Məhkəmə qərarları › İş №2(105)-1046/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1046/2022

23.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1046/2022 23.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X10, vəkili Vəkil, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)-6333/2021 nömrəli qətnaməsindən iddiaçı və cavabdehin verdiyi apellyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)-6333/2021 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2 ədəd çil-çıraq - 350 manat + 180 manat, 3 ədəd xalça - 320 manat + 200 + 80 manat, 3 ədəd pərdə - 200 manat + 120 manat + 25 manat, 3 ədəd süfrə - 50 manat + 45 manat + 30 manat, 1 ədəd karniz + jalüz - 55 manat, ət çəkən - 75 manat, Şirə çəkən - 87 manat, limon sıxan -10 manat, portağal sıxan 27 manat, kofe dəmləyən - 20 manat, ütü- 40 manat, mikser - 28 manat, tefal çayniklə - 45 manat, yemək bişirən peç - 250 manat, tozsoran - 120 manat, 2 ədəd lampa (naçnik) - 50 manat, 1 ədəd lampa - 25 manat, 1 ədəd epilyator - 40 manat ,1 ədəd maşinka - 43 manat, 1 ədəd samsung telefon - 350 manat, 1 dəst pakrıval İSTİKBAL - 200 manat, 1 dəst pakrıval - 180 manat, 1 dəst yorğan - 80 manat, 1 dəst divan üstü - 140 manat, 1 dəst hamam xalatı - 45 manat, 2 dəst ədyal nazik - 45 manat + 23 manat, 2 dəst qalın ədyal - 100 manat + 55 manat, 12 dəst pastel + 1 dəst ağ rəng - 370 manat + 140 manat, 12 dəst dəsmal əl-üz + 4 dəst ayrı 80 manat + 50 manat, 12 dəst dəsmal canquruluyan + 2 dəst ayrı 85 manat + 30 manat 2 dəst dəsmal naboru - 44 manat + 37 manat, 12 dəst çay dəsmalı - 54 manat, 2 dəst balış - 33 manat, 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək - 1000 manat, Obednı servis - 500 manat, gündəlik servis - 200 manat, bıçaq dəsti nabor - 34 manat, tort qabı nabor - 25 manat, peçenye qabı - 15 manat, 2 dəst ədviyyat qabı (nabor) - 27 manat + 33 manat, 3 dəst padnos (nabor) 45 manat, qaşıq bıçaq dəsti (çamadan) 175 manat, qaşıq bıçaq dəsti gündəlik - 74 manat, 1 ədəd çaydan - 25 manat, 3 ədəd çaynik - 22 manat, 3 böyük qazan dəsti - 270 manat + 150 manat + 120 manat, 2 orta qazan dəsti - 90 manat + 34 manat, 2 dəst tava - 40 manat, 3 dəst güldan - 50 manat + 45 manat + 30 manat, 3 dəst Vaz - 250 manat, 1 dəst meyvə vazı - 25 manat, 2 dəst kül qabı - 40 manat, 3 dəst şüşə qab - 50 manat, 4 dəst varena qabı - 50 manat, 4 dəst qənnadı qabı - 70 manat, qaşlı, 3 mərtəbə qab + 2 dəst qənnadı qab - 65 manat, qaşlı, armudu stəkanı + araq rumkaları ilə 55 manat, armudu stəkan (qaşıqlı) - 35 manat, 1 dəst çaşqa (naboru) - 77 manat, 1 dəst çaşqa - 20 manat, xrustal stəkan 2 dəst - 50 manat, xrustal qrafinka stəkanı ilə dəst - 45 manat, qrafinka stəkanı ilə qızılı rəng dəst - 48 manat, qrafınka göy qapaq nabor - 30 manat, Viski, Qrafinka stəkanı ilə nabor - gümüşü rəng 150 manat, qrafinka stəkanı ilə dəst - gümüşü rəng 120 manat, 3 formada rumkalar - gümüşü rəng 150 manat, 2 dəst sok rumkası - 25 manat + 33 manat, 4 dəst çay stəkanı - 80 manat, 4 dəst nəlbəkisi - 60 manat, 3 dəst armudu stəkan - 54 manat, 3 dəst nəlbəkisi - 45 manat, 2 dəst razetka - 18 manat, 1 dəst limon qabı - 7 manat, 2 dəst padnus gündəlik - 15 manat, 2 dəst ləyən - 50 manat, 2 dəst səbət - 40 manat, 1 dəst aşsüzən - 12 manat, iynə dəsti - 7 manat, şpilka qabı -12 manat, tyorka - 7 manat, meyvə doğrayan taxta - 5 manat, hamam silən -10 manat , 2 ədəd kauçuk qab - 10 manat, İtimat peç, 45 manat, qoz çəkən - 17 manat, qoz qıran - 10 manat, banka bağlayan - 23 manat, termus - 27 manat, saat - 38 manat, duz qabı nabor - 23 manat, su qrafinkası - 15 manat, 2 ləpə qabı - 5 manat, 1 dəst ədyal - 11 manat, aşsüzən 10 manat, sarımsaqəzən - 5 manat, çörək qabı - 25 manat, 2 dəst oxlov - 6 manat, gəlin güzgüsü - 70 manat, ələk, kəfkir - 30 manat, kartof əzən - 10 manat, süpürgə - xəkəndaz - 8 manat, standart döşək - 200 manat, natural köşe - 1700 manat, plaza sehpa - 100 manat, Samsunq TV - 729 manat, Samsunq soyuducu - 979 manat, Samsunq paltaryuyan maşın 629 manat, DVD - 74 manat, DVD aksessuarından (13 manat) ibarət cehiz əmlakları naturada, olmadığı təqdirdə isə onların dəyəri olan 14257 (on dörd min iki yüz əlli yeddi) manat pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh Kale sep 1200 manat, Komplekt -üzük, sırğa, bilərzik - 2000 manat, qızılı sep klonla birlikdə - 300 manat, gümüşü sep klonla birlikdə - 47 manat 2 ədəd, qızıl üzük -100 manat, qol saatı - 35 manat, qızıl sep - 2500 manat, qızıl üzükdən (700 manat) ibarət qızıl-zinət əşyalarının və ya onların ümumi dəyəri 6882 manat pulun alınıb İddiaçı verilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)-6333/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsi və Cavabdeh qızıl-zinət əşyalarının və ya onların ümumi dəyəri 6882 manat pulun alınıb İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)-6333/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı əmlak tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin oğlu Nümayəndə ilə 08.06.2010-cu il tarixdə nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan onların üç övladı vardır: 24.09.2011-ci il təvəllüdlü X12, 17.07.2014-cü il təvəllüdlü X16 və 19.07.2019-cu il təvəllüdlü X13. O, toydan sonra gəlin kimi ünvan 4-yə müvəqqəti olaraq köçmüş, sonralar qaynatası ilə belə məsləhətləşiblər ki, 76-cı məhəllədə zəbt olunmuş torpaq sahəsində fərdi yaşayış evi tikilsin və o, sonra ailəsi ilə birlikdə ora köçsün. Həyat yoldaşı Nümayəndə hərbiçi olduğundan onlar Naxçıvan MR-na getmiş, 2016-cı ildə Naxçıvan MR-dan geri qayıtdıqda həmin fərdi yaşayış evinə köçmüşlər. Fərdi yaşayış evi tam təmirsiz olduğu üçün məcbur olub 2018-ci ildə Bankdan 10.000 manat pul götürmüşlər. Bu zaman qaynatası- aşayev Ramiz Məmmədiyə oğlu insult keçirtmiş, məcbur olub həmin pulu onun əməliyyatına vermişlər. Hal-hazırda da həmin pulu ödəyirlər. Qaynatası ilə qaynanası Cavabdeh ilə 1996-cı ildə rəsmi qaydada boşanıblar. Qaynatası dünyasını dəyişdikdən sonra qaynanası evdə olan iddaçının əmlaklarını çölə tökmüşdür. O, böyük mebelləri götürsə də, digər əmlakları hələ də 9-cu mikrorayon ev 25, mənzil 7-də qalmışdır. Dəfələrlə əşyalarının qaytarılması üçün iddiaçı cavabdeh tərəfə müraciət etsə də, cavabdeh onun cehiz əmlakını verməkdən imtina edir. Həmin əmlakların siyahısı və dəyəri aşağıdakı kimidir. Qızıl-zinət əşyaları: Kale sep 1200 manat, Komplekt -üzük, sırğa, bilərzik- 2000 manat, qızılı sep klonla birlikdə - 300 manat, gümüş sep klonla birlikdə - 47 manat 2 ədəd, qızıl üzük-100 manat, qol saatı - 35 manat, qızıl sep - 2500 manat, qızıl üzük - 700 manat, və ya onların ümumi dəyəri 6882 manat. Cehiz əmlakları: 2 ədəd çilçıraq - 350 manat + 180 manat, 3 ədəd xalça - 320 manat + 200 + 80 manat, 3 ədəd pərdə - 200 manat + 120 manat + 25 manat, 3 ədəd süfrə - 50 manat + 45 manat + 30 manat, 1 ədəd karniz + jalüz - 55 manat, ət çəkən - 75 manat, Şirə çəkən 87 manat, limon sıxan - 10 manat, portağal sıxan - 27 manat, kofe dəmləyən - 20 manat, ütü- 40 manat, mikser -28 manat, tefal çaynik - 45 manat, yemək bişirən peç - 250 manat, tozsoran - 120 manat, 2 ədəd lampa (naçnik) - 50 manat, 1 ədəd lampa - 25 manat, 1 ədəd epilyator - 40 manat, 1 ədəd maşinka - 43 manat, 1 ədəd Samsung telefon - 350 manat, 1 dəst pakrıval İSTİKBAL - 200 manat, 1 dəst pakrıval - 180 manat, 1 dəst yorğan - 80 manat, 1 dəst divan üstü - 140 manat, 1 dəst hamam xalatı - 45 manat, 2 dəst ədyal nazik - 45 manat + 23 manat, 2 dəst qalın ədyal - 100 manat + 55 manat, 12 dəst pastel +1 dəst ağ rəng - 370 manat + 140 manat, 12 dəst dəsmal əl-üz + 4 dəst ayrı 80 manat + 50 manat, 12 dəst dəsmal canquruluyan + 2 dəst ayrı 85 manat + 30 manat, 2 dəst dəsmal naboru - 44 manat + 37 manat, 12 dəst çay dəsmalı - 54 manat, 2 dəst balış - 33 manat, 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək - 1000 manat, Obednı servis - 500 manat, gündəlik servis - 200 manat, bıçaq dəsti nabor - 34 manat, tort qabı nabor - 25 manat, peçenye qabı- 15 manat, 2 dəst ədviyyat qabı (nabor) - 27 manat + 33 manat, 3 dəst padnos (nabor) 45 manat, qaşıq bıçaq dəsti (çamadan) 175 manat, qaşıq bıçaq dəsti gündəlik - 74 manat, 1 ədəd çaydan 25 manat, - 3 ədəd çaynik - 22 manat, 3 böyük qazan dəsti - 270 manat + 150 manat + 120 manat, 2 orta qazan dəsti - 90 manat + 34 manat, 2 dəst tava - 40 manat, 3 dəst güldan 50 manat + 45 manat + 30 manat, 3 dəst Vaz - 250 manat, 1 dəst meyvə vazı - 25 manat, 2 dəst kül qabı - 40 manat, 3 dəst şüşə qab - 50 manat, 4 dəst varena qabı - 50 manat, 4 dəst qənnadı qabı - 70 manat, qaşlı, 3 mərtəbə qab+2 dəst qənnadı qabı - 65 manat, qaşlı, armudu stəkanı + araq rumkaları ilə - 55 manat, armudu stəkan (qaşıqlı) - 35 manat, 1 dəst çaşqa (naboru) - 77 manat, 1 dəst çaşqa - 20 manat, xrustal stəkan 2 dəst - 50 manat, xrustal qrafinka stəkanı ilə dəst - 45 manat, qrafinka stəkanı ilə qızılı rəng dəst - 48 manat, qrafınka göy qapaq nabor - 30 manat, Viski, Qrafinka stəkanı ilə nabor - gümüşü rəng 150 manat, qrafinka stəkanı ilə dəst - gümüşü rəng 120 manat, 3 formada rumkalar - gümüşü rəng 150 manat, 2 dəst sok rumkası - 25 manat + 33 manat, 4 dəst çay stəkanı - 80 manat, 4 dəst nəlbəkisi - 60 manat , 3 dəst armudu stəkan - 54 manat, 3 dəst nəlbəkisi - 45 manat, 2 dəst razetka - 18 manat, 1 dəst limon qabı - 7 manat, 2 dəst padnus gündəlik - 15 manat, 2 dəst ləyən - 50 manat, 2 dəst səbət - 40 manat, 1 dəst aşsüzən - 12 manat, iynə dəsti - 7 manat, şpilka qabı – 12 manat, tyorka- 7 manat, meyvə doğrayan taxta - 5 manat, hamam silən - 10 manat , 2 ədəd kauçuk qab - 10 manat, itimat peç, 45 manat, qoz çəkən - 17 manat, qoz qıran - 10 manat, banka bağlayan - 23 manat, termus - 27 manat, saat - 38 manat, duz qabı nabor - 23 manat, su qrafinkası - 15 manat, 2 ləpə qabı - 5 manat, 1 dəst ədyal - 11 manat, aşsüzən - 10 manat, sarımsaqəzən - 5 manat, çörək qabı - 25 manat, 2 dəst oxlov - 6 manat, gəlin güzgüsü - 70 manat, ələk, kəfkir - 30 manat, kartof əzən - 10 manat, süpürgə-xəkəndaz - 8 manat, standart döşək - 200 manat, natural köşe - 1700 manat, plaza sehpa - 100 manat, Samsunq TV - 729 manat, Samsunq soyuducu - 979 manat, Samsunq paltaryuyan maşın 629 manat, DVD - 74 manat, DVD aksessuarı - 13 manat naturada və onların dəyəri olan 14257 manatdır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, o, iddia tələbini qəbul etmir və bildirmək istəyir ki, iddiaçı onun oğlu Nümayəndə ilə 2010-cu ildə ailə həyatı qurmuş, onlar evlənən zaman onun oğlu hərbçi olmuşdur. Toydan qabaq aralarında belə bir razılaşma olmuşdur ki, toydan sonra bir həftə gənc ailə onlara məxsus olan Sumqayıt şəhər 9-cu mikrorayon, ev 25, mənzil 7-də yaşayar, sonra da oğlunun qulluq etdiyi hərbi hissənin olduğu yerə qayıdıb orada yaşayarlar. Bu səbəbdən də iddiaçı oğlu ilə evlənən vaxt onlar evə hər hansı bir cehiz əmlakı gətirməmişdir. Bundan başqa, evdə yaşayış üçün hər bir əşya olmuş, iddiaçının da əmlakının bu evə gətirilməsinə zərurət yox idi. Razılaşdıqları kimi iddiaçı bir neçə gün həyat yoldaşı ilə onların evində yaşadıqdan sonra oğlu xidmət etdiyi Naxçıvan Muxtar Respublikasına getmiş və orada yaşamışlar. İddiaçının iddia tələbində guya fərdi ev tikmək üçün 10000 manat pul götürməsi və sonradan guya ona məxsus olan əşyaları çölə tökməyi, lakin əmlaklarının bir qisminin evdə qalması və qızıl zinət əşyalarının onda qalması ilə bağlı yazdıqlarının hamısı yalan və böhtandır. O, bir daha bildirir ki, iddiaçıya toyunda alınmış zinət əşyaları daima onda olmuş, o oğlu ilə evləndikdən sonra ayrılana qədər kirayələrdə yaşamış, onun mənzilində nə iddiaçıya məxsus əmlak nə də ona alınmış qızıllar yoxdur. İddiaçı bundan qabaq məhkəmədə onun oğluna qarşı iddia qaldırmaqla mərhum həyat yoldaşının sağlığında avtomobil təmiri məqsədilə ayrılmış qeyri-yaşayış sahəsinə köçürülmə barədə iddia qaldırmış və həmin iddia tələbində guya qeyd edilən tikilidə yaşaması barədə saxta arayışı da məhkəməyə təqdim etmişdir. Məhkəmə də həmin sahəyə xidmət etməyən 5 saylı məhəllə komitəsi tərəfindən verilmiş arayışa istinad edərək onun həmin tikiliyə köçürülməsi barədə qətnamə çıxarmışdır. Hazırki iddia tələbində isə o, fərdi yaşayış evində yaşamadığnı, həmin evə köçmədiyini bildirməklə guya ona məxsus olan evə cehiz əmlakları gətirdiyini və guya həmin əmlakları da ona məxsus olan evdə olduğunu iddia etmişdir. Bütün bu ziddiyətlər bir daha onu sübut edir ki, iddiaçının iddia tələbi ona qarşı atılan şər və böhtandan başqa bir şey deyildir. İddiaçı həmin iddia ərizəsində heç bir vaxt mövcud olmayan və iddiaçı tərəfindən alınaraq onun evinə gətirilməyən əşyaları iddia etmişdir. Görünür, bu yolla iddiaçı ondan pul qoparmaq qərarına gəlmişdir. Belə hesab edir ki, qaldırılmış iddianın heç bir hüquqi əsası yoxdur. Qızıl zinət əşyalarına gəldikdə isə iddiaçı həmin siyahıda da həddən artıq şişirtməyə yol vermiş, tərəflərindən alınmayan sayda, çəkidə və çeşiddə qızıl zinət əşyalarının ondan alınmasını iddia etmişdir. Halbuki ona toyunda hədiyyə edilmiş qızıl zinət əşyaları toy şəklindən də görünür, iddiaçı 2010-cu ildə bir neçə gün onun evində qaldıqdan sonra gedərkən həmin qızılları da özü ilə aparmışdır. Əgər o qızıllar onda idisə niyə bu 11 il ərzində bu qızılları və əmlakları ondan tələb etməmişdir, yalnız oğlu ilə boşandıqdan sonra onlara qarşı bu cür iddialarla çıxış etmişdir. Cavabdeh qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi Nümayəndə bildirir ki, hərbiçi olduğu üçün yaddaşı ilə bağlı problemlər yaşamış, ona görə də hadisələri dəqiq xatırlamır. Hətta 19.07.2019-cu ildə anadan olmuş qızı - X6 belə unutmuşdur. Belə qənaətə gəlir ki, onlar onun malını -mülkünü mənimsəyib, sonralar isə yaddaşında güya problemlərin olduğunu bildirərək sudan quru çıxmaq istəyirlər. Nümayəndə hərbiçidir, müharibənin qaynar nöqtələrində iştirak etməyib, o yalnız təmirçidir, döyüş bölgələrinə təhkim olunsa da, qısa müddətdə geri qayıtmışdır. Yaralanmayıb, travma almayıb, görəsən yaddaşsızlığın səbəbi nədir? Qeyd edir ki, 11 il ərzində bu qızılları, əmlakları tələb etməmişdir. 2018-ci ilin sonlarına qədər yəni, Selcana hamilə ikən münasibətlər pozulmuş, onlar 76-cı məhəllədə tam təmirsiz, yeni tikilidən çıxarmaq və oranı mağaza kimi işlətmək üçün onu oradan qovmuşlar. Bu illər ərzində münasibətləri yaxşı olmuş, arada heç bir inciklik olmamışdır. Mərhum qaynatası qaynanası hələ 1996-cı ildən rəsmi qaydada boşanmışlar. 76-cı məhəllədə yaşayanların hər biri bilir ki, qaynata 76-cı məhəllədə yerləşən kiçik bir daxmada qalmışdır. Bu səbəbdən boşandıqları üçün o toyda iştirak etməmiş, ona də bildirdiyinə görə o Xuramanın üzünü belə görmək istəməmişdir. Yalnız onların göndərdikləri pullarla evi tikmiş, tam hazır olmamış sonuncu dəfə götürdükləri 10.000 manat pulu onun müalicəsinə, əməliyyatına xərcləmişlər və yerdə qalan pulları isə dəfnə sərf etmişlər. Bu yaxınlara qədər bu pulun ödənişi davam edirdi. Cavabdeh bildirir ki, qızıl-zinət əşyaları həddindən artıq şişirdilmişdir. O həm valideynləri tərəfindən bağışlanılmış qızılları, həm də toy mərasimində hədiyyə edilmiş qızılları tələb edir. Məhkəmə iclasında şahid qismində iştirak edən Quliyeva Cəmilə və həyat yoldaşı 1992-ci ildə həmin binaya köçsələr də, onlar evlərini 5-6 ildir ki, satıb köhnə 9-cu mikrorayonda yaşayırlar. 76-cı məhəllədən dindirilən yalançı şahidlər hər ikisi qonşu və iş yoldaşı olsa da, biri iddiaçını gördüyünü və tanıdığını bildirir, digəri isə onu nə gördüyünü, nə də tanıdığını bildirir. Bir-birinə zidd izahat verən şahidlər yalnız onlar tərəfindən məhkəməyə dəvət edilmiş və ona qarşı şahidlik etsələr də, birinin sözü digərinə uyğun gəlmir. 5-6 il bundan əvvəl köçmüş Cəmilə bildirir ki, güya Novxanıda atasıgildə yaşamışdır. Bu tamamilə ağ yalandır. Video görüntülərdən və şəkillərdən də aydın görünür ki, Nümayəndə anası, bacısı və qohumları cehizlərin yanında şəkillər çəkdirmiş və video lentə alınmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni qət edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə maddi norma kimi AR MM-nin 225.1-ci, 157-ci və AR Ailə Məcəlləsinin 34.1-ci maddələrinə istinad etmiş və belə bir qənaətə gəlmişdir ki, iddaçının iddia etdiyi bütün əmlaklar guya məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün ona qaytarılmalıdır. Məhkəmə qeyd edilən maddi normaya o vaxt istinad edə bilər ki, ümumiyyətlə iddiaçının iddia etdiyi əmlakların cavabdehdə olması öz təsdiqini tapsın. Bunun üçün ilk növbədə həmin əmlakların həqiqətən də ona məxsus olan mənzildə olması, iddiaçı tərəfindən təhvil-təslim edilməsi və həmin əmlakların qorunması öhdəliyinin ona həvalə edilməsi sübut olunmalıdır. İddiaçının yaxın tanışlarının ziddiyyətli ifadələri və həmin ifadələrin onun tərəfindən dəvət edilmiş şahid tanışların ifadələri ilə tam ziddiyyət təşkil