Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-962/2025 24.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-2298/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, iddia ərizəsində qeyd olunan 2500 (iki min beş yüz) manat dəyərində, 5 adda qızıl-ziynət əşyalarının, 5176 (beş min bir yüz yetmiş altı) manat dəyərində, 65 adda cehiz əşyalarının, 610 (altı yüz on) manat dəyərində 8 adda uşaq əşyalarının, 160 (bir yüz atmış) manat dəyərində 6 adda geyim əşyalarının naturada, bu mümkün olmadıqda onların dəyərinin–8446 (səkkiz min dörd yüz qırx altı) manat pulun, 49+1 manat dövlət rüsumunun, 55 manat mediasiya xərcinin müştərək qaydada cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2298/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, bir ədəd 300 manat dəyərində iki nəfərlik çarpayı, bir ədəd 200 manat dəyərində Gəlincik yataq örtüyü, bir ədəd 200 manat dəyərində iki nəfərlik yun döşək, bir ədəd 80 manat dəyərində iki nəfərlik yun yorğan, üç ədəd 180 manat dəyərində təknəfərlik yun yorğan, üç ədəd 90 manat dəyərində qaz tükündən balınc, üç ədəd 60 manat dəyərində uzun formalı balınc, 1 ədəd 300 manat dəyərində uşaq üçün çarpayı, bir ədəd 40 manat dəyərində plastik çəkməcədən ibarət əşyaların natura şəklində, naturada mövcud olmadıqda əşyaların cəmi dəyəri 1450 (bir min dörd yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat və mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-2634/2024 nömrəli qərardadı ilə apellyasiya qeyr-mümkün hesab edilmiş və şikayətin qaytarılması üçün iş birinci instansiyası məhkəməsinə qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsinin qətnməsi iddiaçının nümayəndəsinin (vəkiıl) elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq qətnamədən şikayət müddət ötürülməklə xx.xx.2024-cü il tarixdə verilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2298/2024 saylı qərardadı ilə apellyasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2298/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2298/2024 qətnaməsindən apellyasiya şikayəti vermişdir. Lakin, onun bu şikayəti apellyasiya şikayətinin verilməsi üçün qanunveriliciliklə nəzərdə tutulmuş prosessual müddət ötürdüyündən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)- 2298/2024 saylı qərardadı ilə geri qaytarılmışdır. Şikayətində olan nöqsanı aradan qaldırıb yenidən şikayət verir. Şikayət vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Ona görə də məhkəmədən ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2298/2024 nömrəli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2298/2024 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv olunmasını, buraxılmış prosessual müddətin bərpa edilməsini, məhkəmə qətnaməsindən vermiş olduğu apelyasiya şikayətimin baxılması üçün aidiyyatı üzrə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun elektron kabineti yoxdur. O, məhkəmə qətnaməsini xx.xx.2024-cü il tarixində poçt vasitəsi ilə kağız daşıyıcıda əldə etmişdir. Qətnaməni əldə etdikdən sonra isə şikayət vermişdir. Məhkəmə qətnaməsi ona gec göndərilib. Əgər onun vəkilinin elektron qaydada qətnaməni əldə etməsi yetərli idisə, nə üçün məhkəmə mübahisə predmeti olan qətnaməni kağız daşıyıcıda onun ünvanına göndərmişdir. Deməli vəkilə elektron qaydada qətnamənin təqdim olunması, qətnamənin ona təqdim olunması hesab olunmur. O, özü müstəqil tərəfdir və məhkəmə qətnaməsi qanun normasının tələb etdiyi qaydada ona təqdim olunmalıdır. Onun şikayət vermək hüququ isə məhkəmə qətnaməsi vəkilinə deyil, ona təqdim olunan gündən yaranır. Eyni zamanda qeyd edir ki, məhkəmə buraxılmış müddətin bərpasına dair ərizəyə baxarkən, onu lazımı qaydada xəbərdar etməmişdir. Məhkəmə baxışında onun iştirakını təmin etməmişdir. Bununla da onun hüquq və qanuni mənafelərini təkrar olaraq pozmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2298/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-2298/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2298/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2298/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə “Məhkəmə İnformasiya Sisteminin” vasitəsi ilə İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir. MPM-nin 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti qətnamənin rəsmi qaydada alındığı gündən bir ay ərzində verilməlidir. Yəni, iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsini rəsmi qaydada aldığına görə, o, ən geci xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətini “Məhkəmə İnformasiya Sistemi”ndə yaradılmışdır elektron kabinet vasitəsilə təqdim etməli idi. Lakin, yuxarıda qeyd edildiyi kimi, iddiaçının nümayəndəsi apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir ki, bununla da o, qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 398.0.1-ci maddəsinə əsasən qərardadı dəyişdirilmədən saxlanmışdır. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. 134.1-ci maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını. 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2298/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə “Məhkəmə İnformasiya Sisteminin” vasitəsi ilə İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir. Habelə, İddiaçı tərəfindən poçt qəbzinə imza edilməklə 19 noyabr 2024-cü il tarixində məhkəmə qətnaməsini rəsmi olaraq əldə etmişdir (iş vərəqi səh:82). Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı öz hüquqlarının həyata keçirilməsini vəkilə həvalə edərək onu etibarnamə əsasında səlahiyyətləndirmişdir. Belə olan halda nümayəndəyə məhkəmə sənədlərinin təqdim olunması iddiaçının özünə də təqdim olunma hesab olunur ki, şikayət müddəti də məhz həmin andan hesablanır. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Birinci instansiyası məhkəməsi iddiaçıya onun nümayəndəsi vasitəsi ilə təqdim olunmanı elektron kabinet vasitəsi ilə həyata keçirdiyindən kağız daşıcıda poçt vasitəsi ilə məhkəmə sənədlərinin tərəflərə çatdırımaq vəzifəsi daşımır və məhkəmə aktından verilən şikayətin müddəti isə məhz elektron kabinet vasitəsi ilə təqdim etmə anı ilə hesablanır. Kağız daşıyıcıda poçt vasitəsi ilə məlumat üçün məhkəmə aktının göndərilməsi şikayət müddətinin hesablanmasında əhəməiyyət kəsb etmir və birinci instansiyası məhkəməsi elektron kabineti mövcud olan tərəfə kağız daşıyıçıda məhkəmə sənədlərini gösdərməməlidir. Hazırki şikayətin dəlili kimi qeyd edilən prosessual müddətin bərpasına dair ərizəyə baxılarkən iddiaçının iştirakının təmin edilməməsi halına qiymət verərkən məhkəmə qeyd edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə sms xəbərdarlıq edilmişdir (iş vərəqi 161). Göründüyü kimi iddiaçı tərəf məhkəmə qətnaməsindən şikayət verilməsinə dair prosessual müddət ötürülmüş, həmin müddətin üzrlü hesab edilməsinə dair hər hansı əsas mövcud olmamışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçının şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-2298/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-962/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-962/2025
24.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver