Məhkəmə qərarları › İş №2(105)-1005/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1005/2021

28.01.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1005/2021 28.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4497/2020 saylı qərardadından Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili X3 şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4497/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı bağışlama müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə iddiaçının iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməsi, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması və onun özgəninkiləşdirilməsinin cavabdehin qanuni nümayəndəsinə və digər şəxslərə qadağan edilməsi qərara alınmış, Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili X4 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh bağışlanması barədə xx xxxxxx 2020-ci il tarixli bağışlama müqaviləsinin, həmin əmlakla bağlı qüvvədə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin evin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini qızı Cavabdeh bağışlamışdır. Həmin bağışlama müqaviləsi imzalanarkən qızının adından anası Qanuni nümayəndə iştirak etmişdir. O, evi bağışladıqdan sonra Zəhranın anası Qanuni nümayəndə ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Bundan başqa, Qanuni nümayəndə onun bağışladığı evi başqa şəxsə satmaq istəyir, evin alqı-satqısı ilə əlaqədar beh də almışdır. Ona görə də həmin evin bağışlanmasından imtina etmək fikrindədir. Onun həmin evi qızına bağışlamağı qızının deyil, Qanuni nümayəndə əsassız varlanmasına gətirib çıxarır. Onun mülkiyyətində olan əmlakdan qızının istənilən zaman faydalanmaq hüququ vardır. Əmlak gələcəkdə də vərəsəlik qaydasında qızına məxsus olacaqdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili X4 şikayətini onunla əsaslandırmışdır ki, qərardad tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı ilə Qanuni nümayəndə arasında bağlanan nikah pozulmamışdan əvvəl İddiaçı öz təşəbbüsü, öz istəyi və iradəsi ilə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzinin notariusunda öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsini və 69.80 kv.m fərdi yaşayış evini Qanuni nümayəndə qızı Cavabdeh bağışlamışdır. Daşınmaz əmlakın bağışlanma müqaviləsi Sumqayıt “ASAN xidmət” mərkəzinin notariusunda reyestrdə 4Ə- 1032 nömrə ilə qeydə alınaraq, informasiya sisteminə daxil edilmişdir. İddiaçının öz ərizəsini əsaslandırdığı arqumentlər tamamilə əsassızdır. Birincisi, iddiaçı özü bağışlanan fərdi yaşayış evində qeydiyyatdadır, mülki qanunvericiliyin və “Notariat haqqında” qanunun tələblərinə görə mənzildə qeydiyyatda olan şəxsin razılığı olmadan əmlakın alqı-satqısı həyata keçirilə bilməz, yəni iddiaçının notariat qaydasında əmlakın satılması ilə bağlı razılıq ərizəsi olmadan ev üzərində sərəncam verilməsi qeyri-mümkündür. İkincisi, yetkinlik yaşına çatmayan uşağın adına daşınmaz əmlak varsa, həmin əmlakla bağlı hər hansı əqd (bağışlama, alqı-satqı) yalnız İcra hakimiyyəti yanında qəyyumluq və himayəçilik komissiyasına müraciət edildikdən və həmin komissiya tərəfindən himayəçi, qəyyum uşağın əmlakının idarəçisi kimi tanındıqdan sonra bağlanla bilər. Qanuni nümayəndə tərəfindən isə qəyyumluq və himayəçilik orqanına heç bir ərizə daxil olmamışdır. Hətta Qanuni nümayəndə evi satmaq niyyəti olsa belə, iddiaçı həmin evdə qeydiyyatda olduğuna görə onun razılığı olmadan bu mümkün deyildir. Qanuni nümayəndə anadır və öz övladının əmlakına ziyan və xələl gətirməz, evi satmaz. Çünki mübahisələndirilən ev onun övladının gələciyinin təminatıdır. İddiaçı isə sadəcə olaraq nikah pozulduqdan sonra ondan qisas almaq niyyəti ilə öz övladına bağışladığı evi geri tələb edir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən evin üzərində olan həbsin götürülməsinə dair qərardad qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı, Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə, onun nümayəndəsi və vəkili X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsinin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh bağışlanmasına dair xx xxxxxx 2020-ci il tarixli bağışlama müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin evin onun mülkiyyətinə qaytarılması barədədir. İddiaçı iddianı təmini tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması və onun özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin tədbiri barədə ərizəni təmin edərkən Azərbaycan Respublikası MPM-nin 157 və 158-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə görə iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmək tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmək tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini tətbiq edib, işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etmək tədbirinə dair ərizənin təmin edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq cavabdehin nümayəndəsinin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh qanuni nümayəndəsi X2 nümayəndəsi və vəkili X3 şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4497/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar