Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1063/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(027)-189/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(027)-189/2019 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evi üzərində payların bərabər şəkildə müəyyən edilməsi, payların naturada ayrılması” barədə iddiası təmin edilərək, DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx xxxx 2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin naturada bölgüsünün mümkün hesab edilib, texniki pasport üzrə zirzəmidə yerləşən 1 saylı və 2a saylı tikililər, evin birinci mərtəbəsində yerləşən 7 saylı tikili tərəflərin ümumi istifadəsində saxlanması, evin bir hissəsi, yəni texniki pasport üzrə 2, 6, 8, 11 saylı tikililərin iddiaçının, digər hissəsinin, yəni texniki pasport üzrə 3, 4, 5, 8a, 9, 10 saylı tikililərin cavabdehin istifadəsinə ayrılması ilə təcrid mənzil şəklində naturada bölünməsi, 2 və 8 saylı tikililərin daxilində arakəsmələr quraşdırılması, 2 saylı tikilinin daxilində quraşdırılmalı arakəsmə üzərində keçid qapısı açılması, 8 və 9 saylı tikililər arasında mövcud pəncərələr bağlanması; cavabdehin sərəncamına düşən 1-ci mənzilin ümumi sahəsi 86,16 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr, yardımçı sahəsi 45,06 kv.metr, iddiaçının sərəncamına düşən 2-ci mənzilin ümumi sahəsi 80,3 kv.metr, yaşayış sahəsi 48,3 kv.metr, yardımçı sahəsi 32,0 kv.metr, tərəflərin ümumi istifadəsində qalan tikililərin ümumi sahəsinin isə 21,1 kv.metr müəyyən edilərək iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pulun tərəflərin hər birindən 50 manat olmaqla tutularaq Dövlət xəzinədarlığı Agentliyinin (Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Quba Rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(027)-189/2019 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)- 1851/2020 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilib, Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(027)-189/2019 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı X4 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan yaşayış evinə payların müəyyən edilərək naturada bölünməsinə dair iddia tələbinin rədd edilməsi, iddiaçı X2 ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)- 1851/2020 saylı qərardadı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1851/2020 saylı qətnaməsinin giriş, təsviri və nəticə hissələrində olan yalnışlıq düzəldilmiş “iddiaçı X6” “İddiaçı” kimi oxunması qərara alınmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-5447/2020 saylı qərarı ilə İddiaçı kasasiya şikayəti təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-1851/2020 saylı qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, yaşadıqları ünvan 2 ünvanındakı yaşayış evi və torpaq sahəsi onun və cavabdehin birgə mülkiyyətlərindədir. Həmin yaşayış evindən və torpaq sahəsindən paylar naturada müəyyən olunmadığından o, payına düşən hissəni təmir etdirə, eləcədə sərbəst istifadə edə bilmir. Cavabdeh isə bölgünün aparılmasına könüllü razılıq vermir. Evin təmirə ehtiyacı olsa da, onunla maraqlanmır, uzun illərdir ki, evə gəlib-getmir. Buna görə də qeyd olunan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx xxxx 2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun və cavabdehin ümumi birgə mülkiyyətində olan Quba şəhəri, Hikmət Hüseynov küçəsi, dalan 1, ev 10 ünvanındakı 0,0196 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli, zirzəmili, ümumi sahəsi 96,4 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr və yardımçı sahəsi 55,3 kv.metr olan yaşayış evi üzrə paylarının bərabər şəkildə müəyyən edilərək, naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx xxxx 2014cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun və cavabdehin ümumi birgə mülkiyyətində olan Quba şəhəri, Hikmət Hüseynov küçəsi, dalan 1, ev 10 ünvanında yerləşən bir mərtəbəli, zirzəmili, ümumi sahəsi 96,4 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr və yardımçı sahəsi 55,3 kv.metr olan yaşayış evi üzrə paylarının bərabər şəkildə müəyyən edilərək, naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Quba Rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 125, 129-cu maddələrinin və Azərbaycan Respublikası MPM-nin 88, 217.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X5 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx xxxx 2014-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində ünvan 1 ünvanda fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi əsas göstəricilərinə əsasən 1 mərtəbəli olub, 96,4 kv.metr ümumi sahədən, 41,1 kv.metr yaşayış sahəsindən, 55,3 kv.metr yardımçı sahədən və 2 yaşayış otağından ibarətdir. Bununla əlaqədar texniki pasport tərtib edilmişdir. Hazırda iddiaçı, sözügedən evin cavabdehlə ümumi birgə mülkiyyətlərində olduğunu, həmin evdən payları müəyyən olunmaqla naturada ayrılmadığından, öz payına düşən hissəni təmir etdirə və oradan sərbəs şəkildə istifadə edə bilmədiyini, evin naturada bölünməsinə cavabdehin könüllü razılıq vermədiyini göstərib, evdən cavabdehlə paylarının bərabər şəkildə müəyyən edilməklə, paylarının naturada ayrılmasını iddia edir. Cavabdeh isə, iddiaçının təqdim etdiyi variant üzrə bölgünün aparılması ilə razı olmadığını, qeyd olunan bölgü üzrə onun üzərinə əlavə vəzifələr qoyulduğunu, eyni zamanda xəstə, İ qrup əlil olmaqla evdə ekspert rəyində göstərilən qaydada bölgü aparmağa maddi imkanının olmadığını göstərib iddiaya etiraz edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, sözügedən evin texniki vəziyyətini, planlı yerləşməsini, evin otaqlarının iç-içə olmasını, eləcə də bir yardımçı tikilidən (sanitar qovşağı, mətbəxdən) ibarət olmasını nəzərə alaraq evin texniki cəhətdən bölünməsi mümkün deyil. Lakin həmin Mərkəzin xx xxx 2019-cu il tarixli digər ekspert rəyindən görünür ki, tərəflərin ümumi birgə mülkiyyətində olan sözügedən fərdi yaşayış evinin onlar arasında qarşılıqlı razılaşmaya əsasən evin müəyyən hissəsinin, yəni texniki pasport üzrə zirzəmidə yerləşən 1 və 2 “a” saylı tikililərin, evin 1-ci mərtəbəsində yerləşən 7 saylı tikilinin tərəflərin ümumi istifadəsində saxlanması şərti ilə evin bir hissəsinin, yəni texniki pasport üzrə 2, 6, 8, 11 saylı tikililərin iddiaçının, digər hissəsinin, yəni texniki pasport üzrə 3, 4, 5, 8 “a”, 9, 10 saylı tikililərin cavabdehin istifadəsinə ayrılması ilə, təcrid mənzillər şəklində naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün, tədqiq olunan fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 2 və 8 saylı tikililərin daxilində arakəsmələr quraşdırılmalı, 2 saylı tikilinin daxilində quraşdırılmalı arakəsmə üzərində keçid qapısı açılmalı, 8 və 9 saylı tikililər arasında mövcud pəncərələr bağlanmalıdır. Yuxarıda göstərilən bölgü nəticəsində tərəflərdən birinin, yəni cavabdehin sərəncamına düşən 1-ci mənzilin ümumi sahəsi 86,16 kv.metr, o cümlədən yaşayış sahəsi 41,1 kv.metr, yardımçı sahəsi 45,06 kv.metr, tərəflərdən digərinin, yəni iddiaçının sərəncamına düşən 2-ci mənzilin ümumi sahəsi 80,3 kv.metr, o cümlədən yaşayış sahəsi 48,3 kv.metr, yardımçı sahəsi 32,0 kv.metr təşkil edir. Tərəflərin ümumi istifadəsində qalan tikililərin ümumi sahəsi 21,1 kv.metr təşkil edir. Mülki qanunvericiliyə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülikyyət hüququ əsasında mənsub ola bilər. Eyni zamanda əşya ümumi mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdərilməklə paylı mülkiyyətlərində, və ya belə paylar müəyyənləşdirilmədən birgə mülkiyyətlərində ola bilər. Birgə mülkiyyət iştiraçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (Mülki Məcəllənin 213.1, 213.2, 213.5-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məcəllənin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddənin mənasına görə, payın naturada ayrılmasına dair iddia tələbi məhkəmə qaydasında o, vaxt təmin oluna bilər ki, payın naturada ayrılmasına yol verilsin və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olsun. Hazırki halda, ilk ekspert rəyində mübahisəli evin tərəflərin paylarına uyğun olaraq texniki cəhətdən bölünməsinin qeyri-mümkünlüyü qeyd edilsə də, təkrar ekspert rəyində həmin evin onlar arasında təcrid mənzillər şəklində naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Tərəflərin mübahisəli evdə paylarının naturada ayrılmasına yol verilməsi və bunun ümumi mülkiyyətdə olan həmin evə tənasübsüz zərər vurmadan mümkün olması, həmçinin iddiaçının iddia etdiyi bölgü üzrə cavabdehin üzərinə hər hansı əlavə vəzifələrin qoyulması mülki iş materilları ilə istisna edilmədiyindən, sonuncunun xəstə, İ qrup əlil olmaqla maddi imkana malik olmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki iddia ərizəsindən, kasasiya şikayətnin dəlillərindən, o cümlədən təkrar ekspert rəyindən görünür ki, sözügedən evdən tərəflərə çatan payların naturada ayrılması texniki cəhətdən mümkündür və bunun üçün tələb olunan xərcləri ödəməyi iddiaçı öz öhdəsinə götürüb. Ümumiyyətlə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia etdiyi bölgü üzrə cavabdehin üzərinə hər hansı əlavə vəzifə qoyulmayıb. Bundan başqa iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli Çıxarışdan görünür ki, iddiaçı tərəfindən mübahisəli evdə artıq tərəflərin paylarına uyğun olaraq naturada bölgü aparılıb və ümumi birgə mülkiyyətdə olan 0,0196 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 89,40 kv.metr ümumi sahəsinin 42,1 kv.metr, yaşayış sahəsinin 42,1 kv.metr hissəsi paylı mülkiyyət hüququ üzrə iddiaçının, ümumi sahənin 47,3 kv.metr, yaşayış sahəsinin 41,1 kv.metr hissəsi isə paylı mülkiyyət hüququ üzrə cavabdehin adına qeydə alınıb və bölgü nəticəsində cavabdehə daha çox sahə düşüb. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin naturada bölgüsü mümkündür. Ona görə də, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi texniki pasport üzrə zirzəmidə yerləşən 1 saylı və 2a saylı tikililərin, evin birinci mərtəbəsində yerləşən 7 saylı tikilinin tərəflərin ümumi istifadəsində saxlanması şərtilə, evin bir hissəsi, yəni texniki pasport üzrə 2, 6, 8, 11 saylı tikililərin iddiaçının, digər hissəsinin, yəni texniki pasport üzrə 3, 4, 5, 8a, 9, 10 saylı tikililərin cavabdehin istifadəsinə ayrılması ilə təcrid mənzil şəklində naturada bölünməli, 2 və 8 saylı tikililərin daxilində arakəsmələr quraşdırılmalı, 2 saylı tikilinin daxilində quraşdırılmalı arakəsmə üzərində keçid qapısı açılmalı, 8 və 9 saylı tikililər arasında mövcud pəncərələr bağlanmalı, cavabdehin sərəncamına düşən 1-ci mənzilin ümumi sahəsi 86,16 kv.metr, yaşayış sahəsi 41,1 kv.metr, yardımçı sahəsi 45,06 kv.metr, iddiaçının sərəncamına düşən 2-ci mənzilin ümumi sahəsi 80,3 kv.metr, yaşayış sahəsi 48,3 kv.metr, yardımçı sahəsi 32,0 kv.metr, tərəflərin ümumi istifadəsində qalan tikililərin ümumi sahəsi isə 21,1 kv.metr müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh veridiyi apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(027)-189/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1063/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1063/2021
07.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver