Məhkəmə qərarları › İş №2(104)-77/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-77/2024

28.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-77/2024 28.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-2858/2021 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 onun mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1nda yerləşən 0,0385 ha bağ evindən əşyaları ilə birlikdə çıxarılmasına və özünün həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-2858/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim C.Tağıyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 İddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1nda yerləşən bağ evindən əşyaları ilə birlikdə çıxarılmaları, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-2858/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzilin boşaldılmasına dair iddia etdiyi mənzilə dair alqı-satqı müqaviləsi və mülkiyyət hüququnun qeydiyyatı barədə mübahisə açılmış və iddiaçı tərəfindən aldadılmalarını mübahisələndirilmişlər. Hazırkı mülki iş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatındadır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbi üzrə icraat dayandırılmalı idi. İddiaçı1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə müvafiq olaraq, işə məhkəmə kollegiyasının iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-2858/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: RX seriyalı ******* nömrəli, çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, ünvan 1nda yerləşən bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 məxsusdur xx.xx.2014-cü il tarixli 4Ə-217 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Gəncə şəhəri, ünvan 1nda yerləşən 0.0385 ha torpaq sahəsi və bağ evini 23000 manata X4 almışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyinin 3 saylı təmir tikinti trestinin xx.xx.1988-ci il tarixli 1 nömrəli qərarı və layihəsi, xx.xx.1988-ci il tarixli 186 saylı arayışına əsasən X7 Kirovabad şəhəri, Sevinc qəsəbəsində bağ evinin tikintisi üçün 400.0 kvm torpaq sahəsi ayrılaraq layihə verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2014-cü il tarixli 74 nömrəli arayışı, Gəncə şəhəri, Məhsəti qəsəbəsinin yer quruluşu planından çıxarışı və TS- 14-74 saylı rəyi, xx.xx.2014-cü il tarixli A № 511210 saylı torpaq sahəsinin plan və ölçüsü Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısın təsdiq etdiyi xx.xx.2014-cü il tarixli fərdi yaşayış evinin qəbulu aktı və xx.xx.2014-cü il tarixli 770 saylı sərəncamına əsasən Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən bağ evi (0.0385 ha torpaq sahəsində yerləşən tikili “A”-da 50.8 kvm üç yaşayış otaqları, 44.3 kvm yardımçı sahə, 9.4 kvm açıq eyvan, 10.6 kvm zirzəmi, tikili «İ-də 36.5 kvm talvar) X5 adına qeydiyyata alınmışdır və ona xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli 4Ə-217 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak İddiaçı1 satılmışdır. Alıcıya bu bağ evinə xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixli E-165620/18 saylı məktubuna əsasən bu mülkün üzərinə xüsusi nəzarət qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 29104)-931/2022 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 və X6 qarşı qarşı alqı-satqı müqaviləsinə dair mübahisələr tələbinə dair işə baxılıb həll edilənədək, hazırkı 2(104)- 931/2022 nömrəli mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-518/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və X9iuna qarşıı alqı-satqı müqavilələrinin, etibarnamələrin və hüququn dövlət qeydiyyatının etibarsızlığı tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(104)- 41/2024 saylı qətnaməsi ilə həmin qətnamədən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-518/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2(102)-2521/2024 saylı qərarı ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(104)-41/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən bağ evi 2 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli 4Ə-217 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 satılmış və həmin bağ evi xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmiş ilə İddiaçı1 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Cavabdeh1 həmin evə dair İddiaçı1 və X9iuna qarşıı alqı-satqı müqaviləsinin, etibarnamələrin və hüququn dövlət qeydiyyatının etibarsızlığı tələbinə iddia ilə məhkəməyə müraciət etmiş, bununla bağlı cavabdehin apellyasiya dəlillərinə uyğun olaraq həmin işə baxılıb həll edilənədək, hazırkı işin icraatı dayandırılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və X6 qarşıı alqı-satqı müqavilələrinin, etibarnamələrin və hüququn dövlət qeydiyyatının etibarsızlığı tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş və düzgün olaraq cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 İddiaçı1 mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1nda yerləşən bağ evindən əşyaları ilə birlikdə çıxarılmaları nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-2858/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-2858/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar