Məhkəmə qərarları › İş №2(105)-1062/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1062/2021

01.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1062/2021 01.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızının və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh3 Abutalıb oğlunun iştirakı ilə İddiaçı DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinə, Quba regional «Asan xidmət» mərkəzinə, Cavabdeh3 və Cavabdeh4 qarşı mülkiyyət hüququnun müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 881/2019 saylı, 06.09.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-881/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə, Quba regional “Asan xidmət” mərkəzinə, Cavabdeh3 Abutalıb oğluna və Cavabdeh4 qarşı mülkiyyət hüququnun müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və sair tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim A.Sadıqov). Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1011/2020 saylı, 20 may 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Lətif oğlunun apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Lütfəli oğlu və vəkili Vəkil Novruz oğlu kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1011/2020 saylı, 20.05.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5107/2020 saylı, 19.10.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)11011/2020 saylı, 20 may 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı evə mərhum atası X14 mülkiyyət hüququnun müəyyən edilməsi, mərhum atası X13 miras qalmış bütün əmlakın, o, cümlədən ünvan 1 (33) saylı fərdi yaşayış evinin tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 05.03.2016-cı il tarixdə X8 adına verilmiş **********21-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın, Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh4 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin qismən, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X11 çatan hissəsindən” ləğv edilməsi, Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış oğlu Cavabdeh3 Abutalıb oğluna ümumi əmlakın ¼ hissəsinə, X20 ümumi əmlakın ¼ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamələrin qismən, Quba şəhəri, Y.Qasımov küçəsi 31 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X12 çatan hissəsindən” ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən Quba şəhəri, Y.Qasımov küçəsi 31 saylı evin X8, onun oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına “Torpağın mülkiyyətə verilməsinə» dair JN-1997A, KOD 30301004 saylı şəhadətnamənin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində 37 saylı reyestr kitabının 55 saylı vərəqində qeydiyyata alınmış **********21-10301 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə 05.03.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehin saxtakarlıq etmiş vəzifəli şəxsləri haqqında xüsusi qərardad çıxararaq araşdırılması üçün Quba rayon prokurorluğuna göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək ünvan 1 saylı evə mərhum atası X14 mülkiyyət hüququnun müəyyən edilməsi, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında hüquqlarının dövlət reyestrində qeydə alınması, mərhum atası X13 miras qalmış bütün əmlakın, o, cümlədən ünvan 1 (33) saylı fərdi yaşayış evinin tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən ediməsi, ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 05.03.2016-cı il tarixdə X9 adına verilmiş X8 adına verilmiş **********21-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın, Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh4 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin qismən, Quba şəhəri, Y.Qasımov küçəsi 31 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X11 çatan hissəsindən” ləğv edilməsi, Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış oğlu Cavabdeh3 Abutalıb oğluna ümumi əmlakın ¼ hissəsinə, X20 ümumi əmlakın ¼ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamələrin qismən, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X12 çatan hissəsindən” ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən Quba şəhəri, Y.Qasımov küçəsi 31 saylı evin X8, onun oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına “Torpağın mülkiyyətə verilməsinə» dair JN-1997A,KOD 30301004 saylı şəhadətnamənin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində 37 saylı reyestr kitabının 55 saylı vərəqində qeydiyyata alınmış **********21-10301 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə 05.03.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehin saxtakarlıq etmiş vəzifəli şəxsləri haqqında xüsusi qərardad çıxararaq araşdırılması üçün Quba rayon prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərmişdir ki, ünvan 5 ünvanında yeddi otaq, bir dəhliz və bir aynabənddən ibarət, ümumi sahəsi 167.7 kv.m yaşayış evi və həyətyanı sahəsi təxminən 10 sot olan torpaq sahəsi iddiaçının mərhum atası X16 adına olmuşdur. O, 04 sentyabr 1938-ci ildə Sultanova (Mirzəyeva) Abdulhüseyn qızı ilə nikahlarını qeyd etdirmiş, birgə nikahdan 6 övladı, həmçinin atasının birinci nikahından da bir qızı olmuşdur. Atası 05 iyul 1968-ci ildə, anası isə 10 noyabr 1987-ci ildə vəfat etmişlər. 1987ci ilin avqust ayında qeyd olunan əmlak anasının adına keçirilmişdir. Hal-hazıra kimi əmlak onun adına qeydiyyata alınıb. X1 (vəfat edib 15 yanvar 2014-cü il), X33 (vəfat edib 05 yanvar 2001-ci il), X21 (vəfat edib 16 may 2002-ci il), X34 (vəfat edib 27 fevral 2012-ci il) və X36 (vəfat edib 28 oktyabr 2011-ci il) vəfat etmişlər. Vərəsələrdən hal-hazırda İddiaçı və bacısı X10-salamatdır. Anasının vəfatından sonra miras əmlakı faktiki surətdə iddiaçı və mərhum qardaşı Sultanov Abutalib qəbul etmişdir. X38 28 oktyabr 2011-ci il tarixdə vəfat etmişdir. Qardaşı Abutalıbın ölümündən sonra əmlakın qeyd olunan hissəsində mərhum qardaşının həyat yoldaşı Cavabdeh4 yaşayır. Hələ atasının sağlığında evə 2 giriş qapısı olmuşdur. Ünvanların 31 və 33 yazılması məhz 2 giriş qapısına görə olmuşdur. Anası vəfat edəndən sonra istifadə etdiyi evin kommunal xərclərini bu günə qədər iddiaçı ödəmişdir. X39 anasının vəfatından sonra həyat yoldaşı Cavabdeh4in təkidi ilə onun razılığı olmadan evin divarlarını söküb və qabağa çəkərək taxta döşəmənin üzərində icazəsiz tikinti aparmış, ona aid olan hissələri (bir zal 26,5 kv metr, bir otaq 13,4kv metr, və 12,5 kv metr aynəbəndi) özbaşına zəbt etmişdir. Beləliklə vərəsəlik şəhadətnaməsi almadan qanunsuz olaraq əmlak üzərində dəyişikliklər etmişdir. Əmlakın və həyətyanı sahənin yarıdan az hissəsi onun istifadəsində qalmışdır. Qardaşının üç ovladı olmaqla onların ayrıca yaşayış sahəsi var. Atasının vərəsələrindən mərhumlar X27, X33, X22 və X34 və həyatda olan bacısı X40 vərəsəlik əmlakından pay tələb etməmişdir və hal-hazırda onların övladlarının da mirasa dair tələbi yoxdur. O, vərəsəlik hüququnun tanınması ilə bağlı Quba Rayon Notariat Kontoruna rəsmi müraciət etmiş, mərhum qardaşı Abutalıbın ailəsi mülkə dair hüquqi sənədlərin təqdim edilməsindən imtina etdiyinə və ədalətli bölgüyə razı olması üçün notarius vərəsəlik şəhadətnaməsinin verilməsinə imtina etmişdir. Sumqayıt Apellyasa Məhkəməsinin mülki kollegiyasının 08.12.2015-ci il tarixli qətnaməsi ilə mübahisəli evin 05.06.1947-ci ildə 2789 saylı alqı-satqı müqaviləsi əsasında mərhum atası X29 tərəfindən əldə edilməsi, ölən günə kimi bu evdə yaşamasını qəbul etmişdir. Lakin bu müqavilənin mövcudluğu evin atasının mülkiyyətində olmasını təsdiq etməməsi səbəbindən mirasın kütləsinə daxil edilə bilməməsi nəticəsinə gəlmişdir. Miras əmlak miras aktivi və miras passivinin məcmusundan ibarətdir. Yəni əşya hüqüqları da miras aktivliyinə daxildir. Beləliklə mübahisəli evin alqı-satqi müqaviləsi əsasında əldə edilməsindən sonra yaranan hüquqlar vərəsəlik qaydasında ona keçmişdir. Onun mirasa münasibətdə vərəsə kimi atasından miras qalmış əmlaka olan hüquqlarını yerinə yetirib evə dair hüquqları, qeydiyyatdan keçirə bilmir. Evə mülkiyyət hüquqların atasının adına qeydiyyatdan keçirməsini yerinə yetirə bilmir, Sumqayıt Apellyasiya Məhkəməsinin MK mübahisəli evin 05.06.1947-ci ildə 2789 saylı alqı-satqı müqaviləsi əsasında mərhum atası X50 oglu tərəfindən əldə edilməsini, ölən günə kimi bu evdə yaşamasını qəbul etmişdir, lakin bu müqavilənin mövcudluğu evin atanın mülkiyyətində olmasını təsdiq etməməsi səbəbindən mirasın kütləsinə daxil edilə bilməməsi nəticəsinə gəlmişdir. Bununla əlaqədar olaraq o, iki dəfə Xaçmaz şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin 5 saylı Ərazi İdarəsinə mübahisəli yaşayış evinin atası X16 adına hüquqi qeydiyyatdan keçirilməsinə dair ərizə ilə müraciət etməyinə baxmayaraq ona bu günə qədər cavab verilməmişdir. Sumqayıt İnzibati İqtisadi Məhkəməsində cavbadeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq 05.06.1947-ci ildə 2789 saylı alqı-satqı müqaviləsi əsasında mərhum atası X29 tərəfindən əldə edilmiş Quba şəhəri, Qasımov küçəsi, 31 sayı fərdi yaşayış evinin onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması vəzifəsinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə mübahisələri davam edən zaman, yəni 14.09.2017-ci il tarixdə ona məlum oldu ki, Cavabdeh4 heç bir hüquqi əsas olmadan, fərdi yaşayış evi haqqında mübahisə məhkəmələrdə baxılan zaman, cavabdeh DƏDRX 5 saylı Ərazi İdarəsinə nüraciət etmiş, onun müraciəti heç bir araşdırma aparılmadan və qeydə almaq üçün hüquqi əsas olmadan atasından miras qalmış və onun tərəfindən vərəsə kimi qəbul edilmiş Quba şəhəri,Y.Qasımov küçəsi 31 saylı evin bir hissəsinin həyətyanı torpaq sahəsinin 0.0528 ha, daşınmaz əmlakın 181.3 kv.metr hissəsini mərhum qardaşı X8, oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına **********21-10301 saylı reystr nömrəsi, ********** savlı qeydiyyat nömrəsi ilə 05.03.2016-cı ildə hüquqi qeydiyyatdan keçirmişdir. 7483 saylı invertar nömrəsi ilə 05.03.2016-cı il tarixdə texniki pasport tərtib edilmiş, həmin texniki pasportda evin tam mülkiyyətçisi X17, torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləri; Cavabdeh4, X30, Cavabdeh3 Abutalıb oğlu göstərilmişdir. Bu sənədlər rayon məhkəməsində, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-da və Ali Məhkəmənin MK-da onların tərəfindən verilmiş şikayət və etirazlarda göstərlilməmişdir. Yalnız Ali Məhkəmənin MK-da işə baxılan zaman ona məlumat verilmədən işə əlavə edilmişdir. Onun bu sənədlərdən heç bir məlumatı olmamışdır. 14.09.2017-ci il tarixdə keçmiş mülki işdən bəzi sənədlərin surətini çıxaran zaman bu sənədlərdən məlumatı olmuşdur. Quba Rayon Məhkəməsinin 27.04.2016-cı il tarixli qətnaməsi ilə onun cavabdehlər Cavabdeh4 Heybər qızına və Quba rayon DNK-na qarşı torpaq sahəsinə və yaşayış evinə vərəsəlik hüququnun tanınması, həmin miras əmlakın onun mülkiyyətinə verilməsi və bu hüquqa dair reyestrdən çıxarışın verilməsi DƏDRX 5 saylı Ərazi İdarəsinə tapşırılması tələbi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nin 08 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 Heybər qızının apellyasiya şikayəti təmin edilmiş, Quba rayon məhkəməsinin 27.04.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 may 2016-cı il tarixli qərarı ilə onun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 08 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilməmişdir. Quba Rayon Məhkəməsinin qətnaməsi ilə onun cavabdeh Quba rayon notariat kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi”nə dair tələbi qismən təmin olunmuş, ünvan 6 ünvanda yerləşən, ümumi sahəsi 167.7 kv.metr olan, 7 otaq, 1 dəhliz və 1 aynabənddən ibarət olan yaşayış evi üzrə mirasın tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 08 dekabr 2016-ci il tarixli qətnaməsi ilə Cavabdeh4 və L.M.Sultanovamm nümayəndəsi və vəkili X23 apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 27.04.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, onun cavabdeh Quba rayon notariat kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 may 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nm 08 dekabr 2016-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdehlər tərəfindən həmin ünvanda başqa nömrə ilə (yəni 31) qanunsuz verilmiş texniki pasport və çixarışı əldə edilməsini görən zaman cavabdehin ona və məhkəməyə cavab verilməməsinin səbəbi ona aydın olmuşdur. Cavabdehlər qabaqcadan əlbir olub birləşərək, mərhum atasından miras qalmış fərdi yaşayış evinin və bu evin yerləşdiyi torpaq sahəsinin yarıdan çox hissəsi saxta sənədlər əsasında heç bir hüquq müəyyən edən sənəd olmadan öz adlarına hüquqi qeydiyyadan keçirmişlər. Bu zaman onunla 2015-ci ildən məhkəmələrdə mübahisə edən cavabdehlərdən heç bir hüquq müəyyən edən sənədlər tələb etməmişlər. Cavabdeh idarənin vəzifəli şəxsləri bu şəxslər ilə qabaqcadan cinayət əlaqəsinə girərək saxta sənədlər əsasında mərhum atasından miras qalmış fərdi yaşayış evinə hüquqları qeydə alaraq cinayət törətmişlər. Mərhum atası X18 miras qalmış Quba şəhəri, Y.Qasımov küçə saylı evin saxta sənədlər əsasında qanunsuz qeydə alınmış hüquqlara dair sənədlər məhkəmə tərəfindən etibarsız hesab olunaraq ləğv edilməlidir. İddiaçı iddia tələbini dəqiqləşdirərək ünvan 1 saylı evin mərhum atası X14 mülkiyyət hüququnun müəyyən edilməsi, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında hüquqlarının dövlət reyestrində qeydə alınması, mərhum atası X13 miras qalmış bütün əmlakın, o, cümlədən ünvan 1 (33) saylı fərdi yaşayış evinin tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən ediməsi, ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 05.03.2016-cı il tarixdə X9 adına verilmiş X8 adına verilmiş **********21-10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın, Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh4 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin qismən, Quba şəhəri, Y.Qasımov küçəsi 31 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X11 çatan hissəsindən” ləğv edilməsi, Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış oğlu Cavabdeh3 Abutalıb oğluna ümumi əmlakın ¼ hissəsinə, X20 ümumi əmlakın ¼ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamələrin qismən, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X12 çatan hissəsindən” ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən Quba şəhəri, Y.Qasımov küçəsi 31 saylı evin X8, onun oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına “Torpağın mülkiyyətə verilməsinə» dair JN-1997A,KOD 30301004 saylı şəhadətnamənin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində 37 saylı reyestr kitabının 55 saylı vərəqində qeydiyyata alınmış **********21-10301 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə 05.03.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehin saxtakarlıq etmiş vəzifəli şəxsləri haqqında xüsusi qərardad çıxararaq araşdırılması üçün Quba rayon prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-881/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X43 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-881/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 Abutalıb apelyasiya şikayətinin dəllillərini qəbul etməyərək təmin edilməməsini Xaçmaz Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 2(067)-881/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin və Quba regional «Asan xidmət» mərkəzini nümayəndəsi, Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı Quba şəhəri, Y.Qasımov küçəsi 31 saylı evin mərhum atası X14 mülkiyyət hüququnun müəyyən edilməsi, notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında hüquqlarının dövlət reyestrində qeydə alınması, mərhum atası X13 miras qalmış bütün əmlakın, o, cümlədən Quba şəhəri, Y.Qasımov küçəsi 31 (33) saylı fərdi yaşayış evinin tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, 05.03.2016cı il tarixdə X9 adına verilmiş X8 adına verilmiş **********21- 10301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın, Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş, 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh4 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin qismən, Quba şəhəri, Y.Qasımov küçəsi 31 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X11 çatan hissəsindən” ləğv edilməsi, Quba regional “Asan xidmət” mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış oğlu Cavabdeh3 Abutalıb oğluna ümumi əmlakın ¼ hissəsinə, X20 ümumi əmlakın ¼ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamələrin qismən, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 181.3 kv.m olan daşınmaz əmlak, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0.0528 ha olan torpaq sahəsi X12 çatan hissəsindən” ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən Quba şəhəri, Y.Qasımov küçəsi 31 saylı evin X8, onun oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına “Torpağın mülkiyyətə verilməsinə» dair JN-1997A, KOD 30301004 saylı şəhadətnamənin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində 37 saylı reyestr kitabının 55 saylı vərəqində qeydiyyata alınmış **********21-10301 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə 05.03.2016-cı il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş edir. Quba şəhəri, Y.Qasımov küç. yerləşən 33 saylı fərdi yaşayış evi 05.06.1947-ci il tarixli 2789 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən L.T.Sultanov tərəfindən alınmış, lakin onun həmin əmlaka dair mülkiyyət hüququ qeydə alınmamışdır. Bundan başqa iş materiallarından görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi texniki inventarlaşmanın mərkəzi bürosu tərəfindən tərtib edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 1987-ci il tarixli Pasportdan görünür ki, ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 251,4 kv.metr olan evə və həmin evin yerləşdiyi 278,4 kv.metr tikinti altı, habelə 778.6 kv.metr həyətyanı torpaq sahəsi X5 adına 3385 inventar nömrəsi ilə qeydə alınmışdır. Müəyyən edidlmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-167/2015 saylı, 07 aprel 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, X13 və X3 miras qalmış ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 251,4 kv.metr olan evə və həmin evin yerləşdiyi 278,4 kv.metr tikinti altı və 778,6 kv.metr həyətyanı torpaq sahəsinə payları bərabər olmaqla, 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh4 və 1/3 hissəsinə X7 qanun üzrə vərəsəliyə dair mülkiyyət hüquqlarının müəyyən olunması qət olunmuş, qətnamənin qanuni qüvvəyə mindikdən sonra miras qalmış ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 251,4 kv.metr olan ev və həmin evin yerləşdiyi 278, 4 kv metr tikinti altı, habelə 778,6 kv.metr həyətyanı torpaq sahəsinə müəyyən olunmuş paylar üzrə vərəsələrin adına dövlət qeydiyyatına alınması üçün əsas olması qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Sumqayt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)1858/2015 saylı, 08.12.2015-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 2(027)-167/2015 saylı, 07 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2016-cı il tarixli Qərarı ilə Sumqayt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08.12.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı 05.07.1968-ci ildə Quba şəhərində vəfat etmiş atası X31, 10.11.1987-ci ildə vəfat etmiş anası X4 miras qalmış bütün əmlakların, o cümlədən onlara məxsus olan ünvan 9 ünvanda yerləşən, ümumi sahəsi 167,67 kv.metr olan, 7 otaq, 1 dəhliz və 1 aynabənddən ibarət olan yaşayış evinin faktiki idarəçiliyə qəbul etməklə qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)824/2016 saylı, 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, ünvan 10 ünvanda yerləşən, ümumi sahəsi 167,7 kv.metr olan, 7 otaq, 1 dəhliz və 1 aynabənddən ibarət olan yaşayış evi üzrə İddiaçı mirası qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Sumqayt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24.10.2016-cı il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi qət edilmişdir. Qeyd edilən qətnamə və qərarların surətindən müəyyən edilir ki, məhkəmələr belə nəticəyə gəlmişlər ki, mübahisəli yaşayış evinin və torpaq sahəsinin iddiaçının atası X14 və anası X6 mülkiyyətində olmasını təsdiq edən hüquq müəyyənedici sənədlər iş materiallarında mövcud deyildir, iddiaçının mübahisəli evə dair tərtib olunmuş texniki pasporta istinad etməsi əsassızdır, belə ki, bu sənəd həmin əmlakın X5 mülkiyyətində olmasını təsdiq edən sənəd hesab oluna bilməz. 05.06.1947-ci il tarixli, 2789 saylı alqısatqı müqaviləsi bu miras əmlakın X14 mülkiyyətində olmasını təsdiq etmir, sadəcə onun üzərində sonuncunun sərəncam vermək hüququnu deyil, sahiblik və istifadə hüququnu təsdiq edir. Eləcə də həmin qərarlardan müəyyən olunur ki, X14 və ya X5 vərəsələrinin notariat orqanına valideynlərindən miras qalmış əmlakı qəbul etmək barədə qanunla nəzərdə tutulmuş müddətdə ərizə vermələri iş materiallarından görünmür. İş materiallarından İddiaçı və Sultanov Abutalıbın valideynlərindən miras qalmış əmlakı onların vəfatından 6 ay ərzində vaxtında qəbul etmələri görünmür. Bununla belə həmin ötürülmüş müddətin uzadılması barədə tələb də irəli sürülməmişdir. Müəyyən edilmişdir ki, qeyd edilən qərarlar hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya instansiyasının göstərişinə əsasən tərəflərin izahatı ilə müəyyən etmişdir ki, mübahisəli ev 33 saylıdır. Yəni iddia olunan mübahisəli ev 31 və 33 saylı evlərdən ibarət deyil, sadəcə olaraq evin iki giriş qapısı mövcud olmuşdur. Bundan başqa kassasiya instansiyasının qərarında qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi və digər tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsini göstərsə də, işin hallarını tam araşdırmamış, iş materiallarında olan məhkəmə qətnamələrinin məzmununda göstərilən bəzi diqqətəlayiq, mühüm məqamləra və iddiaçının tələblərin bəzilərinin inzibati məhkəmə aidiyyəti olmasına diqqət yetirməmiş, yalnız ümumi ifadələr əsasında göstərilən nəticələrə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qeyd edilən dəlili ilə əlaqədar qeyd edir ki, iş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 14.02.2019-cu il tarixli, 2(067)-881/2019 saylı qərardadına əsasən mülki və iqtisadi tələblərin bir icraatda mümkünsüzlüyü səbəbindən İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi, Quba regional «Asan xidmət» MƏRKƏZİ, X19 və Cavabdeh4 Heydər qızına qarşı çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 06 may 2019cu il tarixli, 2(105)-2331/2019 saylı qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 14.02.2019-cu il tarixli, 2(067)-881/2019 saylı qərardadı ləğv edilmiş, mülki işə mahiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Halhazırda həmin qərardad qüvvədədir. Bundan başqa kassasiya instansiyası məhkəməsinin qərarında eləcə də qeyd olunmuşdur ki, işin materiallarından görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti 5 saylı Ərazi İdarəsi tərəfindən Quba şəhəri, Y.Qasımov küçəsi 31 saylı evin X8, onun oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına “Torpağın mülkiyyətə verilməsinə» dair JN-1997A,KOD 30301004 saylı şəhadətnaməsi verilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən şəhadətnamə ilə verilən torpaq sahəsinin iddiaçının miras əmlak olmasını iddia etdiyi torpaq sahəsinə hansı hüquqi aidiyyətının olub-olmamasını, 30.10.2011-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Cavabdeh4 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə verilmiş 12.06.2018-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinin qanuni əsaslarını araşdırmamış və hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, X8, onun oğlu X15 və həyat yoldaşı Cavabdeh4 adına “Torpağın mülkiyyətə verilməsinə» dair JN-1997A,KOD 30301004 saylı şəhadətnaməsinin verilməsinə əsas Quba Rayon Aqrar İslahat Komissiyasının 06 may 2000-ci il tarixli, 05 saylı Qərarıdır. Həmin Qərar hazırda qüvvədədir, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Aqrar islahat komissiyasının qərarı qüvvədə olduğu halda onun əsasında verilmiş sənədlərin mübahisələndirilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 01 sentyabr 2000-cii ilədək qüvvədə olan 11 sentyabr 1964-cü il tarixli Qanuna əsasən təsdiq edilmiş (01.03.1965-cü ildən qüvvəyə minmiş) Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməmişsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum edilmişlərlə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmişdir. vərəsə ,miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Eləcə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər (1248.1). Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bununla da iş materiallarından müəyyən edilir ki, iddiaçının atası 05 iyul 1968-ci ildə, anası isə 10 noyabr 1987-ci ildə ildə vəfat etməsinə baxmayaraq iddiaçı qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməklə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Beləliklə tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı atası 05 iyul 1968-ci ildə, anası isə 10 noyabr 1987-ci ildə vəfat etmişlər. Onların ölümündən sonra hal-hazıra kimi İddiaçı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməmişdir. Həmçinin iddiaçı iddia tələbləri barədə məhkəməyə heç bir mötəbər sübut və sənəd təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2.-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianın təmin edilməməsinə dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, apelyant şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa onun qeyd etdiyi dəlillər məhkəmə tərəfindən arşdırılaraq qətnamədə qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-881/2019 saylı, 06.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar