Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1024/2021 02.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 vəkili və nümayəndəsi X1 ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-qanuni tikilinin sökülməsi və mülkiyyətindən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)- 2733/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2733/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (H.Əhmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2733/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən, məhkəmə kollegiyasının iclasında tərəflərin vəkilləri və nümayəndələri onlar arasında əldə edilmiş barışıq sazişini təqdim edərək onun təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Tərəflərin məhkəmə kollegiyasına təqdim etdikləri xx.xx.2021-ci il tarixli barışıq sazişi İddiaçı, habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmışdır. Tərəflər arasında bağlanmış barışıq sazişindən görünür ki, hər iki tərəfin təşəbbüsü ilə hazırkı mübahisə ilə əlaqədar onların arasında barışıq əldə olunmuşdur. Barışıq sazişinin şərtlərinə görə, cavabdehlər mübahisə predmeti olan tövlədə eyni vaxtda beş başdan artıq olmayan sayda iri və ya xırda buynuzlu ev heyvanı saxlamağı, tövləni sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməklə saxlamağı öhdələrinə götürürlər. İddiaçı isə cavabdehlərin bu Sazişlə müəyyən edilmiş öhdəliklərinə əməl etmələri şərti ilə mübahisə predmeti olan tövlədən istifadə üçün cavabdehlərə hər hansı bir maneə yaratmamağı, bununla əlaqədar cavabdehlərə qarşı hər hansı bir tələb və ya iddia irəli sürməməyi öhdəsinə götürür. Tərəflər bu Sazişdən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar. Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, tərəflər bu Sazişin tələblərini pozan tərəfə bildiriş vermədən dərhal hazırki barışıq sazişinin icraya yönəldilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Əgər mübahisələr və narazılıqlar danışıq yolu ilə həll olunmasa, belə mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq həll edilir. Məhkəmə kollegiyası tərəflərin barışıq sazişini araşdıraraq müəyyən etdi ki, saziş Azərbaycan Respublikası MPM-nin 370.1-ci və 191.1-ci maddələrinin tələblərinə uyğun tərtib edilmiş, barışıq sazişinin təsdiqlənməsinin hüquqi nəticələri aydın surətdə ifadə olunmuşdur. Barışıq sazişinin şərtlərinin təhlili ilə müəyyən edildi ki, tərəflərin barışıq sazişinin şərtləri qanuna zidd deyildir və digər şəxslərin mənafelərinə toxunmur və deməli, barışıq sazişi təsdiq oluna bilər. Yenə həmin Məcəllənin 370.2-ci maddəsinin tələblərinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci və 261.0.5-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yenə həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə Məcəllənin 19-cu və 20ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 191.1, 191.2, 261.0.5, 370, 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisə predmeti olan özlərinə məxsus tövlədə eyni vaxtda beş başdan artıq olmayan sayda iri və ya xırda buynuzlu ev heyvanı saxlamağı, həmin tövləni sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməklə saxlamağı öhdələrinə götürürlər.
2. İddiaçı cavabdehlərin bu Sazişlə müəyyən edilmiş öhdəliklərinə əməl etmələri şərti ilə mübahisə predmeti olan tövlədən istifadə üçün cavabdehlərə hər hansı bir maneə yaratmamağı, bununla əlaqədar cavabdehlərə qarşı hər hansı bir tələb və ya iddia irəli sürməməyi öhdəsinə götürür.
3. Tərəflər bu Sazişdən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqlar. Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, tərəflər bu Sazişin tələblərini pozan tərəfə bildiriş vermədən dərhal hazırki barışıq sazişinin icraya yönəldilməsi üçün məhkəməyə müraciət edə bilərlər.
4. Tərəflər arasında bu Sazişlə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.” Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2733/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qeyri-qanuni tikilinin sökülməsi və mülkiyyətindən istifadəyə yaranmış maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov