Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1036/2023 19.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (üçüncü şəxslər X8, X14, X15, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin Abşeron Rayon Şöbəsi və Abşeron Rayonu 2 saylı Notariat Ofisi) qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə (vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi-mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X27 (sədrlik edən və məruzəçi), X12 və X20 ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X8, X14, X15, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin Abşeron Rayon Şöbəsi və Abşeron Rayonu 2 saylı Notariat Ofisinə qarşı «vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(012)-290/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi İşin halları
1. Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 139247 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2020-ci ildə vəfat etmişdir.
2. İddiaçı tərəfindən Abşeron Rayonu 2 saylı Notariat Ofisində yazılmış 03 mart 2021-ci il tarixli ərizədən görünür ki, onun mərhum həyat yoldaşı X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra mərhumdan ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0,0644 ha torpaq sahəsində yerləşən 218,48 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli evlər və həyətyani torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlakdan ona düşən qanun üzrə vərəsəlik payı qəbul etməmiş və etmir. Mirasın ona çatası hissəsindən oğlu X17 xeyrinə imtina etmişdir.
3. İddiaçı tərəfindən Abşeron Rayonu 2 saylı Notariat Ofisində yazılmış 15 mart 2021-ci il tarixli ərizədən görünür ki, onun mərhum həyat yoldaşı X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra mərhumdan birgə nigah dövrlərində əldə etdikləri və miras qalmış ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında 0,0644 ha torpaq sahsində yerləşən 218,48 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli və 146,2 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli evlər və həyətyani torpaq sahəsindən ona düşən 1/2 hissə əmlakdan imtina etmişdir.
4. Abşeron Rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsələri:-Cavabdeh1 2/3 hissədə pay almalıdır və digər vərəsə Cavabdeh2 miras əmlakdan düşən 1/3 hissə açıq saxlanılır, şəhadətnamə verilən miras əmlak: X9 verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evindən ibarətdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər X8, X14, Cavabdeh2, X15, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı Notariat Ofisi və İddiaçı qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk iddiası və İddiaçı cavabdehlər X4, X10 və Cavabdeh1 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddiası qismən təmin edilmiş, X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində Cavabdeh1 payının 1/6 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində Cavabdeh1 payının 1/10 hissədə müəyyən edilmiş, X2, X7 Cavabdeh1 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmiş, X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində İddiaçı payı 1/2 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində İddiaçı payı 1/2 hissədə müəyyən edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2022-ci il tarixli 2(105)-939/2022 saylı qətnaməsində buraxılmış yanlışlıq düzəldilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5157/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin isə Cavabdeh2 adına qeydə alınması barədə Abşeron Rayonu 2 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə verilmiş 2V-49 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və həmin yaşayış sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X16 ilə 02 iyul 1972-ci il tarixdə nikah qeyd etdirməklə evlənmişdir. Həmin nikahdan 05 yanvar 1974-cü il təvəllüdlü Zülfiyyə, xx xxx 1975-ci il təvəllüdlü Zaur, 22 fevral 1977-ci il təvəllüdlü Sevinc, 30 noyabr 1981-ci il təvəllüdlü Əminə və xx xxxx 1983-cü il təvəllüdlü Seymur adlı övladları dünyaya gəlmişdir. X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evi 09 iyul 2013-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə mərhum həyat yoldaşı X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evini mərhum X11 ilə birgə nikah dövründə əldə etmişlər və həmin əmlak onların ümumi birgə mülkiyyətlərində olmuşdur. Abşeron Rayon Məhkəməsində miras əmlakın bölünməsi barədə mülki işə baxılarkən məlum olmuşdur ki, oğlu Cavabdeh1 həmin fərdi yaşayış evinə dair Abşeron 2 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, həmin şəhadətnaməyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsi onun adına qeydə alınmış, 1/3 hissəsi açıq saxlanılmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsi adına qeydə alınmış, 1/3 hissəsi isə Cavabdeh2 adına qeydə alınmışdır. Mərhum həyat yoldaşından miras qalmış hazırkı mübahisə predmeti olan ərdi yaşayış evini iddiaçı ilə birgə nikah dövründə əldə etmişlər. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, mərhumun ölümündən 6 ay keçməmiş o, birgə nikah dövründə əldə etdikləri əmlaklara dair sərəncam vermişdir. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindəki çıxarış ləğv edilməlidir. İddiaçı mübahisəli fərdi yaşayış evindən ona düşən 1/2 hissə paydan imtina etməmişdir. O, heç vaxt notariat kontoruna getməmiş və həmin məzmunlu ərizələr yazmamışdır. Həmin fərdi yaşayış evinin yarısı mərhuma məxsus olmuşdur. İddiaçının razılığı olmadan və ya qanun üzrə vərəsələr dairəsi müəyyən edilmədən cavabdeh həmin qeyri-yaşayış sahəsi üzərində sərəncam verə bilməzdi. Qanunvericiliyin həmin tələbləri müqaviləni təsdiqləmiş notarius tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
10. Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 24 yanvar 2023-cü il tarixli, 2(012)-290/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı həyat yoldaşı X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Mərhumdan ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evi miras əmlak kimi qalmışdır. Həmin əmlak iddiaçı ilə birgə nikah dövründə əldə olunduğundan, 1/2 hissəsi ümumi birgə mülkiyyət kimi hazırki iş üzrə iddiaçıya məxsus olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək həyat yoldaşı Şirinbala Xalıqovdan miras qalmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evindən ona qanun üzrə vərəsə kimi çatacaq paydan oğlu Cavabdeh1 xeyrinə imtina etmişdir. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Abşeron 2 saylı Notariat ofisinə müraciət edərək Şirinbala Xalıqovun adına reyestrdə qeydə alınmış ünvan 3 ünvanında 0.0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364.68 kv.m. (2 mərtəbəli ümumi sahəsi 218.48 kv.m. və 2 mərtəbəli ümumi sahəsi 146.2 kv.m. olan) yaşayış evinin 1/2 hissəsindən (əmlak payından) imtina etmişdir. İddia ərizəsində və məhkəmədə verdiyi ilkin izahatında iddiaçı Abşeron 2 saylı Notariat ofisinə getmədiyini, paydan imtina barədə ərizələrin ona məxsus olmadığını bildirsədə, lakin məhkəmə tərəfindən notariat işində olan sənədlərin əsli notariusdan götürülərək,məhkəmədə tədqiq olunan zaman İddiaçı Abşeron 2 saylı Notariat ofisinə getdiyini, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il ərizələrin onun tərəfindən könüllü olaraq imzalandığını bildirmişdir. Beləliklə işin faktiki hallarından göründüyü kimi, qeyd edilən əqdlər 2021-ci ilin mart ayında Abşeron 2 saylı Notariat ofisinə icra olunarkən həmin əqdləri imza edən şəxslərə heç bir təzyiq olmamış, onlar sərbəst surətdə iradə ifadələrini bildirmiş, həmin əqdlərin könüllü icra olunmaması ilə bağlı məhkəmədə hər hansı bir mötəbər sübut müəyyən edilməmiş, iddiaçı və hazırki iş üzrə üçüncü şəxslərin qanun üzrə vərəsəlik hüququ ilə onlara çatacaq paydan imtina etməsi tam qanuni olmuşdur, eyni zamanda həmin imtinanın geri götürülməsi qanunda nəzərdə tutulmamışdır.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 215.6, 221, 347.1, 354.1, 354.2, 1261, 1262, 1268.1-ci maddələri, B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarına Konstitusiya Məhkəməsinin Plenum qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi mülkiyyətçi kimi pozulmuş hüquqlarının aradan qaldırılması barədədir, bu tələblərə iddia müddəti şamil olunmur. Digər tərəfdən, iddia müddətini ötürməmişdir. Həmin pozuntudan Cavabdeh1 iddiası üzrə mülki işə baxılarkən məlumatlı olmuş və iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilməmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evini mərhum əri Şirinbala Xalıqovla birgə nikah dövründə əldə etmişlər. Mübahisəli ev mərhum ərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin tikililərdən biri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Birgə mülkiyyətdə olan həmin evlərdə payları müəyyən edilməmişdir. Onun ümumi əmlak üzərində sərəncam vermək hüququ yoxdur. O, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin ona düşən ½ hissəsini Cavabdeh1 notarial qaydada təsdiqlənmiş müqavilə əsasında verə bilərdi, onlar arasında belə bir müqavilə bağlanmamışdır. Ərizə ilə miras əmlakdan ona çatası hissədən imtina edə bilərdi. Mərhum ərindən miras qalmış əmlakı qanun üzrə birinci dərəcəli vərəsələr qəbul etmədən və miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almadan sərəncam verilə bilməzdi. Öz payını notarial qaydada təsdiqlənmiş müqavilə ilə özgəninkiləşdirə bilərdi. Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsindəki mülkiyyətində olan 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmamışdır, o, həmin fərdi yaşayış evinin ona düşən ½ hissəsini Cavabdeh1 notarial qaydada təsdiqlənmiş müqavilə əsasında verə bilərdi, ki, onlar aralarında belə bir müqavilə bağlanmamışdır. Notariat icraatından görünür ki, o, ünvan 4 ünvanda 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 218,48 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evindən və 146,2 kv.m ümumi sahəsi olan 2 mərtəbəli evlərdən və həyətyani torpaq sahəsindən ona düşən ½ hissə paydan imtina etmişdir. Ərizəsində payından kimi xeyrinə imtina etməyi qeyd edilməmişdir. Həmin payın hansı əsasla Cavabdeh1 adına qeydiyyata alınması bəlli deyildir. İşə baxan məhkəmə qeyd olunan hallara əsaslı hüquqi qiymət verməmiş, heç bir əsas olmadan iddia müddətinin ötməsi səbəbi ilə iddianı rədd etmişdir. Məhkəmənin bu barədə mövqeyi əsassız və qanunsuz olmaqla işin faktiki hallarına uyğun deyildir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Lakin işə baxan məhkəmə qeyd olunan hüquqi mövqeyə zidd əsassız qətnamə qəbul etməklə onun hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İşə baxan məhkəmə işin bütün hallarını tam araşdırmamışdır. Mübahisə predmetini təşkil edən əmlakları iddiaçı və onun mərhum əri birgə nikah dövründə əldə etmişlər. Həmin əmlaklar üzərində onların payları bərabərdir. İddiaçı yalnız ona mərhum ərindən qalan paydan imtina etmişdir. Öz payına çatan ½ hissədən imtina etməmişdir. Əgər iddiaçı ona məxsus ½ hissəni üçüncü şəxsə bağışlamaq və ya digər formada özgəninkiləşdirmək istəsəydi, bu yalnız mövcud qanunvericilikdə göstərilən əqdlərdən hər hansı birinin rəsmiləşdirilməsi ilə mümkün olardı. Belə bir hal mövcud olmamışdır. Bundan başqa Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verən notarius qanunla müəyyən edilmiş müddəti gözləməmiş, digər vərəsələrin olub-olmamasını müəyyən etməmiş, qısa müddət ərzində sonuncunun adına qeyd olunan şəhadətnaməni rəsmiləşdirmişdir. Göstərilənlərə əsasən nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, əlavə etdi ki, o notariusda atasından qalan miras əmlakdan hüquqi savadsızlığından qardaşı Zaurun xeyrinə imtina etmişdir. Belə ki, o miras əmlakdan imtinanın hüquqi nəticələrini bilməmiş, habelə notarius tərəfindən belə nəticələr ona izah olunmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 17.Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət tam əsassız olmaqla formal mülahizələrdən ibarətdir. İddia tələbinin hüquqi əsası yoxdur. Belə ki, mülki qanunvericilik əqdin etibarsız hesab edilməsi əsaslarını konkret olaraq müəyyən etmişdir. Hazırkı iddia tələbində mübahisələndirilən vərəsəlik haqqında şəhadətnamənin hansı əsaslardan etibarsız hesab edilməsi göstərilməmişdir. Ümumiyyətlə sözügedən şəhadətnamə tam qanuni əsaslarla rəsmiləşdirilmişdir və onun bu və ya digər formada etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud deyildir. Digər tərəfdən iddiaçı hazırkı iddia tələbi əqdin etibarsız hesab edilməsi ilə bağlıdır ki, qüvvədə olan qanunvericilik əqdlərin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmə müddətini kəsici müddət olaraq müəyyən etmişdir. İş materiallarından görünür ki, iddiaçı qeyd olunan tələblə məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. İşə baxan məhkəmə düzgün nəticəyə gəlmiş və iddianı rədd etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin rədd edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, o yalnız miras əmlakdan ona çatan paydan imtina etmişdir. Onun özünə məxsus olan ½ hissə paydan imtina etməmişdir. Notarius tərəfindən Cavabdeh1 verilən vərəsəlik haqqında şəhadətnamə qanunsuzdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında üçüncü şəxs X15 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o ona çatası miras əmlakdan səhvən qardaşı Zaurun xeyrinə imtina etmişdir. Notarius tərəfindən imtinanın nəticələri ona izah olunmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında üçüncü şəxs X14 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o ona çatası miras əmlakdan səhvən qardaşı Zaurun xeyrinə imtina etmişdir. Notarius tərəfindən imtinanın nəticələri ona izah olunmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı, üçüncü şəxslər X8, X14, X15, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX-nin Abşeron Rayon Şöbəsi və Abşeron Rayonu 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə kollegiyasının sonuncu iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq 22.Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
23.Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Mülkiyyət hüququnun ümumi müddəaları:
6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MM-nin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
Vərəsəlik hüququ:
1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (maddə 1159.1.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243). 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır 1243-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Normadan görünür ki, qanunverici mirasın qismən qəbuluna yol vermir. Vərəsənin miras əmlakın bir hissəsini faktiki qəbul etməsi onun bütün mirası qəbul etməsinə bərabər tutulur və bununla bağlı eyni hüquqi nəticələrə səbəb olur. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir.
24.Azərbaycan Respublikası Ailə Məcəlləsinin;
29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir. 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
25.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətindən görünür ki, apellyator İddiaçı Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(012)-290/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi təmin edilməlidir.
29. İddia tələbindən görünür ki, tələb mülkiyyətin müdafiəsi ilə bağlı olmaqla, iddiaçı hazırda xx.xx.2021-ci il tarixdə verilmiş 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb edir, tələbinin əsasını isə miras əmlakın ərinin ayrıca əmlakı deyil, onunla birgə nikah dövründə əldə edilmiş əmlak olması təşkil edir.
30. Belə ki, iddiaçının irəli sürdüyü arqumentlərə görə, miras əmlakın predmeti olan fərdi yaşayış evi onların birgə nikah dövründə əldə edildiyindən, onun həmin əmlaka ½ hissədə mülkiyyət hüququ mövcud olmuş və ərinin (miras qoyanın) miras payı əmlakın qalan ½ hissə ilə məhdudlaşmışdır
31. Başqa sözlə, mübahisəli əmlaka dair cavabdehlərin payı yalnız atalarından miras qalmış hissədən müəyyənləşdirilməlidir. Bu səbəbdən, xx.xx.2021-ci il tarixli, 2V-49 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərəflərin əmlakla bağlı həqiqi hüquqi vəziyyətini əks etdirməmişdir, Şirinbala Xalıqovun vərəsələri fərdi yaşayış evindən yalnız miras kütləsindən irs almalı olduqları halda, əmlak tam olaraq miras əmlak kütləsinə daxil edilmişdir.
32. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.
33. Məhkəmə kollegiyası hüquqi müəyyənlik prinsipi baxımından mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutaraq iddiaçı ilə cavabdeh arasında olmuş münasibətə, mübahisəli əmlaklara dair tərəflərin birgə əmlak rejiminin yaranıbyaranmamasına xüsusi diqqət yetirmişdir.
34. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, hazırki mübahisənin obyektiv, tam və hərtərəfli həlli üçün ilk olaraq aşağıda sadalanan halların aydınlaşdırılmasına zərurət var. - İddiaç İddiaçı ilə miras qoyan Şirinbala Xalıqov birgə nikahda olumuşdurmu; -Mübahisəli əmlak birgə nikah dövrünə təsadüf edirmi; -Sözügedən əmlaka dair tərəflərin birgə əmlak rejimi yaranmışdırmı;
35. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edilmişdir ki, İddiaçı ilə Şirinbala Xalıqov 02 iyul 1972-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahdan beş övladı (Zülfiyyə, Zaur, Sevinc, Əminə və Seymur adlı övladları) dünyaya gəlmişdir. X16 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
36. Mübahisəsi gedən əmlak-Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov (indiki Əlihüseyn Əsgərov) küçəsində, 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evi 09 iyul 2013-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə mərhum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (i/m 1-ci cild, səh. 11-12)
37. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evi ilə bağlı bu nəticəyə gələrkən, həmin evin birgə nikah dövründə əldə olunmasına, iddiaçının da həmin əmlak üzərində mülkiyyət hüququnun olmasını tam araşdırmamış, nəticədə evin ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olub-olmamasına düzgün qiymət verməmişdir.
38. Beləliklə, təqdim olunmuş sübutları bir-birilə əlaqəli və məcmu halda qiymətləndirən kollegiya belə qənaətə gəlir ki, mübahisəsi gedən fərdi yaşayış evi iddiaçı ilə onun mərhum ərinin birgə nikah dövründə əldə olunmuş və iddiaçının həmin əmlaka birgə nikah rejimi yaranmışdır.
40. Lakin işin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əri Şirinbala Xalıqov öldükdən sonra ondan miras qalmış əmlaklar, o cümlədən hazırki mübahisəli əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notariat ofisinə müraciət olunmuş və iddiaçı ərindən miras qalmış əmlakdan oğlu Zaur Xalıqovun xeyrinə imtina etmişdir (i/m. 1-ci cild səh. 15).
41. İşdən görünür ki, iddiaçı ərindən miras qalmış əmlakdan imtina etməklə yanaşı, həm də özünə düşən ½ hissə əmlakdan da imtina etmişdir (i/m 1-ci cild səh 14).
42. Ərizənin məzmunundan görünür ki, notarius tərəfindən hətta Mülki Məcəllənin vərəsəlik münasibətlərini tənzimləyən normalarına -1256,1268 və 1269-cu maddələrinə istinad olunmuşdur (i/m 1-ci cild səh 14). Halbuki həmin normalar yalnız miras əmlakdan imtinanın hüquqi əsaslarını müəyyən edir. Mülkiyyətdən imtina olunmasına bu normalar tətbiq oluna bilməz.
43. Apellyasiya kollegiyası iş materiallarında olan (i/m 1-ci cild səh 14) ünvan 4 ünvanda 0,0644 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 218,48 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evindən və 146,2 kv.m ümumi sahəsi olan 2 mərtəbəli evdən və həyətyani torpaq sahəsindən ona düşən ½ hissə paydan imtina edilməsi barədə iddiaçının ərizəsinə münasibətdə bildirir ki, mülkiyyətdən bu formada (ərizə verməklə) imtina olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Əmlakın digər şəxsin adına keçməsi yalnız özgəninkişləşdirilmə barədə əqd əsasında mümkündür. Lakin göründüyü kimi notarius qeyd olunan ərizəyə istinad edərək iddiaçının ½ hissə payını da miras əmlak kütləsinə daxil etməklə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.
44. Halbuki Notariat Haqqında AR Qanunun 62-ci maddəsinə əsasən ( ə r-arvaddan biri öldükdə şəhadətnamənin verilməsi) ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər.
45. Vurğulanmalıdır ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir
46. Kollegiya bildirir ki, nə qədər ki, qanunvericilikdə qeyd olunan ərizə şəklində əmlakın digər şəxsin adına keçməsi, o cümlədən miras kütləsinə daxil edilməsi nəzərdə tutulmamışdır, bu halda həmin ərizənin mübahisələndirilib-mübahisələndirilməməsindən aslı olmayaraq, ərizə özlüyündə əhəmiyyətsizdir.
47. Qeyd edilməlidir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
48. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir
49. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan ərizə də Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla təsdiq olunduğundan özlüyündə etibarsızdır. .
50. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir
51. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir.
52. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
53. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.
54. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, tərəflər arasında oxşar mülki mübahisə üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsində qeyd olunan göstəriş əsasında iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
55. Həmin qətnamə ilə iddianın rədd olunmasına səbəb vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməməsi olmuşdur.
56. Göründüyü kimi hər iki iş üzrə tərəflər eyni olsa da, iddianın predmet və əsasları dəyişmişdir. Başqa sözlə iddiaçı hazırkı tələbində vərəsəlik hüququ haqqında şəhadətnmənin etibarsız hesab edilməklə, mülkiyyətinin müdafiəsini tələb etmişdir.
57. Kollegiya sonda qeyd edir ki, İddiaçı mübahisələndirilən əmlakın ½ hissəsinə mülkiyyət hüququ yarandığından iddia tələbi yalnız həmin hissədə əsaslıdır. Çünki qanunvericiliyin tələbinə əsasən mirasdan imtinanın geri götürülməsi yol verilməz olduğundan bu tələb mülkiyyətdən imtinaya aid edilməməlidir.
58. Bundan əlavə nəzərə alınmalıdır ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın qismən ləğvi gələcək icra mərhələsində problemlərə, dövlətin adından çıxarılmış qətnamənin uzun müddət icra olunmamasına yol açdığından, hər iki sənəd tam ləğv edilməli, gələcəkdə vərəsələrin dairəsi nəzərə alınmaqla Şirinbala Xalıqovdan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilərkən iddiaçının ½ hissəyə dair əmlakda mülkiyyət payının olması nəzərə alınmalıdır.
59. Kollegiya sonda cavabdeh tərəfin nümayəndəsinin müddətin keçməsi dəlilinə münasibət bildirərk qeyd edir ki, hazırki iddianın bir hissəsi vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvinə yönəlsə də, tələb əslində mülkiyyətin müdafiəsinə yönəlmişdir.
60. Mülkiyyətin müdafiəsinə gəldikdə isə kollegiya qeyd edir ki, MM-in 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
61. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, apellyasiya şikayətində göstərilən digər dəlilləri müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən qaydada yeni qətnamə qəbul edilməlidir.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(012)-290/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov (indiki Əlihüseyn Əsgərov) küçəsində 0,0644 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 364,68 kv.m olan 24 saylı fərdi yaşayış evinin 2/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin isə Cavabdeh2 adına qeydə alınması barədə Abşeron Rayonu 2 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2V-49 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılsın və həmin yaşayış sahəsinə dair Cavabdeh1 və Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.