Məhkəmə qərarları › İş №2(105)-1043/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1043/2025

10.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1043/2025 10.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı əmrin etibarsız və qanunsuz hesab edilməsi və digər tələblərinə dair mülki iş üzrə (Açar sözlər: iddia həcminin artırılması barədə ərizənin geri qaytarılması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025-165 nömrəli qərardadından İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı əmrin etibarsız və qanunsuz hesab edilməsi və pul tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən cavabdeh “X16” MMC (hazırkı Cavabdeh1 MMC) ilə onun arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış 02 nömrəli müddətli əmək müqaviləsinin, MMC-nin Baş direktorunun 347-K nömrəli xx.xx.2021-ci il tarixli, 35-K nömrəli xx.xx.2022-ci il tarixli, 116/1-K nömrəli xx.xx.2022-ci il tarixli və 142/1-K nömrəli xx.xx.2022-ci il tarixli əmrlərin, ona töhmət verilməsi haqqında 225-K nömrəli xx.xx.2022-ci il tarixli əmrin etibarsız və qanunsuz hesab edilməsi, MMC-dən onun xeyrinə vergilər və digər tutulmalar xaric istifadə edilməmiş məzuniyyətə görə kompensasiya olan 3656,26 manatın 345 gün gecikməklə ödənilməsinə görə ödənc pulu 12614,10 manat pul məbləğinin, hesablanmamış və ödənilməmiş istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin 2075,97 manat pul məbləğinin, istifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanmamış və bu günə qədər ödənilməmiş 2075,97 manat pul məbləğinin kompensasiyaya görə xx.xx.2024-cü il tarixinə məzuniyyət ilə bağlı kompensasiya üzrə gecikdirilmiş ödənc məbləği olan 7100.55 manat pul məbləğinin, arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış əməkhaqqı üzrə ödəniləsi 3748,48 manat pul məbləğinin, arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış və ödənilməmiş əmək haqqı üzrə əmək haqqının müfaviq olaraq 1%-i məbləğində xx.xx.2024-cü il tarixinə qədər hesablanmış ödəniləsi ödənc 36066,24 manat pul məbləğinin, gec ödənilmiş və arayışa əsasən ödəniləsi pul məbləğinin indeksləşdirmənin tətbiq edilməsi üzrə ödəniləsi məbləğ 791,22 manat pul məbləğinin, razılığı olmadan onun əmək haqqından 2022-ci il ərzində hər ay üzrə qanunsuz azaldılmış 30 manatın – toplam 300 manatın və əlavə olaraq sözügedən 300 manatın hər gecikdirilmiş gün üçün ona azı 1%-i məbləğində ödəniləsi günə qədər hesablanmalı ödənc üzrə pul məbləğinin, ona ödənilməsi gecikdirilmiş 3625,26 manatın geçikdirilməsinə görə ödənilməli ödəncin qanunsuz özündə saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirməklə ondan cavabdeh MMC tərəfindən faydalanmağa görə ödəncin məbləğindən əlavə ona həmin məbləğ üzrə illik 15 faiz üzrə hesablanan pul məbləğinin, texnoloji reqlamentlərin, spesifikasiyaların, prosedurların tərtibatı, xammal giriş nəzarətinin təşkil olunması, istehsal olunan tibbi maskaların uyğunluğunun qiymətləndirilməsi, eləcə də 2018-ci ilin sentyabr ayının 20-dən 2021-ci ilin noyabr ayına qədər və 2022-ci ilin iyul ayının 1-dən həmin ilin oktyabr ayının 24- nə qədər STANDARD 100 by OEKO-TEX® standartı üzrə sertifikatlaşma ilə məşğul olduğu üçün əmək haqqı üzrə hesablanmamış və ödənilməmiş hər aya görə 1000 manat olmaqla toplam 41 ay müddət ərzində görülən işlərə, o cümlədən sertifikatlaşmanın həyata keçirilməsinə görə toplam 41000 (qırx bir min) manat pul məbləğinin, arayışın alınması ilə bağlı ödənilmiş 400 manat pul məbləğinin, təhlükəsiz və sağlam əmək şəraiti hüququnun pozulmasına görə dəymiş mənəvi zərər üzrə 1000 manat pul məbləğinin, ədalətli əmək şəraiti hüququnun pozulmasına görə dəymiş mənəvi zərər üzrə toplam 18000 manat pul məbləğinin, məcburi əməyə cəlb edilməyinə görə dəymiş mənəvi zərər üzrə 5000 avro zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent məbləğinin, əmək haqqının gecikdirilməsi nəticəsində baş vermiş mülkiyyət hüququna qanunsuz müdaxiləyə görə dəymiş mənəvi zərər üzrə 3000 avro zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent məbləğinin, ədalətsiz 225-K nömrəli xx.xx.2022-ci il tarixli əmrlə əsassız töhmət verilməsi nəticəsində ona münasibətdə ayrıseçkiliyə yol verilməsinə və işgüzar nüfuzuna zərər vurulmasına görə 5000 manat pul məbləğinin, hüquqi yardımın göstərilməsi məqsədi ilə ödənilmiş 3325 manat pul məbləğinin, mediasiya xidmətlərinə görə tərəfindən ödənilmiş 110 manat pul məbləğinin, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş Cavabdeh3 Camal oğlundan mənəvi təzminat olaraq 1000 manat pul məbləğinin, dövlət rüsumu üzrə ödənilmiş 410 manat pul məbləğinin iddiaçı X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bir neçə dəfə iddia tələbini dəqiqləşdirmiş və sonda məhkəmədən iddiaçının işlədiyi ilk iş günü ərzində Giltex MMC ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən iddiaçının cəmiyyətin işlərinin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş HŞ qismində tanınması; ştat cədvəllərinin iddiaçıya münasibətdə qanunsuz və etibarsız hesab edilməsi; Əmək müqaviləsinin Əmək Müqaviləsinin 4.2.1 bəndində Əmək haqqı “İşəgötürən”lə “İşçi” arasında əldə edilmiş razılığa əsasən ayda bir dəfə, hər ayın 5- dək “İşçi”yə ödənilir hissəsi Əmək Məcəlləsinin 43-cü maddənin 3-cü hissəsinin tələblərinə uyğun olmamasının müəyyən edilməsi; xx.xx.2018-ci il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqısının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156.2-ci maddəsinə və Vahid Tarif-İxtisas Sisteminə (VTİSK) uyğun müəyyən edilmədiyi nəzərə alınaraq, iddiaçıya xx.xx.2018-ci il tarixindən xx.xx.2022-cu il tarixinədək olan müddət üçün ümumilikdə 204414 əlavə əmək haqqının iddiaçıya ödənilməsi (əvvəllər ödənilmiş məbləğçıxılmaqla); xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçının əmək haqqısının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156.2-ci maddəsinə və Vahid Tarif-İxtisas Sisteminə (VTİSK) uyğun müəyyən edilmədiyi nəzərə alınaraq, iddiaçıya xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək təsdiq edilmiş yeni Vahid Tarif cədvəlinə əsasən müəyyən edilmiş dərəcələr arasındakı fərqlərə mütamnasibliyi əsas götürərək Mərkəzi laboratoriyanın rəhbəri vəzifəsinə görə sözügedən işlədiyi müddət ərzində aylıq əmək haqqının 3476 (üç min dörd yüz qirx altı ) manat işəgötürən tərəfindən ödənilməsi (əvvəllər ödənilmiş məbləğ çıxılmaqla); xx.xx.2019-ci il tarixdən xx.xx.2022 il tarixədək iddiaçının aylıq əmək haqqının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156.2-ci maddəsinə və Vahid Tarif-İxtisas Sisteminə (VTİSK) uyğun və xx.xx.2019-cu ildən müəssisənin rəhbəri olan Cavabdeh2 VTİSK-ə əsasən 18-ci dərəcəilə ödənilən əməkm haqqının 12000 manat qaldırılması ilə əaqədar iddiaçıya VTİSK-ə əsasən 18ci dərəcə ilə müaisədə 13-cü dərəcəyə uyğyn ödəniləsi Mərkəzi laboratoriya rəhbərinin vəifəsinə görə 7500 (yeddi min beş yüz) manat aylıq əmək haqqı işəgötürən tərəfindən ödənilməsi (əvvəllər ödənilmiş məbləğ çıxılmaqla); İşəgötürən tərəfindən əmək haqqısının gecikdirilməsi səbəbilə yaranan borc məbləğinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən hesablanacaq dəbbə pulu, ödənc və digər ödənişlər də əlavə edilməklə iddiaçıya ödənilməsi; Cavabdeh “X16” MMC (hazırkı Cavabdeh1 MMC) ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış 02 nömrəli müddətli əmək müqaviləsinin bağlanılan anda iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmadığına xx.xx.2018-ci il tarixdə bağlanılmış 02 nömrəli müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 43-cü maddənin 2-ci və 3-cü hissələrinə uyğun bağlanılamadığına görə etibarsız hesab edilməsi; İddiaçının Cavabdeh müəssisədə işlədiyi müddət ərzində ayrıseçkiliyə və diskriminasiyaya məruz qalmasının tanınması; Cavabdehin rəhbər şəxsləri - Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçının ədalətli əmək haqqı almaq hüququnun pozulmasının tanınması; Cavabdeh müəssisənin Baş direktorunun 347-K nömrəli xx.xx.2021-ci il tarixli, 35-K nömrəli xx.xx.2022-ci il tarixli, 116/1-K nömrəli xx.xx.2022-ci il tarixli və 142/1-K nömrəli xx.xx.2022-ci il tarixli əmrlərin, mənə töhmət verilməsi haqqında 225-K nömrəli xx.xx.2022- ci il tarixli əmlərin iddiaçının razılığı olmadan qəbul edilməsinə görə iddiaçını məcburi əməyə cəlb edilmə kimi qiymətləndirilməsi; Cavabdeh müəssisənin Baş direktorunun 347-K nömrəli xx.xx.2021-ci il tarixli, 35-K nömrəli xx.xx.2022-ci il tarixli, 116/1-K nömrəli xx.xx.2022ci il tarixli və 142/1-K nömrəli xx.xx.2022-ci il tarixli əmrlərin, mənə töhmət verilməsi haqqında 225-K nömrəli xx.xx.2022-ci il tarixli əmlərdə göstərilən ödənilmə barədə hissəsi etibarsız hesab edilərək vakant olan Keyfiyyətə nəzarət deportamentinin direktorun aylıq əmək haqqını 2809.04 manat əvəzinə 3336.11(üç min üç yüz otuz altı) manat hesab edilməsi və vakant vəzifəsi üzrə işlərin görülməsinə görə əmək haqqını Əmək Məcəlləsinin 61.2-ci hissəsinə müvafiq ödənilməsi barədə (ödənilmiş məbləqi çıxmaq şərti), İddiaçının MMC-də işlədiyi müddət ərzində İddiaçının məcburi əməyə cəlb edilməsinin tanınması; Cavabdeh müəssisədən onun xeyrinə vergilər və digər tutulmalar xaric istifadə edilməmiş məzuniyyətə görə kompensasiya olan 3656,26 manatın 345 gün gecikməklə ödənilməsinə görə ödənc pulu 12614,10 manat pul məbləğinin; hesablanmamış və ödənilməmiş istifadə edilməmiş məziniyyət günlərinə görə pul əvəzinin 2075,97 manat pul məbləğinin; istifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanmamış və bu günə qədər ödənilməmiş 2075,97 manat pul məbləğinin kompensasiyaya görə xx.xx.2024-cü il tarixinə məzuniyyət ilə bağlı kompensasiya üzrə gecikdirilmiş ödənc məbləği olan 7100.55 manat pul məbləğinin; arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış əmək haqqı üzrə ödəniləsi 3748,48 manat pul məbləğinin; arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icraedilmiş vəzifəyə görə hesablanmamış və ödənilməmiş əmək haqqı üzrə əmək haqqının müfaviq olaraq 1%-i məbləğində xx.xx.2024-cü il tarixinə qədər hesablanmış ödəniləsi ödənc 36066,24 manat pul məbləğinin; gec ödənilmiş və arayışda əasən ödəniləsi pul məbləginin indeksləşdirmənin tətbiq edilməsi üzrə ödəniləsi məbləğ 791,22 manat pul məbləğinin; razılığı olmadan onun əmək haqqından 2022-ci il ərzində hər ay üzrə qanunsuz azaldılmış 30 manatın – toplam 300 manatın və əlavə olaraq sözügedən 300 manatın hər gecikdirilmiş gün üçün ona azı 1%-i məbləğində ödəniləsi günə qədər hesablanmalı ödənc üzrə pul məbləğinin; iddiaçıya ödənilməsi gecikdirilmiş 3625,26 manatın geçikdirilməsinə görə ödənilməli ödəncin qanunsuz özündə saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirməklə ondan cavabdeh MMC tərəfindən faydalanmağa görə ödəncin məbləğindən əlavə iddiaçıya həmin məbləğ üzrə illik 15 faiz üzrə hesablanan pul məbləğinin; texnoloji reqlamentlərin, spesifikasiyaların, prosedurların tərtibatı, xammal giriş nəzarətinin təşkil olunması, istehsal olunan tibbi maskaların uyğunluğunun qiymətləndirilməsi, eləcə də 2018-ci ilin sentyabr ayının 20-dən 2021-ci ilin noyabr ayına qədər və 2022-ci ilin iyul ayının 1-dən həmin ilin oktyabr ayının 24-nə qədər STANDARD 100 by OEKO-TEX® standartı üzrə sertifikatlaşma ilə məşğul olduğum üçün əmək haqqı üzrə hesablanmamış və ödənilməmiş hər aya görə 500 manat olmaqla toplam 41 ay müddət ərzində görülən işlərə, o cümlədən sertifikatlaşmanın həyata keçirilməsinə görə toplam 20500 (iyirmi min beş yüz) manat pul məbləğinin; iddiaçının hazırlıq və təşkilatçılıq işləri nəticəsində 12 ədəd STANDARD 100 by OEKOTEX® standartı üzrə sertifikaına və bir ədəd uyğunluq sertifikatına görə hərəsinin alınmasına görə 600(altı yüz) manat toplam 7200 (yeddi yüz) manat işəgötürəndən iddiaçının xeyrinə tutulması, arayışın alınması ilə bağlı ödənilmiş 400 manat pul məbləğinin; təhlükəsiz və sağlam əmək şəraiti hüququmun pozulmasına görə dəymiş mənəvi zərər üzrə 1000 manat pul məbləğinin; ədalətli əmək şəraiti hüququmun pozulmasına görə dəymiş mənəvi zərər üzrə toplam 18000 manat pul məbləğinin, məcburi əməyə cəlb edilməyinə görə dəymiş mənəvi zərər üzrə 5000 avro zərərin manat ekvivalentində ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent pul məbləğinin; əmək haqqının gecikdirilməsi nəticəsində baş vermiş mülkiyyət hüququma qanunsuz müdaxiləyə görə dəymiş mənəvi zərər üzrə 3000 avro manat ekvivalentində mənəvi zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent pul məbləğinin; Adil Şirinovun rəhbərlik etdiyi X4 əməkdaşı olan keyfiyyətə nəzarət üzrə mütəxəssisin xidməti vəzifələrinə daxil olan uyğunluq sertifikatlarının və OEKO TEX sertifikatlarının alınmasının təşkili işlərindən ibarət əmək funksiyalarının icrasını Laboratoriya Şöbəsinin rəhbəri olan iddiaçıya cavabdeh Cəmiyyətin rəhbəri Cavabdeh2 xəbəri ola ola iddiaçıya qanunsuz icra etdirdiyinə görə mənəvi zərərə görə iddiaçının xeyrinə X3 1000 (bir min) manat pul məbləğinin; ədalətsiz 225-K nömrəli xx.xx.2022-ci il tarixli əmrlə əsassız töhmət verilməsi nəticəsində mənə münasibətdə ayrıseçkiliyə yol verilməsinə və işgüzar nüfuzuma zərər vurulmasına görə 5000 manat pul məbləğinin; ədalətli əmək haqqına və ayrıseçkiliyə məruz qalmamaq hüquqlarımın pozulmasına görə MMCnin sabiq rəhbərləri Cavabdeh2 və Cavabdeh3 hərəsindən ayrılıqda 1000 (bir min) manat mənəvi zərər iddiaçının xeyrinə tutulması, hüquqi yardımın göstərilməsi məqsədi ilə ödənilmiş 3325 manat pul məbləğinin; mediasiya xidmətlərinə görə tərəfimdən ödənilmiş 110 manat pul məbləğinin; işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş Cavabdeh3 Camal oğlundan mənəvi təzminat olaraq 1000 manat pul məbləğinin; dövlət rüsumu üzrə ödənilmiş 410 manat pul məbləğinin iddiaçı X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Hazırda İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçının işlədiyi ilk iş günü ərzində Giltex MMC ilə iddiaçı arasında xx.xx.2018 il tarixdə bağlanılmış əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən iddiaçının cəmiyyətin işlərinin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş HŞ qismində tanınması, Ştat cədvəllərinin iddiaçıya münasibətdə qanunsuz və etibarsız hesab edilməsi, Əmək müqaviləsinin Əmək Müqaviləsinin 4.2.1 bəndində Əmək haqqı “İşəgötürən”lə “İşçi” arasında əldə edilmiş razılığa əsasən ayda bir dəfə, hər ayın 5dək “İşçi”yə ödənilir hissəsinin Əmək Məcəlləsinin 43-cü maddənin 3-cü hissəsinin tələblərinə uyğun olmadığına görə etibarsız hesab edilməsi, xx.xx.2018-ci il tarixli əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqısının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156.2-ci maddəsinə və Vahid Tarif-İxtisas Sisteminə (VTİSK) uyğun müəyyən edilmədiyi nəzərə alınaraq, iddiaçıya xx.xx.2018-ci il tarixindən xx.xx.2018 il tarixinədək olan müddət üçün 1,000 (bir min) manat əvəzinə iddiaçıya aylıq 2,366 (iki min üç yüz altmış altı ) manat əmək haqqının təyin edilməsi və həmin dövr üzrə zəruri tutulmalar çıxmaqdan sonra 1932.97 (bir min doqquz yüz otuz iki ) manat əlavə ödənilməsi, xx.xx.2018 il tariindən xx.xx.2019 il tarixinədək 2607 (iki min altı yüz yeddi )mana aylıq əmək haqqı təyin edilməli və həmin müddət üzrə tutulmalar çıxandan sonra əlavə 14531.55 (on dörd min beş yüz otuz bir) manat əlavə ödənilməsi, xx.xx.2019 il tarixdən xx.xx.2022 il il tarixədək iddiaçının aylıq əmək haqqının 5605 (beş min altı yüz beş ) manat hesab edilməsi sözügedən dövr üzrə tutulmalar çıxandan sonra əlavə 115666(yüz on beş min altı yüz altmış altı ) manat əlavə ödənilməsi, xx.xx.2022 il tarixdən xx.xx.2022 il tarixədək iddiaçının aylıq əmək haqqını 5857,72(beş min səkkiz yüz əlli yeddi) manat hesab edilməsi və həmin dövr üçün tutulmalar çıxandan sonra 51872.42 (əlli bir min səkkiz yüz yetmiş iki) manat əlavə ödənilməsi, işəgötürən tərəfindən əmək haqqısının gecikdirilməsi səbəbilə yaranan borc məbləğinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə əsasən hesablanacaq dəbbə pulu, ödənc və digər ödənişlər də əlavə edilməklə iddiaçıya ödənilməsi, cavabdeh “X16” MMC (hazırkı Cavabdeh1 MMC) ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış 02 nömrəli müddətli əmək müqaviləsinin bağlanılan anda iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmadığına xx.xx.2018-ci il tarixdə bağlanılmış 02 nömrəli müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 43-cü maddənin 2-ci və 3-cü hissələrinə uyğun bağlanılamadığına görə etibarsız hesab edilməsi, iddiaçının cavabdeh müəssisədə işlədiyi müddət ərzində ayrıseçkiliyə və diskriminasiyaya məruz qalmasının tanınması, cavabdehin rəhbər şəxsləri - Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçının ədalətli əmək haqqı almaq hüququnun pozulmasının tanınması, cavabdeh müəssisənin Baş direktorunun 347-K nömrəli xx.xx.2021-ci il tarixli, 35-K nömrəli xx.xx.2022-ci il tarixli, 116/1-K nömrəli xx.xx.2022-ci il tarixli və 142/1-K nömrəli xx.xx.2022-ci il tarixli əmrlərin, mənə töhmət verilməsi haqqında 225-K nömrəli xx.xx.2022- ci il tarixli əmlərin iddiaçının razılığı olmadan qəbul edilməsinə görə iddiaçını məcburi əməyə cəlb edilmə kimi qiymətləndirilməsi, cavabdeh müəssisənin Baş direktorunun 347-K nömrəli xx.xx.2021-ci il tarixli, 35-K nömrəli xx.xx.2022-ci il tarixli, 116/1-K nömrəli xx.xx.2022-ci il tarixli və 142/1-K nömrəli xx.xx.2022-ci il tarixli əmrlərin, mənə töhmət verilməsi haqqında 225-K nömrəli xx.xx.2022-ci il tarixli əmlərdə göstərilən ödənilmə barədə hissəsi etibarsız hesab edilərək vakant olan Keyfiyyətə nəzarət deportamentinin direktorun aylıq əmək haqqını 2809.04 manat əvəzinə 3336.11(üç min üç yüz otuz altı) manat hesab edilməsi və vakant vəzifəsi üzrə işlərin görülməsinə görə Əmək Məcəlləsinin 61.2-cimaddəsinə müvafiq olaraq tutulmalardan sonra əlavə 5010 manat əlavə əmək haqqını ödənilməsi ödənilməsi, iddiaçının MMC-də işlədiyi müddət ərzində iddiaçınınrazılığı olmadan uyğunluq və STANDARD 100 by OEKO- TEX® standartı sertifikatların alınmasının hazırlıq işlərinin görülməsindən ibarət məcburi əməyə cəlb edilməsinin tanınması, iddiaçının MMC-də işlədiyi müddət ərzində iddiaçının razılığı olmadan uyğunluq və STANDARD 100 by OEKO-TEX® standartı sertifikatların alınmasının hazırlıq işlərinin görülməsindən ibarət məcburi əməyə cəlb edilməklə yeni zamanda həmin işlərin görülməsinə görə əmək haqqının alınması hüququn pozulmasının tanınması, cavabdeh müəssisədən onun xeyrinə vergilər və digər tutulmalar xaric istifadə edilməmiş məzuniyyətə görə kompensasiya olan 3656,26 manatın 345 gün gecikməklə ödənilməsinə görə ödənc pulu 12614,10 manat pul məbləğinin, hesablanmamış və ödənilməmiş istifadə edilməmiş məziniyyət günlərinə görə pul əvəzinin 2770,70 manat pul məbləğinin, istifadə edilməmiş məzuniyyət günlərinə görə hesablanmamış və bu günə qədər ödənilməmiş 2770,70 manat pul məbləğinin kompensasiyaya görə xx.xx.2024-cü il tarixinə məzuniyyət ilə bağlı kompensasiya üzrə gecikdirilmiş ödənc məbləği olan 10467,52 manat pul məbləğinin, arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış əmək haqqı üzrə ödəniləsi 5561,95 manat pul məbləğinin, arayışa əsasən 2021-ci ilin noyabr ayından vakant iş yeri üzrə əlavə icra edilmiş vəzifəyə görə hesablanmamış və ödənilməmiş əmək haqqı üzrə əmək haqqının müfaviq olaraq 1%-i məbləğində xx.xx.2024-cü il tarixinə qədər hesablanmış ödəniləsi ödənc 56454,32 manat pul məbləğinin, arayışa əsasən gec ödənilmiş pul məbləginin indeksləşdirmənin tətbiq edilməsi üzrə ödəniləsi məbləğ 1701,27 manat pul məbləğinin, razılığı olmadan onun əmək haqqından 2022-ci il ərzində hər ay üzrə qanunsuz azaldılmış 30 manatın – toplam 300 manatın və əlavə olaraq sözügedən 300 manatın hər gecikdirilmiş gün üçün ona azı 1%-i məbləğində ödəniləsi günə qədər hesablanmalı ödənc üzrə pul məbləğinin, iddiaçıya ödənilməsi gecikdirilmiş 3625,26 manatın gecikdirilməsinə görə ödənilməli ödəncin qanunsuz özündə saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini gecikdirməklə ondan cavabdeh MMC tərəfindən faydalanmağa görə ödəncin məbləğindən əlavə iddiaçıya həmin məbləğ üzrə illik 15 faiz üzrə hesablanan pul məbləğinin, texnoloji reqlamentlərin, spesifikasiyaların, prosedurların tərtibatı, xammal giriş nəzarətinin təşkil olunması, istehsal olunan tibbi maskaların uyğunluğunun qiymətləndirilməsi, eləcə də 2018- ci ilin sentyabr ayının 20-dən 2021-ci ilin noyabr ayına qədər və 2022-ci ilin iyul ayının 1dən həmin ilin oktyabr ayının 24-nə qədər STANDARD 100 by OEKO-TEX® standartı üzrə sertifikatlaşma ilə məşğul olduğum üçün əmək haqqı üzrə hesablanmamış və ödənilməmiş hər aya görə 1000 manat olmaqla toplam 41 ay müddət ərzində görülən işlərə, o cümlədən sertifikatlaşmanın həyata keçirilməsinə görə toplam 41000 (qırx bir min) manat pul məbləğinin, iddiaçının hazırlıq və təşkilatçılıq işləri nəticəsində 12 ədəd STANDARD 100 by OEKOTEX® standartı üzrə sertifikaına və bir ədəd uyğunluq sertifikatına görə hərəsinin alınmasına görə 600(altı yüz) manat toplam 7200 (yeddi yüz) manat işəgötürəndən iddiaçının xeyrinə tutulması, arayışın alınması ilə bağlı ödənilmiş 400 manat pul məbləğinin, təhlükəsiz və sağlam əmək şəraiti hüququmun pozulmasına görə dəymiş mənəvi zərər üzrə 1000 manat pul məbləğinin, ədalətli əmək şəraiti hüququmun pozulmasına görə dəymiş mənəvi zərər üzrə toplam 18000 manat pul məbləğinin, məcburi əməyə cəlb edilməyimə görə dəymiş mənəvi zərər üzrə 5000 avro zərərinmanat ekvivalentində ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent pul məbləğinin, əmək haqqımın gecikdirilməsi nəticəsində baş vermiş mülkiyyət hüququna qanunsuz müdaxiləyə görə dəymiş mənəvi zərər üzrə 3000 avro manat ekvivalentində mənəvi zərərin ödənilən günün AR Mərkəzi Bank tərəfindən təyin etdiyi manatla ekvivalent pul məbləğinin, Adil Şirinovun rəhbərlik etdiyi X4 əməkdaşı olan keyfiyyətə nəzarət üzrə mütəxəssisin xidməti vəzifələrinə daxil olan uyğunluq sertifikatlarının və OEKO TEX sertifikatlarının alınmasının təşkili işlərindən ibarət əmək funksiyalarının icrasınıLaboratoriya Şöbəsinin rəhbəri olan iddiaçıya cavabdeh Cəmiyyətin rəhbəri Cavabdeh2 xəbəri ola ola iddiaçıya qanunsuz icra etdirdiyinə görə mənəvi zərərə görə iddiaçının xeyrinə X3 3000 (üç min) manat pul məbləğinin, ədalətsiz 225-K nömrəli xx.xx.2022-ci il tarixli əmrlə əsassız töhmət verilməsi nəticəsində mənə münasibətdə ayrıseçkiliyə yol verilməsinə və işgüzar nüfuzuma zərər vurulmasına görə 5000 manat pul məbləğinin, ədalətli əmək haqqına və ayrıseçkiliyə məruz qalmamaq hüquqlarımın pozulmasına görə MMC-nin sabiq rəhbərləri Cavabdeh2 və Cavabdeh3 hərəsindən ayrılıqda 3000(üç min) manat mənəvi zərər iddiaçının xeyrinə tutulması, hüquqi yardımın göstərilməsi məqsədi ilə ödənilmiş 3325 manat pul məbləğinin, mediasiya xidmətlərinə görə tərəfindən ödənilmiş 110 manat pul məbləğinin, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş Cavabdeh3 Camal oğlundan mənəvi təzminat olaraq 1000 manat pul məbləğinin, dövlət rüsumu üzrə ödənilmiş 540 (beş yüz qırx) manat pul məbləğinin iddiaçı X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025-165 nömrəli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı əmrin etibarsız və qanunsuz hesab edilməsi və pul tələblərinə dair mülki iş üzrə İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizəsi geri qaytarılmışdır. (hakim G.Tanrıverdiyeva)

5. Bu qərardaddan İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 şikayət verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin həcminin artırılması barədə xx.xx.2025-ci il tarixli ərizənin icraata qəbul edilməsi haqqında qərardadın qəbul edilməsini xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında İddiaçı şəxsən verdiyi xx.xx.2025-ci il tarixli ərizəsi əsasında X9 cavabdehlər siyahısından çıxarılmışdır. Buna baxmayaraq İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 yenidən X7 cavabdeh qismində qoymaqla və ona qarşı tələblər irəli sürməklə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. Bu səbəbdən, eyni zamanda iddiaçı və iddiaçının vəkilinın vəsatətləri arasında uyğunsuzluq olduğundan məhkəmə hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilməməli və geri qaytarılmalıdır.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcələsinin 53-cü maddəsi və Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia həcminin artırılması barədə ərizənin geri qaytarılması barədə qərardadı qanunsuz və əsassızdır. Məhkəmə qərardadda iddia tələbinin həcminin artırılması barədə ərizənin hansı hallarda verilməsini qadağan edən və ya məhdudlaşdıran qanunvericiliyin hər hansısa müddəasına əsaslanmayıb və göstərməyib. Məhkəmənin qərardadında göstərilmiş və məhkəmə tərəfindən pozulmuş iddiaçının işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa hüququnu imperativ qaydada təsdiq edən Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə qərardadında məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında İddiaçı şəxsən verdiyi xx.xx.2025-ci il tarixli ərizəsi əsasında X9 cavabdehlər siyahısından çıxarılmasına baxmayaraq İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 yenidən X7 cavabdeh qismində qoymaqla və ona qarşı tələblər irəli sürməklə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizənin verməsi eyni zamanda iddiaçı və iddiaçının vəkilinın vəsatətləri arasında uyğunsuzluğla xx.xx.2025-ci il tarixli ərizənin qaytarılmasını əsalandıraraq nəzərə almamışdır ki, iddia tələbinin həcminin artırılması barədə ərizə hazırlanan və verilən zaman X6 cavabdehlər siyahısından çıxarılması haqqında məhkəmə qərarı qəbul edilməmişdir. Həmçinin yuxarıda göstərilən məhkəmə tərəfindən icraata qəbul edilmiş 18 mart 2025 il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmunundan X7 cavabdeh qismində qoyulub və ona qarşı tələblər irəli sürülməsi görünür və sözügedən ərizə hal hazırda məhkəmə tərəfindən icraata qəbul edilməsi qüvvədədir. Qeyd edilənlər ziddiyyətli halların mövcudluğunu təsdiq edir. Belə ki, sözsüz yalnız xx.xx.2025-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizə icraatda qaldığı təqdirdə məhkəmə hər bir halda iş üzrə yekun qərarında X6 cavabdehlər siyahısından çıxarıldığını nəzərə alaraq ona qarşı irəli sürülmüş iddi tələblərini nəzərə almayacaq və təmin etməyəcək. Məhkəmənin icraata qəbul etdiyi xx.xx.2025-ci il tarixli ərizədə cavabdehlər siyahısından çıxarılmış X8 qarşı irəli sürülmüş tələbin təmin edilməməsi, həmçinin qaytardığı xx.xx.2025-ci il tarixli ərizənin həmin iclasda icraata qəbul etdiyi təqdirdə iş üzrə yekun qərarda hər hansı maneə yaratmırdı. Qanunvericilikdə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağı və ya azaltmağı gadağan edən müddəa mövcud deyil. Məhkəmə nəzərə almamışdır ki, iddia tələbinin həcminin artırılması barədə ərizə hazırlanan və verilən zaman X6 cavabdehlər siyahısından çıxarılması haqqında məhkəmə qərarı qəbul edilməmişdir. Hətta bundan asılı olmadan belə ərizənin verilməsində uyğunsuzluğun olduğu barədə iddiaçı tərəfini xəbərdar edərək məhkəmə prosessual qanunvericiliyə uyğun olaraq dəqiqləşdirilmiş mətnində və məzmununda X9 cavabdehlər siyahısında olmayan və ona qarşı iddia tələbi sürülməmiş yeni iddia tələbinin həcminin artırılması barədə ərizənin verilməsi üçün şərait yatmalı idi. Bundan başqa xx.xx.2025-ci il tarixli iclasda özü şəxsən xx.xx.2025ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizədən X6 adının və ona irəli sürülmüş iddia tələbi olmayan dəqiqləşdirilmiş ərizənin hazırlanıb verilməsi üçün fasilə elan edilməsi barədə şifahi vəsatətlə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə vəsatəti təmin etməmişdir. Beləliklə məhkəmə xx.xx.2025-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizəni icraata qəbul etmiş, xx.xx.2025-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizəni geri qaytarmış və bununla da Əmək Məcəlləsinin 156.2-ci maddəsinə tələblərinin pozulması nəticəsində Vahid Tarif-İxtisas Sorğu kitabçasının tələblərinin cavabdeh müəsisisə və cavabdeh müəsisisənin vəzifəli şəxsləri tərəfindən iddiaçıya münasibətdə yol verilmiş ayrı-seçkilik münasibəti ilə əlaqədar iddiaçıya təyin edilməməsi və ödənilməməsi idiaçının pozulmuş ədalətli əmək haqqı hüququnun bərpası üçün ödəniləsi məbləgin dəqiqləşdirilmiş və artırılmış həcminin məhkəmə tərəfindən tam həcmdə bərpasını qeyri mümkün edir. Həmçinin xx.xx.2025-ci il tarixli ərizədə iddia tələbinin həcminin artırlması ilə əlaqədar əvvəllər 410 manat dövlət rüsumuna 130 manat məbləgində əlavə dövlət rüsumu ödənilmişdir və iddia həcminin artırılması haqqında ərizə ilə birgə məhkəməyə təqdim edilmişdir. Təsadüfən baş vermiş texniki səhvə görə məhkəmə tərəfindən icraata qəbul edilmiş xx.xx.2025 il tarixli iddia tələbinin həcminin artırlması haqqında ərizənin tələb hissəsində tutulacaq dövlət rüsümun məbləgi ödənilmiş 540 manat əvəzinə səhvən əvvəlki ödənilmiş 410 manat göstərilmişdir. Bu səbəbdən məhkəməyə təqdim edilmiş xx.xx.2025 il tarixli iddia tələbinin həcminin artırlması barədə ərizənin yekun tələb hissəsində digər tələblərlə yanaşı iddiaçı tərəfindən ödənilmiş 540 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş edilmişdir. Məhkəmə xx.xx.2025 il tarixli iddia tələbinin həcminin artırlması barədə ərizənin geri qaytarılması haqqında qərar çıxarmaqla məhkəmə baxışı nəticəsində iddiaçının ödədiyi dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinin məhkəmə tərəfindən təmin edilməsi təqdirdə iddiaçının ödədiyi dövlət rüsumunun tam həcmdə alınmasını qeyri mümkün edir. İddiaçı xx.xx.2025 il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizədə cavabdeh müəssisədə işlədiyi müddət ərzində əsas vəsifəsi olan mərkəzi laboratoriya rəhbəri vəzifəsinə görə Vahid Tarif –İxtisas sorğu kitabçasına əsasən 13-cü dərəcə üzrə ödəniləsi əmək haqqından xeyli aşağı əmək haqqının ödənilməsini tələb etmişdir ki, xx.xx.2025 il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizəsində bu yanlışlığı aradan qaldırmışdır. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizənin qaytarılması nəticəsində iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 13, 25, 26, 29 və 60-cı maddələrində eləcədə MPM-nin 53-cü maddəsində təsbit edilmiş hüquqları pozulmuşdur. Göründüyü kimi məhkəmə iddia tələbinin həcminin artırılması barədə xx.xx.2025-ci il tarixli ərizəni geri qaytarmaqla, maddi və prosessual pozuntulara yol vermiş və iddiaçının konstitusion hüququnu məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayətə qarşı etirazın dəlilləri

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya baxışının hədləri

14. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025-165 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

15. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025-165 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025-165 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Kollegiya verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizənin icraata qəbulundan imtina edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini prosessual əsaslar üzrə yoxlayır və apardığı hüquqi dəyərləndirməyə uyğun aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Qeyd olunmalıdır ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur. Lakin o da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər də müəyyən olunmuşdur.

19. Məhz bu kontekstdən yanaşaraq qeyd etmək lazımdır ki, Mülki Prosessual Məcəllədə iddia ərizəsinin aidiyyət qaydaları, iddia tələbinin dəqiqləşdirilməsi (tələb həcminin artırılması, azaldılması) dəqiq müəyyən edilmişdir.

20. Məhkəmə kollegiyası hər şeydən öncə qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı daha öncə iş üzrə İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 şikayəti əsasında apellyasiya baxışında olmuşdur.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-852/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025-165 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərardadına istinad edərək və hazırkı şikayətin dəlillərinin daha öncə verilən şikayətdəki dəlillərlə əsasən eynilik təşkil etdiyini nəzərə alaraq hesab edir ki, hazırkı halda İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 tərəfindən verilən şikayət təmin edilməməlidir.

23. Apellyasiya instansiya məhkəməsinin yuxarıda istinad olunan məhkəmə aktında qeyd olunan halları nəzərə alan kollegiya göstərir ki, iddiaçının şəxsən verdiyi xx.xx.2025-ci il tarixli ərizəsi əsasında cavabdehlər siyahısından çıxarılmış şəxs iddiaçının iradəsinə zidd olaraq yenidən cavabdeh qismində qoyulmaqla və ona qarşı tələblər yönəldilməklə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verilmişdir. Bu səbəbdən məhkəmə həmin ərizənin icraata qəbul edilməməsi nəticəsinə gəlmişdir.

24. Sadalananlara istinadən kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025-165 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-105/2025-165 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar