gün müddətində baxılması üçün Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilmədən, Tərtər Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 2(061)-528/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Birinci instansiya məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPMin 363.1.1-ci maddəsinə əsasən icraata götürülə bilməz. Həmin normada təsbit edilmişdir ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüquqi olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Tərtər Rayon Məhkəməsinin 2(061)-528/2023 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh 1800 (min səkkiz yüz) manat pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə Nümayəndə iddiaçı, cavabdeh və ya cavabdehin nümayəndəsi kimi cəlb olunmamışdır. Bununla yanaşı sözügedən qətnamə iddiaçı və cavabdehin iştirakı ilə elan edilmiş, qətnamədən apellyasiya şikayəti vermək müddəti və qaydası ətraflı izah edilmişdir. Nümayəndə hazırki mülki iş üzrə apellyasiya şikayəti vermək hüququ olmayan şəxsdir. Qətnamədən apellyasiya şikayəti vermiş Nümayəndə məhkəmənin həmin qətnaməsinin hüququna hansı qaydada toxunduğunu əsaslandırmamışdır. Göstərilənlərdən müəyyən olunur ki, apellyasiya şikayəti vermiş Nümayəndə Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin təmin edilməsi ilə Nümayəndə hüquqlarının pozulması müəyyən edilmədiyinə görə birinci instansiya məhkəməsi Tərtər Rayon Məhkəməsinin 2(061)- 528/2023 saylı, xx.xx.2024cü il tarixli qətnaməsindən Nümayəndə verdiyi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Odur ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Nümayəndə verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-528/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Nümayəndə verdiyi şikayət təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 133, 264, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Nümayəndə şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(061)-528/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Həmin qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-722/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-722/2025
05.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver