Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-100/2022 21.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, ilkin İddiaçı, onun vəkili X1, qarşılıqlı iddiaçılar Cavabdeh1, Cavabdeh2, onların nümayəndəsi Vəkil iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair ilk, qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmlak, pul tələbi və birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsünə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(060)-2426/2020 saylı qətnaməsindən ilkin İddiaçı, qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) ilkin iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qonaq otağı üçün mebel dəsti (Embawood)-1 ədəd termo, 2 ədəd şüşə mebel-1500 manat, yataq otağı üçün mebel dəsti (Embawood)-1600 manat, yataq otağı üçün (Dellora) və şkaf - 3500 manat, 1 ədəd stol 6 ədəd stul (Embawood)-500 manat, divan (Embawood)-1300 manat dəyərində olan əmlaklar və boyunbağı və bilərzik (585 əyarlı 30 qram)-2100 manat dəyərində cehiz əmlakları alınaraq İddiaçı verilməsi, göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi, birgə nikah dövründə ləğv prosesində olan "xxxx" ASC-dən götürülmüş 6600 ABŞ dolları məbləğində pulun ½ hissəsi kimi 3300 ABŞ dolları və "xxxx" ASC-dən götürülmüş 10000 manat məbləğində kreditin ½ hissəsi kimi 5000 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 8 qramlıq dəyəri 800 manat olan 1 ədəd kişi üzüyü və 1 ədəd çarpayı dəyəri-400 manat olan əmlaklar alınaraq iddiaçı Cavabdeh1 verilməsi, göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri cavabdeh İddiaçı alınaraq iddiaçılar Cavabdeh1 və Cavabdeh2 verilsin. İddiaçı “Samsung” markalı qiyməti-700 manat olan telefonun dəyərinin ½ hissəsi kimi 350 manat, 1 ədəd qiyməti-700 manat olan kompyuterin dəyərinin ½ hissəsi kimi 350 manat, 1ədəd qiyməti 500 manat olan “Epson” markalı rəngli printerin dəyərinin ½ hissəsi kimi 250 manat və 1 ədəd qiyməti 1300 manat olan “Qazelli” üzük, sırğa və klon dəstinin dəyərinin ½ hissəsi kimi 650 manat məbləğində pulun alınaraq iddiaçı Cavabdeh1 verilməsi, iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlkin İddiaçı, qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İlkin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia əriəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində inşa edilmiş evə xərclənmiş 40000 (qırx min) manatın, “Daewoo” markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşın üçün ödənmiş 8000 (səkkiz min) manatın, dəmir qaraj üçün ödənmiş 2000 (iki min) manat ümumi dəyərin yarısını yəni, 25000 (iyirmi beş min) manatın, 5310 (beş min üç yüz on) manat dəyərində olan qızıl-zinət əşyaları və 15230 (on beş min iki yüz otuz) manat dəyərində olan cehiz əşyalarının, cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərdən Cavabdeh1 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015- ci il təvəllüdlü X3 adlı iki övladları var. O, Cavabdeh1 ilə ailə həyatı qurduqdan sonra cavabdehlərin yaşadığı, ünvan 1 ünvanına gəlin köçmüşdür. O, gəlin köçərkən cehiz əşyalarını da mübahisəli mənzilə gətirmişdir. 2018-ci ilin yay aylarında qərara gəlmişlər ki, ev şəraitlərini genişləndirsinlər. Belə ki, artıq müəyyən miqdar pul toplamışlar, o, da yaxşı pul qazandığı üçün buna imkanları var idi. Ona görə də, Abşeron rayon, Saray qəsəbəsində 4 sot torpaq sahəsi almışlar. Elə həmin ildə evin tikintisinə başlamışlar. Əlllərində olan məbləğ təqribən 10.000 manat civarında idi. Bu məbləğ az olduğu üçün o, xx.xx.2018-ci il tarixdə 10.000 manat da kredit götürmüşdür. Bir il ərzində 4 otaqlı tam təmirli evi tikib qurtarmışlar və həmin evdə onun əmlakları ilə birlikdə yaşamağa başlamışlar. Evin tikintisinə keçmiş həyat yoldaşı ilə birlikdə (vəsaitin əksəriyyəti onun qazancı və kreditidir) 40.000 manat pul xərcləmişlər. Torpağın sənədi digər cavabdeh olan qaynanasının adına olduğu üçün həmin evə çıxarış almamışlar. Lakin, həmin evdə az bir müddət yaşadıqdan sonra cavabdehlər, ona qarşı münasibətləri tamam dəyişmiş və onu mənzildən məcburi qaydada qovmuşlar. Ən doğrusu isə evdən çıxan gün keçmiş həyat yoldaşı ilə mübahisə etmişlər. Cavabdeh onu evdən çıxardaraq, gətirib iş yerində düşürtmüş, 1 müddət sonra isə zəng etmişdir ki, artıq evə dönməsin. O, qızıl-zinət əşyalarını və şəxsi əmlak əşyalarını tələb etdikdə isə qaytarmaqdan imtina etmişlər. Bir müddət sonra isə öyrənmişdir ki, onun əmlaklarını özbaşına şəkildə Saray qəsəbəsindən çıxararaq, Sumqayıt şəhər, İnşaatçılar qəsəbəsində yerləşən evlərinə aparıblar. Keçmiş həyat yoldaşı ilə birgə nikah dövrü fərdi yaşayış evi tikməklə yanaşı, "Daewoo markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomaşın və İnşaatçılar qəsəbəsindəki evin həyətində yerləşən dəmir qarajı da almışlar. Bir sözlə birgə nikah dövrü Abşeron rayonu, Saray qəsəbəsində 40.000 manat dəyərində fərdi yaşayış evi tikmişlər, 8000 manat dəyərində avtomaşın almışlar ("Daewoo markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomaşın), 2000 manat dəyərində isə dəmir qaraj almışlar. Nikahları Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra cavabdeh ilə istər birgə nikah dövrü əldə edilmiş əmlakları, istərsə də qızıl-zinət, və cehiz əmlaklarının mübahisəsini öz aralarında sülh yolu ilə əldə etmək üçün nümayəndəsi vasitəsi ilə görüşmüşlər. Hətta ümumi razılığa da gəlmişlər. Lakin, cavabdehlər məsələni uzadırlar və konkret addım atmırlar. O, isə iki azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşamağa məcbur olmuş, başqa yaşayış yeri olmadığı üçün çətinlik çəkir. Öz əziyyəti ilə inşa etdiyi ev olduğu halda o, həmin hüququndan istifadə edə bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərdə olan cehiz əmlakları bunlardır: qonaq otağı üçün mebel dəsti (Embawood)-İ ədəd termo, 2 ədəd şüşə mebel)- 1500 manat, yataq otağı üçün (Dellora) və şkaf-3500 manat, 750D kanon kamera-750 manat, 3 ədəd çilçıraq (2-i cehiz qonaq otağı və yataq otağı üçün-150 manat, 1-ni özü almış, qara rəngli billur qonaq otağı üçün-280 manat, 1 ədəd stol-6 ədəd stul (Embawood)-500 manat, divan (Embawood)-1300 manat (600 manatın özü ödəmiş), mətbəx üçün divan-350 manat, cakkuzi-300 manat, evin qapıları-650 manat, dəhliz üçün şkaf-450 manat, təzə evdə çöl qapı-350 manat, darvaza-550 manat, ona hədiyyə alınan şuba-3000 manat, qızıl-zinət əşyaları: boyunbağı və bilərzik (585 əyarlı 30 qr)-2300 manat, komplekt badamı formada (brilliant, 750 əyarlı (sıraq, üzük, klon)-900 manat, şopat boyunbağı (585 əyyarlı)-300 manat, şopat bilərzik (750 əyyarlı)-450 manat, həri üçün tək qaş brilliant üzük-500 manat, brilliant 750 əyyarlı nişan üzüyü-800 manat, göy qaşlı bilərzik (585 əyyarlı)-60 manat təşkil edir. Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehdən ona məxsus olan 8 qramlıq dəyəri 800 manat olan 1 ədəd kişi üzüyünün alınaraq Cavabdeh1 qaytarılması, cavabdehdən 3 illik təhsili ilə bağlı ödədiyi 3500 manat, uşağın doğulması zamanı xəstəxanaya ödədiyi 2000 manat pulun, evdən gedərkən apardığı onun mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsindəki torpağa dair sənədlərin alınaraq Cavabdeh2 qaytarılması, Cavabdeh1la birgə nikah dövründə aldıqları əmlakların- 1 ədəd telefon İphone-2000 manat, telefon Samsung 700 manat, telefon Samsung 500 manat, televizor Samsung-2000 manat, soyuducu Hofman 1200 manat, 2 ədəd çarpayı-400 manat, 2 ədəd kompyuter hər biri 700 manat olmaqla 1400 manat, 2 ədəd printer rəngli Epson 500 manat, ağ-qara-300 manat cəmi 800 manat, 1 ədəd su filtri-300 manat, 1 ədəd «Embavood» divan-1300 manat, cavabdehin istifadə etdiyi ofis üçün digər avadanlıqlara və təmirə çəkilən 4000 manat xərcin bərabər bölünməsi, bölgü naturada mümkün olmadıqda həmin əmlakların dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə verərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş 1 ədəd “Qazelli” üzük, sırğa və klon dəsti 18 qram-1300 manat, 1 ədəd halqa sırğalar 5 qram-400 manat, 1 ədəd üzük 5 qramlıq-450 manat, 1 ədəd ağ qaşlı üzük-400 manat, 1 ədəd ağ kişi üçün qızıl boyunbağı 6 qramlıq-500 manat dəyərində olan qızıl zinət əşyalarının aralarında bölgüsü, həmin qızılların olmadığı halda onların dəyərinin yarısının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində ona məxsus olmayan və onda olmayan, evdən gedərkən və sonradan apardığı əmlakları iddia etmişdir. Halbuki onun apardığı həmin əmlakların bir çoxu onların birgə nikah dövründə əldə etdikləri əmlaklardır. Qarşı tərəfin iddia tələbində iddia etdiyi əmlaklardan - «Embavod» istehsalı olan 2 ədəd yataq və qonaq mebel dəstləri, 6 ədəd stul və stol, 2 ədəd çilçıraq (iddia tələbində 3 ədəd göstərib) Sumqayıt şəhər, İnşaatçılar qəsəbəsindədir və iddiaçı həmin əmlaklarını gəlib apara bilər, həmin əmlakları aparmağa heç kəs mane olmayıb və etiraz etməyib. İddiaçının iddia etdiyi digər əmlaklardan - yataq otağı üçün «Dellora» mebel dəsti, mətbəxt üçün divan anası tərəfindən alınmışdır, anasına məxsusdur, hamam aksessurları, duş kabina (qarşı tərəf onu cakkuzi kimi qeyd edib), evin qapıları, dəhliz üçün şkaf, təzə evdə çöl qapı, darvaza onun anasına məxsus olan Abşeron rayonu Saray qəsəbəsində olan fərdi evə aiddir və həmin əmlakların qarşı tərəfə hər hansı bir aidiyyəti yoxdur, bütün bu avadanlıqlar anası tərəfindən alınmışdır. İddiaçının iddia etdiyi 1300 manat dəyərində Embavood divana gəldikdə isə həmin divanı onlar birgə nikah dövründə almışlar və bu əmlak iddiaçının cehiz əmlakı hesab edilə bilməz və iddiaçı ilə aralarında bölünməlidir. Bundan başqa iddiaçı iddia etdiyi şubanı və siyahıda göstərdiyi qızıl zinət əşyalarını aparmış və bununla bağlı onun sübutları da vardır. İddiaçının iddia etdiyi digər əmlaklara-Saray qəsəbəsində tikilən və anasına məxsus olan 40000 manatlıq fərdi evə, Daevoo markalı avtomaşına, dəmir qaraja, gəldikdə isə onlar birgə nikah dövründə belə bir əmlaklar almamışlar və onun mülkiyyətində nə ev, nə maşın, nədə qaraj yoxdur, ona görə də iddia tələbi bu hissədə də rədd edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiasının təmin olunmayan hissəsində ləğv edilməsi, iddiasının tam şəkildə təmin olunması, qarşılıqlı iddianın 1 ədəd kişi üzüyü, Samsung telefonu, 2 ədəd uşaq çarpayısı hissəsində təmin olunması, qalan hissəsində rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi hissəsində qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə baxışı zamanı cavabdehlər ona qaytardıqlarını bildirdilər. Bir çox qızıllar ona valideynləri və digər qohumları tərəfindən hədiyyə kimi alınıb. Şəxsən ona məxsus qızılları Elvinin nişan üzüyü ilə birlikdə atasın vermişdilər. O isə dərhal Elvinin xalasına bildirmişdir ki, ona hədiyyə olunmuş qızılları qaytarın. Söz versələr də həmin qızılları bu günə qədər qaytarmamışdılar. Həmin qızıllar mövcuddur, toy şəkillərində və digər şəkillərində öz əksini tapmışdır. Qızıl zinət əşyalarının varlığı inkar olunmur, onları aparmağını isə sübuta yetmir. Belə ki, dalaşıb evdən çıxarkən özü ilə heç bir əmlak götürməmişdir. Hətta uşaqlarının əmlaklarını da ona sonradan qaytarıblar. Qarşılıqlı iddia üzrə onu deyə bilər ki, 1 ədəd ayfon telefon onun tərəfindən alınsa da, hələ evli olduğu dövrdə sınmış, Elvin ilə birlikdə sınıq vəziyyətdə satılmışdır. 1 ədəd guya 700 manatlıq Samsung telefonu hal-hazırda istifadəsindədir, lakin onun dəyəri 150 manatdan yuxarı deyil. Digər 500 manatlıq samsunq telefonun, 2000 manatlıq Samsunq televizorun və Hofman soyuducusu heç vaxt onlara məxsus əmlaklar olmamışdır. 2 ədəd çarpayı isə uşaqlarına aiddir, istəsələr onu qaytara bilər. heç vaxt 2 ədəd kompyuter olmayıb, 1 ədəd kompyuter olub ki, onu da ucuz qiymətə satmışdır. Printerlər olmayıb, Elvinin 1 ədəd kişi üzüyü ondadır. Cavabdehin birgə nikah dövrü əldə edilmiş əmlak kimi qiymətləndirdiyi 1 "Qazelli" üzük sırğa və klon dəstini 600 manata özü almış, hal-hazırda onu da satmışdır. Yerdə qalan birgə nikah dövrü kimi göstərilmiş, qızıl-zinət əşyaları mövcud olmamışdır və belə qızıllara sahib olmamışdır. Bir sözlə qarşılıqlı iddia ərizəsində göstərilmiş əmlaklardan Elvinə aid 1 ədəd kişi üzüyünü, Samsunq telefonu, hal-hazırda bugünki dəyərin də 150 manatlıq dəyərindən, 2 ədəd uşaq çarpayısı həcmində qəbul edir, qalan hissədə isə iddianı qəbul etmir. Sumqayıt şəhər Məhkəməsi işə baxarkən, iddia ərizəsində göstərdiyi bütün əmlakları sübuta yetirmişdir. 10.000 manat götürdüyü kreditin 1/2 hissədə bölünməsinə razılaşmır ona görə ki, həmin məbləğ tam şəkildə tikilmiş evə istifadə olunsa da, kredit borcunu o cavabdehlərdən ayrıldıqdan 1 il ərzində ödəyib qurtarmışdır. Yəni həmin məbləği təkbaşına ödəmişdir. Bundan əlavə, qarşılıqlı iddia ərisəzində etirazında da göstərmişdir ki, Elvinə aid 1 ədəd kişi üzüyünü, Samsunq telefonu, və 2 ədəd uşaq çarpayısını qəbul edir. Digər əmlakları isə qəbul etmir. Belə ki, həmin əmlakların cavabdehlərə heç bir aidiyyəti yoxdur. Məhkəmə ona məxsus qızıl-zinət əşyalarının da tam şəkildə təmin etməməsinin səbəbini başa düşmür. Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın tam şəkildə təmin olunması, ilkin iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə bu işə baxarkən AR MPM-nin 14, 77, 78, 88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM- nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. İşə baxan məhkəmə iddia tələbindən kənara çıxmış, iddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində birgə nikah dövründə ləğv prosesində olan "xxxx" ASC-dən götürülmüş 6600 (alti min altı yüz) ABŞ dolları məbləğində pulun və "xxxx" ASC-dən götürülmüş 10000 (on min) manat məbləğində kreditin aralarında bölgüsü barədə iddia qaldırmadığı halda, məhkəmə həmin pulların yarısının ondan tutulmalı olması qənaətinə gəlmişdir. Halbuki qeyd edilən kreditlər birgə nikahda olan vaxt ödənilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının vəkili X4 apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh1 ilkin iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini, onun apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh2 ilkin iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini, onun apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçıların nümayəndəsi Vəkil qarşılıqlı iddiaçıların apellyasiya şikayətinin təmin edilməsini, ilkin iddiaçının apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və mübahisələndirilən hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini iddiada qeyd etdikləri halların qismən əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan ilkin iddiaçı və qarşılıqlı iddiaçılar apellyasiya şikayətləri vermiş, ilkin iddiaçı qətnaməni ilkin iddia tələbinin təmin olunmayan, qarşılıqlı iddia tələbinin təmin edilən, qarşılıqlı iddiaçılar isə ilkin iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissələrində mübahisələndirmişlər. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. İddiaçı ilə Cavabdeh1 30 iyun 2012-ci ildə rəsmi nikaha daxil olduqları və onların bu nikahlarından iki azyaşlı uşaqlarının olduğu və hazırda onların bu nikahlarının məhkəmə qətnaməsi ilə xitam verilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə mübahisələndirilən hissədə ilkin və qarşılıqlı iddia tələbləri cehiz, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlak tələbi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 36-cı maddələri təşkil edir. Məhkəmə kollegiyası hər iki tərəfin apellyasiya şikayəti verdiyini nəzərə alaraq ilk olaraq İddiaçı ilkin iddia tələbinə qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Qanunvericiliyin və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, əmlakın ümumi mülkiyyət olması onun nikah dövründə alınması və ər-arvadın ümumi gəlirləri hesabına alınması şərtinin hər ikisi mövcud olmalıdır. Hazırkı mübahisə üzrə ümumi birgə mülkiyyət olması iddia edilən avtomobil cavabdehin adına nikah dövründə rəsmiləşdirilmişdir. Həmin əmlakın ümumi əmlak hesab edilməsi üçün bu hal kifayət etmir. Bunun üçün, həmin avtomobil həm də tərəflərin birgə nikah dövründə onların ümumi gəliri hesabına əldə edilmiş olmalıdır. Məhkəmə kollegiyası ilkin iddia tələbinin Abşeron rayonu, Saray qəsəbəsində inşa edilmiş evə xərclənmiş 40000 (qırx min) manatın bölünməsi hissəsi ilə bağlı tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2022-ci il tarixli 10/805 №li ekspert rəyi ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsində inşa edilmiş mübahisəli yaşayış evinin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 41629 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, İddiaçı kredit alınması məqsədilə "xxxx" ASC-yə müraciət etmiş, müraciətində kreditin alınması məqsədi evin tikilməsi ilə bağlı xərclərin ödənilməsi göstərmişdir. Bundan başqa Cavabdeh1 da ləğv olunmuş "xxxx" ASC-dən 12 ay müddətinə 6600 ABŞ dolları məbləğində borc götürmüşdür. Göründüyü kimi tərəflər birgə nikah dövründə banklardan müxtəlif məbləğlərdə kreditlər götürmüş və həmin məbləğlər digər Cavabdeh2 istifadəsində olan torpaq sahəsində inşa edilən evin təmirinə xərclənmişdir. Baxmayaraq ki, evin yerləşdiyi torpaq sahəsi digər Cavabdeh2 adına olsa da, həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin inşası məhz Vəfa və Cavabdeh1ların birgə vəsaiti hesabına aparıldığından həmin evin tikilməsinə sərf olunmuş məbləğ onlar arasında Ailə Məcəlləsinin 36, 37-ci maddələrinin tələblərinə uyğun bərabər şəkildə bölünməlidir. Lakin bölgü zamanı evin inşasına çəkilmiş xərc ekspert rəyində göstərilən 41629 manat məbləğində deyil, iddia tələbi həcmində yəni 40.000 manatın yarısı (40.000:2=20.000) cavabdehlərdən alınaraq ilkin İddiaçı verilməlidir. İlkin iddia tələbinin 750D kanon kamera, 3 ədəd çılçıraq, mətbəx üçün divan, cakkuzi və dəhliz üçün şkaf hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçının həmin əmlakları cehiz kimi apardığını iddia etsə də cavabdehlər həmin əmlakın onların özləri tərəfindən düzəltdirdiklərini qeyd etmiş, ilkin iddiaçı isə bunu təkzib edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etmədiyindən, iddianı bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin ilkin iddianın 650 manat dəyərində evin qapıları, 350 manat dəyərində çöl qapısı və 550 manat dəyərində olan darvazaya aid hissəsində isə qeyd olunmalıdır ki, həmin əmlaklar evin təmiri üçün çəkilmiş vəsaitlərin məbləğinə daxil olduğundan, həmin əmlakların dəyərini ayrıca tələb etməkdə ilkin iddiaçı haqlı olmamışdır. İlkin iddia tələbinin 3000 manat dəyəri olan şubanın tutulması hissəsində iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşaraq hesab edir ki, həmin əmlak məhkəmə baxışı zamanı ilkin iddiaçıya qaytarıldığından, həmin hissədə də iddianı təmin etməklə məhkəmə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası qızıl-zinət əşyalarının təmin olunmayan hissəsinə gəldikdə isə qeyd edir ki, həmin qızıl-zinət əşyaları İddiaçı özünün xahişi ilə Elvinin nişan üzüyü ilə birlikdə ilkin iddiaçının atasına təhvil verildiyindən, bu hissədə ilkin iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də məhkəmə kollegiyası razılaşır və hesab edir ki, həmin qızılların şəxsən İddiaçı məxsus qızıllar olduğu, onun tələb etdiyi qızıllar olmadığı barədə göstərdikləri isə inandırıcı görünmür. Məhkəmə kollegiyası ilkin iddia tələbinin "Daewoo” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomaşın üçün ödənilmiş 8000 manatın, dəmir qaraj üçün ödənilmiş 2000 manatın ümumi dəyərinin yarısının cavabdehdən alınıb ilkin iddiaçıya verilməsi hissəsinə gəldikdə də hesab edir ki, ilkin iddiaçı bu hissədə də tutarlı sübutlar təqdim etmədiyindən, ilkin iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qanunun mənasına görə məhkəmə işdə iştirak edən şəxslərin verdikləri tələblərdən kənara çıxa bilməz və verilməyən tələblər üzrə qətnamə çıxara bilməz. Başqa sözlə məhkəmə yalnız həmin tələblərə baxmalı və yalnız həmin tələblər üzrə qətnamə çıxarmalıdır. Lakin qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi ilkin iddiaçı iddia ərizəsində belə bir tələb irəli sürməməsinə baxmayaraq, aşağı instansiya məhkəməsi birgə nikah dövründə ləğv prosesində olan "xxxx" ASC-dən götürülmüş 6600 (altı min altı yüz) ABŞ dolları məbləğində pulun ½ hissəsi kimi 3300 (üç min üç yüz) ABŞ dolları və "xxxx" ASC-dən götürülmüş 10000 (on min) manat məbləğində kreditin ½ hissəsi kimi 5000 (beş min) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi barədə nəticəyə gələrkən bu halı nəzərə almamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmiş, MPM-nin 218.3. maddəsinin tələbindən kənara çıxaraq mövcud olmayan tələb əsasında bölgü aparmışdır. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçıların apellyasiya şikayətinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qarşılıqlı iddiaçı Cavabdeh2 3 illik təhsillə bağlı ödədiyi 3500 manatın, xəstəxanaya ödənilmiş 2000 manatın və torpağa aid sənədin cavabdehdən alınıb ona verilməsi hissəsisə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçı buna dair tutarlı sübutlar təqdim etmədiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir. Bununla yanaşı məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin olunan hissəsi ilə razılaşsa da, qarşılıqlı iddia tələbinin 300 manat dəyərində 1 ədəd su filtrinin, 1 ədəd 2000 manat dəyərində “İphone” model telefonunun bölünməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, ilkin iddiaçı apellyasiya şikayətində göstərdiyi kimi 1 ədəd “İphone” model telefon tərəflərin birgə nikah dövründə alınmış, özü tərəfindən və evli olduqları dövrdə də sındığından, həmin vəziyyətdə də satılmışdır. Göründüyü kimi ilkin iddiaçı telefonun alınmasını və onun istifadəsində olmasını etiraf etsə də, lakin satılması barədə heç bir sübut təqdim etməmişdir. 1 ədəd su filtrinin də mövcudluğu mübahisə olunmasa da, ilkin iddiaçı həmin əmlakın qardaşı tərəfindən ona pay alındığını bildirmiş, lakin məhkəmə kollegiyasının iclasında bu hal öz təsdiqini tapmamışdır. Bu mənada qeyd olunan əmlakların, yəni “İphone” model telefonun dəyərinin yarısı (2000:2=1000) 1000 manat, 300 manat dəyərində olan su filtrinin dəyərinin yarısı (300:2=150) 150 manat ilkin iddiaçıdan alınaraq Cavabdeh1 verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri mübahisələndirilən hissədə qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, həmin hissələrdə ilkin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayəti təmin etdilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayətləri mübahisələndirilən hissələrdə qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunmayan hissələrində qismən ləğv edilsin və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsində evin təmirinə xərclənmiş 20000 (iyirmi min) manat alınaraq İddiaçı verilsin. İlkin İddiaçı 300 manat dəyərində 1 ədəd su filtrinin məbləğinin yarısı 150 manat, 1 ədəd 2000 manat dəyərində “İphone” model telefonun dəyərinin yarısı 1000 manat alınaraq qarşılıqlı iddiaçı Cavabdeh1 verilsin. İlkin və qarşılıqlı iddia tələbləri mübahisələndirilən qalan hissələrdə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-100/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-100/2022
21.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver