Məhkəmə qərarları › İş №2(104)-893/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-893/2024

18.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-893/2024 18.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1697/2023 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktoru Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsi ilə iddia təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktorunun 04 oktyabr 2023-cü il tarixli 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini olaraq bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə və Azərbaycan Respublikası Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbin direktorunun 04 oktyabr 2023-cü il tarixli 104 nömrəli Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi olaraq bağlanmış əmək müqaviləsinə xitamverilməsi barədə əmrlər ləğv edilsin. İddiaçı əvvəlki Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini və Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbinin müəllimi olaraq işə bərpa edilsin və məcburi iş buraxma dövrü üçün əmək haqqı tam hesablanıb ona ödənilməsi qət edilmişdir. İddiaçı X1 nümayəndəsi, Vəkil2 25 yanvar 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, Qazax RayonMəhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 2(023)-1697/2023 nömrəli qərardadına əsasən Qazax Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(023)1697/2023 saylı qətnaməsindən X1 nümayəndəsi, Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbi 07 fevral 2024-cü il tarixdə müddətin bərpasına dair ərizə ilə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)- 1697/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətindən ötürülmüş şikayət vermə müddətin üzürlü hesab edilməsini barədə qərardad çıxarılması xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1697/2023 nömrəli qərardadına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin verdiyi Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1697/2023 nömrəli qətnaməsi üzrə müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Vəkil2 şikayətlə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1697/2023 nömrəli qərardadının ləğv edilib, işin baxılması üçün apellaysiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, müddətin bərpasına dair ərizəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsi vermişdir. Halbu ki, iş materiallarından görünür ki, ərizə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən deyil, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbi tərəfindən verilmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, prosessual müddətin bərpa edilməsinə dair ərizə nümayəndə Vəkil2 tərəfindən imzalanmışdır. Bu səbəbdən də apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. Lakin zərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbi tərəfindən Vəkil2 verilmiş etibarnamədə həmin məktəbin mənafeyi naminə Vəkil2 bütün səlahiyyətlər, o cümlədən imza etmək səlahiyyəti də verilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1697/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə icra icraatının tərəflərinə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1697/2023 saylı qərardadı tam, onunla bağlı Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1697/2023 nömrəli qərardadı qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsindən şikayət vermə müddətinin bərpa olunması barədə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbi tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbi Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü hesab edilməsini və buraxılmış prosessual müddətin bərpasını xahiş etmiş, lakin bununla yanaşı müddəti buraxılmış zəruri prosessual hərəkəti etməmiş, yəni Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verməmişdir (iş vər. 135-136). Belə olan halda isə buraxılmış müddət bərpa ediləcəyi təqdirdə, sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün hüquqi zəmin mövcud olmayacaqdır. Azərbaycan Respublikasının MPM-nin: 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Birinci instansiya məhkəməsi isə işin qeyd edilən faktiki hallarını və qanunvericiliyin yuxarıda təsvir edilən tələblərini nəzərə almamış və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək, müddətin bərpa edilməsi barədə ərizəyə baxaraq qərar qəbul etmişdir. Halbu ki, müddətin bərpası haqqında ərizə verilərkən, eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməməsi, yəni qətnamədən apellyasiya şikayətinin verməməsi, müddətin bərpası haqqında verilmiş ərizənin baxılmadan geri qaytarılmasına əsasdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsində müəyyən olunmuş səlahiyyətə və yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1697/2023 saylı qərardadı tam, onunla bağlı Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1697/2023 nömrəli qərardadı qismən – şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsindən şikayət vermə müddətinin bərpa olunması barədə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbi tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə işə baxarkən, yuxarıda qeyd edilən halları araşdırmalı və qanunu qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)-1697/2023 saylı qərardadı tam, onunla bağlı Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)1697/2023 nömrəli qərardadı qismən–şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-1697/2023 saylı qətnaməsindən şikayət vermə müddətinin bərpa olunması barədə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax rayonu Hüseynbəyli kənd A.Əliyev adına tam orta məktəbi tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar