Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1033/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın evdən çıxarılması tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X16 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı X1 nümayəndə və vəkili Nümayəndə1 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(067)-276/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X3 məhkəmədə iddia qaldıraraq Cavabdeh məxsus olan cehiz - əmlakları 1 ədəd divan, 1 ədəd şifoner, 6 ədəd stul, 1 ədəd stol, 1 ədəd qorka, 1 ədəd güzgü, 1 ədəd taxt, 2 ədəd kreslo, yorğan-döşək, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 2 ədəd lüstür, 3 ədəd xalça, qab-qaşıqların Xaçmaz rayonu, Çarxı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və ödədiyi mediasiya xərcinin və dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Çarxı kəndində 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayş evi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsusdur. Cavabdeh onun keçmiş gəlinidir. Belə ki, oğlu X11 ilə cavabdeh arasında olan nikah 2021-ci ildə pozulmuşdur. Nikah pozulmayana qədər də tərəflər ayrı yaşamışdır. Hal-hazırda cavabdehə məxsus olan cehiz əmlakları ona məxsus olan evdədir. Lakin bir ildən çoxdur ki, cavabdeh gəlib əmlaklarını götürməmişdir. Onun isə evində əşyaları saxlamağa yer yoxdur və əşyalar ona maneçilik törətməkdədir. Cavabdehə məxsus əmlaklar ona məxsus olan evdə olduğu üçün əşyalarını öz evinə yığıb rahat yaşaya bilmir. Cavabdehin hərəkətləri ucbatından onun mülkiyyət hüququ pozulmaqdadır. Mülkiyyətinə dair hüquqlarını sərbəst həyata keçirə bilmir. Xaçmaz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(067)-276/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Xaçmaz rayonu, Çarxı kəndində yerləşən X2 məxsus fərdi yaşayış evindən Cavabdeh məxsus əmlaklar-1 ədəd divan, 1 ədəd şifoner, 6 ədəd stul, 1 ədəd stol, 1 ədəd qorka, 1 ədəd güzgü, 1 ədəd taxt, 2 ədəd kreslo, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 2 ədəd lüstür, 3 ədəd xalçanın çıxarılması, ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianı qalan hissədətəmin edilməməsi qət edlmişdir (hakim Anar Sadıqov). Birinci instansiya məhkəməsi işin faktiki hallarına, tərəflərin və şahidlərin ifadələrinə, iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə iddianı qismən təmin etmişdir. Məhkəmə AR Mülki Məcəlləsinin 146.2, 152.1, 152.5, 157.2, 228.2, 228.5 maddələrinə, AR Konstitusiyasının 13-cü maddəsin istinad edərək iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, əmlaklarının yerləşdiyi ev onun iddiaçının oğlu X12 ilə birgə nikahda olduğu dövrdə əldə olunmuş torpaq sahəsində, birgə nikah dövrü əldə olunmuş vəsait hesabına tikilib (həmin torpaq sahəsinin sənədləri X6 adınadır) və işə baxan hakim bunu bilir. Belə ki, onun həmin iddiaya qarşılıqlı iddiasını mediator sənədi olmadığı üçün geri qaytarıb. Eləcə də həmin hakim onunla Əliyev Emin arasında bağlanmış nikahın pozulması barədə işə baxan hakim olub ki, həmin işdə də bunlar barədə hakimə yazılı məlumatlar verib. Birinci instansiya məhkəməsi etiraz dəlillərini, yuxarıda sadaladığı digər faktları görməməzlikdən gələrək, MPM-nin 14.2-ci, 77ci, 88-ci maddələrinin tələblərinə biganə yanaşaraq, ona aid əşyaların iddiaçının mülkiyyətində olması faktını araşdırmadan, iddia ərizəsini təmin edib. Ona məxsus əşyaların iddiaçının mülkiyyətində olması barədə məhkəmənin müəyyən edilmiş hesab etdiyi hal tamamilə yanlışdır. Belə ki, ona və uşaqlarına məxsus istər geyim, istər cehiz, istərsə də qızıl-zinət əşyaları o, uşaqlarla evdən qovulduğu günə kimi, onunla iddiaçının oğlu, X6 birgə nikahda olduğu dövrdə əldə olunmuş və sənədləri Emin Əliyevin adına olan torpaq sahəsində, birgə nikah dövrü, birgə təsərrüfatın aparıldığı zaman qazanılan pul vəsaiti hesabına inşa edilmiş fərdi evdə olub. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı X1 nümayəndə və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, birinci instansiya məhkəməsi işə kifayət qədər obyektiv baxıb. İddiaçı mülkiyyətçidir, mülkiyyət hüququ toxunulmazdır. Cavabdehə məxsus əmlaklar iddiaçının evindən çıxarılmalıdır. İddiaçı cavabdehin qayınatasıdır. İddiaçının oğlu ilə cavabdehin arasında olan nikah 2021-ci ildə pozulsa da cavabdeh əmlaklarını evdən çıxarmır. İddiaçı mübahisəli evi öz atasından miras əmlak kimi qəbul edib. Ev yeni tikili deyil. Yəni cavabdehlə iddiaçının oğlunun birgə nikahı dövründə tikilməyib. Nikah xx.xx.2010-cu il tarixdə bağlanıb. Çıxarışda adı çəkilən digər şəxslər iddiaçının ailə üzvləridir. Cavabdehin artıq mənzildən istifadə hüququ yoxdur. Əmlaklar da mənzildə qaldıqca yararlığını itirir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(067)-276/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mübahisə pedmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4, X9, X5, X12, X7 məhkəmə kollegiyasına ərizə ünvanlayaaq apellyasiya şikayətini qəbul etmədiklərini, məhkəmənin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, mübahisəyə oların iştirakları olmadan baxılmasını xahiş etdiklərini bildirmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5.-ci (münasibətlər yarandığı zaman qüvvədə olan) maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıır. İş materiallarında olan ********** qeydiyyat nömrəli, **********37-10301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Çarxı kəndində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90,5 kv.metr olan fərdi yaşayış evi X1 və digərlərin adına daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırki mübahisəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçının istifadəsində olan fərdi yaşayış evində qanuni əsas olmadan əmlaklarının saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olur. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evində qanuni əsas olmadan cavabdehin əmlaklarının saxlanılması iddiaçının öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olunmasına səbəb olmuşdur. Ona görə də iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, müəyyən edilmişdir ki, iddiaçının oğlu (iş üzrə müstəqil tələb irəli sürməyən şəxs) X11 ilə nikahlarını xx.xx.2010-cu il tarixdə rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan iki uşaqları doğulmuş, mübahisəli evə köçərək orada yaşamış, bundan sonra Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021, 2(067)-98/2021 tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İş materiallarında olan ********** qeydiyyat nömrəli, **********37-10301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Çarxı kəndində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90,5 kv.metr olan fərdi yaşayış evi X1 və digərlərin adına daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, cavabdeh mübahisəli evə köçən zaman onunla istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə istinadən hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü hesab olunmur. Bundan başqa iddiaçının oğlu ilə cavabdehin arasında bağlanılmış nikah pozulmuşdur. Yəni o, artıq X8 da ailə üzvü hesab edilmir. Belə olduqda həmin evə dair onun hər hansı bir hüququ yaranmır. Onun əmlaklarının mübahisəli evdə qalması isə mülkiyyətçinin hüquqlarını pozur. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Cavabdeh apellyasiya şikayətində mübahisəli evin iddiaçının oğlu ilə birgə nikah dövründə inşa etdiklərini iddia etsə də buna dair hər hansı bir subut təqdim etməmiş, öz dəlilini əsaslandırmamışdır. İş materiallarından görünür ki, cavabdeh boşandıqdan sonra mübahisəli evə köçməyə dair iddia qaldırmamışdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(067)-276/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 2(067)-276/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1033/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1033/2023
22.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver