Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-874/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1009/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər arasında Qazax Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 saylı qərarına əsasən JN-459, KOD 50100078 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmiş, Qazax rayonunun Çaylı kəndində yerləşən 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sulu hissəsinin 0,63 ha hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar X2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara və ailəsinə məxsus olan, Qazax rayonunun Çaylı kəndi ərazisində yerləşən 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,79 ha suvarılan hissəsinə dair ilkin iddia üzrə iddiaçı ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinin rədd edilməsi, ona və ailəsinə məxsus olan 0,79 ha torpaq sahəsinin ilk iddia üzrə iddiaçının qanunsuz zəbtindən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1009/2022 saylı qətnaməsi ilə İddiaçı, X2, X1, Cavabdeh3 və Cavabdeh4 qarşı “daşınmaz əmlakın alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, JN-459, KOD 50100078 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Cavabdeh1(X2), X1, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Qazax rayonunun Çaylı kəndi ərazisində yerləşən 1,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,79 ha hissəsinin İddiaçı zəbtindən azad olunaraq X2 və Cavabdeh3 verilməsi qət edilmişdir. İlkin iddia üzrə İddiaçı həmin qətnamədən apellyasiya şikayəti və eyni zamanda apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1009/2022 nömrəli qərardadı ilə (hakim F.Məmmədov) İddiaçı Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1009/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi, İddiaçı Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1009/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İlkin iddia üzrə İddiaçı həmin qərardaddan şikayət verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1009/2022 nömrəli qərardadının ləğv edilməsini, mülki işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1009/2022 saylı qətnaməsi ona rəsmi qaydada çatdırılmamış və o, bu barədə Qazax rayon İcra və Probasiya şöbəsindən məlumat almışdır. xx.xx.2022-ci il tarixində məhkəməyə qətnamənin surətinin təqdim olunması ilə bağlı müraciət etmiş, lakin məktubla ona cavab olaraq qətnamənin onun tərəfindən alındığını və alınması ilə bağlı imza etdiyini bildirmişlər. xx.xx.2022-ci il tarixdə mülki işlə tanış olmaq üçün yenidən ərizə ilə müraciət etmiş və xx.xx.2022-ci il tarixində mülki işlə tanış olmuş və bu zaman ona məlum olmuşdur ki, qətnamə onun ünvanına göndərilmiş, onun tərəfindən qəbul edilməyib və xəbərnamədəki imza ona məxsus deyil. Hakim tərəfindən Qazax POÇT-a sorğu verilməmiş, xəbərnamədəki imzanın ona məxsus olması məsələsi aydınlaşdırılmamışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə qətnamədən şikayət vermişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1009/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 1009/2022 nömrəli qərardadı tam, onunla bağlı Qazax Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(023)-1009/2022 nömrəli qərardadı isə qismən–şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1009/2022 saylı nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı müddətin bərpa olunması barədə dəlilləri əsassızdır və o, qətnamənin qəbul edilməsindən sonra 1 ay 24 gün gecikdirməsini kifayət qədər əsaslandırmamışdır. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1009/2022 saylı qətnaməsi İddiaçı yaşadığı ünvana rəsmi qaydada göndərilmiş və qətnamə həmin ünvanda xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, işin 109-cu vərəqəsində İddiaçı göndərilən məhkəmə göndərişi mövcuddur. Lakin həmin bildirişin kimə verilməsi, qəbul edən şəxsin adı, soyadı və ata adı yazılmamışdır. İddiaçı xx.xx.2022-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin ona verilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixdə mülki işlə tanış olmaq üçün yenidən ərizə ilə müraciət etmiş və xx.xx.2022-ci il tarixində mülki işlə tanış olmuş və bu zaman ona məlum olmuşdur ki, qətnamə onun ünvanına göndərilmiş, onun tərəfindən qəbul edilməyib və xəbərnamədəki imza ona məxsus deyildir. Azərbaycan Respublikası MPM-nin: 134.1. və 134.1.5.-ci maddələrinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1009/2022 saylı qətnaməsinin surətinin İddiaçı şəxsən təqdim edilməsi öz təsdiqini tapmır və həmin qətnamənin kimə verilməsi aydın deyildir. Digər tərəfdən, İddiaçı qətnamədən apellyasiya şikayəti və eyni zamanda apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin ərizəni müddətin bərpası kimi qəbul edərək, prosessual müddətin bərpasına dair ərizəni təmin etməmişdir. Halbu ki, iddiaçı prosessual müddətin bərpasını yox, apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək, qanunsuz və əsassız olaraq İddiaçı Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1009/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini geri qaytarmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1009/2022 nömrəli qərardadı tam, onunla bağlı Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1009/2022 nömrəli qərardadı isə qismən–şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, İddiaçı tərəfindən Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1009/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-1009/2022 nömrəli qərardadı tam, onunla bağlı Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 1009/2022 nömrəli qərardadı isə qismən–şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin və yeni qərardad qəbul edilsin. İddiaçı tərəfindən Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)- 1009/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-874/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-874/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver