Məhkəmə qərarları › İş №2(104)-90/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-90/2024

10.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-90/2024 10.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və X16 (üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 03 saylı Gəncə Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: payların naturada ayrılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, cavabdehlər X14, Cavabdeh və onun vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X16 (üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 03 saylı Gəncə Ərazi İdarəsi) qarşı payların naturada ayrılması və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(058)-07/2023 nömrəli qətnaməsindən Cavabdeh vəkili X17 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyattı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Zazalı kəndində yerləşən 0.26 ha torpaq sahəsi hər birinə 1/3 hissə payı olmaqla X15, Cavabdeh və X14 adlarına qeyd edilmişdir.

2. 17.02.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X22 11 fevral 2017-ci il tarixdə vəfat etmişdir.

3. 17.07.2000-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X22 ilə Əsgərova (Salmanova) Sahibə Qədir qızının nikahları 17 iyul 2000-ci il tarixdə 218 nömrəli akt qeydi ilə bağlanmışdır.

4. 13.04.1959-cu il tarixdə Zazalı kənd sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X23 ilə X6 birgə nikahlarından 04 may 1959-cu il tarixdə X22 anadan olmuşdur.

5. 12.01.1985-ci il tarixdə Xanlar rayon Sovetliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X23 02 yanvar 1985-ci il tarixdə vəfat etmişdir.

6. 04.02.2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X18 27 yanvar 2015-ci il tarixdə vəfat etmişdir.

7. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarxli 2(058)-203/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin olunmuş, İddiaçı mərhum əri X22 və cavabdehlərdən Cavabdeh və X24 mərhum anaları X6 mirası qəbul edən qanun üzrə birinci növbə vərəsələri tanınmaları, mərhum X3 miras qalmış Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş Samux rayon Zazalı kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə mərhum X15, 1/3 hissəsinə Cavabdeh və 1/3 hissəsinə X14 bir vərəsə kimi mülkiyyət hüquqları tanınmaqla həmin hissələrin onların mülkiyyətinə verilməsi, İddiaçı xx.xx.1995-ci ildə mərhum əri X22 ilə ailə quran zaman gəlin köçdüyü Samux rayonu Zazalı kəndində yerləşən mərhum qaynanası X6 adına olan, cavabdehlərdən Cavabdeh yaşadığı və istifadə etdiyi 2 otaqlı yaşayış evinə köçürülməklə həmin evdən istifadə hüququnun tanınması qət edilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-2520/2019 nömrəli qətnaməsindən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixi, 2(058)- 203/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-745/2020 nömrəli qərarından görünür ki, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-2520/2019 nömrəli qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3593 saylı rəyindən görünür ki, Samux rayon Zazalı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin giriş hissəsində sağ və sol tərəfində 1 mərtəbəli yaşayış evləri və köməkçi tikililərin, ön tərəfdə isə 2 mərtəbəli fərdi yaşayış evinin olduğu, həmin tikililərin bir qisminin torpaq sahəsinin künc hissələrində yerləşdiyi və bölgü zamanı tikililərin payçılardan birinin sahəsinə düşəcəyi, üç tərəfdən qonşularla əhatə olunduğu nəzərə alındıqda, Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq torpaq sahəsindən İddiaçı mərhum əri X15 payına düşən 1/3 hissənin həmin torpaq sahəsində yeni inşa edilmiş tikilinin yerləşdiyi hissə də daxil olmaqla cavabdehlər Cavabdeh və X14 payından naturada ayrılmaqla real bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən edilmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4334 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli çıxarışa əsasən Samux rayon Zazalı kəndində yerləşən, hüquq sahibləri, X15, Cavabdeh və X8 hər birinin payı 1/3 hissədə olan 0.26 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən İddiaçı mərhum əri X15 payına düşən 1/3 hissəsinin həmin torpaq sahəsində yeni inşa edilmiş tikilinin yerləşdiyi hissədə daxil olmaqla cavabdehlər Cavabdeh və X14 torpaq sahəsindən naturada ayrılması mümkündür. Bunun üçün, tədqiq olunan həyətyanı torpaq sahəsinin darvazasından 2.20 m enində 16.70 m uzunluqda hər iki tərəfdən sərhəd hasarı çəkilməli və evin arxa divarından giriş-çıxış qapısı açılmalı, evin arxa hissəsindən 18.0 m enində 35.0 m uzunluqda torpaq sahəsi hasara alınaraq ayrılmaldır. Yaradılan sahədə yerləşən dəmir darvaza sökülərək yerinə iki ayrı ayrılıqda giriş-çıxış qapıları quraşdırılmalıdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4328 nömrəli rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışda qeyd olunan və paylı mülkiyyətdə olan Samux rayonu, Zazalı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin və İddiaçı mərhum əri X15 payına düşən 1/3 hissənin torpaq sahəsində inşa edilmiş yeni tikilinin yerləşdiyi hissədə daxil olmaqla paylara uyğun naturada ayrılmasının mümkün olduğu müəyyən edilir. Bunun üçün, tədqiq olunan həyətyanı torpaq sahəsinin darvazasından 2,2 m enində 16,7 m uzunluqda hər iki tərəfdən sərhəd hasarı çəkilməli və evin arxa divarından giriş-çıxış qapısı açılmalı və evin arxa hissəsindən 18,0 m enində, 35,0 m uzunluqda torpaq sahəsi hasara alınaraq ayrılmalıdır. Yaradılan sahədə yerləşən dəmir darvaza sökülərək yerinə iki ayrı ayrılıqda giriş çıxış qapıları quraşdırılmalıdır. Qeyd olunur ki, torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evidə daxil olmaqla torpaq sahəsinin bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir (bax rəyə əlavəyə). Qərardadın birinci sualında göstərilənləri nəzərə almaqla, ilkin ekspertiza aparılan zaman, ekspert qarşısında qoyulmuş sual yalnız torpaq sahəsindən payın ayrılmasının tələb olunduğu kimi qəbul edilərək tədqiqat aparılmış və xx.xx.2021-ci il tarixli 10/3593 nömrəli rəydə göstərilən nəticə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh və X16 (üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 03 saylı Gəncə Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış üzrə birgə mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsindən mərhum əri X15 payının 1/3 hissəsinin yeni inşa edilmiş evin yerləşdiyi hissədən naturada ayrılması və ayrılmış torpaq sahəsi üzərində yerləşən yeni inşa edilmiş tikiliyə mərhum əri X15 mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Gəncə şəhərində anadan olmuş və xx.xx.1995-ci il tarixdə X22 ilə el adəti üzrə faktiki nikaha daxil olaraq ailə qurmuş, nikahlarını xx.xx.2000-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından uşaqları olmamışdır. Onlar ailə quran zaman Samux rayonu, Zazalı kəndində yerləşən, mərhum qaynanası X9 məxsus evə gəlin köçmüş və orada qaynanası X18, əri X22 və cavabdeh olan baldızı Cavabdeh ilə birlikdə yaşamışdır. O, əri X22 ilə birgə yaşadıqları müddətdə mərhum qaynanası X9 Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş, 01 saylı qərarı ilə verilmiş, Samux rayonu, Zazalı kəndində yerləşən 0.26 ha torpaq sahəsində 2014-cü ildə mişar daşından (kubik) 4 otaqdan, dəhlizdən və bir mətbəxdən ibarət, bir mərtəbəli, kürsülü yeni fərdi yaşayış evi tikdirmişlər. Onun mərhum əri X22 evlərdə rəngsaz (malyar) işləmiş, pay torpaq sahələrini icarəyə götürüb əkinlə məşğul olmaqla əldə edilən gəlirlə bu fərdi yaşayış evini inşa etmiş mərhum X22 bu fərdi yaşayış evinin dam örtüyünü (şifer), evin suvağını, ayna-qapılarını qoymuş, sanitar qovşağını quraşdırmış, lakin yaşayış üçün hazır vəziyyətə gətirə bilməmişdir. Onun qaynanası X19 xx.xx.2015-ci il tarixdə, əri X22 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. Bundan sonra o, Samux Rayon Məhkəməsində cavabdehlər Cavabdeh, X16, X4 və DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı-mərhum qaynanası X3 miras qalmış Samux rayonu, Zazalı kəndində 0.26 ha həyətyanı torpaq sahəsindən mərhum əri X15 payına düşən həyətyanı torpaq sahəsinə mərhum X15 qanun üzrə birinci növbə vərəsə kimi tanınması, payı müəyyən edilməklə paya mərhum əri X15 mülkiyyət hüququnun tanınması, mülkiyyətinə verilməsi və xx.xx.1995-ci ildə mərhum əri X22 ilə ailə quran zaman gəlin köçdüyü evə köçürülməsi və həmin evdən istifadə hüququnun tanınması- tələbinə dair iddia qaldırmış, Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(058)-203/2019 saylı qətnaməsi ilə onun mərhum əri X22, Cavabdeh və qaynı X24 mərhum anaları X6 mirası qəbul edən qanun üzrə birinci növbə vərəsələri tanınmış, mərhum X3 miras qalmış, Samux rayonu, Zazalı kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin hər birinə 1/3 hissə ilə pay ilə mərhum X15, Cavabdeh və X14 mülkiyyət hüquqları tanınmış, həmin hissələr onların mülkiyyətinə verilmiş, onun xx.xx.1995-ci ildə mərhum əri X22 ilə ailə quran zaman gəlin köçdüyü Samux rayonu, Zazalı kəndində yerləşən mərhum qaynanası X6 adına olan, cavabdehlərdən Cavabdeh adına olan, cavadehlərdən Cavabdeh yaşadığı və istifadə etdiyi 2 otaqlı yaşayış evinə köçürülməklə həmin evdən istifadə hüququnun tanınması qət edimişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(058)-203/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh, X24, X10, X11, X7 və X20 tərəfindən apelyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-2520/2019 nömrəli qətnaməsinə əsasən cavabdelər Cavabdeh, X24, X10, X11, X7 və X20 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(058)-203/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(058)-203/2019 nömrəli qətnaməsinə əsasən Samux rayonu, Zazalı kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin mərhum X12, 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsinə X14 paylı mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə **********23 reyestr nömrəsində ********** sayla qeydiyyata alınmış çıxarış verilmişdir.

15. Samux Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(058)-07/2023 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddianın qismən təmin edilməsi, Samux rayonu, Zazalı kəndində yerləşən, 0.26 ha torpaq sahəsindən X15 payına düşən 1/3 hissəsinin həmin torpaq sahəsində yeni inşa edilmiş tikilinin yerləşdiyi hissə də daxil olmaqla naturada ayrılaraq bölünməsi, Samux rayon Zazalı kəndində yerləşən, 0.26 ha torpaq sahəsinin darvazasından 2.20 m enində 16.70 m uzunluğunda hər iki tərəfdən sərhəd hasanı çəkilsin və evin arxa divanından giriş-çıxış qapısının açılması, Samux rayonu, Zazalı kəndində yerləşən, 0.26 ha torpaq sahəsidə yerləşən evin arxa hissəsindən 18.0 m enində 35.0 m uzunluqda torpaq sahəsi hasara alınaraq ayrılsın və yaradılan sahədə yerləşən dəmir darvaza sökülərək yerinə iki ayrı ayrılıqda giriş-çıxış qapıları quraşdırılması (xx.xx.2022-ci il tarixli 10/4334 saylı rəyinə əlavə olunmuş plan sxema uyğun), iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4334 nömrəli rəyi üzrə 50 (əlli) manat və xx.xx.2022-ci il tarixli 10/4334 saylı rəyi üzrə 100 (yüz) manat, cami 150 manat ekspertiza xərci Cavabdeh və X13 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, büdcə səviyyəsinin kodu 3, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab Ne AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319-a ödənilməsi qət edilmişdir.

16. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1, 220.2 və 223.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh vəkili X17 apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-07/2023 nömrəli qətnamənin ləğv edilməsini və Samux rayon Zazalı kəndində yerləşən və 1/3 payla mülkiyyətlərində olan 0,26 ha torpaq sahəsində onun tərəfindən yeni tikilmiş 4 otaqlı yaşayış evinin yerləşdiyi 0,866 ha hissəsinin naturada ayrılaraq ona verilməsinə, qalan hissədə isə iddiaçının və digər cavabdehlərin paylarının naturada ayrılaraq bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında vəkil tərəfindən şifahi vəsatət verilərək iş üzrə şahidlərin dindirilməsini, eyni zamanda da mübahisəli torpaq sahəsinə məhkəmə baxışının keçirilməsi xahiş edilsə də məhkəmə bunların heç birinə qiymət verməmişdir. Həmçinin, iş üzrə 2 ekspert rəyi vardır və həmin rəylərdə hər ikisi bir-birinə ziddir. Məhkəmə bunlara da qiymət verməmişdir. Bundan əlavə torpaq sahəsi hər birisinin payına uyğun düzgün bölünməlidir. İddiaçı ona məxsus yeni tikilmiş yaşayış evini ələ keçirmək istəyir. Ona görə də qətnamə ləğv olunmalı, iş üzrə təkrar ekspertiza təyin edilməli, şahidlər dindirilməli, yerli baxış keçirilməli, iddiaçının nədən 2019-cu ildə hazırki mübahisəli evə deyil, köhnə tikili olan 2 otaqlı evə köçmək istədiyi aydınlaşdırılmaqla mübahisəyə düzgün hüquqi qiymət verilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və Samux rayon Zazalı kəndində yerləşən və 1/3 payla mülkiyyətlərində olan 0,26 ha torpaq sahəsində onun tərəfindən yeni tikilmiş 4 otaqlı yaşayış evinin yerləşdiyi 0,866 ha hissəsinin naturada ayrılaraq ona verilməsinə, qalan hissədə isə iddiaçının və digər cavabdehin paylarının naturada ayrılaraq bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili X17 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və Samux rayon Zazalı kəndində yerləşən və 1/3 payla mülkiyyətlərində olan 0,26 ha torpaq sahəsində onun tərəfindən yeni tikilmiş 4 otaqlı yaşayış evinin yerləşdiyi 0,866 ha hissəsinin naturada ayrılaraq ona verilməsinə, qalan hissədə isə iddiaçının və digər cavabdehin paylarının naturada ayrılaraq bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X24 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. İş üzrə üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 03 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

30. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

31. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

32. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

33. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

35. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolu

37. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

48. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

51. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, qətnamənin iddianın təmin edilmiş hissəsi mübahisələndirilmişdir. Ona görə də, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilmiş hissəsi üzrə yoxlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

53. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-07/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Beləliklə, işin halları ondan ibarətdir ki, ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Zazalı kəndində yerləşən 0.26 ha torpaq sahəsi hər birinə 1/3 hissə payı olmaqla X15, Cavabdeh və X14 adlarına qeyd edilmişdir. İddiaçı mərhum əri X15 paylı mülkiyyətdə olan əmlakının naturada bölünməsini istəyir. Hazırda iddiaçının mərhum ərinin paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin darvazasından 2,2 m enində 16,7 m uzunluqda hər iki tərəfdən sərhəd hasarı çəkilməli və evin arxa divarından giriş-çıxış qapısı açılmalı və evin arxa hissəsindən 18,0 m enində, 35,0 m uzunluqda torpaq sahəsi hasara alınaraq ayrılması, yaradılan sahədə yerləşən dəmir darvaza sökülərək yerinə iki ayrı ayrılıqda giriş çıxış qapıları quraşdırılmalısı mümkündür. Bu hal sonuncu ekspert rəyləri ilə təsdiq edilir. İddiaçının mərhum ərinin payının naturada ayrılması ümumi mülkiyyətin digər mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmur, həmçinin bölgü zamanı tərəflərin hər birinin sərbəst giriş–çıxış yolu olduğundan ümumi mülkiyyətdə olan torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə zidd deyildir.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması ilə bağlı yaranmış mübahisədir və qeyd olunan hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir.

57. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

58. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

59. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

60. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.

61. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir.

62. Kollegiya göstərir ki, iddia tələbinin ümumi mülkiyyətdə olan payın ayrılması hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir.

63. Həmin normada qeyd olunmuşdur ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.

64. Paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri).

65. İş materialları ilə müəyyən edilir ki, mübahisəli mülk üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi olan mərhum ərinə məxsus mülkün naturada ayrılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mülkün naturada bölgüsünün mümkün olub-olmamasının müəyyən edilməsi üçün ekseprtiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, naturada bölgü mümkündür.

66. Belə ki, iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki sahə üzrə ekspertiza keçirilmiş və ekspertin xx.xx.2022-ci il tarixli 10/4334 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli çıxarışa əsasən Samux rayon Zazalı kəndində yerləşən, hüquq sahibləri, X15, Cavabdeh və X8 hər birinin payı 1/3 hissədə olan 0.26 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən İddiaçı mərhum əri X15 payına düşən 1/3 hissəsinin həmin torpaq sahəsində yeni inşa edilmiş tikilinin yerləşdiyi hissədə daxil olmaql cavabdehlər Cavabdeh və X14 torpaq sahəsindən naturada ayrılması mümkündür. Bunun üçün, tədqiq olunan həyətyanı torpaq sahəsinin darvazasından 2.20 m enində 16.70 m uzunluqda hər iki tərəfdən sərhəd hasarı çəkilməli və evin arxa divarından giriş-çıxış qapısı açılmalı, evin arxa hissəsindən 18.0 m enində 35.0 m uzunluqda torpaq sahəsi hasara alınaraq ayrılmaldır. Yaradılan sahədə yerləşən dəmir darvaza sökülərək yerinə iki ayrı ayrılıqda giriş-çıxış qapıları quraşdırılmalıdır.

67. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən tikinti-texniki sahə üzrə ekspertiza keçirilmiş və ekspertin xx.xx.2023-cü il tarixli 10/4328 nömrəli rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020ci il tarixli, ********** nömrəli çıxarışda qeyd olunan və paylı mülkiyyətdə olan Samux rayonu, Zazalı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin və İddiaçı mərhum əri X15 payına düşən 1/3 hissənin torpaq sahəsində inşa edilmiş yeni tikilinin yerləşdiyi hissədə daxil olmaqla paylara uyğun naturada ayrılmasının mümkün olduğu müəyyən edilir. Bunun üçün, tədqiq olunan həyətyanı torpaq sahəsinin darvazasından 2,2 m enində 16,7 m uzunluqda hər iki tərəfdən sərhəd hasarı çəkilməli və evin arxa divarından giriş-çıxış qapısı açılmalı və evin arxa hissəsindən 18,0 m enində, 35,0 m uzunluqda torpaq sahəsi hasara alınaraq ayrılmalıdır. Yaradılan sahədə yerləşən dəmir darvaza sökülərək yerinə iki ayrı ayrılıqda giriş çıxış qapıları quraşdırılmalıdır. Qeyd olunur ki, torpaq sahəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evidə daxil olmaqla torpaq sahəsinin bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir (bax rəyə əlavəyə). Qərardadın birinci sualında göstərilənləri nəzərə almaqla, ilkin ekspertiza aparılan zaman, ekspert qarşısında qoyulmuş sual yalnız torpaq sahəsindən payın ayrılmasının tələb olunduğu kimi qəbul edilərək tədqiqat aparılmış və xx.xx.2021-ci il tarixli 10/3593 nömrəli rəydə göstərilən nəticə verilmişdir.

68. Qeyd olunmalıdır ki, ekspertiza tədqiqatı ekspert qarşısında qoyulan suallar əsasında aparılmaqla, onun əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir və ekspertin verdiyi rəy kompleks şəkildə qiymətləndirilməlidir. Ekspertin müəyyənləşdirdiyi faktların mübahisənin hüquqi həlli üçün əhəmiyyətini, habelə bu faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunu yoxlamaq isə məhkəmənin vəzifəsidir və məhkəmə bu zaman ekspertin müəyyən etdiyi faktlara müxtəlif standartlarla yanaşmamalıdır.

69. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

70. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Qeyd olunan Məcəllənin 206.1-ci maddəsinə görə də, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.

71. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəylər əsaslıdır. Çünki, xx.xx.2022-ci il tarixli 10/4334 nömrəli və xx.xx.2023-cü il tarixli 10/4328 nömrəli ekspertiza rəyləri mübahisəli torpaq sahəsinə baxış keçirilməklə və sahənin bölgü sxeminə uyğun olaraq verilmiş, həmin rəylərin qeyri-mötəbər olması, o cümlədən torpaqla iddiaçının payının planda göstərilən koordinatlara əsasən naturada ayrılmasının qeyri-mümkünlüyü barədə məhkəmələrə hər hansı sübut təqdim olunmamışdır.

72. Göründüyü kimi, ekspertin qeyd edilən rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, mülkün naturada hansı qaydada bölünməsi açıq-aydın göstərilmişdir.

73. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

74. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

77. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

78. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

79. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

80. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

81. Bundan başqa iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-07/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 24 noyabr 2023-cü il tarixli, 10/4328 nömrəli ekspertiza rəyinin alınması üçün aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər X24 və Cavabdeh müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu 142593, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar