Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-94/2024 21.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Şəmkir rayon 1 saylı notariat ofisi, üçüncü şəxslər X52, X21 və X65 qarşı iş üzrə Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş çıxarışın ləğvi, miras əmlak üzərində payın müəyyən edilməsi tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı prosessual hüquq varisi X39 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh2 prosessual hüquq varisi X22 vəkili X18 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Şəmkir rayon 1 saylı notariat ofisi, üçüncü şəxslər X52, X21 və X65 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışın ləğvi, həmçinin miras əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(076)-261/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-T 201741 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə doğulmuşdur, X26, X19dır;
2. İşdə olan arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1954-cü il tarixdə doğulmuşdur, X26, X19dır;
3. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X52 xx.xx.1957-ci il tarixdə doğulmuşdur, X26, X19dır;
4. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X88 xx.xx.1991-ci il tarixdə ölmüşdür;
5. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X74 xx.xx.2013-cü il tarixdə ölmüşdür;
6. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X54 ilə X75 arasında xx.xx.1960-ci il tarixdə nikah bağlanmışdır;
7. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X54 xx.xx.2010-cu il tarixdə ölmüşdür;
8. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X76 23 mart 2000-ci il tarixdə ölmüşdür;
9. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X77 xx.xx.1970-ci il tarixdə doğulmuşdur, atası X76, anası X40r;
10. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X41 xx.xx.1972-ci il tarixdə doğulmuşdur, atası X76, anası X55r;
11. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X89 xx.xx.1977-ci il tarixdə doğulmuşdur, atası X76, anası X55r;
12. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X56 xx.xx.1971-ci il tarixdə doğulmuşdur, atası X54, anası X57r;
13. Cavabdeh2 tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, mərhum X88 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Ondan qalan miras əmlaka dair rəhbərlik etdiyi notariat ofisində vərəsəlik işi açılmasını xahiş etmişdir;
14. Cavabdeh2 tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, mərhum X26 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Ondan qalan miras Şəmkir rayonu, Könüllü kəndi, Ə.Cavad küçəsi, ev-46 da yerləşən 368.90 kv/m olan fərdi yaşayış evi qalmışdır. Ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir;
15. Cavabdeh2 tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, mərhum X19 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Ondan qalan mirasa dair ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir;
16. Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V- 1791 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 06 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 368.90 kv.m mərhum X58 adına olan fərdi yaşayış evinə dair Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir;
17. Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V- 1792 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 06 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış əsasında ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin X28 miras qalmış 1/7 (yeddidə bir) hissəsinə dair Cavabdeh2 adına Qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə verilmişdir;
18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Könüllü kəndi Əhməd Cavad küçəsində yerləşən 368,90 kvadratmetr yaşayış sahəsindən ibarət 46 saylı fərdi yaşayış evi X58 tam mülkiyyətində, həmin evin yerləşdiyi 0.25 ha torpaq sahəsi isə X78, Cavabdeh2, X59, X66, X67, X60, X29 ümumi birgə mülkiyyətindədir;
19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki,ünvan 3 ünvanda yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 368.90 kv.m olan fərdi yaşayış evinə dair aşağıdakı şəxslərin adlarına 06 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. X88 ev – tam, X74 torpaq sahəsi - ümumi birgə, Cavabdeh2 torpaq sahəsi - ümumi birgə, X59 torpaq sahəsi - ümumi birgə, X66 torpaq sahəsi - ümumi birgə, X67 torpaq sahəsi - ümumi birgə, X60 torpaq sahəsi ümumi birgə, X68 torpaq sahəsi - ümumi birgə. X88 və X42 miras payları Şəmkir rayon 1 saylı notariat ofisinin 25 oktyabr 2022-ci il tarixli, 2V-1791 və 2V-1792 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmiş və aşağıda qeyd olunan pay bölgüsü üzrə 31 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. X59 torpaq sahəsi - 1/7 hissə, X66 torpaq sahəsi - 1/7 hissə, X67 torpaq sahəsi - 1/7 hissə, X60 torpaq sahəsi - 1/7 hissə, X68 torpaq sahəsi - 1/7 hissə, Cavabdeh2 ev – tam torpaq sahəsi 2/7 hissə;
20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəmkir rayonu Könüllü kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi X74 və onun digər ailə üzvlərinin adlarına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli, 55 saylı qərarı ilə JN-178F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Daşımaz əmlakın dövlət reyestrində Şəmkir rayonu, Könüllü kəndi inzibati ərazi dairəsi üzrə X23 adına həyətyanı torpaq sahəsi qeydiyyata alınmamışdır;
21. Şəmkir RİHB Könüllü İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X88 ölən günədək Şəmkir rayonu Könüllü kənd ünvanında yaşamışdır. Vəfat etdikdən sonra Könüllü kənd İƏD üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabına əsasən təsərrüfatında aşağıda adları göstərilən ailə üzvləri qalmışdır: X74. Həmin təsərrüfatda oğlu Cavabdeh2 ayrı təsərrüfat olmasına baxmayaraq hal-hazıra kimi ailə üzvləri ilə birlikdə yaşayıb, həmin mülkin saxlanma və komunal xərclərini ödəyir;
22. Şəmkir RİHB Könüllü İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 ayrı təsərrüfat olmasına baxmayaraq mərhum X26 və mərhum X19 ilə vəfat edən günədək bir yerdə yaşamışlar;
23. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, aşağıda imza edənlər: Könüllü kənd İƏD üzrə nümayəndəsi X79, Şəmkir rayon Könüllü kənd X20 nəzarətçisi X61, Şəmkir rayon Könüllü kənd Poçt Filialının şöbə müdiri X30, Şəmkir rayon Könüllü kənd sakini Cavabdeh2, Şəmkir rayon Könüllü kənd sakini X31 aktı tərtib edirlər ona görə ki, Şəmkir rayon Könüllü kənd sakini Cavabdeh2 yaşadığı ünvanda sahibkarlıq məqsədi ilə istilikxana üçün qardaşı mərhum X23 adına qaz sayğacı quraşdırılmışdır. Uzun illərdir Cavabdeh2 həmin qaz sayğacından məişət işlərinin görülməsində istifadə edir. Ödənişləri Cavabdeh2 həyata keçirir;
24. xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 27 avqust 2010-cu il tarixdə vəfat etmiş X23 vərəsələri Bakı şəhəri, M.K.Atatürk pr., ev 47, m.15-də yaşayanlar: həyat yoldaşı X75 və qızı X21 miras əmlakdan bərabər hissələrdə irs almalıdır;
25. Şəmkir RİHB Könüllü İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, JN-178F, KOD (********) saylı Torpağın Mülkiyyətə X3 0.25 ha torpaq sahəsindəki fərdi yaşayış evi 1975-ci ildə mərhum X88 tərəfindən inşa etdirilmişdir. Ev kürsülü, 4 otaq, 2 zal, 2 mətbəxdən ibarətdir;
26. X95 Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şəmkir Filialında mühafizə olunan Şəmkir rayonu Könüllü kənd İ.Ə.D üzrə nümayəndəliyin 1986-1990-cı illərə dair təsərrüfatbaşına kitabının 212 №-li şəxsi hesabında olan təsərrüfatında aşağıdakı şəxslər qeydiyyatda olmuşdur X88 - ailə başçısı 1902-ci il təvəllüdlü, X90- arvadı 1906-cı il təvəllüdlü. Qeyd: təsərrüfatda 0,12 ha. həyətyanı torpaq sahəsi, əl damı 1965-ci ildə, çardax 1980-ci ildə , hamam 1980-ci ildə tikilməsi qeyd edilmişdir;
27. xx.xx.2022-ci il tarixli ********** saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 da yerləşən fərdi yaşayış evi Cavabdeh2, X59, X66, X67, X60 və X29 ümumi birgə mülkiyyətindədir;
28. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X24 xx.xx.2022-ci il tarixdə ölmüşdür;
29. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X24 ilə X32 arasında xx.xx.1963-cü il tarixdə nikah bağlanmışdır;
30. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. X4, anası X13r;
31. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X14 xx.xx.1968-ci il tarixdə doğulmuşdur. X4, anası X13r;
32. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. X4, anası X13r;
33. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X15 xx.xx.1966-cı il tarixdə doğulmuşdur. X4, anası X13r;
34. Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş X88 ilə X74 barəsində Şəmkir rayon qeydiyyat şöbəsində və vətəndaşlıq vəziyyətləri aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 06 aprel 2024-cü il tarixədək edilmiş bütün vətəndaşlıq vəziyyətləri aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır;
35. X95 Filialının 07 may 2024-cü il tarixli 3-48-13F/2-56/2024 nömrəli məktubundan görünür ki, Şəmkir filialında mühafizə olunun Şamxor rayon X11 şöbəsinin Könüllü kəndinə aid doğum aktları kitabları filiala təhvil verilmədiyi üçün arxivdə saxlanılmır. Bu səbəbdən X88 ilə X74 arasında nikah bağlanıb-bağlanmaması barədə məlumat verilməsi mümkün olmamışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
36. İddiaçı cavabdehlər Cavabdeh2, Şəmkir rayon 1 saylı notariat ofisi və üçüncü şəxs X33 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X19ndan qalmış miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, onun mərhum X28 miras qalmış Şəmkir şəhəri Könüllü kəndində yerləşən 0.25 ha həyətyanı topraq sahəsinə vərəsəlik hüququnun tanınması və miras mülkdəki payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
37. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, mərhum X88 və mərhum X28 qalmış miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, X5 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 368.90 kv.m olan evə vərəsəlik hüququnun tanınması, mərhum X28 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinə vərəsəlik hüququnun tanınması və miras mülkdəki payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
38. Bundan sonra İddiaçı yenidən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, mərhum X88 və X28 qalmış miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2022ci il tarixli 2V-1791 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli 2V-1792 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv olunması, onun X5 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 368.90 kv.m olan evə vərəsəlik hüququnun tanınması və mərhum X28 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinə vərəsəlik hüququmun tanınması və miras mülkdəki payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
39. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 1947-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. X26, X19dır. Onların birgə nikahından X54, X24, X76, X91, İddiaçı, X52 və Cavabdeh2 anadan olmuşdur. X26 1991-ci ildə, X19 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. X2 2010-cu ildə, X24 2022-ci ildə, X76 2000-ci ildə, X91 2017-ci ildə vəfat etmişlər. Mərhum X19nın adına Şəmkir rayonu Könüllü kəndinin ərazisində (Cavabdeh2 ailəsi ilə paylı mülkiyyətdə) 0.25 ha həyatyanı torpaq sahəsi var. Qeyd olunan torpaq sahəsində iki fərdi yaşayış evi mövcuddur. Onların birində Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır, Cavabdeh2 yaşadığı ev onların uşaqlıqda yaşadıqları yəni mərhum valideyinləri tərəfindən inşa edilmişdir. Digər evi isə mərhum qardaşı X23 vəsaiti hesabına inşa olunmuşdur. Anası X1 həmin torpaq sahəsində digər övladlarının yaşaması üçün ayırmışdır. Həmin evdə hazırda o və digər bacı qardaşları və onların ailə üzvləri yaşamaqdadırlar. Bir neçə il bundan əvvəl cavabdehə onun, bacısı X52 və digər mərhum qardaş-bacısının ailəsinin yaşadığı evin sənədləşdirilməsi üçün müraciət etmişlər. Lakin qardaşı onların tələbini qəbul etməyərək bildirmişdir ki, onların yaşadığı ev və evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir və heç kəsə heç nə verən deyil. X19 vəfat etdikdən sonra həmin torpaq sahəsində inşa edilmiş evdə yaşamış və torpaq sahəsindən istifadə etmişdir. X10 məxsus əmlakı idarə etməklə mirası faktiki olaraq qəbul etmişdir. O, iddia tələbi ilə bağlı məhkəməyə ərizə verərək mərhum X88 və mərhum X28 qalmış miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, X5 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 368.90 kv.m olan evə vərəsəlik hüququnun tanınması, mərhum X28 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinə vərəsəlik hüququnun tanınması və miras mülkdəki payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh2 DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək mərhum X19ndan miras qalmış Şəmkir rayonu Könüllü kəndində yerləşən 0.25 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 368.90 kv.m olan ev mərhum X26nun adına qeyd edilmişdir. Bundan sonra Cavabdeh2 Şəmkir rayon 1 saylı notariat ofisinə müraciət edərək, X5 və X28 miras qalmış ünvan 3 fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixli 2V- 1791 və 2V-1792 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışdır. Həmin şəhadətnamələr əsasında Cavabdeh2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək adına qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi ********** olan çıxarış almışdır. Hesab edir ki mərhum X88 və X28 qalmış miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamlər etibarsız hesab edilməli və həmin şəhadətnamələr əsasında vermiş çıxarış ləğv edilərək, onun mərhum X88 və mərhum X28 miras qalmış əmlaka vərəsəlik hüququ tanınmalı və miras mülkdəki payı müəyyən edilməlidir.;
40. Birinci instansiya məhkəməsində icraat zamanı X21 və X92 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.
41. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, mərhum X24 onun anası, İddiaçı xalası, Xəyyam Hüseynov isə dayısıdır. Onu deyə bilər ki, dayısı İbrahim tez-tez Könüllü kəndinə gəlib ata anasına baş kəçib və onların qayğısına qalmışdır. O, son vaxtlar miras evə baxmamışdır. Mərhum dayısı İbrahim ünvan 5 ünvanında yerləşən evi təmir etdirmişdir ki, gələcəkdə qocalanda gəlib orada qalsın, Bakıda yaşadıqları evin mebellərini gətirib həmin evə yığmışdır.
42. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X80 ifadəsində göstərmişdir ki, Cavabdeh2lə eyni kənddə yaşayır, mərhum Hüseynlə qonşu olmuşdur, uzun illərdir onların ailələrini tanıyır, evlərinə gedibgəlmişdir. Həmin mübahisəli evi Hüseyn özü tikdirib. Hüseyndən sonra həmin həyətdə tikinti aparıldığını görməmişdir. İbrahimin və onun ailəsinin yay aylarında təxminən 10-20 gün gəlib həmin evdə qalmalarını görmüşdür. Fatmanı isə uzun illərdir həmin evdə yaşamasını görməmiş, ancaq gəlib getdiyi görmüşdür. Bir neçə dəfə İbrahimin ailəsini həmin evə gəlmələrini görmüşdür. Onun bildiyinə görə həmin evdə daim Xəyyam öz ailəsi ilə birlikdə yaşamışdır.
43. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında cavabdeh şahid qismində dindirilmiş X44 ifadəsində göstərmişdir ki, Cavabdeh2lə qonşudur, uzun illərdir ki, onu tanıyır, onun bütün bacı və qardaşları yaxşı olub. İbrahim və Fatma yay aylarında gəlib ata yurdunda 5-10 gün valideynlərinin yanında qalıb getmişlər. Bir neçə ildir ki, Fatmanın həmin evə gəlib və orada qaldığını görməmişdir.
44. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X69 ifadəsində göstərmişdir ki, iyirmi ildir Cavabdeh2 evinin qonşuluğunda yaşayır. Xəyyamın qardaşı İbrahimi tanısa da, onun qızını tanımır. Fatmanı tanıyır və bir iki gün qonaq kimi gəlib ata yurdunda qaldığını görmüşdür. İbrahimin də sağlığında gəlib ata yurdunda qaldığını görmüşdür. Bir neçə dəfə İbrahimin arvadı Kimyanın həmin evə qonaq kimi gəlib qalmasını görmüşdür. Ən çox yay aylarında gəlib qalmışlar. Onun bildiyinə görə mərhum Hüseynin övlədlarının hər birinin başqa ünvanlarda yaşamaq üçün evləri var, həmin yurdda daim Xəyyam yaşamışdır.
45. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, doğulduğu vaxtdan Cavabdeh2 evinin qonşuluğunda yaşayır. İbrahimi və arvadı Kimyanı tanıyır. Kimyanın həmin evə gəlib 3-4 gün qalıb getdiyini görmüşdür, bəzən Kimya tək gələndə təxminən bir ay qalmışdır. Sonuncu dəfə Kimya 2022-ci ilin yayında gəlmişdir, bir aya yaxın həmin evdə qalmışdır. Fatmanı isə xeyli vaxtdır həmin evdə görməmişdir, hardasa 3-4 ay əvvəl Fatmanı həyətdə oturanda görmüş, onunla oturub çay içmişlər, bir gün qalıb getmişdir. Onun bildiyinə görə mərhum Hüseynin övladlarının hər birinin başqa ünvanlarda yaşamaq üçün evləri var, miras evdə daim Cavabdeh2 yaşamışdır.
46. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X45 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən evin hörgü işini görmüşdür və mərhum Hüseyn həmin evi tikdirmişdir, ancaq uzun zaman keçdiyindən tarixini dəqiq xatırlamır. Həmin evə bitişik tikilmiş mətbəx onun tərəfindən inşa edilməmişdir, sonradan əlavə olaraq tikilmişdir.
47. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X99 ifadəsində göstərmişdir ki, Könüllü kəndində yaşayır. Fatmanın əri vəfat edəndə Xəyyamla gedib yas mərasimində iştirak etmişdir. Kənddə hamı ilə normal münasibəti var. Yay aylarında orada olsa da, kənd camaatını tanımır. Xəyyamın atası və anası vəfat edəndə həmin evə getmişdir. Onların yaşadıqları evlər xeyri aralıdır. O, Xəyyam gilə ildə beş altı səfər gedib-gəlir. Həyətdə bir ev, iki darvaza olmasını xatırlayır.
48. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X46 ifadəsində göstərmişdir ki, 1973-cü ildən qonşuluqda yaşayır, Xəyyamgilin nə üçün iki böyük darvazası olmasını bilmir. Gülgəz Həsənovanın yanına uşaqları sağlığında gəlib-gedirdi, ancaq Gülgəz öləndən sonra uşaqlarının həmin evə gəlməsini görməmişdir. Kimyanı sonuncu dəfə 2022-ci ilin yay aylarında gəlib həmin evdə qalmasını görmüşdür. Həyətdə olan parnikin kimin tərəfindən tikilməsini bilmir. Qocalıb, başqa heçnə yadına düşmür.
49. Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(076)-261/2023 nömrəli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia təmin edilərək, Şəmkir rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1791 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli 2V-1792 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi; Həmin şəhadətnamələr əsasında miras əmlaklara dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin miras qalmış 1/7 (yeddidə bir) hissəsi üzrə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 368.90 kv.m olan fərdi yaşayış evinə dair hissədə qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********92-10301 olan çıxarışın miras əmlaka münasibətdə ləğv edilməsi; ünvan 6 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin X28 miras qalmış 1/7 (yeddidə bir) hissəsi və həmin torpaqda yerləşən X43 miras qalmış ümumi sahəsi 368.90 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlakların birinci növbə vərəsələr İddiaçı, Cavabdeh2 və X54 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməklə, hər birinin miras əmlaklarda 1/3 (üçdə bir) hissədə olmaqla paylarının müəyyən edilməsi; ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin miras qalmış 1/7 (yeddidə bir) hissəsindən və həmin torpaqda yerləşən ümumi sahəsi 368.90 kv.m olan fərdi yaşayış evindən mərhum X35 çatacaq 1/3 (üçdə bir) hissədə miras əmlaklardakı payın, onun birinci növbə vərəsələri tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməklə, X8 1/3-in ½ (üçdə birin ikidə biri) hissəsində və X63 1/3-in ½ (üçdə birin ikidə biri) hissəsində paylarının müəyyən edilməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
50. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1, 337.2, 337.3, 337.4, 1133.1, 1133.2, 1146, 1151.1, 1159.1.1, 1243, 1246, 1247, 1252, 1253, 1255, 1262 və 1273-1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
51. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
52. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı böyük bacısıdır. Valideynlərinin birgə nikahlarından o, İbrahim, Fatma, Gülarə, Əyyam, Musa və Səkinə adlı qardaş-bacıları doğulmuşdur. Onlardan hazırda Fatma və Səkinə adlı bacıları sağdır. Səkinə hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Valideynlərinin sağlığından bütün qardaş və bacıları ailə quraraq ata evindən ayrılmışlar. Mübahisəli evdə valideynləri ilə birlikdə yalnız o öz ailə üzvləri ilə birlikdə yaşamışdır. İddiaçı və üçüncü şəxs Səkinə Musayeva 1960-cı illərdə, yəni valideynlərinin sağlığında ailə quraraq Bakı şəhərinə köçmüşlər və həmin vaxtdan hal-hazıradək də orada yaşayırlar. X124 1991-ci ildə, anası Gülgəz Həsənova isə 2013-cü ildə ölmüşdür. Özü ailəsi ilə birlikdə daima ata evində yaşamışdır. Valideynləri ölənə qədər onlara özü baxmış, onların dəfn mərasimlərini təkbaşına təşkil etmişdir. Beləliklə, miras əmlakı faktiki olaraq idarə etmişdir. Hazırda mirasdan pay istəyən bacısı İddiaçı, qardaşı arvadı Kimya Musayeva və qardaşı qızı Xanım Məhərrəmova valideynləri öləndə qonaq kimi gəlib bir gün yasda iştirak etmiş, sonra isə Bakı şəhərinə qayıtmışlar. Valideynlərindən miras qalmış fərdi yaşayış evinin mübahisəli hissəsində olan əşyalar divan və kreslo, çarpayılar, stenka qardaşı İbrahim Musayevin sağlığında onun Bakıdakı evindən gətirilərək evə qoyulmuşdur. Miras qalmış ev heç də iddiaçının göstərdiyi kimi “iki ev”-dən ibarət deyil. Evin tikilmə tarixi 1975-ci ilə aiddir. Əgər həyətdə iki ev mövcud olsaydı, adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda da bu öz əksini tapmış olardı. Qardaşı İbrahim valideynlərinin sağlığında ailəsi ilə birlikdə yay tətillərində kəndə gəlib iyirmi gün və ya bir ay evdə qalıb getmişdir. Həmin vaxt evdə qonaq olduqlarından onlara mərhum atası qulluq etmişdir. Evin mübahisəli hissəsi qonaqlar üçün nəzərdə tutulduğundan o və ailəsi həmin hissədən istifadə etməmişlər. Həmin hissə təmirsizdir, tavan uçmuş vəziyyətdədir və orada yaşamaq mümkün deyil. Əgər iddiaçı və üçüncü şəxslər həqiqətən də yay aylarında gəlib orada qalırdılarsa niyə evin həmin hissəsi təmirsiz və dağılmış vəziyyətdədir. Evin arxa hissəsində olan istilikxananın istiliklə təmin edilməsi üçün mərhum qardaşı İbrahimin adına qaz sayğacı qoyulmuşdur, lakin həmin sayğacın evə hər hansı aidiyyəti yoxdur. Evin sayğacı onun adınadır, həmin sayğacın limiti bitəndə ailəsi ilə birlikdə mərhum qardaşı İbrahimin adına olan qaz sayğacından istifadə etmişlər. Təbii qazdan istifadəyə görə olan borcu isə neçə illərdir ki özü ödəmişdir. Bu qətnamədə də öz təsdiqini tapmışdır. Həm bacısı Fatma, həm də üçüncü şəxslər İbrahimin ölümündən sonra ildə-əyyamda evə qonaq kimi gəlib bir neçə gün qalıb getmişlər. Valideynlərindən miras qalmış evi və onun yerləşdiyi topaq sahəsini faktiki olaraq idarə etməklə mirası qəbul etmiş və həmin əmlaklara dair adına çıxarış almışdır. Miras əmlak sayılan 0.25 ha torpaq sahəsinin 2/7 hissəsi, 368,90 kv.m fərdi yaşayış evi isə tam həcmdə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 5/7 hissəsi onun ailə üzvlərinin mülkiyyətindədir. Digər bacı-qardaşlarının hər birinin öz ailəsi var və ayrıayrı ünvanlarda yaşayırlar. Onların heç biri daimi olaraq miras qalmış evdə yaşamamışlar. Ona görə də onlar miras qalmış əmlakı qəbul etməmişlər. 0.25 ha torpaq sahəsinin üzərində yalnız bir fərdi yaşayış evi vardır ki, orada uzun illərdir o öz ailəsi ilə birlikdə yaşamışdır. Ev böyük olduğuna görə iki tərəfdən pilləkən qoyulmuş və otaqların hamsına bir-birindən giriş imkanı vardır. Məhkəmə isə qətnamədə qeyd etmişdir ki, otaqlar birbirindən təcrid edilmişdir. Evin həyətində iki darvaza olmasını əsas götürən məhkəmə bunu torpaq üzərində iki ev olması kimi qəbul etmiş və məhkəmə iclasında ondan, eləcə də şahidlərdən dəfələrlə soruşmuşdur ki, niyə həyətdə 4 darvaza var (kiçik dəmir qapılarını da məhkəmə darvaza hesab etmişdir). Nə qədər izah etməyə çalışmışdır ki, darvazanın biri yük maşınından ötrü və torpaq sahəsindəki istilikxanaya görə qoyulmuşdur. Məhkəmə isə bunu inandırıcı hesab etməmişdir. Evin mübahisə olunan hissəsi təmirsizdir və tavanı uçmaq vəziyyətindədir. Xəstə və imkansız olduğuna göğrə həmin hissəni təmir etdirə bilməmişdir. Məhkəməyə evin 1975-ci ildə tikilməsinə dair arayış təqdim etmişdir. Həmin arayışda evin kürsülü dörd otaq iki zal iki mətbəxdən ibarət olduğu göstərilmişdir. Lakin üçünçü şəxslərin mülahizələrini əsas götürərək məhkəmə belə qənaətə gəlmişdir ki, evin mətbəxini guya qardaşı İbrahim tikdirmişdir. Məhkəmə evin mübahisəli hissəsində Bakıdan gətirilmiş əşyaların olduğunu, iddiaçının və üçüncü şəxslərin yay aylarında gəlib orada yaşadığını qeyd edərək iddia tələbini təmin etmişdir. Halbuki, İbrahim Hüseynov Bakı şəhərində 2010-cu ildə, yəni anasının ölümündən üç il əvvəl ölmüşdür. Onun mirasını arvadı və qızı Bakı şəhərində olan miras əmlakına münasibətdə qəbul etməli idi və etmişlər. Anası ölməmişdən əvvəl iki il yataq xəstəsi olmuş, sonuncuya o və arvadı baxmışdır. Hazırdan mirasdan pay bölünmüş bacısı qardaşı və onun arvadı həmin vaxt harada idilər? Mirasdan pay verilmiş üçüncü şəxs Kimya Musayevanın 84 yaşı var və fiziki imkanları məhduddur. Sonuncu miras qalmış evə gələndə ona onun ailəsi baxmış və qonaq kimi hörmət etmişlər. İddiaçı və üçüncü şəxslərin mirası qəbul etməsi, orada hər hansı abadlaşdırma işləri aparmaları barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə yalnız onların mülahizələrini nəzərə alaraq və işləməyən qaz sayğacını əsas tutaraq qardaşı İbrahimin mirası qəbul etdiyini əsas götürüb onun bacısına, qardaşı arvadı və qardaşı qızına mirasdan pay vermişdir. Halbuki, iş materiallarına əlavə edilmiş 23 yanvar 2023-cü il tarixli “Azəriqaz” İstehsalat Birliyinin nəzarətçisinin iştirakı ilə tərtib edilmiş aktdan da görünür ki, istilikxana üçün qardaşı İbahimin adına qaz sayğacı quraşdırılmışdır. Uzun illərdir ki, həmin sayğacdan istifadə edir və ödənişləri həyata keçirir. Evin mübahisəli hissəsində isə təbii qaz yoxdur. Evə quraşdırılmış sayğacın istismarçısı olduğundan istilikxnaya sayğac qoyularkən qazpaylayıcı tərəfindən bildirilmişdir ki, şəxsin adına iki sayğac quraşdırmaq olmaz. Bu səbəbdən ikinci sayğac mərhum qardaşı İbrahimin adına quraşdırılmışdır. Bundan başqa, evin digər hissəsində tikiliş olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilməli olduğu halda, məhkəmə yalnız evə baxış keçirərək öz mülahizəsi əsasında hesab etmişdir ki, evin mübahisəli hissəsi sonradan tikilmişdir. Halbuki, ekspertiza təyin ediləcəyi təqdirdə xüsusi biliyə malik ekspert evin həqiqətən 1975-ci ildə tikilib-tikilməməsini sonradan orada artırma işlərinin aparılıb-aparılmamasını müəyyən edə bilərdi. Üçüncü şəxslər miras əmlakda yerləşən ikinci evin mərhum İbrahim Musayev tərəfindən inşa edildiyini bildirmiş, məhkəmə isə bu barədə sübut olmadığı halda həmin halı qəbul etmişdir. Valideynləri öldükdən sonra vərəsəlik açılarkən onların birinci növbəli vərəsi olmaqla miras əmlakı faktiki idarə etməyə başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Anasının ölümündən sonra torpaq sahəsi faktiki onun istifadəsində olmuş, torpağı əkib becərmiş, digər vərəsələr, o cümlədən İddiaçı və üçüncü şəxslər isə mirası nə qanunla, nə də ki faktiki qəbul etməmişlər. Atasının ölümündən 31 il, anasının ölümündən isə 10 il keçdikdən sonra iddiaçı və üçüncü şəxslər məhkəməyə müraciət edərək miras əmlakdan pay istəmişlər. Həmçinin qeyd edir ki, məhkəmə miras əmlakı ölərkən düzgün bölgü aparmamışdır. Belə ki, mərhum anasının torpaq sahəsində olan 1/7 hissə payında onun da payı var. Lakin məhkəmə bunu nəzərə almamışdır. Anasından qalmış mirası yalnız üçüncü şəxslər arasında paylara bölmüşdür. Mirasda nə onun, nə də ki, İddiaçı payının olub-olmaması müəyyən edilmir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Apellyasiya instansiyası məhkəməsində icraat
54. AZ-İİ seriyalı 360196 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 23 may 2023-cü il tarixdə ölmüşdür. Apellyasiya instansiyasında icraat zamanı mərhum Cavabdeh2 arvadı X59 cavabdehin prosessual hüquq varisi qismində işə cəlb edilmişdir.
55. AZ-İİ seriyalı 397840 nömrəli ölüm haqqında şəhadətnamyəyə əsasən müəyyən edilmişdir ki, İddiaçı 26 avqust 2023-cü il tarixdə ölmüşdür. Apellyasiya instansiyasında icraat zamanı mərhum İddiaçı oğlu X81 iddiaçının prosessual hüquq varisi qismində işə cəlb edilmişdir.
56. AZ-İİ seriyalı 420202 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, üçüncü şəxs X82 21 mart 2024-cü il tarixdə ölmüşdür. Apellyasiya instansiyasında icraat zamanı mərhum üçüncü şəxs X47 qızı (həmçinin iş üzrə üçüncü şəxs) X21 mərhum üçüncü şəxs Kimya Musayevanın prosessual hüquq varisi qismində işə cəlb edilmişdir.
e) Məhkəmə icraatı iştirakçılarının izahatları
57. 23 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 prosessual hüquq varisi (həmin zaman etibarnamə üzrə nümayəndəsi) X59 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisəli ev 1920-ci ildə tikilmişdir. Əvvəllər evin girişi vahid olsa da, sonrakı dəyişiklikdən sonra evin ayrı-ayrı girişləri olmuşdur və həmin girişlərlə ev faktiki olaraq iki hissəyə ayrılmışdır. Girişin birindən o və ailə üzvləri istifadə etmişdir. Xanım Məhərrəmova, Kimya Musayeva və İddiaçı isə evin onlara aid hissəsinə daxil olmaq üçün digər girişdən istifadə etmişlər. Həmin evdə həmişədən onlar yaşamışlar. İddiaçı və İbrahim Musayev ailələri ilə birlikdə isə həmin evə arabir gəlib-gedərək 3-5 gün qalmışlar. Miras qalmış ev iddiaçının daimi yaşadığı ev olmamışdır. İddiaçı və İbrahim Musayevin istifadə etdiyi otaqda dörd ədəd çarpayı var, fatma və İbrahim mübahisəli evə ailəsi ilə birlikdə yay və qış aylarında gəlib müvəqqəti yaşamışlar. Sədrlik edənin suallarına cavab olaraq Məlahət Musayeva bildirmişdir ki, mübahisə yaranmamışdan qabaq iddiaçı və üçüncü şəxslərlə münasibətləri yaxşı olmuşdur, iddiaçı və üçüncü şəxslər miras qalmış evə yay və qış aylarında qonaq gəlmişlər, onlar da öz növbələrində həmin şəxsləri qonaq kimi yaxşı qarşılamışlar. Fatma və İbrahim ailəsi yay aylarında gələndə evin onlara aid hissəsində qış ayında gələndə isə qaynatasının inşa etdiyi hissədə qalmışlar. İddiaçının anası vəfat edəndə belə o, miras evdə çox az müddət qalmışdır. Həyətdəki istixana onların olub, istixananın iddiaçıya aidiyyəti olmamışdır. İstixanadan istifadə etmək üçün mərhum əri ilə birlikdə əlavə qaz sayğacı quraşdırmışlar. Həyətdə iki ev var, digər ev qaynatasından qalmayıb sonradan özləri inşa etmişlər. Evin iki sayğacı var. Qaynatasının inşa etdiyi evin açarı onda olmuş, İbrahim və Fatma ailəsi ilə birlikdə gələndə acarı ondan götürmüşlər. Onlar daimi olaraq həyətdə olan özləri tikdikləri evdə yaşayırlar. Qaynatasının inşa etdiyi evlə onların özlərinin tikdiyi ev bitişik olsa da, evlərin biri-birinə keçidi bağlıdır. Miras qoyanların digər vərəsələri miras əmlakı nə qanuni, nə də faktiki yolla qəbul etməmişlər.
58. 23 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı mərhum valideynlərinin vərəsəsidir. ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin X28 miras qalmış 1/7 (yeddidə bir) hissəsi və həmin torpaqda yerləşən X43 miras qalmış ümumi sahəsi 368.90 kv.m olan fərdi yaşayış evindən ibarət miras əmlaklara dair iddiaçının da payı müəyyən edilməlidir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, miras qalmış fərdi yaşayış evi iki hissədən ibarətdir. Həmçinin evin iki girişi var. Həmin girişlərin birindən daima İddiaçı və onun mərhum qardaşı İbrahim və sonuncunun ailə üzvləri istifadə etmişlər. Sonradan mətbəx üçün əlavə tikili inşa edilmişdir. Həmin tikili də İddiaçı və onun mərhum qardaşı İbrahim Musayev tərəfindən inşa edilmişdir. Evin İddiaçı və mərhum qardaşı İbrahim Musayev yaşadığı hissədə qalan əşyalar da məhz adları qeyd olunan vərəsələrə məxsusdur. Miras mülkdə iki ədəd sayğacının olması və həyətə iki girişin olması da sübut edir ki, miras mülkdə iki təsərrüfat mövcud olmuşdur. Yəni, Cavabdeh2 miras mülkdə yerləşən özü tərəfindən inşa edilmiş evdə yaşamış, atasından miras qalmış tikilidən isə istifadə etməmişdir. Evin həmin hissəsində İddiaçı və onun mərhum qardaşı İbrahim Musayev ailələri ilə birlikdə yay-qış aylarında gələndə oradan istifadə etmişlər. Miras qoyanların digər vərəsələri miras əmlakı nə qanuni, nə də faktiki yolla qəbul etməmişlər.
59. 23 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs (həmçinin digər üçüncü şəxs X63 nümayəndəsi) X21 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli ev təxminən 1975-1982-ci illərdə mərhum atası İbrahim Musayev tərəfindən inşa edilmişdir. Ev tikilən zaman iki hissəli tikilib, qarşı tərəfdə yerləşən qonşunun evi də həmin formada inşa edilib. Özü Bakı şəhərində anadan olmuş və orada yaşamışdır. Lakin uşaq vaxtlarında yay və qış tətillərində atası İbrahimlə həmin evə gedib orada qalmışdır. Evin kommunal xərcləri ilə bağlı ödəniş edilməsi, habelə evdə təmizlik işləri görülməsi üçün cavabdehə və ailə üzvlərinə pul göndərmişlər. Mərhum nənə və babasının sağlığında mübahisəli evə gedib bibisi İddiaçı ilə birlikdə orada qalmışlar. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayında əmisi Xəyyamın oğlunun kart hesabına pul göndərmişdir ki, anasının miras qalmış evdə işlətdiyi kommunal xərcləri ödəsin. Bu barədə ödəniş qəbzlərini birinci instansiya məhkəməsinə təqdim etmişlər. Miras qalmış mülkdəki istixananı da mərhum atası İbrahim Musayev quraşdırmışdır. Cavabdehin arvadı Məlahət Musayevanın dedikləri həqiqəti əks etdirmir. Çünki, miras evdə istilik sistemi mövcud olmuşdur və onlar yay aylarında, o cümlədən qışda gedib orada yaşamışlar. Hətta miras qalmış evə getməmişdən qabaq əmisi arvadı Məlahət Musayevaya pul göndərmişlər ki, əvvəlcədən evdə təmizlik işləri gördürsün. Bu məqsədlə evin açarının bir nüxsəsini əmisi arvadı Məlahət Musayevaya vermişlər, ancaq özlərinində də miras qalmış evin açarı olmuşdur. Babasının ölümündən sonra miras qalmış evdən bibisi İddiaçı və onun atası İbrahim Musayev ailələri ilə birlikdə yay və qış aylarında getdikdə yaşamışlar. Miras qoyanların digər vərəsələri miras əmlakı nə qanuni, nə də faktiki yolla qəbul etməmişlər.
60. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 prosessual hüquq varisi X22 vəkili X48 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
61. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı prosessual hüquq varisi X39 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatına əlavəsi olmadığını bildirərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
62. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi
63. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
64. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
65. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
66. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
67. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər.
xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
68. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
69. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
70. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
71. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
72. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
73. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
74. Maddə 1163. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər.
75. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
76. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
77. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
79. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
80. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
81. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
82. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
83. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
84. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
85. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
86. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
87. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
88. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X88 ilə X74 ailə qurmuşlar, onların birgə ailə münasibətlərindən X54, X24, X76, X91, İddiaçı, X52 və Cavabdeh2 adlı uşaqları anadan olmuşdur. X27 ilə X74 arasında nikah qeydə alınmamışdır. ünvan 7 ünvanda yerləşən 368,90 kv.m fərdi yaşayış evi X58 xüsusi mülkiyyətində olmuşdur. X88 xx.xx.1991-ci il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - uşaqları X54, X24, X76, X91, İddiaçı, X52 və Cavabdeh2 olmuşdur. X5 miras qalan əmlak isə ünvan 7 ünvanda yerləşən 368,90 kv.m fərdi yaşayış evi olmuşdur. Miras qoyan X58 vərəsələrindən oğlu Cavabdeh2 atasından miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat ofisinə müraciət etmiş və Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən miras əmlak olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 368.90 kv.m mərhum X58 adına olan fərdi yaşayış evinə dair Cavabdeh2 adına xx.xx.2022-ci il tarixli 2V-1791 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan başqa, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 55 nömrəli qərarına əsasən JN-178F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Şəmkir rayonu Könüllü kəndində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsi X74 və onun ailə üzvləri Cavabdeh2, X59, X66, X67, X60 və X29 ümumi birgə mülkiyyətinə verilmişdir. X74 28 yanvar 2013-cü il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - uşaqları X54, X24, X76, X91, İddiaçı, X52 və Cavabdeh2 olmuşdur. Adları qeyd olunan vərəsələrdən X54 xx.xx.2010-cu il tarixdə, X76 isə 23 mart 2000-ci il tarixdə, yəni miras qoyan Gülgəz Həsənovadan qabaq ölmüş olsalar da, lakin işdəki sənədlərdən göründüyü kimi həmin vərəsələrin də birinci növbəli vərəsələri olmuşdur. X42 ölümündən sonra miras qalan əmlak Şəmkir rayonu Könüllü kəndində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsinin mərhumun payına düşən 1/7 hissəsi olmuşdur. Miras qoyan X42 vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər. Miras qoyan X42 vərəsələrindən oğlu Cavabdeh2 atasından miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat ofisinə müraciət etmiş və Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən miras əmlak olan ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin X28 miras qalmış 1/7 (yeddidə bir) hissəsinə dair Cavabdeh2 adına xx.xx.2022-ci il tarixli 2V- 1792 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras qoyan Gülgəz Həsənovanın vərəsələrindən oğlu X54 xx.xx.2010-cu il tarixdə, digər oğlu X76 isə 23 mart 2000-ci il tarixdə, yəni miras qoyan Gülgəz Həsənovadan qabaq ölmüşlər. Lakin adları qeyd olunan vərəsələrin də birinci növbəli vərəsələri vardır. Həmçinin, miras qoyan X17 Musa Hüseyn oğlu 2017-ci ildə, qızı X24 isə 2022-ci ildə, yəni miras qoyan Gülgəz Həsənovanın mirası açıldıqdan sonra ölmüşlər, lakin işdəki sənədlərdən göründüyü kimi həmin vərəsələrin də qanun üzrə birinci növbəli vərəsələri vardır.
89. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə həm xx.xx.1991-ci il tarixdə ölmüş X43, həm də 28 yanvar 2013-cü il tarixdə ölmüş X28 miras qalmış əmlakın vərəsələr arasında paylara bölünməsi tələb edilir. Məhkəmə kollegiyası miras qoyan Hüseyn Həsənovun mirasının digər miras qoyan Gülgəz Həsənovanın mirasından daha əvvəl açıldığını nəzərə alaraq hesab edir ki, ilk növbədə miras qoyan X58 mirasının vərəsələr arasında paylara bölüşdürülməsi məsələsi həll edilməlidir.
90. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır.
91. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin miras qoyan X43 miras qalmış əmlakın vərəsələr arasında paylara bölünməsi hissəsində mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermişdir.
92. Belə ki, vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi miras qoyan X88 xx.xx.1991-ci il tarixdə ölmüşdür və iddia tələbində həmin miras qoyanın miras əmlakın vərəsələr arasında paylara bölünməsi xahiş edilmişdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
93. Birinci instansiya məhkəməsi isə iddia tələbinin miras qoyan X43 miras qalmış əmlakın vərəsələr arasında paylara bölünməsi hissədə iş üzrə 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarını tətbiq edərək prosessual pozuntuya yol vermişdir.
94. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
95. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
96. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan X88 xx.xx.1991-ci il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - uşaqları X54, X24, X76, X91, İddiaçı, X52 və Cavabdeh2 olmuşdur. X5 miras qalan əmlak isə ünvan 7 ünvanda yerləşən 368,90 kv.m fərdi yaşayış evi olmuşdur.
97. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliyin açılması faktı və mirasın kütləsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir.
98. Miras qoyan X58 mirası açılan zaman (xx.xx.1991-ci il) qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun.
99. Qeyd edilməlidir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.
100. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, miras qoyan X43 qalmış mirası onun birinci növbəli vərəsələri olan qızı İddiaçı, oğulları Cavabdeh2 və İbrahim Musayev qəbul etmişlər. Qeyd olunan hal birinci instansiya məhkəməsində icraat zamanı miras qalmış fərdi yaşayış evinin yerində müayinə aktı ilə sübuta yetirilmişdir.
101. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin iştirakı ilə miras qoyanlar X74 və X43 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və həmin torpaqda yerləşən ümumi sahəsi 368.90 kv.m olan fərdi yaşayış evinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin küçəyə açılan iki ədəd eyni formada yanaşı qurulmuş böyük darvazası və hər darvazanın baş hissələrində isə insanların keçməsi üçün nəzərdə tutulmuş iki balaca qapısı vardır. Həyatyanı sahəyə daxil olduqda sol tərəfdə naves və onun altında mişar daşından inşa edilmiş sanitar qovşağı, ev vardır və həmin evdə Xəyyam və onun ailə üzvləri yaşayır və həmin ev miras qoyanların adına qeydə alınmamışdır. Həyətin ortasında küçəyə paralel inşa edilmiş kürsülü fərdi yaşayış evi vardır, evin baş hissələri (sağ və sol hissələri) oxşar olmaqla, yəni hər iki baş hissəsinə oxşar pilləkən, şüşəbənd qurulmuşdur, hər iki pilləkənlə evə daxil olmaq üçün nəzərdə tutulmuşdur, həmin evlə üzbəüz dayandıqda sağ tərəfdə olan torpaq sahəsində yeni inşa edilməkdə olan evin bünövrəsi qurulmuşdur. İddiaçının nümayəndəsi və üçüncü şəxs X21 həmin yeni qurulmuş evin bünövrəsini göstərib, İbrahim və Fatma tərəfindən əkilmiş meyvə ağaclarının Xəyyamın oğlu tərəfindən kəsilərək yerində yaşayış evi tikmək istədiklərini bildirmişdir. Xəyyam və ailə üzvləri həmin vaxt həyətdə olan bir neçə ağacın kəsilməsini, lakin həmin ağacın iddiaçıya heç bir aidiyyatı olmadığını bildirmişlər. Evin arxa hissəsində isə istifadə edilməyən istilikxana (parnik) olması, həmin evə məxsus iki ədəd qaz sayğacı olması, sayğacın birinin mərhum İbrahim Musayevin adına qeydə alınması müəyyən edilmişdir. Cavabdeh2 mərhum İbrahim Musayevin adına qeydə alınmış qaz sayğacının istilikxana üçün qoyulduğunu və həmin sayğacdan evə xətt çəkilmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi və üçüncü şəxs X21 miras qalmış yaşayış evi ilə üzbəüz dayandıqda sağ hissəsinin istifadələrində olan hissə olduğunu və əşyalarının həmin hissədə otaqlarda saxlanıldığını və daim evin həmin hissəsində yaşadıqlarını göstərdikləri üçün bu hissəyə baxış keçirilməsi üçün həmin hissəyə qoyulmuş pilləkənlə evə daxil olunmuş və bu zaman evin tavanında üç gözlü 2 ədəd lüsturun olması, pəncərələrdə ağ rəngdə pərdələr, evdə əşyalardan 1 ədəd stenka, 2 ədəd kreslo və bir ədəd divan, 1 ədəd stol, digər otaqda 2 ədəd balaca tumboçka, yataq otağında 4 ədəd çarpayı və üzərində bir ədəd matras və bir ədəd döşək, 1 ədəd balaca stol, 1 ədəd şifoner olması, həmin yaşayış hissəsinin evin baş hissəsinə binaya əlavə olaraq yerdən durba basdırılmaqla artırma olaraq inşa edilmiş mətbəx və həmin mətbəxin divarlarında kafel, bir ədəd şkaf və qızıdırıcı (pilitka) olması müəyyən edilmişdir. İddiaçının nümayəndəsi və üçüncü şəxs X21 həmin əşyaların onların, yəni Fatmanın və İbrahimə məxsus olmasını, mətbəxi Fatma və İbrahimin vəsaitləri hesabına sonradan inşa edildiyini bildirmişlər. X21 onlara məxsus 2 ədəd 3*4 xalça, 2000-ci ildə alınmış Supra markalı televizor, val oxuducusu (qramafon), elektrik sobası, mərhum atası İbrahimə məxsus maqintofon, foto şəkillər və vinetka, ütü, tozsoran, mebel və sair məişət əşyalarının bir qisminin həmin evdə olduğunu, lakin hazırda aşkar etmədiklərini, Cavabdeh2 və onun ailəsi tərəfindən götürüldüyünü bildirmişdir. Cavabdeh2 evin baxış keçirilən bu hissəsində onun və ailəsinə məxsus əşyanın olmamasını, bu hissədə olan əşyalar divan və kreslo, yataq üçün çarpayılar, stenka və stulun onun ailəsinə məxsus olmadığını, həmin əşyaları mərhum qardaşı İbrahimin sağlığında yay aylarında gəlib bir ay həmin evdə qaldığı üçün gətirib həmin evə qoyduğunu, həmin hissədə olan mətbəx artırmanı isə atası tərəfindən inşa edildiyini, lüsturların hamısı o vaxtdan qurulduğunu, evin həmin hissəsi evlərinə gələn qonaqlar üçün nəzərdə tutulduğundan o və ailəsi həmin hissədən istifadə etmədiyini, 2010-cu ildə qardaşı İbrahim rəhmətə gedəndən sonra İbrahimin ailəsinin həmin evdə olan əşyalarını yığıb apardığını, lakin bu əşyaların qaldığını, o, mebelləri və yataq çarpayılarını gəlib aparmalarını dediyini, gəlib sonra aparacaqlarını ona bildirdiklərini söyləmişdir. Cavabdeh2 evin digər hissələrinin onun ailəsinin istifadəsində olduğunu bildirdiyindən və işin bu halı mübahisə doğurmadığından baxış keçirilməmişdir.
102. Göründüyü kimi, miras qalmış evin miras qoyanın vərəsələri olan İddiaçı və İbrahim Musayevinin ailəsi ilə birlikdə yaşadığı hissədə adları qeyd olunan vərəsələrə məxsus 1 ədəd stenka, 2 ədəd kreslo və bir ədəd divan, 1 ədəd stol, digər otaqda 2 ədəd balaca tumboçka, yataq otağında 4 ədəd çarpayı və üzərində bir ədəd matras və bir ədəd döşək, 1 ədəd balaca stol, 1 ədəd şifaner mövcuddur, habelə fərdi yaşayış evi ilə üzbə-üz dayandıqda sağ hissəsinin ayrıca giriş və çıxış üçün pilləkən nəzərdə tutulması, fərdi yaşayış evi bir-birindən təcrid edilməklə iki hissəyə ayrılması müəyyən olunur ki, işin bu halları İddiaçı, İbrahim Musayev və Cavabdeh2 atalarından miras qalmış evdə yaşamaqla miras əmlakı faktiki idarə etmələrinə dəlalət edir.
103. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 həmin əşyaların İddiaçı və İbrahim Musayev tərəfindən istirahət üçün evə gələndə oraya yerləşdirildiyini, evdən gedərkən isə əşyaların aparılmadığını bildirsə də, bu dəlil kollegiya tərəfindən əsassız hesab edilmişdir. Çünki, miras əmlak olan fərdi yaşayış evinin İddiaçı və İbrahim Musayevin ailəsi ilə birlikdə yaşadığı hissədə qalmış məişət əşyaları evdə yaşayış ehtiyaclarını qarşılayan və ümumi istifadə üçün nəzərdə tutulmuş əşyalardır. Xüsusən nəzərə almaq lazımdır ki, sözügedən məişət əşyaları istirahət məqsədilə müvəqqəti olaraq miras qalmış evə gətirildiyi halda həmin əşyaların uzun müddətdə sözügedən evdə qalması da inandırıcı və məntiqli deyil.
104. Halbuki, miras qalmış evin İddiaçı və İbrahim Musayevin ailəsi ilə birlikdə yaşamış olduğu hissədə yalnız onlara məxsus məişət əşyaları mövcud olmuşdur və mirasın açılmasından ötən uzun müddət ərzində həmin hissədə Cavabdeh2 və ailə üzvləri yaşamamışlar, habelə oradan istifadə etməmişlər. Evin həmin hissəsində miras qoyanın vərəsələri İddiaçı və İbrahim Musayev ailə üzvləri ilə birlikdə yay və qış aylarında gəldikdə istifadə etmişlər. Bundan başqa, nəzərdən qaçırmaq olmaz ki, miras qalmış fərdi yaşayış evinə iki ədəd qaz sayğacı quraşdırılmışdır ki, həmin sayğaclardan biri miras qoyanın birinci növbəli vərəsəsi olan mərhum İbrahim Musayevin abonent hesabı olmuşdur. Eyni zamanda mərhum X36 Musayeva izahatında miras qalmış evin kommunal xərclərinin ödəməsi üçün 2022-ci ilin sentyabr ayında əmisi Cavabdeh2 oğlunun kart hesabına pul göndərdiyini bildirmişdir. Lakin cavabdeh tərəfin onun həmin izahatında göstərdiklərinə dair hər hansı əsaslı arqumenti olmamışdır.
105. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlərin ifadələri ilə də (bax qətnamənin 41-45-ci bəndləri) miras qoyanın vərəsələri olan İddiaçı və mərhum İbrahim Musayevin atalarından miras qalmış əmlakı faktiki qəbul etmələri təsdiq olunur.
106. Göründüyü kimi, işin müəyyən edilmiş və faktiki halları ona dəlalət edir ki, miras qoyanın övladları İddiaçı və mərhum İbrahim Musayev atalarından miras qalmış mülkə maraqlarını itirməmişlər və əmlaka sahib çıxaraq miras əmlakı faktiki qəbul etdiklərini nümayiş etdirmişlər.
107. İşin yuxarıda sadalanan hallarının yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, miras qoyan X58 ölümündən sonra ondan miras qalmış əmlakı onun qanun üzrə vərəsələrindən üçü qızı İddiaçı və oğulları İbrahim və Cavabdeh2 faktiki qəbul etmişlər. Miras qoyan Hüseyn Həsənovun digər qanun üzrə birinci növbəli vərəsələri isə mirası nə qanuni, nə də faktiki yolla qəbul etməmişlər. Belə olan halda miras əmlak olan ünvan 7 ünvanda yerləşən 368,90 kv.m fərdi yaşayış evi üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı, Cavabdeh2 və mərhum X23 hər birinin 1/3 hissədə vərəsəlik payları müəyyən edilməlidir.
108. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, miras qoyan X58 mirası faktiki qəbul etmiş vərəsəsi X54 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra isə qanun üzrə vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamə ilə qanun üzrə birinci növbəli vərəsələri - arvadı X92 və qızı X21 ondan miras qalmış əmlakı qəbul etmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, miras qoyan X58 miras əmlakından sonuncunun vərəsəsi X35 çatası 1/3 hissədə pay mərhum İbrahim Musayevin vərəsələri X92 və X16 verilməli, miras payı onlar arasında bərabər paylara bölünməlidir (1/3 mirasın ½ hissəsi).
109. Məhkəmə kollegiyası onu da qeyd edir ki, miras qoyan X43 miras qalmış ünvan 7 ünvanda yerləşən 368.90 kv.m olan fərdi yaşayış evi üzərində ümumi əmlakda İddiaçı və Cavabdeh2 hər birinin payı 2/6 hissədə, üçüncü şəxslər X82 və X8 hər birinin ümumi əmlakdakı payı isə 1/6 hissədə müəyyən edilməlidir.
110. Bundan başqa, işdən müəyyən olunur ki, miras qoyan X43 qalmış miras əmlaka dair Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın digər vərəsələrinin mirası qəbul etmiş olması nəzərə alınmadan sadəcə Cavabdeh2 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və adı qeyd olunan vərəsə miras əmlakdan tam həcmdə pay almışdır. Lakin, notariat kontoru tərəfindən vərəsəlik işi açılarkən digər vərəsələrin axtarılması üçün hər hansı tədbir görülməmiş, onların miras əmlaka münasibətləri bu və ya digər formada öyrənilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin xx.xx.2022-ci il tarixli 2V-1791 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış da miras əmlak olan ünvan 7 ünvanda yerləşən 368,90 kv.m fərdi yaşayış evinə aid hissədə ləğv edilməlidir.
111. Eyni zamanda, məhkəmə kollegiyası miras qoyan X28 miras qalmış əmlakla bağlı qeyd edir ki, miras qoyan Gülgəz Həsənova 28 yanvar 2013-cü il tarixdə öldüyündən ondan miras qalmış əmlak üzərində vərəsələrin paylarının müəyyən edilməsi məsələsi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
112. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
113. X64 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
114. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
115. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
116. Daha sonra Plenum qərarda qeyd etmişdir ki, Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığı, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alınaraq, bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
117. Hazırkı iş üzrə iddia ərizəsi 05 oktyabr 2022-ci il tarixdə yəni, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı qüvvəyə minməmişdən əvvəl məhkəmənin icraatında olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, miras qoyan X28 miras qalmış əmlakın bölünməsi məsələsi Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarındakı hüquqi mövqeyə uyğun həll edilməlidir.
118. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan X74 28 yanvar 2013-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – uşaqları X54, X24, X76, X91, İddiaçı, X52 və Cavabdeh2 olmuşdur. X28 miras qalan əmlak isə Şəmkir rayonu Könüllü kəndində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsinin mərhumun payına düşən 1/7 hissəsi olmuşdur və miras qoyanın adları qeyd olunan vərəsələrindən heç biri mirasın qəbulundan imtina etməmişlər. Vərəsələrdən Cavabdeh2 miras əmlaka dair adına vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında müvafiq şəhadətnaməyə əsasən, o, X28 qalmış miras əmlakdan tam həcmdə pay almışdır.
119. İşdən göründüyü kimi mərhum X28 qalmış miras əmlaka dair Cavabdeh2 adına qanun üzrə vərəsəlik işi açılarkən notariat kontoru tərəfindən miras qoyanın digər qanun üzrə birinci növbəli vərəsəsələrinin olması nəzərə alınmamış və digər vərəsələrin axtarılması üçün hər hansı tədbir görülməmiş sadəcə Cavabdeh2 adına xx.xx.2022-ci il tarixli 2V-1792 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.
120. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 adına verilmiş həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarındakı hüquqi mövqeyə uyğun olaraq X28 qalmış miras əmlak üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələrinin bərabər payları müəyyən edilməlidir.
121. Məhkəmə kollegiyası həmçinin miras qoyan X42 miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq qeyd edir ki, miras əmlak olan Şəmkir rayonu Könüllü kəndində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsinin 1/7 hissəsi üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan X54, X24, X76, X91, İddiaçı, X52 və Cavabdeh2 hər birinin 7/49 hissədə payları müəyyən edilməlidir.
122. Yuxarıda göstərildiyi kimi miras qoyan X42 birinci növbəli vərəsələri olan oğlu X76 23 mart 2000-ci il tarixdə, digər oğlu X54 isə xx.xx.2010-cu il tarixdə, yəni miras qoyan Gülgəz Həsənovadan əvvəl vəfat etsələr də, lakin adları qeyd olunan vərəsələrin də birinci növbəli vərəsələri vardır. Həmçinin, miras qoyan X17 Musa Hüseyn oğlu 2017-ci ildə, qızı X24 isə 2022-ci ildə, yəni miras qoyan Gülgəz Həsənovanın mirası açıldıqdan sonra vəfat etmişlər, lakin iş materialları ilə müəyyən edilir ki, həmin vərəsələrin də qanun üzrə birinci növbəli vərəsələri vardır.
123. Eyni zamanda, iş materiallarında olan xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 27 avqust 2010-cu il tarixdə vəfat etmiş X23 vərəsələri Bakı şəhəri, M.K.Atatürk pr., ev 47, m.15-də yaşayanlar: həyat yoldaşı X75 və qızı X21 miras əmlakdan bərabər hissələrdə irs almışlar.
124. Məhkəmə kollegiyası miras qoyanın vərəsələri olan X76, X91 və X9 birinci növbə vərəsələrinin sayının və yaşayış ünvanlarının hazırda müəyyən edilməsinin mümkün olmadığını nəzərə alaraq, sonuncuların adına miras əmlakdan qanunamüvafiq olaraq payların müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bu hal eyni zamanda gələcəkdə həmin şəxslərin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır.
125. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, miras qoyan Gülgəz Həsənovanın birinci növbəli vərəsəsi X23 vərəsələrinin dairəsi tam müəyyən olunduğundan Gülgəz Həsənovanın miras əmlakından qanun üzrə vərəsəsi İbrahim Musayevə çatası pay sonuncunun birinci növbəli vərəsələri olan arvadı X75 və qızı X21 arasında bərabər paylara bölünməlidir (7/49 hissənin ½ hissəsi).
126. Məhkəmə kollegiyası həmçinin miras əmlak olan Şəmkir rayonu Könüllü kəndində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasını və digər birgə mülkiyyətçilərin əmlakdakı payını nəzərə alaraq qeyd edir ki, Şəmkir rayonu Könüllü kəndində yerləşən 0.25 ha həyatyanı torpaq sahəsi üzərində İddiaçı, X24, X76, X91 və X25 hər birinin ümumi əmlakdakı payı 2/98 hissədə, Cavabdeh2 ümumi əmlakdakı payı 16/98 hissə, X59, X66, X67, X60 və X29 hər birinin əmlakdakı ümumi payı 14/98 hissədə, X21 və X63 hər birinin ümumi əmlakdakı payı 1/98 hissədə müəyyən edilməlidir.
127. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(076)-261/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Şəmkir rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 2V-1791 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli 2V-1792 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Həmin şəhadətnamələr əsasında Cavabdeh2 adına verilmiş qeydiyyat tarixi xx.xx.2022-ci il, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********92-10301 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış miras qoyan X43 miras qalmış ünvan 7 ünvanda yerləşən 368.90 kv.m olan fərdi yaşayış evinə, həmçinin həmin ünvanda yerləşən miras qoyan X28 miras qalmış 0.25 ha torpaq sahəsinin 1/7 hissəsinə münasibətdə ləğv edilsin. Miras qoyan X43 miras qalmış ünvan 7 ünvanda yerləşən 368.90 kv.m olan fərdi yaşayış evinin miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı, Cavabdeh2 və mərhum X54 tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Miras qoyan X43 miras qalmış ünvan 7 ünvanda yerləşən 368.90 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı, Cavabdeh2 və mərhum X23 hər birinin 1/3 hissədə bərabər payları müəyyən edilsin. Miras qoyan X58 qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum X54 vəfat etdiyindən onun miras əmlak olan ünvan 7 ünvanda yerləşən 368.90 kv.m olan fərdi yaşayış evi üzərində müəyyən olunan 1/3 hissədə payı bərabər paylara (½ hissə) bölünməklə onun qanun üzrə birinci növbəli vərəsələri olan üçüncü şəxslər X82 və X16 verilsin. ünvan 7 ünvanda yerləşən 368.90 kv.m olan fərdi yaşayış evi üzərində ümumi əmlakda İddiaçı və Cavabdeh2 hər birinin payı 2/6 hissədə, üçüncü şəxslər X82 və X8 hər birinin ümumi əmlakdakı payı isə 1/6 hissədə müəyyən edilsin. Miras qoyan X28 miras qalmış ünvan 7 ünvanda yerləşən 0.25 ha torpaq sahəsinin 1/7 hissəsi üzərində İddiaçı, Cavabdeh2, X54, X24, X76, X91 və X25 hər birinin 7/49 hissədə bərabər payları müəyyən edilsin. Miras qoyan X42 qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum X54 vəfat etdiyindən onun miras əmlak olan ünvan 7 ünvanda yerləşən 0.25 ha torpaq sahəsinin 1/7 hissəsi üzərində müəyyən olunan 7/49 hissədə payı bərabər paylara (½ hissə) bölünməklə onun qanun üzrə birinci növbəli vərəsələri olan üçüncü şəxslər X82 və X16 verilsin. ünvan 7 ünvanda yerləşən 0.25 ha torpaq sahəsi üzərində ümumi əmlakda İddiaçı, X24, X76, X91 və X25 hər birinin payı 2/98 hissədə, Cavabdeh2 ümumi əmlakdakı payı 16/98 hissə, X59, X66, X67, X60 və X29 hər birinin əmlakdakı ümumi payı 14/98 hissədə, üçüncü şəxslər X21 və X63 hər birinin ümumi əmlakdakı payı isə 1/98 hissədə müəyyən edilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.