Məhkəmə qərarları › İş №2(105)-1031/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1031/2025

30.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1031/2025 30.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 94/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsindən istifadə olunmasına yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2/7 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin evin həyətində mübahisəli su hovuzunun yarısı onun, yarısı isə cavabdehin torpağına düşür. Qeyd edilən su hovuzu əslində bələdiyyə tərəfindən torpaq sahəsi kimi ona verilmişdir. Onunla cavabdehin arasında həmin torpaq sahəsinin bir hissəsindən istifadə üzrə mübahisə vardır. Cavabdehlər bacı-qardaşdırlar. Evin sahibi Cavabdeh2dır, lakin həmin evdə qardaşı Cavabdeh1 yaşayır. Dəfələrlə Cavabdeh1 xəbərdarlıq edilsə də cavabdeh oranı öz mülkiyyəti kimi tam olaraq zəbt edib, içəridə hamam və s. tikililər inşa etmişdir. Onun həmin əraziyə girişi bağlanmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********16 nömrə ilə qeyd olunan, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və xx.xx.2017-ci il tarixdə 1450 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsünə əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0292 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş qanunsuz tikililərin onların hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-94/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0292 ha torpaq sahəsinin 7 kv.metrində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa olunmuş tikililərin onların hesabına sökülməsi, həmin ölçüdə torpaq sahəsinin İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş cəmi 190 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılması, ekspertiza tədqiqatı üçün tələb olunan cəmi 100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-94/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin tamamilə rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilir ki, “Mübahisəli torpaq sahəsinə dair daha əvvəllər məhkəmə aktlarının olması və hazırki işə bu əsasla xitam verilməsi barədə cavabdehlərin dəlilləri əsassızdır. Belə ki, işdə olan qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 55/2021 saylı qətnaməsindən görünür ki, orada mübahisə üzrə tərəflər iddiaçı və cavabdehlərin mərhum atası V.Q.Tağıyev olmuşdur. Həmin aktın qəbulundan 3 ilə yaxın müddət keçmiş və bu müddət ərzində cavabdehlər tərəfindən ekspert rəyində göstərilən ölçüdə torpaq sahəsinin zəbt edilməsi mümkündür. Buna görə də məhkəmə hazırki mübahisəni mahiyyəti üzrə araşdırmış və yuxarıda göstərilən qaydada hüquq pozuntusunun olmasını müəyyənləşdirmişdir.” Bu tamamilə əsassız yanaşmadır, belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-55/2021 saylı qətnaməsindən görünür ki, məhz Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş və Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 04 yanvar 2019-cu il tarixli, 2(012)-87/2019 saylı qətnaməsi ləğv edilmişdir. Bu özü özlüyündə Cavabdeh2 cavabdeh kimi tanınmasını göstərir, lakin məhkəmə öz qətnaməsini əsaslandırmaq və eyni halla bağlı yenidən qətnamə qəbul etmək üçün bu halı məqsədli şəkildə nəzərə almamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin bu təməl prinsipinin görməzliyindən gəlmiş, halbuki Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-55/2021 saylı qətnaməsində iş üzrə əsl cavabdeh əvəzlənərək hazırkı iş üzrə Cavabdeh2 işə cavabdeh qismində cəlb olunmuşdur. İddianın predmetinə də gəldikdə predmetin eyni olmasının şahidi olur, iddianın əsasları da eynilik təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-55/2021 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 noyabr 2020-ci il tarixli 10/2537 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin Bakı LTİ-nin mühəndisi tərtib etdiyi mütəxəssis rəyin əsasən, iddiaçı Ə.Ə.Agayevanın ********** qeydiyyat nömrəli 05 avqust 2017-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası ƏDMK yanında DƏDRX-nin HDQ-ı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi ümumi sahəsi 0.0292 ha olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində iddiaçıya məxsus yaşayış evi mövcuddur. Həmin torpaq sahəsində cavabdeh S.V.Mbrahimova tərəfindən tikinti işi aparılmamışdır. Cavabdeh2 tərəfindən aparılan tikililər iddiaçı Ə.Ə.Agayevaya məxsus ümumi sahəsi 0.0292 ha olan torpaq sahəsinə düşmür. Cavabdeh2 tərəfindən özünə məxsus olan həyətdə inşa edilmiş pilləkən iddiaçıya hər hansı bir maneə törətmir. Cavabdeh2 tərəfindən özünə aid olmayan küçəyə ikinci giriş qapı açmışdır, lakin həmin qapının açılması iddiaçının yolunu kəsmir. Cavabdeh2 həyətində digər qapı mövcuddur. Həmin qapının (və ya darvaza) iddiaçının yaşayış evinin yerləşdiyi küçəyə açılır, həmin yolun açılması iddiaçı Ə.Agayevaya əmlakından istifadə imkanlarını məhdudlaşdırmır. Məhkəmə kollegiyası iclası və iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçının istifadəsində olan torpağa və əmlaka heç bir müdaxilə etmir və manelər yaratmır. İddiaçı cavabdeh tərəfindən ona məxsus olan hovuzun üzərindən əşyaların çıxarılması və hovuzun ona qaytarılması barədə tələbini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, həmin hovuzun iddiaçının mülkiyyətində olması barədə heç bir sənəd təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 433-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Belə çıxır ki, birinci instansiya məhkəməsi iş üzrə apellyasiya və sonradan kassasiya instansiyalarının qərarları ilə kifayətlənməyərək hesab etmişdir ki, hazırki tələb üzrə işə dair yeni açılmış hal, lakin bu belə özlüyündə birinci instansiya məhkəməsi tərəfindən Ali Məhkəmənin Plenumunun səlahiyyətlərini həyata keçirməyə haqq qazandıra bilməz. Qətnamədə qeyd olunur ki, 3 ilə yaxın müddət ərzində torpaq sahəsinin zəbt edilməsi mümkündür, lakin belə olan halda məhkəmə nə yerində baxış təyin etmiş, nə də ki, ekspertin qarşısında son 3 ildə tikintinin aparılıb– aparılmamasına dair sual qoyulmamışdır. Məhkəmə, bu faktları nəzərə almadan sadəcə ehtimallara əsaslanaraq qərar qəbul edib. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. İşin hallarından görünür ki, məhkəmə kobud pozuntu halına yol verərək eyni iddiaçı tərəfindən eyni əsas ilə bağlı irəli sürülmüş iddianı icraatına götürmüş və eyni cavabdehə qarşı əsassız qətnamə qəbul etmişdir. Halbuki bununla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-55/2021 saylı qətnaməsindən görünür ki, məhz Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş və Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 04 yanvar 2019-cu il tarixli 2(012)-87/2019 saylı qətnaməsi ləğv edilmişdir. Bu özü özlüyündə Cavabdeh2 cavabdeh kimi tanınmasını göstərir, lakin məhkəmə öz qətnaməsini əsaslandırmaq və eyni halla bağlı yenidən qətnamə qəbul etmək üçün bu halı məqsədli şəkildə nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qeyd edir ki, Həmin aktın qəbulundan 3 ilə yaxın müddət keçmişdir və bu müddət ərzində cavabdehlər tərəfindən ekspert rəyində göstərilən ölçüdə torpaq sahəsinin zəbt edilməsi mümkündür. Halbuki görünür ki, bu sadəcə məhkəmənin ehtimalıdır. Məhkəmə yeni hal görürsə iddiaçıya yeni açılmış hallar üzrə müvafiq müraciəti Ali Məhkəmənin Plenumuna yönəltməli olduqlarını bildirərək, iddia ərizəsinin qəbulundan imtina etməli idi. Göründüyü kimi məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Belə ki, iş üzrə qanuni güvvəsini almış məhkəmə qətnaməsinin olmasına baxmayaraq birinci instansiya məhkəməsi qeyd edir ki, həmin aktın qəbulundan 3 ilə yaxın müddət keçmiş və bu müddət ərzində cavabdehlər tərəfindən ekspert rəyində göstərilən ölçüdə torpaq sahəsinin zəbt edilməsi mümkündür. Odur ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının ona məxsus torpaq sahəsinin müəyyən hissəsini zəbt etmələrinə dair iddiası həqiqəti əks etdirmir. 2021-ci ildə iddiaçı, bacısı Cavabdeh2 qarşı iddia qaldırmış, iş apellyasiya instansiyasına getmiş, orada bacısının xeyrinə qərar çıxarılmışdır. Əmlak bacısının mülkiyyətindədir, tikililər bacısına məxsusdur. O da cavabdeh qismində cəlb edildiyindən bacısı deyil, o özü şikayəti vermişdir. İddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmiş, mütəxəssis rəyi düzgün deyil. Bundan əvvəl olan məhkəmə prosesi də eyni tələblə bağlı olmuşdur. İddiaçının iddia etdiyi su hovuzunun yerində hamam 1998-ci ildən mövcuddur. İddiaçının əvvəlki tələb ilə, hazırkı tələbi eynilik təşkil edir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdehlər ona məxsus torpaq sahəsini 7 kv.m zəbt ediblər, əvvəllər cavabdehlərin atasına qarşı, hazırda isə qızı Cavabdeh2 qarşı iddia qaldırmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən mütəxəssis dəvət etsə də hazırki iş üzrə Cavabdeh1 araşdırma aparılmasına maneə törətmiş, nəticədə mütəxəssis rəyin verilməsindən imtina etmişdir. Cavabdehlərin atalarına qarşı da eyni tələblə iddia qaldırmış, həmin iş üzrə Ali Məhkəmənin qərarından şikayət vermiş, iş üzrə Konstitusiya Məhkəməsinin qərarı var, nəticə hissəsini xatırlamır. Əvvəlki məhkəmə işində də torpağını istəyib, indi də hamamın, pilləkənin sökülməsini istəyir. Ev tikilməmişdən öncə su hovuzu olub, həmin hissə ona torpaq kimi verilib. Tikili 20-30 il bundan əvvəl tikilib. Hamam tikilən hissə hovuz olub, sonradan hamam tikilib. Əvvəlki məhkəmə işinə baxılan zaman həmin hamam mövcud olmuşdur. Abşeron Rayon Məhkəməsində onun xeyrinə qərar qəbul edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsində qətnamə ləğv edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kolelgiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinəyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-94/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0292 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş qanunsuz tikililərin onların hesabına sökülməsi və torpaq sahəsinin onaa təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllədə yerləşən 2/7 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin evin həyətində mübahisəli su hovuzunun yarısı onun, yarısı isə cavabdehin torpağına düşür. Qeyd edilən su hovuzu əslində bələdiyyə tərəfindən torpaq sahəsi kimi ona verilmişdir. Onunla cavabdehin arasında həmin torpaq sahəsinin bir hissəsindən istifadə üzrə mübahisə vardır. Cavabdehlər bacı-qardaşdırlar. Evin sahibi Cavabdeh2dır, lakin həmin evdə qardaşı Cavabdeh1 yaşayır. Dəfələrlə Cavabdeh1 xəbərdarlıq edilsə də cavabdeh oranı öz mülkiyyəti kimi tam olaraq zəbt edib, içəridə hamam və s. tikililər inşa etmişdir. Onun həmin əraziyə girişi bağlanmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-55/2021 saylı qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)3636/2021 saylı qərarından görünür ki, İddiaçı cavabdeh X4 qarşı ünvan 1 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən hovuzdan cavabdeh X3 və onun ailə üzvlərinin istifadəsinə son qoyulması, cavabdeh X6 tərəfindən ona əmlakından istifadə etməyə yaradılan maneələr aradan qaldırılması, İddiaçı məxsus hovuzun üzərindən cavabdehə məxsus əşyalar çıxarılması və hovuzun iddiaçıya qaytarılması, cavabdeh X6 tərəfindən qanunsuz tikilmiş pilləkən və çardağın sökülməsi, iddiaçının mülkiyyətində olan evin divarının dibinə basdırılmış boru dirəklər və evin divarına quraşdırılmış cavabdehə məxsus dəmir qapının sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə iddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi 24-cü məhəllədə yerləşən 2/7 saylı fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi, ümumi sahəsi 0,0292 ha olan torpaq sahəsi mülkiyyəti hüququ ilə ona məxsusdur. Qonşuluqda yaşayan cavabdeh onun əmlak hüquqlarına müdaxilə edir, mülkiyyət hüquqlarından sərbəst istifadə etməyə mane olur. Cavabdeh onun su hovuzunu zəbt etmiş və hovuzun üzərindəki beton örtüyün üstünə özünə məxsus müxtəlif əşyaları yıgaraq oranı xarabaxanaya çevirmiş, ona məxsus bu əmlakdan istifadə etməyinə imkan vermir. Cavabdeh onun evinin divarına bitişik mişar daşlardan hörülmüş pilləkən quraşdırmış, həmin pilləkəndən istifadə etməklə onun hovuzunun üzərinə yol açıb ondan istifadə edir. Bundan əlavə cavabdeh onun iradəsinə zidd olaraq evinin pəncələrinin düz qarşısında betonla bərkidilən dəmir boru dirəkləri basdırmış, asma üzüm çardağı quraşdırmış və çardagın bir tərəfinin onun evinin divarının üst hissəsinə bağlamışdır. Göstərilən pilləkənin və üzüm çardağının qanunsuz quraşdırılması nəticəsində atmosfer suları onun evinin divarına ağır və bu suların divara hopması nəticəsində yaşadığı otaqların bütün divarları nəmişlənir, rütübətdən oboy və boyalar divardan qopur. Bundan əlavə divarların nəmişli vəziyyətdə olması onun və ailə üzvlərinin revmatizm və digər xəstəliklərə düçür olmasına səbəb olur. Həmçinin cavabdeh özbaşınalıq edərək ona məxsus evin künc divarına bitişik qanunsuz qapı quraşdırmış, evin yan tərəfinə yolunu tamam bağlamışdır. Bu hərəkətləri ilə özünə aid olmayan küçəyə qanunsuz olaraq ikinci giriş-çıxış qapısı açmış, onun yolunu kəsmiş, əmlakından sərbəst istifadə etmək imkanlarını məhdudlaşdırmışdır. Halbuki cavabdehin giriş-çıxış qapısı texniki plana əsasən Q.Qarayev küçəsinə çıxır. Abşeron Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddianın təmin olunması, ünvan 1 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən hovuzdan cavabdeh X3 və onun ailə üzvlərinin istifadəsinə son qoyulması, cavabdeh X6 tərəfindən ona əmlakından istifadə etməyə yaradılan maneələrin aradan qaldırılması, İddiaçı məxsus hovuzun üzərindən cavabdehə məxsus əşyaların çıxarılması və hovuzun iddiaçıya qaytarılması, cavabdeh X6 tərəfindən qanunsuz tikilmiş pilləkən və çardağın sökülməsi, iddiaçının mülkiyyətində olan evin divarının dibinə basdırılmış boru dirəklər və evin divarına quraşdırılmış cavabdehə məxsus dəmir qapının sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X2 tutulması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-55/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 04 yanvar 2019-cu il tarixli 2(012)-87/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin icraat zamanı cavabdeh X6 əsl Cavabdeh2 ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(102)- 3686/2021 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 55/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı icraat zamanı mütəxəssis rəyi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 7.0 kv.m hissəsinin cavabdehlər tərəfindən istifadə olunduğu, həmçinin Cavabdeh2 mülkiyyətində olan həyətyanı torpaq sahəsinin 7.0 kv.m hissəsinin iddiaçının sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Hərçənd ki, əvvəlki məhkəmə mübahisəsi zamanı ədə edilmiş mütəxəsiss rəyi ilə İddiaçı məxsus torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edilməməsi, iddiaçıya məxsus torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmamasına dair rəy verilmişdir. Birinci instanasiya məhkəməsi qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-55/2021 saylı qətnaməsinə istinad edərək, həmin mülki iş üzrə tərəflərin iddiaçı və cavabdehlərin mərhum atası V.Q.Tağıyev olmasını, həmçinin həmin məhkəmə qərarının qəbulundan 3 ilə yaxın müddət keçdiyini və və bu müddət ərzində cavabdehlər tərəfindən ekspert rəyində göstərilən ölçüdə torpaq sahəsinin zəbt edilməsi mümkünlüyünü nəzərə alaraq, cavabehlərin iş üzrə icraata xitam verilməsi ilə bağlı etirazlarını əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, əvvəla, əvvəlki icraat zamanı iş üzrə cavabdeh X6 olmamışdır. Belə ki, apellyasiya icraatı zamanı cavabdeh X6 əsl Cavabdeh2 ilə əvəz olunmuşdur. Bundan başqa iddiaçının hazırkı iddia üzrə tələbinin əvvəlki iddia üzrə tələblə eyni olub-olmamasının müəyyən etmək üçün məhkəmə kollegiyası tərəfindən yerində müayinə həyata keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı eyni ilə daha əvvəl qaldırdığı iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının cavabdehlər tərəfindən zəbt edilərək istifadə olunmasını iddia etdiyi yer əvvəllər su hovuzunun yerləşdiyi yer olmuşdur ki, hər iki iddia ərizəsində də iddiaçı məhz həmin sahənin cavabdehlər tərəfindən zəbt edildiyini iddia etmişdir. İddiaçının iddia etdiyi su hovuzunun olduğu yerdə cavabdehlər tərəfindən hamam tikilisi inşa edilmişdir. Cavabdeh həmin hamamın 1998-ci il tarixdə inşa edildiyini bildirmişdir ki, iddiaçı da həmin tikilinin 20-30 il əvvəl inşa edilməsini, əvvəlki məhkəmə mübahisəsi dövründə də həmin tikilinin mövcud olduğunu təsdiq etmişdir. Bu hal həmçinin, iddiaçının əvvəlki iddia tələbini əsaslandırması ilə də təsdiq olunmaqdadır. Yerində baxış zamanı isə tikililərin köhnə tikili olması, hər hansı bir əlavə inşaat işlərinin aparılması müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında iddiaçı dolayısı ilə əvvəl qaldırdığı iddia ilə hazırkı iddiasının eyni olmasını təsdiq etmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasına baxmayaraq, iddiaçı yenidən eyni predmet barəsində və eyni əsaslarla Cavabdeh2 qarşı iddia qaldırmışdır. İddiaçının əvvəlki iddiasından fərqli olaraq, hazırkı iddiasında iddiaçı cavabdeh qismində evin mülkiyyətçisi olan Cavabdeh2 ilə yanaşı, həmin evdə yaşayan mülkiyyətçinin qardaşı Cavabdeh1 da iş üzrə cavabdeh qismində cəlb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iş üzrə cavabdeh qismində cəlb edilməsi formal olmaqla, buradakı məqsəd qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həll edilmiş mübahisənin yenidən məhkəmə müstəvisinə çıxarmaq cəhdi olmuşdur. Mülkiyyətçinin ailə üzvünü cavabdeh qismində cəlb etməklə başqa şəxsə qarşı qaldırılmış iddia adı altında eyni iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi prosessual hüquqlardan sui-istifadə olmaqla, qanunla müəyyən edilmiş prosessual vəzifələrin pozulması kimi qiymətlənidirlir. Halbuki, MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. İddiaçının hər dəfə mülkiyyətçini və mübahisəli əmlakda yaşayan digər şəxsi cəlb etməklə eyni əsasla, eyni iddianı qaldırması əlavə iddialara gətirib çıxara bilər ki, bu da şəxslərin əsassız olaraq məhkəmələrə cəlb edilməsi, məhkəmə süründürməçiliyinə şərait yaratma, iş vaxtının ititirlməsi baxımından yolverilməzdir. Məhkəmə təcrübəsi baxımından isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2080/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilən hüquqi mövqe də hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılmasını istisna etmişdir. Belə ki, həmin qərarda yuxarı instansiya məhkəməsi qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində eyni tərəflər ifadəsi barəsində mübahisə edilən hüquq münasibətində tərəflərin eyni olmasını ehtiva edir. Yəni burada diqqət edilməli olan məsələ, tərəflərin fiziki olaraq ayrı şəxs olması deyil, barəsində mübahisə edilən hüquq münasibətində tərəflərin eyni mənafedən çıxış etməsi məsələsidir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, yuxaırda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-94/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icrata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh1 apellaysiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-94/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar