Məhkəmə qərarları › İş №2(104)-733/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-733/2025

12.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-733/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlunun və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2768/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2768/2024 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh - 880 manat dəyərində çəkisi 11 qram 585 əyarlı qızıl qolbağı, 420 manat dəyərində 6 qram 585 əyarlı 1 dəst qızıl sırğa, 640 manat dəyərində çəkisi 8 qram 585 əyarlı bir ədəd brilyant qaşlı qızıl nişan üzüyü, 480 manat dəyərində çəkisi 6 qram 585 əyarlı 1 ədəd qızıl üzük, 720 manat dəyərində 1 ədəd çəkisi 12 qram 585 əyarlı qızıl boyunbağı və 900 manat dəyərində çəkisi 13 qram 585 əyarlı 2 ədəd klon olmaqla qızıl-zinət əşyalarının naturada, naturada olmadıqda onların cəmi dəyəri 4040 manatın alınaraq İddiaçı verilməsi, Cavabdeh 55 (əlli beş) manat mediyasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 5.40 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 880 manat dəyərində 11 qram çəkidə 585 əyarlı qolbağ, 420 manat dəyərində 6 qram çəkidə 585 əyarlı 1 dəst sırğa, 640 manat dəyərində 8 qram çəkidə 585 əyarlı bir ədəd brilyant qaşlı nişan üzüyü, 480 manat dəyərində 6 qram çəkidə 585 əyarlı 1 ədəd üzük, 720 manat dəyərində 1 ədəd çəkisi 12 qram olan 585 əyarlı boyunbağı, 900 manat dəyərində çəkisi 13 qram olan 585 əyarlı 2 ədəd klon olmaqla, qızıl-zinət əşyaları naturada, naturada olmadıqda onların dəyəri 4040 manat pulun, 55 manat mediyasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 5.40 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X3 ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarıdan bir övladları anadan olmuşdur. Ailə münasibətləri pozulduğuna görə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(013)-50/2023 saylı qətnaməsi ilə rəsmi olaraq ayrılmışlar. Ailə həyatı qurarkən ona 880 manat dəyərində 11 qram çəkidə 585 əyarlı qolbağ, 420 manat dəyərində 6 qram çəkidə 585 əyarlı 1 dəst sırğa, 640 manat dəyərində 8 qram çəkidə 585 əyarlı bir ədəd brilyant qaşlı nişan üzüyü, 480 manat dəyərində 6 qram çəkidə 585 əyarlı 1 ədəd üzük, 720 manat dəyərində 1 ədəd 12 qram çəkidə 585 əyarlı boyunbağı, 900 manat dəyərində 13 qram çəkidə 585 əyarlı 2 ədəd klon olmaqla, qızıl-zinət əşyaları hədiyyə verilmişdir. Cavabdeh onun qaynanasıdır. O, həyat yoldaşından ayrılan zaman ona toy hədiyyəsi kimi verilmiş qızıl əşyaları toydan sonra Cavabdeh tərəfindən əlindən alınmışdır. O, həyat yoldaşı X2 qarşı qızıl və cehiz əşyaları tələbinə dair iddia ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş tələbi təmin edilmiş, cavabdeh razılaşmadığından həmin qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1147/2024 nömrəli 01 iyul 2024-cü il tarixli qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin 2(013)-1230/2023 saylı 14 iyun 2023-cü il tarixli qətnaməsi “Cavabdeh X1 880 manat dəyərində 11 qram 585 əyar qolbağ, 420 manat dəyərində 6 qram 585 əyar 1 dəst sırğa, 640 manat dəyərində 8 qram 585 əyar bir ədəd brilyant qaşlı nişan üzüyü, 480 manat dəyərində 6 qram 585 əyar 1 ədəd üzük, 720 manat dəyərində 1 ədəd çəkisi 12 qram 585 əyar boyunbağı, 900 manat dəyərində çəkisi 13 qram 585 əyar 2 ədəd klon olmaqla, qızılzinət əşyaları naturada, naturada olmadıqda onların dəyəri alınıb İddiaçı verilməsi” hissəsi ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. Belə ki, qızıl-zinət əşyalarının qaynanası Cavabdeh olması müəyyən edilmişdir. Odur ki, cavabdehdən ona məxsus əmlakın özlərinin və ya dəyərlərinin alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişlər ki, birinci instansiya məhkəməsi tərəfindən işə qərəzli baxılmışdır. Belə ki, məhkəmə iddiaçının izahatı ilə iddia tələbini təmin etmişdir. Əslində isə onun izahatı digər sübutlarla birlikdə tədqiq edilməli idi. Məhkəmə iddiaçının izahatını fakt kimi qəbul etsə də, onu təsdiq edən hallar mülki iş materiallarında və qətnamədə yoxdur. Bu isə birmənalı şəkildə iddiaçı tərəfindən qaldırılan iddia tələbinin hüquqi və faktiki əsasının olmaması qənaətinə gəlmək üçün əsasdır. Odur ki, qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, 2019-cu ildə cavabdehin oğlu Nahid Əliyevlə evlənmiş, ailə qurması ilə bağlı ona qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Ona hədiyyə olunmuş qızıl zinət əşyaları iş üzrə cvabdeh qaynanasında saxlanılırdı. Səhhətində problemlər yarandığına görə müalicə olunması üçün 2021-ci ilin iyul ayının 19-da valideynlərigilə getmiş, lakin sağaldıqdan sonra ər ailəsi onu qəbul etməmişdir. O, valideynlərigilə müalicə olunması üçün getdiyinə görə qızıl-zinət əşyalarını özü ilə aparmamışdır. Sonradadan da ər ailəsi onu qəbul etmədiyinə görə qızılzinət əşyları qaynanası – Cavabdeh qalmışdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işdə olan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1147/2024 nömrəli 01 iyul 2024-cü il tarixli qətnaməsinin sürətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1230/2023 saylı 14 iyun 2023-cü il tarixli qətnaməsi “Cavabdeh X1 880 manat dəyərində 11 qram 585 əyar qolbağ, 420 manat dəyərində 6 qram 585 əyar 1 dəst sırğa, 640 manat dəyərində 8 qram 585 əyar bir ədəd brilyant qaşlı nişan üzüyü, 480 manat dəyərində 6 qram 585 əyar 1 ədəd üzük, 720 manat dəyərində 1 ədəd çəkisi 12 qram 585 əyar boyunbağı, 900 manat dəyərində çəkisi 13 qram 585 əyar 2 ədəd klon olmaqla, qızıl-zinət əşyaları naturada, naturada olmadıqda onların dəyəri alınıb İddiaçı verilməsi” hissəsi ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddianın qızıl-zinət əşyalarına aid hissədə cavabdeh X3 iddia tələbinə cavab verən şəxs deyil. İddiaçı izahatında göstərmişdir ki, sözü gedən qızılzinət əşyaları Cavabdeh tərəfindən İddiaçı əlindən alınmışdır Məhkəmə kollegiyasısını iclasında müəyyən edilmişdir ki, iddiaçı X3 ilə xx.xx.2019cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarıdan bir övladları anadan olmuşdur. Ailə münasibətləri pozulduğuna görə Ağdam rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-50/2023 saylı qətnaməsi ilə rəsmi olaraq ayrılmışlar. Ailə həyatı qurarkən ona 880 manat dəyərində 11 qram 585 əyar qolbağ, 420 manat dəyərində 6 qram 585 əyar 1 dəst sırğa, 640 manat dəyərində 8 qram 585 əyar bir ədəd brilyant qaşlı nişan üzüyü, 480 manat dəyərində 6 qram 585 əyar 1 ədəd üzük, 720 manat dəyərində 1 ədəd çəkisi 12 qram 585 əyar boyunbağı, 900 manat dəyərində çəkisi 13 qram 585 əyar 2 ədəd klon olmaqla, qızıl-zinət əşyaları hədiyyə verilmişdir. Cavabdeh onun qaynanasıdır. O, həyat yoldaşından ayrılan zaman ona toy hədiyyəsi kimi verilmiş qızıl əşyaları toydan sonra Cavabdeh tərəfindən əlindən alınmışdır. O, həyat yoldaşı X2 qarşı qızıl və cehiz əşyaları tələbinə dair iddia ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş tələbi təmin edilmiş, cavabdeh razılaşmadığından həmin qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1147/2024 nömrəli 01 iyul 2024-cü il tarixli qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin 2(013)-1230/2023 saylı 14 iyun 2023-cü il tarixli qətnaməsi “Cavabdeh X1 880 manat dəyərində 11 qram 585 əyar qolbağ, 420 manat dəyərində 6 qram 585 əyar 1 dəst sırğa, 640 manat dəyərində 8 qram 585 əyar bir ədəd brilyant qaşlı nişan üzüyü, 480 manat dəyərində 6 qram 585 əyar 1 ədəd üzük, 720 manat dəyərində 1 ədəd çəkisi 12 qram 585 əyar boyunbağı, 900 manat dəyərində çəkisi 13 qram 585 əyar 2 ədəd klon olmaqla, qızıl-zinət əşyaları naturada, naturada olmadıqda onların dəyəri alınıb İddiaçı verilməsi” hissəsi ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir. Odur ki, cavabdehdən ona məxsus əmlakın özlərinin və ya dəyərlərinin alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirərək tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırmış və düzgün olaraq iddianın təmin edilməli olması nəticəsinə gəlmişdir. İddiaçı tərəf öz tələblərinin əsası kimi toy zamanı çəkilmiş fotoşəkillər, həmçinin əşyaların dəyəri ilə bağlı mütəxəssis rəyini təqdim etmiş, cavabdeh tərəf isə öz etirazlarının əsası kimi heç bir sübut təqdim etməmişdir. Bununla belə iddia tələbi məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapmış və müəyyən olunmuşdur ki, iddia ərizəsində göstərilmiş 880 manat dəyərində 11 qram 585 əyar qolbağ, 420 manat dəyərində 6 qram 585 əyar 1 dəst sırğa, 640 manat dəyərində 8 qram 585 əyar bir ədəd brilyant qaşlı nişan üzüyü, 480 manat dəyərində 6 qram 585 əyar 1 ədəd üzük, 720 manat dəyərində 1 ədəd çəkisi 12 qram 585 əyar boyunbağı, 900 manat dəyərində çəkisi 13 qram 585 əyar 2 ədəd klon iddiaçıya cavabdehlər tərəfindən hədiyyə olunmuş, lakin iddiaçı evdən gedərkən həmin əşyalar cavabdehlərdə qalmışdır. Belə ki, cavabdehlər bir tərəfdən iddiaçının həmin əşyaları özü ilə apardığını göstərmiş olsalar da, bunu təsdiq edən mötəbər sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus yuxarıda qeyd olunan qızılzinət əşyalarının cavabdehdə qaldığı məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapdığına görə birinci instsnsiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış və maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçının tələb etdiyi məbləğ 4040 manat, yəni 5000 manatdan az olduğuna görə bu iş üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2768/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edilən andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar