Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-950/2023 10.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Göygöl rayon notariat ofisi və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: etibarnamənin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Göygöl rayon Dövlət notariusu Cavabdeh2 tərəfindən verilmiş 23 noyabr 2012-ci il tarixli, AR-İ seriyalı, 189622 nömrəli etibarnamənin surətindən görünür ki, Göygöl şəhəri, H.Əliyev prospekti, ev 88-də yaşayan X6 (xəstə olduğuna görə onun əvəzindən Xanlar RPŞ-si tər.xx.xx.2005-ci il tarixli AZE 04659902 şəx.vəs. olan X4 imza edir) həmin vəkalətnamə ilə Bakı şəhəri, Bakıxanov qəs., M.Gəncəvi küçəsi, ev 23A, mənzil 35-də yaşayan X1 “X11” ASC-də onun adına olan 14 (on dörd) ədəd adi səhmlərin alqı-satqısını və rəsmiləşdirilməsini, satmağı, satmağına dair imza etməsini, həmin səhmlərə dair Milli Depozit Mərkəzindən çıxarışın alınmasını və.s bütün hərəkətləri etməyi vəkil etmişdir. Etbarnamə üç il müddətinə verilməsi və xx.xx.2015-ci il müddətə qüvvədə olması göstərilmişdir.
2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Göygöl Rayon Məhkəməsinə göndərilmiş 33/1690 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən hazırki vaxtadək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək çıxış-giriş istiqaməti üzrə məlumatlar qeydə alınmışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/1305 nömrəli, 16 dekabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 23 noyabr 2012-ci il tarixli, AN-İ 189622 nömrəli etibarnamədə “İmza” qrafasında “Məmmədova” yazısı və imza X4 tərəfindən icra olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Göygöl rayon notariat ofisi, X11 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı verilmiş etibarnamənin qanunsuz və etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında aparılmış işlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Göygöl rayon Dövlət Notariat Kontorunda 23 noyabr 2012-ci il tarixli, AR-İN 189622 saylı etibarnaməni saxta və qanunsuz olduğuna görə etibarsız hesab edilməsi barədə, həmin etibarnamənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə və keçmiş notarius Cavabdeh2 Abuzar oğlundan 11 il ərzində ona vurulmuş və əldən çıxmış faydası olan 40.000 min manat maddi ziyanın və 20.000 min manat mənəvi ziyanın ondan alınaraq, ona ödənilməsi barədə, məhkəməyə ödədiyi dövlət rüsumunun Cavabdeh2 alınaraq, ona ödənilməsi barədə və iddianın bütün bəndləri ilə tam həcmdə təmin edilməsi barədə qətnamə və keçmiş notarius Cavabdeh2 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Göygöl rayonunda doğulub boya-başa çatmışdır. Müxtəlif idarə və təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı X11ndan öz ərizəsi əsasında 2009-cu il tarixdən işdən çıxmışdır. 2010-cu il tarixdən isə iddiaçı Rusiya Federasiyasına daimi getmiş və orada yaşayır. Digər bir tərəfdən isə iddiaçı həm də "xxxx" Kombinatının Səhmdarıdır və səhmdar kimi səhmlərə malikdir. 2005-ci il tarixdən həmin idarə yəni "xxxx" ASC kimi fəaliyyətə başlanmışdır. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 06 yanvar 2006-ci il 03 saylı sərəncamına əsasən 06 fevral 02 mart 2006-ci il tarixləri arasında "xxxx" ASC-nin səhmlərinin 15 (on beş) faizi əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə satılmışdır. Həmin zaman iddiaçı və anası səhmlərin əmək kollektivinə güzəştli satışında iştirak edərək hər birilərinə 4 (dörd) ədəd özəlləşdirmə çeki verərək və 14 (on dörd) ədəd səhm əldə etmişlər. Cəmi iki nəfərə 28 (iyirmi səkkiz) səhm əldə etmişlər. 2008-ci il tarixdə Xanlar rayonunun adının dəyişdirilməsi ilə bağlı zavodun adı dəyişdirilərək "X11" ASC adı altında fəaliyyətə başlamışdır. 12 fevral 2013-cü il tarixədək guya iddiaçı zavodun səhmdarı olmuşdur. Lakin 2013-cü ildən sonra onlar hər ikisi guya öz səhmlərini hansısa Birjada satmışlar. Həmin alğı-satqılar saxtadır və onlar səhmdar kimi heç bir alğı-satqı prosessində iştirak etməmişlər. Hər hansı birjaya satış üçün və ya səhmlərin alğı-satqısı üçün hərrac və ya qeyri hərrac yolu ilə satış üçün birjaya və ya alqı-satqı prosessinə dəvət edilməmişlər. Göygöl Dövlət Notariat Kontorunun keçmiş notariusu Cavabdeh2 iddiaçının razılığı və xəbəri olmadan iddiaçının adına olan səhmləri, başqa şəxsin adına alqı-satqı etdirmişdir. Başqa şəxs guya iddiaçının adından etibarnamə götürərək, iddiaçının səhmini Göygöl rayon Şərab Zavodu və Vitoqro MMC-yə satmışdır. Belə ki, iddiaçı X9, yəni keçmiş Xanlar rayon Aqrar X2 və səhmlərlə həmin şirkətin hazırki X9 səhmdarı və mülkiyyətçisidir. Lakin iddiaçı özəlləşmə dövründən bu yana zavodun səhmdarı olmasına baxmayaraq, bir manat da olsun ona divident və ya gəlir verilməmişdir. İddiaçı bunun səbəblərini öyrənməyə başladıqda ona məlum oldu ki, onun adından sui-istifadə edərək, notarius Cavabdeh2 saxtakarlığı və səhlənkarlığı nəticəsində onun səhmlərinin onun adından çıxarılmış və başqa şəxslərin adına keçirilmişdir. Hətta həmin məsələdə iddiaçının anasının adından istifadə olunmuş, hansı ki anasının xəbəri yoxdur və etibarnamə verilərkən həmin etibarnamədə göstərilmişdir, guya anası iddiaçı xəstə olduğuna görə onun əvəzindən imza etmişdir. Hansı ki, həmin tarixdə iddiaçı 2010-cu il tarixdən Rusiya Federasiyasında olmuşdur. Ölkə ərazisində olmamışdır. Heç bir xəstəliyi olmamışdır və heç bir problemi olmamışdır. Səhətində hər şey qaydasında olmuşdur. Yəni etibarnamə ilə iddiaçının səhmləri Semnar Şahverdiyevə etibar edilmiş və Semnar Şahverdiyev də edilməlidir və iddiaçının səhmləri tamamilə başqa şəxs satmışdır. Ona görə də iddiaçı hesab edir ki, həmin etibarnamə etibarsız hesab edilməlidir. Həmin etibarnamənin heç bir hüquqi qüvvəsi yoxdur, saxtadır qanunsuzdur. Göygöl rayon Dövlət Notariat Kontorunda verilmiş 23 noyabr 2012-ci il tarixdə verilmiş 189622 nömrəli etibarnamə iddiaçının iradəsini ifadə etmir. İddiaçının iradəsi ziddinə olaraq, verilmiş etibarnamədir. Əslində həmin etibarnamə saxta etibarnamədir və heç bir hüquqi əhəmiyyət daşımadığı halda həmin etibarnamə əsasında iddiaçının səhmləri başqa şəxslərin mülkiyyətinə verilmiş olmuşdur.
6. Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
7. Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli xüsusi qərardadı ilə (hakim Əyyub Kərimov) Göygöl rayon Dövlət Notariat Kontoruun notariusu işləmiş Cavabdeh2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması faktının araşdırılması üçün Göygöl rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır.
8. Məhkəmə iddianın təmin edilməməsini qət edərkən qeyd etmişdir ki, etibarnamənin verilməsindən səkkiz ildən artıq müddət keçmiş, həmçinin maraqlı şəxslərin həmin etibarnamənin mövcudluğundan səkkiz ildən artıq müddətdə məlumatlı olmuşlar. Yəni, maraqlı şəxs etibarsızlığa əsas verən halları bildiyi gündən bir il ərzində həmin etibarnamənin etibarsızlığına dair mübahisə açmaq hüququna malik olsa da bu subyektiv hüququndan istifadə etməmişdir. İddiaçı cavabdehlərin onlara dəqiq olaraq nə qədər maddi ziyan vurması ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 324.1, 337.1, 337.4, 354.2, 362.1 və 362.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, işi düzgün araşdırmamışdır. Əslində məhkəmə tərəfindən qəbul edilmiş xüsusi qərardad iş üzrə cavabdeh notarius Cavabdeh2 tərəfindən saxtakarlığa yol verilməsinin sübutudur. Saxtakarlıq nəticəsində ona məxsus səhmlər başqa şəxsə etibar edilmiş və həmin etibar edilmiş səhmlər "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. Səhmlər saxtakarlıq edilərək ondan alınmışdır, ona görə də sözügedən etibarnamə etibarsız hesab edilməli və hüquqi nəticələr ləğv edilərək və ya etibarsız hesab edilərək səhmlər əvvəlki hüquqi vəziyyətinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi məbləğ və əldən çıxmış fayda ilə bağlı mübahisə olduğu halda iş üzrə məhkəmə mühasibatlıq ekspertiza təyin etməli olduğu halda etməmiş, bu barədə vəsatətə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normasının düzgün tətbiq etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh həmçinin bildirmişdir ki, 23 noyabr 2012-ci il tarixdə Göygöl rayon Dövlət Notariat Kontorunda onun tərəfindən notarius kimi təsdiq edilmiş 189622 nömrəli etibarnamə iddiaçının anası X3 xahişinə əsasən, oğlu Mehmanın xəstə olmasına görə 14 ədəd əmlak çeklərinin satılması üçün Semnar Şahverdiyevə etibarnamə verilmiş və Qiyafət Məmmədova tərəfindən imzalanmışdır.
15. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
19. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
20. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
21. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
23. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
24. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
25. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri 33.MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 35.İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün qiymət verilmişdir.
37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı cavabdehlər Göygöl rayon notariat ofisi, X11 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı verilmiş etibarnamənin qanunsuz və etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında aparılmış işlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X11ndan öz ərizəsi əsasında 2009-cu il tarixdən işdən çıxmışdır. 2010-cu il tarixdən isə Rusiya Federasiyasına getmiş və orada yaşayır. İddiaçı Xanlar Aqro X2 və səhmdar kimi səhmlərə malikdir. 2005-ci il tarixdən həmin idarə yəni "xxxx" ASC kimi fəaliyyətə başlanmışdır. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin 06 yanvar 2006-ci il 03 saylı sərəncamına əsasən 06 fevral 02 mart 2006-ci il tarixləri arasında "xxxx" ASC-nin səhmlərinin 15 (on beş) faizi əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə satılmışdır. Həmin zaman iddiaçı və anası səhmlərin əmək kollektivinə güzəştli satışında iştirak edərək hər birinə 4 (dörd) ədəd özəlləşdirmə çeki veilrərək və 14 (on dörd) ədəd, cəmi 28 səhm əldə etmişlər. 2008-ci il tarixdə Xanlar rayonunun adının dəyişdirilməsi ilə bağlı zavodun adı dəyişdirilərək "X11" ASC adı altında fəaliyyətə başlamışdır. Göygöl Dövlət Notariat Kontorunun keçmiş notariusu Cavabdeh2 iddiaçının razılığı və xəbəri olmadan iddiaçının adına olan səhmləri, başqa şəxsin adına alqı-satqı etdirmişdir. Başqa şəxs guya iddiaçının adından etibarnamə götürərək, iddiaçının səhmini Göygöl rayon Şərab Zavodu və "xxxx" MMC-yə satmış, iddiaçıya özəlləşmə dövründən sonra divident və ya gəlir verilməmişdir. İddiaçı bunun səbəblərini öyrənməyə başladıqda ona məlum olmuşdur ki, notarius Cavabdeh2 onun səhmlərinin onun adından çıxarılmış və başqa şəxslərin adına keçirilmişdir. Hətta həmin məsələdə iddiaçının anasının adından istifadə olunmuş, hansıki anasının xəbəri yoxdur və etibarnamə verilərkən həmin etibarnamədə göstərilmişdir, guya anası iddiaçı xəstə olduğuna görə onun əvəzindən imza etmişdir və onun ǝvəzindən imza edə bilər. İddiaçı 2010-cu il tarixdən Rusiya Federasiyasında olmuşdur. Yəni etibarnamə ilə iddiaçının səhmləri Semnar Şahverdiyevə etibar edilmiş və sonuncu etibarnamə əsasında həmin səhmləri başqa şəxsə satmışdır. Ona görə də iddiaçı hesab etmişdir ki, həmin etibarnamə etibarsız hesab edilməlidir. Göygöl rayon Dövlət Notariat Kontorunda verilmiş 23 noyabr 2012-ci il tarixdə verilmiş 189622 nömrəli etibarnamə iddiaçının iradəsini ifadə etmir. İddia tələbindən görünür ki, iddiaçı məhkəmədən verilmiş etibarnamənin əsassız hesab edilməsi və həmin etibarnamə əsasında aparılmış işlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Baxılan işdə müəyyən olunmuşdur ki, 23 noyabr 2012-ci il tarixdə Göygöl rayon Dövlət Notariat Kontorunda verilmiş 189622 nömrəli etibarnamənin iddiaçının anası X4 tərəfindən imzalanması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/1305 nömrəli, 16 dekabr 2021-ci il tarixli ekspert rəyi ilə təsdiq olunur. Həmin rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, 23 noyabr 2012-ci il tarixli, AN-İ 189622 nömrəli etibarnamədə “İmza” qrafasında “Məmmədova” yazısı və imza X4 tərəfindən icra olunmuşdur. Göründüyü kimi, Göygöl şəhəri, H.Əliyev prospekti, ev 88-də yaşayan X6 (xəstə olduğuna görə onun əvəzindən Xanlar RPŞ-si tər.xx.xx.2005-ci il tarixli AZE 04659902 şəx.vəs. olan X4 imza edir) həmin vəkalətnamə ilə Bakı şəhəri, Bakıxanov qəs., M.Gəncəvi küçəsi, ev 23A, mənzil 35-də yaşayan X1 “X11” ASC-də onun adına olan 14 (on dörd) ədəd adi səhmlərin alqı-satqısını və rəsmiləşdirilməsini, satmağı, satmağına dair imza etməsini, həmin səhmlərə dair Milli Depozit Mərkəzindən çıxarışın alınmasını və.s bütün hərəkətləri etməyi vəkil etmişdir. Etbarnamə üç il müddətinə verilməsi və xx.xx.2015-ci il müddətə qüvvədə olması göstərilmişdir.
39. Bundan başqa İddiaçı xx.xx.2010-cu il tarixdən hazırki vaxtadək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək çıxış-giriş istiqaməti üzrə məlumatlar qeydə alınmışdır. Həmin məlumatlardan görünür ki, o, 27 dəfə dövlət sərhədini keçmişdir. Yəni İddiaçı sözügedən etibarnamədən məlumatı olmaması inandırıcı deyildir. Bundan başqa mülki qanunvericiliyin tələbinə əsasən əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Baxılan işdə İddiaçı bu müddəti də ötürmüşdür.
40. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
42. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(066)-42/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.