etməsi, qarşı tərəfin nəinki həmin əmlakların cavabdehdə olmasını, ümumiyyətlə həmin əmlakların mövcudluğunu sübuta yetirə bilməməsi ona dəlalət edir ki, məhkəmənin həmin əmlakların onda olması və yuxarıda sadalanan maddi normaları tətbiq etməklə əmlakların ondan alınaraq iddiaçıya verilməli olması barədə gəldiyi nəticə tam əsassızdır. Oğlu hərbçidir, o ailə quran vaxtda da hərbçi olmuş və iddiaçı da bilirdi ki, onun daimi yaşayış yeri yoxdur və ailə quran kimi də gənc ailə Nəxçıvan MR-ya getməyi qabaqcadan bilirdilər, belə olan təqdirdə onun iddia tələbində sadaladığı əmlakları cehiz kimi gətirməsinə nə zərurət var idi? Əgər həmin əmlaklar həqiqətən də onun mənzilində olmuşdursa, nə üçün iddiaçı bu 10 ildə həmin əmlakları tələb etməmişdir? Necə ola bilər ki, onun sadaladığı bu əmlakların cavabdehin mənzilində olmasını təsdiqləyən hər hansı bir sübutu yoxdur. Digər tərəfdən əgər o bu əmlakları mənzilə gətirmişsə, necə ola bilər ki, qonşulardan heç biri bunu görməmişdir? Məhkəmənin məntiqicə bu tip mübahisələrə yanaşdıqda belə aydın olur ki, istənilən şəxs öz yaxın 2-3 nəfər tanışı ilə istənilən şəxsə qarşı bu cür iddialarla məhkəməyə müraciət etməklə asan qazanc əldə edə bilər. Özü pensiyaya çıxmış, həyat yoldaşı dünyasını dəyişmişdir, aldığı pensiya yeməyə olan tələbatını belə ödəmədiyi halda, onda olmayan əmlaklara görə maddi cavabdehliyə cəlb olunmuşdur, halbuki həmin əmlakların heç birindən xəbəri yoxdur, yaşadığı mənzildə olan əmlaklar isə illər boyu öz zəhmətilə aldığı və istifadə etdiyi əmlaklardır. İddia tələbinin əsaslılığı heç bir mötəbər sübut və dəlillə öz təsdiqini tapmamış, lakin buna baxmayaraq məhkəmə sadalanan maddi normaları tətbiq etməklə bu qanunsuz qətnaməni çıxarmışdır. Məhkəmə iddiaçının göstərdiyi xüsusatların şahid ifadələri ilə ziddiyyət təşkil etməsinə baxmayaraq qarşı tərəfin şahidlərinin inandırıcı olmayan izahatlarına istinatd etməklə iddia tələbini təmin etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi X17 və vəkili Vəkil iddiaçının apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apellyasiya şikayətlərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qisməniddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 477 nömrəli,06.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşayır. İş materiallarınada olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3956/2020 saylı, 16.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh Nümayəndə qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, İddiaçı övladları 24.09.2011-ci il təvəllüdlü X12, 17.07.2014-cü il təvəllüdlü X16 və 19.07.2019-cu il təvəllülü X13 ilə birlikdə Sumqayıt şəhəri, məhəllə üzrə 5 saylı məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarınada olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3123/2020 saylı, 08.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh Nümayəndə qarşı sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Nümayəndə 05.05.2020-ci il tarixdən başalayaraq hər ay hər uşaq 170 manat olmaqla ümumilikdə 510 manat sabit pul məbləğində alimentin alınıb 24.09.2011-ci il təvəllüdlü X12, 17.07.2014-cü il təvəllüdlü X16 və 19.07.2019-cu il təvəllülü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-397/2021 saylı, 10.02.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Nümayəndə İddiaçı qarşı nikahın pozulması barədə iddia tələbi təmin edilmiş, Nümayəndə ilə İddiaçı arasında Sumqayıt şəhər Nikah Evində bağlanmış 08.06.2010-cu il tarixli 346 saylı nikah pozulmuş, nikah pozulduqdan sonra 24.09.2011-ci il təvəllüdlü X12, 17.07.2014-cü il təvəllüdlü X16 və 19.07.2019-cu il təvəllülü X4 İddiaçı yanında qalması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 bildirmişdir ki, Ülviyyə anası həkim kimi onun yoldaşını müalicə edib. Bu səbəbdən həmin ailəni tanıyır. Bir dəfə Ülviyyənin anası ondan qızına veriləcək cehiz əşyalarının qablaşdırılması üçün bir nəfər tapmasını xahiş etmişdir. O, isə bu işləri özü də görə biləcəyini bildirmişdir. Ülviyyənin ata nənəsi ilə bütün cehiz əşyalarını qablaşdırmış və cehizləri bir-bir öz əli ilə qutulara yığmışdır. Təxminən 100-dən çox qutu olmuşdur. Həmin əşyaları Şərq bazarının yaxınlığındakı 25 nömrəli binaya daşımışdır. Cehiz əşyaları daşıyarkən o, mebelləri görməmişdir. Mebellərin birdəfəlik mağaza tərəfindən mənzilə göndəriləcəyi deyilmişdir. O, özü şəxsən 3 xalça və pərdə qablaşdırmışdır. Cehizləri mənzildə yerləşdirməyə cavabdeh icazə verməmişdir. Bütün əşyaları özlərinin yığacağını demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X19 bildirmişdir ki, o ustadır, Qapı sexində işləyir. İddiaçının atasını tanıyır. Təxminən 9-10 il bundan qabaq iddiaçının atası ona yaxınlaşaraq qızının gəlin gedəcəyi evə əşyalar daşıması üçün ona fəhlə kimi maşını ilə kömək etməsini istəmişdir. O əmlakları maşınına yükləmiş və Şərq bazarının yaxınlığındakı 25 nömrəli binanın həyətinə boşaltmışdır. Nə qədər qutu olduğunu xatırlamır. Qutuların içində nə olduğunu da bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 bildirmişdir ki, o, 1992-ci ildə 25-ci binaya köçmüşdür. Həmin vaxtdan Xuramanı qonşu kimi tanıyır. O, Xuramanla bir yerdə işləyir. Ülviyyə gəlin kimi Xuramanın yaşadığı evə gəlməyib. Yalnız toydan sonra gəlmiş, 2-3 gün qonaq kimi qaldıqdan sonra getmişdir. Ülviyyə Xuramanın evinə cehiz gətirməyib. O, toy günü rayonda olduğundan toyda iştirak edə bilməmişdir. Lakin onun həyat yoldaşı toyda iştirak etmişdir. O, Xuramanla çox yaxın olduğundan bütün bu işlərdən xəbədardır. Ülviyyə əri Seymur ilə birlikdə toydan sonra Naxçıvana getmiş, daha sonra Novxanıda atasına məxsus evdə yaşamışdır. Naxçıvandan qayıtdıqdan sonra Ülviyyə Xuramana məxsus evdə qonaq kimi qalıb sonra orada daimi yaşaya bilməyəcəyini deyib getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 bildirmişdir ki, O, Sumqayıt şəhəri, məhəllə 76 ünvanında yaşayır. O, Xuramanı və onun ərini tanıyır. Lakin Ülviyyəni tanımır. Sumqayıt şəhəri, məhəllə 76 ünvanında olan obyekt sex kimi fəaliyyətdə idi. Xuraman əri ilə bilikdə həmin sexdə işləyirdi. Həmin obyektdə yaşamaq üçün heç bir şərait yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, Xuramanı tanıyır. Onunla həm qonşudur, həm də bir yerdə işləyirlər. O, Ülviyyəni Xuramanın gəlini kimi tanıyır. Ülviyyəni Xuramanla birlikdə olduğu vaxt görmüş və tanımışdır. Xuramanın 76-cı məhəllədə yarımçıq və şəraitsiz bir obyektinin olduğunu bilir. Birinci instansiya məhkəməsi iddianı cehiz tələbi hissəsində təmin etmiş və hesab etmişdir ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə qarşı yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Məhkəmə hesab etmişdir ki, təqdim edilmiş şahid ifadələri, foto və video lentlərlə iddiaçıya məxsus cehiz əmlakın cavabdehə məxsus ünvan 4 ünvanında olduğu müəyyən edilmişdir. İddia tələbini qızıl-zinət əşyaları hissəsində rədd edən məhkəmə hesab etmişdir ki, iddiaçı qızıl zinət əşyaları hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə qismən düzgün nəticəyə gəlmişdir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları və təqdim olunmuş sübutlarla cavabdehdə iddiaçıya məxsus cehizlərin qalması öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi foto və videolentlərdə iddia ərizəsində sadalanan cehiz əşyalarının olduğu müəyyən olunmur. Belə ki, həmin video və fotoşəkillərlə yalnız iri qabaritli mebellərin olması müəyyən olunur ki, iddiaçı iddia ərizəsində həmin mebelləri əvvəlcədən götürüldüyünü bildirmişdir və ümumiyyətlə həmin mebellərin də iddiaçıya məxsus olması təqdim edilmiş sübutlarla təsdiqlənmir. İddia ərizəsində sadalanan 2 ədəd çil-çıraq, 3 ədəd xalça , 3 ədəd pərdə, 3 ədəd süfrə, 1 ədəd karniz + jalüz, ət çəkən, şirə çəkən, limon sıxan, portağal sıxan, kofe dəmləyən, ütü, mikser, tefal çaynik, yemək bişirən peç, tozsoran, 2 ədəd lampa (naçnik), 1 ədəd lampa, 1 ədəd epilyator, 1 ədəd maşinka, 1 ədəd samsung telefon, 1 dəst pakrıval İSTİKBAL, 1 dəst pakrıval, 1 dəst yorğan, 1 dəst divan üstü, 1 dəst hamam, 2 dəst ədyal nazik, 2 dəst qalın ədyal, 12 dəst pastel + 1 dəst ağ rəng pastel, 12 dəst dəsmal əl-üz + 4 dəst ayrı, 12 dəst dəsmal canquruluyan + 2 dəst ayrı, 2 dəst dəsmal naboru, 12 dəst çay dəsmalı, 2 dəst balış, 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək, obednıy servis, gündəlik servis, bıçaq dəsti nabor, tort qabı nabor, peçenye qabı, 2 dəst ədviyyat qabı (nabor), 3 dəst padnos (nabor), qaşıq bıçaq dəsti (çamadan), qaşıq bıçaq dəsti gündəlik, 1 ədəd çaydan - 25 manat, 3 ədəd çaynik, 3 böyük qazan dəsti, 2 orta qazan dəsti, 2 dəst tava, 3 dəst güldan, 3 dəst Vaz, 1 dəst meyvə vazı, 2 dəst kül qabı, 3 dəst şüşə qab, 4 dəst varena qabı, 4 dəst qənnadı qabı, qaşlı, 3 mərtəbə qab + 2 dəst qənnadı qab, qaşlı, armudu stəkanı + araq rumkaları ilə, armudu stəkan (qaşıqlı), 1 dəst çaşqa (naboru), 1 dəst çaşka, xrustal stəkan 2 dəst, xrustal qrafinka stəkanı ilə dəst, qrafinka stəkanı ilə qızılı rəng dəst, qrafınka göy qapaq nabor, Viski, Qrafinka stəkanı ilə nabor - gümüşü rəng, qrafinka stəkanı ilə dəst - gümüşü rəng, 3 formada rumkalar - gümüşü rəng, 2 dəst sok rumkası, 4 dəst çay stəkanı, 4 dəst nəlbəkisi, 3 dəst armudu stəkan, 3 dəst nəlbəkisi, 2 dəst razetka, 1 dəst limon qabı, 2 dəst padnus gündəlik, 2 dəst ləyən, 2 dəst səbət, 1 dəst aşsüzən, iynə dəsti, şpilka qabı, tyorka -, meyvə doğrayan taxta, hamam silən, 2 ədəd kauçuk qab, İtimat peç, qoz çəkən, qoz qıran -, banka bağlayan, termus, saat, duz qabı nabor, su qrafinkası, 2 ləpə qabı, 1 dəst ədyal, aşsüzən, sarımsaqəzən, çörək qabı, 2 dəst oxlov, gəlin güzgüsü, ələk, kəfkir, kartof əzən, süpürgə - xəkəndaz, standart döşək, natural köşe, plaza sehpa, Samsunq TV, Samsunq soyuducu, Samsunq paltaryuyan maşın, DVD, DVD aksessuarından ibarət cehiz əmlakların cavabdehdə olması foto video lentlərlə təsdiqlənmir və bununla bağlı məhkəməyə heç bir başqa sübut da təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi isə həmin lentlərə istinad edərək iddia ərizəsində sadalanan cehiz əşyalarının cavabdehdə olması barədə səhv nəticəyə gəlmişdir. Həmin mövqedən yanaşılsa, cehiz əşyalarının siyahısı daha da artıq təqdim oluna bilərdi və yenə də həmin hissədə iddia tələbinin təmin olunması ilə nəticələnərdi. Məhkəmə yalnız iddia tələbində iddiaçının istinad etdiyi dəlillərlə kifayətlənmiş, tələbin əsasını təşkil edən halların iş materialları ilə sübuta yetirilib-yetirilməməsini yetərincə araşdırmamışdır. Bundan başqa, məhkəmə iddianı cehiz tələbi hissəsində təmin edərkən iddiaçı tərəfin dəvət etdiyi şahid ifadələrinə əsaslanmış, digər tərəfin dəvət etdiyi şahid ifadələrinə isə qiymət verməmişdir. Belə ki, şahid X14 ifadəsində bildirmişdir ki, o, 1992-ci ildə 25-ci binaya köçmüşdür. Həmin vaxtdan Xuramanı qonşu kimi tanıyır. O, Xuramanla bir yerdə işləyir. Ülviyyə gəlin kimi Xuramanın yaşadığı evə gəlməyib. Yalnız toydan sonra gəlmiş, 2- 3 gün qonaq kimi qaldıqdan sonra getmişdir. Ülviyyə Xuramanın evinə cehiz gətirməyib. O, toy günü rayonda olduğundan toyda iştirak edə bilməmişdir. Lakin onun həyat yoldaşı toyda iştirak etmişdir. O, Xuramanla çox yaxın olduğundan bütün bu işlərdən xəbədardır. Ülviyyə əri Seymur ilə birlikdə toydan sonra Naxçıvana getmiş, daha sonra Novxanıda atasına məxsus evdə yaşamışdır. Məhkəmə kollegiyasına iddiaçı tərəfindən şahid X8 artıq 9-cu mikrorayon, ev 25, mənzil 18 ünvanında yaşamaması və həmin mənzilin satılması, X1 getməsi barədə 14 saylı Mənzil-Kommunal Sahəsinin arayışı təqdim olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin mənzilin satılması və şahidin oradan köçməsi 2010-cu ildə baş vermiş hallarla əlaqədar şahidlik etməsi üçün maneə deyildir. Belə ki, MPM-nin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. İş materiallarında iddiaçının dəvət etdiyi şahid X15 08.10.2021-ci il tarixli iclas protokolunda olan ifadəsindən görünür ki, o qutuları qapının yanında qoyduqlarını və içəri keçmədiklərini qeyd etmiş, cavabdehin nümayəndəsinin hansı mərtəbəyə əşyaların daşınması ilə bağlı sualına isə mərtəbəni xatırlamadığını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, tələb olunan qızıl-zinət əşyalarının cavabdeh tərəfdə qalması barədə iddiaçı heç bir sübut təqdim edə bilməmiş və həmin halları da sübuta yetirə bilməmişdir. Kollegiya qeyd edir ki, qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair işlərdə həqiqətin müəyyən edilməsi üçün əşyalar, onların qiyməti və əşyaların kimdə qalması ilə bağlı tərəflərin izahatları məhkəmənin qənaətə gəlməyə əsas verən əsas sübutlar qismində çıxış edir. Hazırki işdə isə iddiaçı nə cehiz əşyalarının, nə də qızıl-zinət əşyalarının cavabdehdə olduğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının və Qanunlarının yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutların obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.3, 389, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(060)-6333/2021 nömrəli qətnaməsi qismən - «Cavabdeh 2 ədəd çil-çıraq - 350 manat + 180 manat, 3 ədəd xalça - 320 manat + 200 + 80 manat, 3 ədəd pərdə - 200 manat + 120 manat + 25 manat, 3 ədəd süfrə - 50 manat + 45 manat + 30 manat, 1 ədəd karniz + jalüz - 55 manat, ət çəkən - 75 manat, Şirə çəkən - 87 manat, limon sıxan -10 manat, portağal sıxan 27 manat, kofe dəmləyən - 20 manat, ütü- 40 manat, mikser - 28 manat, tefal çayniklə - 45 manat, yemək bişirən peç - 250 manat, tozsoran - 120 manat, 2 ədəd lampa (naçnik) - 50 manat, 1 ədəd lampa - 25 manat, 1 ədəd epilyator - 40 manat ,1 ədəd maşinka - 43 manat, 1 ədəd samsung telefon - 350 manat, 1 dəst pakrıval İSTİKBAL - 200 manat, 1 dəst pakrıval - 180 manat, 1 dəst yorğan - 80 manat, 1 dəst divan üstü - 140 manat, 1 dəst hamam xalatı - 45 manat, 2 dəst ədyal nazik - 45 manat + 23 manat, 2 dəst qalın ədyal - 100 manat + 55 manat, 12 dəst pastel + 1 dəst ağ rəng - 370 manat + 140 manat, 12 dəst dəsmal əl-üz + 4 dəst ayrı 80 manat + 50 manat, 12 dəst dəsmal canquruluyan + 2 dəst ayrı 85 manat + 30 manat 2 dəst dəsmal naboru - 44 manat + 37 manat, 12 dəst çay dəsmalı - 54 manat, 2 dəst balış - 33 manat, 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək - 1000 manat, Obednı servis - 500 manat, gündəlik servis - 200 manat, bıçaq dəsti nabor - 34 manat, tort qabı nabor - 25 manat, peçenye qabı - 15 manat, 2 dəst ədviyyat qabı (nabor) - 27 manat + 33 manat, 3 dəst padnos (nabor) 45 manat, qaşıq bıçaq dəsti (çamadan) 175 manat, qaşıq bıçaq dəsti gündəlik - 74 manat, 1 ədəd çaydan - 25 manat, 3 ədəd çaynik - 22 manat, 3 böyük qazan dəsti - 270 manat + 150 manat + 120 manat, 2 orta qazan dəsti - 90 manat + 34 manat, 2 dəst tava - 40 manat, 3 dəst güldan - 50 manat + 45 manat + 30 manat, 3 dəst Vaz - 250 manat, 1 dəst meyvə vazı - 25 manat, 2 dəst kül qabı - 40 manat, 3 dəst şüşə qab - 50 manat, 4 dəst varena qabı - 50 manat, 4 dəst qənnadı qabı - 70 manat, qaşlı, 3 mərtəbə qab + 2 dəst qənnadı qab - 65 manat, qaşlı, armudu stəkanı + araq rumkaları ilə 55 manat, armudu stəkan (qaşıqlı) - 35 manat, 1 dəst çaşqa (naboru) - 77 manat, 1 dəst çaşqa - 20 manat, xrustal stəkan 2 dəst - 50 manat, xrustal qrafinka stəkanı ilə dəst - 45 manat, qrafinka stəkanı ilə qızılı rəng dəst - 48 manat, qrafınka göy qapaq nabor - 30 manat, Viski, Qrafinka stəkanı ilə nabor - gümüşü rəng 150 manat, qrafinka stəkanı ilə dəst - gümüşü rəng 120 manat, 3 formada rumkalar - gümüşü rəng 150 manat, 2 dəst sok rumkası - 25 manat + 33 manat, 4 dəst çay stəkanı - 80 manat, 4 dəst nəlbəkisi - 60 manat, 3 dəst armudu stəkan - 54 manat, 3 dəst nəlbəkisi - 45 manat, 2 dəst razetka - 18 manat, 1 dəst limon qabı - 7 manat, 2 dəst padnus gündəlik - 15 manat, 2 dəst ləyən - 50 manat, 2 dəst səbət - 40 manat, 1 dəst aşsüzən - 12 manat, iynə dəsti - 7 manat, şpilka qabı -12 manat, tyorka - 7 manat, meyvə doğrayan taxta - 5 manat, hamam silən -10 manat , 2 ədəd kauçuk qab - 10 manat, İtimat peç, 45 manat, qoz çəkən - 17 manat, qoz qıran - 10 manat, banka bağlayan - 23 manat, termus - 27 manat, saat - 38 manat, duz qabı nabor - 23 manat, su qrafinkası - 15 manat, 2 ləpə qabı - 5 manat, 1 dəst ədyal - 11 manat, aşsüzən 10 manat, sarımsaqəzən - 5 manat, çörək qabı - 25 manat, 2 dəst oxlov - 6 manat, gəlin güzgüsü - 70 manat, ələk, kəfkir - 30 manat, kartof əzən - 10 manat, süpürgə - xəkəndaz - 8 manat, standart döşək - 200 manat, natural köşe - 1700 manat, plaza sehpa - 100 manat, Samsunq TV - 729 manat, Samsunq soyuducu - 979 manat, Samsunq paltaryuyan maşın 629 manat, DVD - 74 manat, DVD aksessuarından (13 manat) ibarət cehiz əmlakları naturada, olmadığı təqdirdə isə onların dəyəri olan 14257 (on dörd min iki yüz əlli yeddi) manat pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi» hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar