Məhkəmə qərarları › İş №2(105)-1031/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1031/2023

19.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1031/2023 19.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X5 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-204/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Maraqlı şəxs 26 oktyabr 2022-ci il tarixli, 470 №li arayışı ilə arxiv məlumatlarına əsasən, X8 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu Qeydiyyat Şöbəsi üzrə 1999-2005-ci illərdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır.

2. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-584 nömrəli məktubuna əsasən, X4 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

3. Quba Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarxili, 7/7-146126 №li arayışına əsasən, xx.xx.1971-ci il tarixdə Quba şəhərində anadan olmuş, Quba şəhəri, Ə.Orucov küçəsi, ev 10-da qeydiyyatda olmuş X8 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək istintaqdan yayındığına görə barəsində Quba RPŞ-də xx.xx.2003-cü il tarixli 25732 saylı axtarış işi açılmış, hazırda axtarışdadır. X4 tutulması istiqamətində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsin olduğu yeri müəyyən etmək mümkün olmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 07 fevral 1971-ci il tarixdə Quba şəhərində anadan olmuş X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxx 1973-cü il tarixdə anadan olmuşdur. X2, anası X9r. X2 ilə anası X7 birgə nikahlarından xx xxx 1973-cü il təvəllüdlü Ərizəçi Frdovsi oğlu, bacısı 07 fevral 1971-ci il təvəllüdlü X8 anadan olmuşdur. X3 2002-ci il tarixdə Türkiyə Respublikasına getmiş və həmin gündən sonra ondan heç bir xəbər çıxmamışdır. O, bacısından bir xəbər çıxmadığı üçün onun axtarışı ilə bağlı Quba Rayon Polis Şöbəsinə müraciət etmişdir. Quba rayon polis şöbəsində X8 barəsində axtarış işi açılmışdır. Təxminən 10 il bundan qabaq xatırlamadığı nömrədən ona zəng edərək bacısının Türkiyə Respublikasında öldüyünü, kimsəsizlər qəbirstanlığında dəfn edildiyi bildirilmişdir. Ona görə də o, bacısının ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 26 oktyabr 2022-ci il tarixli, 05/Q-584 nömrəli məktubu ilə ona bu barədə imtina verilmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hazırda bacısının ölmüş elan edilməsi ona vərəsəlik məsələsinin həlli üçün lazımdır. X1 ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyinə görə göstərilənləri nəzərə alaraq, 07 fevral 1971-ci il tarixdə anadan olmuş X1 ölmüş elan edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Quba Rayon Məhkəməsinin 2(027)-204/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Vüqar Seyidov) ərizə təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsin məhkəmə qaydasında ölmüş elan edilə bilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə 5 il ərzində məlumatın olmaması, habelə ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan 6 ay ərzində xəbər çıxamaması kimi haların olması nəzərdə tutulmuşdur. Quba RPŞ-nin arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X8 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək istintaqdan yayındığına görə barəsində Quba RPŞ-də xx.xx.2003-cü il tarixli 25732 saylı axtarış işi açılmış, hazırda axtarışdadır.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 41.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 305.1.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

9. Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. - bacısı Sevinc Səlimovanın harada olması barədə 2002-ci ildən ərizəçidə məlumat yoxdur, 2003-cü ildən axtarış işi açılmışdır. Bundan da 20 ildən çox vaxt keçir. Bundan əlavə, axtarış işinin heç bir nəticə vermədiyini görərək 2013-cü ildə bacısının axtarışı ilə bağlı X15 Komitəsinə müraciət etmişdir. Məhkəmə şəxsin ölmüş elan edilməsi ilə bağlı maddi hüquq norması olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə istinad etsə də, həmin maddəyə əsasən şəxsin ölmüş elan edilməsi üçün kifayət qədər əsaslar olsa da, ərizəni rədd etmiş və rədd etmə səbəbini əsaslandırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

13. Maraqlı şəxs məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 305.1.2. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə baxır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İlk növbədə qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.

19. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə istinad etsə də, həmin maddəyə əsasən şəxsin ölmüş elan edilməsi üçün kifayət qədər əsaslar olmasına baxmayaraq, ərizəni rədd etmiş və rədd etmə səbəbini əsaslandırmamışdır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilini əsassız esab edir. Belə ki, Quba RPŞ-nin arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X8 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək istintaqdan yayındığına görə barəsində Quba RPŞ-də xx.xx.2003-cü il tarixli 25732 saylı axtarış işi açılmış, hazırda axtarışdadır. Göründüyü kimi, ərizəçinin ölmüş elan edilməsini xahiş etdiyi X8 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirildiyindən onun barəsində axtarış elan olunmuşdur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. İş materiallarında ərizəçi tərəfindən müvafiq hallar şərh edilməmiş, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-204/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar