Məhkəmə qərarları › İş №2(104)-98/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-98/2025

29.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-98/2025 29.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı X1, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs X8) qarşı ümumi mülkiyyət hüququna xitam verilməsi və payların naturada bölünməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı mülki iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı mülki iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı X6 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı 16 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs X8) qarşı ümumi mülkiyyət hüququna xitam verilməsi və payların naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən 0.20 sot (faktiki 0.34 ha) torpaq sahəsində yerləşən mülkün “A” literli yaşayış binasının, həmin binaya aid hamamın (liter “C”) və tövlənin (liter “V”), eləcə də 0.15 ha torpaq sahəsinin ümumi mülkiyyətdən ayrılmasına və aranın hasarla kəsilməsinə dair qətnamə çıxarılmasını və ödənilmiş 30 manat dövlət rüsumunun Elsevər və Cavabdeh2 aid edib onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun övladlarıdır. Onlar Göygöl rayonunun Topalhəsənli kəndində 0.20 sot torpaq sahəsində (faktiki 0.34 ha) yerləşən mülkün mərhum ataları Rafiq Hüseynovun mülkiyyəti olan “B” literli yaşayış binasında yaşayırlar. Həmin mülkün “A” literli binası və həmin binaya aid hamam (liter “C”) və tövlə isə onun özünün xüsusi mülkiyyərtindədir. Həmin bina və ona aid hamam (liter “C”) və tövlə Göygöl Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli 2(066)-110/2019 saylı qətnaməsi ilə onun xüsusi mülkiyyətinə verilmişdir. Cavabdehlərin onun mülkiyyətinə hər hansı bir hüquqları olmasa da, onlar binalar üzrə bölgü aparılmamasından sui-istifadə edib, müntəzəm olaraq onu sıxışdırır, əmlakını dağıdır, ona əl qaldırır, bir sözlə mülkündə rahat yaşamasına imkan vermir. Həmin mülkün qanuni olan 0.20 ha torpaq sahəsinin 6/8 hissəsi yəni 0,15 hektarı onun xüsusi mülkiyyətindir, qalan 2/8 hissəsi, yəni 0,05 hektarı isə həyat yoldaşı Hüseynov Rafiqdən qalan mirasdır. Hər iki cavabdehin həmin mirasa hüquqları vardır. Torpaq payının naturada ayrılması texniki cəhətdən mümkündür. İstənilən texnik və ya mühəndis ölçü aparmaqla ayrılma barədə rəy verə bilər. Faktiki istifadədə olan 0,14 ha torpaq sahəsi qanuni istifadədə olan 0.20 ha torpaq sahəsinin hər iki tərəfində olduğundan, onlaların arxasında isə yollar olduğundan, onun payının ayrılması çox asandır. Onun xüsusi mülkiyyətində olan 0.15 ha torpaq sahəsi binaları ilə birlikdə naturada ayrıldığı halda ədalətli bölgü təmin edilir, tərəflərin heç birisi ziyanda qalmır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, Göygöl rаyоnunun Tоpаlhəsənli кəndində, 0,20 sоt tоrpаq sаhəsində (fакtiкi 0,34 hа) yеrləşən mülk əri ilə onun birgə mülkiyyəti оlmuş, ərinin mirаsındаn pаyını götürdüyü üçün mülkdəki iki yаşаyış binаsındаn biri (binа “А”) кöməкçi tikililərlə (litеr “C” hаmаm və ”B” tövlə) bütövlüklə onun mülkiyyətidir. Cаvаbdеhlərin onun həmin еvindən istifаdə hüquqlаrının оlmаmаsı məhkəmə qətnаmələri ilə müəyyən еdilir. Mülkün rəsmi 0,20 hа tоrpаq sаhəsinin 6/8 hissəsi, yəni 0,15 hеktаrı (15 sоtu) dа onun хüsusi mülkiyyətidir, qаlаn 2/8 hissəsi, yəni 0,05 hеktаrı (5 sоtu) “B” yаşаyış binаsı ilə cаvаbdеhlərin mirаs pаylаrı оlmаqlа mərhum аtаlаrının mülкiyyətində qаlmışdır. Cаvаbdеhlərin yаşаdıqlаrı “B” yаşаyış binаsı onun еvindən кənаrdа, tоrpаğın bir tərəfindədir, аrаdа аzı 100 m bоş tоrpаq sаhəsi vаr. Onun binаsının аyrıcа yоlu vаr, cаvаbdеhlərin yаşаdıqlаrı binа isə 2 tərəfdən yоllаrlа əhаtə оlunur. Еhtiyаc оlsа, o, öz tоrpаğındаn bir qədər cаvаbdеhlərə güzəşt də еdə bilər. Nəzərə аlmаq lаzımdır кi, 20 sоt tоrpаqdаn əlаvə fаktiкi istifаdələrində 14 sоt tоrpаq sаhəsi vаr. Lакin məhкəmə cаvаbdеhlər tərəfindən ələ аlınmış екspеrtin sахtаlığı gözlə görünən rəyinə əsаslаnıb, iddiаnı rədd еtmişdir. Екspеrt məsələyə аid оlmаyаn “İnşааt Nоrmа və Qаydаlаrı”nı və “mеtоdiк tövsiyyəni” tətbiq еdib, pаyın аyrılmаsının tехniki cəhətdən mümкün оlmаmаsını uydurmuşdur. O, еv tikmir, еv bölmür, еvi tоrpаğın bir кüncündə, yəni cаvаbdеhlərin yаşаdıqlаrı və hüquqlаrı оlаn еvdən аzı 100 m аrаlıdır. “İnşааt Nоrmа və Qаydаlаrı”nın 34 sоt tоrpаq sаhəsini pаylаrа uyğun 2 yеrə bölməyə nə аidiyyəti оlа bilər. Mübаhisənin prеdmеti tаmаm bаşqаdır, tоrpаqdır. Екspеrt tоrpаqlа məşğul оlmаlı idi. Tоrpаqşünаs оlmаdığındаn yəqin кi, о, tоrpаğı ölçə bilmir. Екspеrt tоrpаq sаhəsini, onun pаyını nаturаdа ölçməк əvəzinə, bоş yеrə tər töкüb, bütün tiкililərin sаhələrini ölçmüş, yəni iddiаyа аidiyyati оlmаyаn işlə məşğul оlmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı 16 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9, atasından qalan mirasdan ona çatası payını anasına verdiyini, odur ki, apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-001A KOD 50800038 saylı şəhadətnamənin surətindən görünür ki, Xanlar (hazırda Göygöl) rayonu Aqrar islahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə 0,20 ha həyətyanı torpaq sahəsi Xanlar rayonu Topalhəsənli kənd sakinləri X10 və İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı xx.xx.2008-ci il tarixli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Topalhəsənli kəndində mülkiyyətində olan 0.20 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 96,3 kv.m yaşayış, 68,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına olan daşınmaz əmlakın Dövlət reyestrində 4 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin evin texniki pasportundan görünür ki, tikililər 1971-ci, 2008-2013-cü illərdə aparılmışdır. İş materiallarından görünür ki, X13 xx.xx.2017-ci ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci ildə vəfat etmiş X2 qalmış arvadı İddiaçı Xanlar rayonu Topalhəsənli kəndi onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən əmlak Xanlar rayonu Topalhəsənli kəndində yerləşən mülkiyyətdə olan 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayışsahəsi 96,3 kv.m, köməkçi sahəsi 68,8 kv.m olan 4 otaqlı fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqıda şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci ildə vəfat etmiş X10 vərəsələri – hər biri 1/8 hissədə arvadı İddiaçı və qızı - X7r, qalan 2/8 hissə miras payı açıq saxlanmışdır. İş materiallarında olan qanuni qüvvəyə minmiş Göygöl rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(066)-110/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək Göygöl rayonunun Topalhəsənli kəndində yerləşən evin X10 adına qeyd edilən “B” tikilisi ər-arvadın ümumi birgə mülkiyyəti sayılıb ½ və 1/8 hissələrlə İddiaçı mülkiyyətinə verilsin. Onun həmin evdəki 5/8 payı naturada “A” tikilisi və onun əlavəsi olan “C” (hamam) və “V” tikilisi (tövlə) ilə onun ümumi əmlakda olan cəmi payına ayrılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövləq Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, Göygöl rayonunun Topalhəsənli kəndində 0.2 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 277,1 kv.m olan fərdi yaşayış evinin “B” tikilisi bütövlükdə və 0.2 ha torpaq sahəsinin 2/8 hissəsi X10, yaşayış evinin “A”, “C”, “V” tikililəri bütövlükdə və torpaq sahəsinin 6/8 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinin tik “B” bütövlükdə və 0.20 ha torpaq sahəsinin 2/8 hissəsinə dair X10 və tik “A”, “C”, “V” bütövlükdə və 0.20 ha torpaq sahəsinin 8/6 hissəsinə dair İddiaçı paylarına uyğun şəkildə ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyəsinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir. Məhkəmə kollegiyası tərəfəindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 10/1466 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 13115/2024 saylı mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir. **********88-10301 reyestr nömrəli Çıxarışa əsasən Göygöl rayonu Topalhəsənli kəndində, 2/8 hissədə X10, 6/8 hissədə İddiaçı mülkiyyətlərində olan ümumi sahəsi 0.20 ha torpaq sahəsinin, texniki pasport sənədinə və həmin sənəddə göstərilən tikililərə istinadən, mülkiyyətçilərin payına uyğun naturada bölgüsü mümkün olduğu müəyyən edilmişdir. Qeyd edilməlidir ki, həmin bölgüyə əsasən, X10 payına düşəcək sahəyə giriş, texniki pasport sənədində göstərilən, mülkiyyətdən əlavə faktiki istifadə sahəsindən nəzərdə tutulmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən İddiaçı Göygöl rayonu Topalhəsənli kəndində yerləşən mülkün və torpaq sahəsinin ümumi mülkiyyətdən ayrılmasına və aranın kəsilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı tərəf bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə qeyd edir ki, Göygöl rayonu Topalhəsənli kəndində yerləşən fərdi yaşayış evinin tik."B" bütövlükdə və 0.20 ha torpaq sahəsinin 2/8 hissəsinə dair X10 və tik. "A", "C", "V" bütövlüklə və 0.20 ha torpaq sahəsinin 8/6 hissəsinə dair İddiaçı iddia tələbi üzrə yaşayış binasının və torpaq sahəsinin ümumi mülkiyyətdən ayrılması və aranın kəsilməsi texniki cəhətdən mümkün deyildir. Bundan əlavə məhkəmə hesab edir ki, evlərin tərəflər arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır, yəni tərəflərin hər birinin sərəncamında yaşayış və yardımçı (mətbəx, dəhliz, hamam, tualet və s) otaqlar olmaqla bu otaqların ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən 0.2 ha torpaq sahəsində olan 277.1 kv.m fərdi yaşayış evi X10 və İddiaçı xüsusi mülkiyyətidir. Hər fərdi yaşayış evi cavabdehlər Elsəvər Hüseynovun və Cavabdeh2in mülkiyyətində olmamasına görə və onların iddia üzrə cavabdeh qismində göstərilməsi əsassız hesab edildiyindən iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 28-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinin tələbinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı payının cavabdehlərin payından ayrılmasını xahiş etmiş, bununla bağlı məhkəmə ekspertizası keçirilmiş və **********88-10301 reyestr nömrəli Çıxarışa əsasən Göygöl rayonu Topalhəsənli kəndində, 2/8 hissədə X10, 6/8 hissədə İddiaçı mülkiyyətlərində olan ümumi sahəsi 0.20 ha torpaq sahəsinin, texniki pasport sənədinə və həmin sənəddə göstərilən tikililərə istinadən, mülkiyyətçilərin payına uyğun naturada bölgüsü mümkün olduğu müəyyən edilmişdir. İşin faktiki hallarından, eləcə də mübahisəli torpaq sahələrinin yerquruluşu Planından görünür ki, həyətyanı torpaq sahəsi tərəflər arasında naturada bölünəcəyi halda hər bir tərəfə düşəcək torpaq sahəsinə ayrıca giriş çıxış yolu olacaqdır. Odur ki, məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9982 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməli, ekspertiza xərci tərəflərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-538/2021 saylı mülki iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. **********88-10301 reyestr nömrəli Çıxarışa əsasən Göygöl rayonu Topalhəsənli kəndində 2/8 hissədə X10, 6/8 hissədə İddiaçı mülkiyyətlərində olan ümumi sahəsi 0.20 ha torpaq sahəsi, qətnaməyə əlavə edilmiş sxemdə göstərilən qaydada (0,05 ha X10, 0,15 ha İddiaçı payı) naturada ayrılsın. Ekspertiza xərci olan 226 (bir yüz) manat məbləğində pul iddiaçı X6, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ**********0 ********* SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı X3 verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar