Məhkəmə qərarları › İş №2(105)-1068/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1068/2023

13.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1068/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətə edilən qəsdə son qoyulması, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinədən istifadəyə edilən maneçiliklərə son qoyulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı nümayəndə və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə Qusar Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(029)-114/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu, Gedəzeyxur kəndində yerləşən, Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 may 2021-ci il tarixli, 2-1(118)-l50/2021 saylı qərarı xüsusi mülkiyyət hüququ üzrə onun adına dövlət qeydiyyatına alınmalı olan 0.125 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması, həmin şəxs tərəfindən həmin torpaq sahəsinə edilən hər bir müdaxiləyə son qoyulması, bu cür hərəkətlərin edilməsinin, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən torpaq sahəsində müayinə işlərinin aparılmasına edilən maneçiliklərin həmin şəxsə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü ildə Qusar rayonu, Gedəzeyxur kəndində anadan olmuş və indiyədək həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. 1979-cu ildə həmin kənddə onun tərəfindən fərdi yaşayış evi inşa edilmiş və kənd üzrə təsərrüfatbaşına kitablarda bu barədə müvafiq qeydiyyat aparılmışdır. Həmin fərdi yaşayış evi onun təsərrüfatının şəxsi mülkiyyətində, yerləşdiyi torpaq sahəsi isə qanuni istifadəsində olmuşdur. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınması üçün qeydiyyat orqanı olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və oradan ona bildirmişlər ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi həmin idarənin elektron baza kadastr məlumat bazasına əsasən JN-450 saylı kod 30107018 «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» ilə digər şəxslərin adına qeydə alınmışdır. Bu səbəbdən də onun qeydiyyatla bağlı müraciətindən imtina olunmuş və bu barədə xx.xx.2016-cı il tarixli məktub verilmişdir. Bu səbəbdən də o, məhkəmədə iddia qaldırmış və Qusar Rayon Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli, 2(029)-1579/2016 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Qusar rayonu, Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinə dair X1, Cavabdeh, X5 (Samiddin) qızının, X3 (Samiddin) qızının, X7 (Samiddin) qızının və X8 (Samiddin) qızının adlarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş kod 30107018 CN-450F saylı 17 avqust 2005-ci il tarixli Şəhadətnamə ləğv edilmişdir. Qusar Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən də kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə həmin qətnamə də qüvvədə saxlanılmışdır. Bundan sonra o, həmin 0.24 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ üzrə öz adına qeydiyyata alınması və adına müvafiq Çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə tərəfindən yenidən imtina olunmuşdur. Bu səbəbdən də həmin idarəyə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 05 may 2021-ci il tarixli, 2-1(118)-150/2021 saylı qərarı ilə iddia təmin edilərək Qusar rayon Orconokidze adına sovxozun direktorunun 12 may 1978-ci il tarixli əmri ilə ona ayrılmış Qusar rayonu, Gedəzeyxur kəndində yerləşən 0.125 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-150/2021 saylı qərardadı ilə 0.24 ha torpaq sahəsinin 0.115 ha hissəsinə dair hissədə onun iddiası mümkünsüz sayılmışdır. Həmin qərardan narazı qalan ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qərardan apellyasiya şikayəti verilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-46/2022 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-150/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2-1 (102)-847/2022 saylı qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-46/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bununla da Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-150/2021 saylı qərarı qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hal-hazırda isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən 0.125 ha torpaq sahəsinə dair ölçü işlərinin aparılmasına, müvafiq texniki sənədlərin tərtib edilməsinə və onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına Cavabdeh maneçilik törədir, torpaq sahəsinə qanunsuz olaraq sahiblənməklə oradan istifadə edir. Bu səbəbdən də torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına çıxarışın, o cümlədən plan və ölçü sənədinin verilməsi mümkün olmamış, qeydiyyat orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********47 saylı məktub verilmişdir. Cavabdeh həm onun mülkiyyətinə qəsd edərək orada hər hansı işlərin görülməsinə maneçilik törədir, həm də torpaq sahəsinə qanunsuz sahiblənməklə ondan istifadə edir. Bunun nəticəsi olaraq o, hazırda həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, Cavabdeh zəbt etdiyi ona məxsus 0.125 hektar torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən onun qanuni sahibliyinə qaytarılmalıdır. Həmçinin həmin şəxs tərəfindən ona məxsus torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə, maneçiliklərə, o cümlədən qeydiyyat orqanı tərəfindən müvafiq sənədlərin tərtib olunması məqsədi ilə torpaq sahəsində müayinə işlərinin aparılmasına edilən maneçiliyə son qoyulmalı, bu cür hərəkətlərin edilməsi həmin şəxsə qadağan edilməlidir. Cavabdeh məhkəməyə iddiaya qarşı etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Qusar Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(029)-114/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Qusar rayonu, Gedəzeyxur kəndində yerləşən, Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 may 2021-ci il tarixli, 2- 1(118)-l50/2021 saylı qərarı ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına dövlət qeydiyyatına alınmalı olan 0.125 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin İddiaçı oğlunun qanuni sahibliyinə və istifadəsinə qaytarılması, Cavabdeh tərəfindən Qusar rayonu, Gedəzeyxur kəndində yerləşən, Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 may 2021-ci il tarixli, 2-1(118)-l50/2021 saylı qərarı ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına dövlət qeydiyyatına alınmalı olan 0.125 ha torpaq sahəsinə edilən hər bir müdaxiləyə son qoyulması, bu cür hərəkətlərin edilməsi, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən torpaq sahəsində müayinə işlərinin aparılmasına edilən maneçiliklərin Cavabdeh qadağan edilməsi qət edilmişdir (hakim Əli Cəlilov). Birinci instansiya məhkəməsi Azərğaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 157.4 maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə istinad edərək iddianı təmin etmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(029)-114/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Cavabdeh qzı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsasız hesab edir. Belə ki, İddiaçı tərəfindən ona və ailə üzvlərinə qarşı 2016-cı ilin noyabr ayında Qusar Rayon Məhkəməsində torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia qaldırmış, məhkəməyə həqiqətə uyğun olmayan arayışları və dəlilləri təqdim edərək öz iddiasını qismən təmin etdirmiş və onların adına Qusar rayon AİK tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 6/9 saylı qərarı ilə verilən 450F nömrəli, kod 30107018, xx.xx.2005-ci il tarixli şəhadətnamə ləğv olunmuşdur. Bununla əlaqədar olaraq apellyasiya məhkəməsinə və Ali Məhkəməyə şikayətlə müraciət etsələr də Qusar Rayon Məhkəməsinin qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişilmədən saxlanılmışdır. Apellyasiya və kassasiya şikayətlərinə əlavə olaraq bildirir ki, İddiaçı tərəfindən onlara və öz anası X.Qazıyevaya qarşı iddiası əsassız olmuş, iddia Sovet İttifaqı dövründəki sovxoz direktorunun əmrinə əsaslandırılmışdır. O vaxtki qüvvədə olmuş qanuna əsasən torpaq yalnız dövlətin mülkiyyətində olmuşdur. Torpaq sahəsinin alğı-satqısı və yaxud bağışlanması qanunla qadağan olunmuş və yalnız torpaq sahəsi vətəndaşların istifadəsinə verilmişdir. Bu işdə yalnız sovxoz direktorun tərəfindən xx.xx.1978-ci il tarixdə əmr verilməsinə dair arayış vardır. Qeyd edilən əmrdə göstərilmişdir ki, İddiaçı atası Nəsrəd Qazıyevin ərizəsinə görə atasının təsərrüfatından 0,12.5 ha torpaq sahəsi verilmiş, Nəsrəd Qazıyevdə isə 0,15 ha torpaq sahəsi qalmışdır. Lakin qeyd eilən işdə nə Nəsrəd Qazıyevin ərizəsi, nə də torpaq sahəsinin hansı tərəfinin İddiaçı verilməsinə dair akt və yaxud başqa sənəd mövcud deyildir. Bundan başqa göstərilən mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin İddiaçı adına olmasına dair heç bir sənəd alınmamış və hər hansı dövlət orqanların tərəfindən onun adına heç bir sənəd tərtib olunmamışdır. Sovxoz direktorunun isə heç bir aidiyyatı olmayan həyətyanı torpaq sahəsini bölüşdürməyə və yaxud həyətyanı torpaqdan hər hansı ölçüdə torpaq sahəsini götürüb başqa şəxslərə verməyə səlahiyyəti olmamışdır. Ona görə də sovxoz direktorunun əmri qanunsuzdur və leqitim deyildir. Həyətyanı torpaq sahəsinin bölüşdürməsini və yaxud o torpaqdan bir hissənin başqa şəxsə verilməsini notarial qaydada, və ya məhkəmənin qərarı ilə bütün təsərrüfat üzvlərinin razılığı ilə həyata keçirməli idilər. Qeyd edir ki, yuxarıda qeyd edilən mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi heç vaxt İddiaçı qanuni və yaxud qanunsuz istifadəsində olmamışdır. Bununla bağlı ərazi bələdiyyəsinin və icra hakimiyyəti nümayəndəliyinin kitablarında İddiaçı adına heç bir qeydiyyat aparılmamışdır. Həmin torpaq sahəsinin aylıq vergilərini bu günə kimi o ödəyib. Qusar Rayon Məhkəməsi iddiaçının tələb etdiyi torpaq sahəsinin iddiaçıya, yaxud ona məxsus olub-olmadığını müəyyən etməyə borclu idi. Qusar Rayon Məhkəməsi iddia tələbinin hüquqi əsasını, iddiaçının ona qarşı hər hansı tələb hüququnun mövcud olubolmadığını, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların hər hansı sübutla təsdiq olunub-olunmadığını dəqiq müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüququ normalarının tələblərini pozmuş, nəticədə isə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2016-cı ildə onlara məxsus şəhadətnamə məhkəmə qaydasında ləğv edilib. Bu ləğv belə əsaslandırılıb ki, Qusar Rayon Aqrar İslahat Komissiyasında onların sənədləri yoxdur, şəhadətnamənin əsası yoxdur, vergilər onların tərəfindən yox, İddiaçı tərəfindən ödənilib. Bildirir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər həqiqətə uyğun olmayan sənədlərdir. Bütün vergilər onların tərəfindən ödənilib. İddiaçının 27 sot torpaq sahəsi var, sahəsinə çıxarışı da var. Heç vaxt onların torpaq sahəsinə gəlibgetməyib. Torpaqlar islahatdan əvvəl onlarda olub, iddiaçının valideynlərinə o baxıb, həmin sahədə yaşayıb və ölüblər. 1984-cü ildə nikaha daxil olub, torpaq sahəsi həmin vaxtda da onlara məxsus idi. İddiaçı ilə torpaq sahələri üst-üstə düşmür, arada hasar var. Vergi ödəyib, torpağı əkib becəriblər. Şəhadətnamələri də ayrıdır. İddiaçı onun qaynıdır. İddiaçı torpaq sahəsində heç bir iş görməyib. Ata evinin altında yerləşən 12 sot torpaq sahəsi iddiaçıya ayrılıb. 15 sot hissəni də özü zəbt edib və cəmi 27 sot torpaq sahəsi var. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(029)-114/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək və bildirdi ki, mübahisəli torpaq sahəsi qanunsuz olaraq cavabdehin adına rəsmiləşdirilib. Buna əsas olmuş şəhadətnamə məhkəmə qaydasında ləğv olunmuş, qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı yalnız həmin qüvvədə olan qətnamənin icrasını tələb edir. Qarşı tərəf məhkəmə qətnaməsinin icrasına maneə yaradır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(029)-114/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Kovensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarıı dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(029)-114/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 21(118)-150/2021 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı kod 30107018 JN-450F saylı, 17 avqust 2005-ci il tarixli şəhadətnamədə göstərilən 0.24 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası torpaq sahəsinin 115 kv/m aid hissəsində mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2022-ci il tarixli, 2-1(105)-46/2022 saylı qərarının surətindən görünür ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(118)-150/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsininn İnzibati Kollegiyasının 17 may 2022-ci il tarixli, 2-1(102)847/2022 saylı qərarının surətindən görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-46/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri piblik hüquqi şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********47 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Qusar rayonu, Gedəzeyxur kəndi ərazisində yerləşən 0.125 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması işi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri piblik hüquqi şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmış, sənədlərin ekspertizası və müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyi torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün alınmamışdır. Qusar rayon Dövlət Arxivindən verilmiş xx.xx.2016-cı il tarixli, 204 saylı arxiv çıxarışından görünür ki, Orconokidze adına sovxozun direktoru Q.Qədimov tərəfindən verilmiş 12 may 1978-ci il tarixli, 59 saylı əmrə əsasən İddiaçı ərizəsinə görə 12/v-78 il tarixdən Qaziyev Nəsrəddin torpaq sahəsi 0.15 hektar saxlanılmışdır. Qaziyev Nəsrəddindən götürülmüş 0.125 hektar torpaq sahəsi Qaziyev Zeyvəddinə verilmişdir. Müəyyən olunmuşdur ki, Qusar Rayon Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli, 2(029)1579/2016 saylı qətnaməsi ilə İddiaçı oğlunun iddiası qismən təmin edilmiş, Qusar rayonu, Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinə dair X1, Cavabdeh, X5 (Samiddin) qızının, X3 (Samiddin) qızının, X7 (Samiddin) qızının və X8 (Samiddin) qızının adlarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş kod 30107018 CN-450F saylı, 17 avqust 2005-ci il tarixli Şəhadətnamə ləğv edilmişdir. Qusar Rayon Məhkəməsinin qətnaməsi apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Qazıyev X2 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə etibarsız hesab edilmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı qeydiyyat orqanına müraciət etmiş, müsbət cavab almadığından isə bu barədə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 05 may 2021-ci il tarixli, 2-1(118)-150/2021 saylı qərarı ilə iddia təmin edilərək Qusar rayon Orconokidze adına sovxozun direktorunun 12 may 1978ci il tarixli əmri ilə ona ayrılmış Qusar rayonu, Gedəzeyxur kəndində yerləşən 0.125 ha torpaq sahəsi üzrərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-150/2021 saylı qərardadı ilə 0.24 ha torpaq sahəsinin 0.115 ha hissəsinə dair hissədə İddiaçı oğlunun iddiası mümkünsüz sayılmışdır. Həmin qərardan narazı qalan ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qərardan apellyasiya şikayəti verilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(105)-46/2022 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2- 1(118)-150/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1 (102)-847/2022 saylı qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-46/2022 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bununla da Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-150/2021 saylı qərarı qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hal-hazırda isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən 0.125 ha torpaq sahəsinə dair ölçü işlərinin aparılmasına, müvafiq texniki sənədlərin tərtib edilməsinə və onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına Cavabdeh maneçilik törədir, torpaq sahəsinə qanunsuz olaraq sahiblənməklə oradan istifadə edir. Bu səbəbdən də torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına çıxarışın, o cümlədən plan və ölçü sənədinin verilməsi mümkün olmamışdır. Cavabdeh həm İddiaçı oğlunun mülkiyyətinə qəsd edərək orada hər hansı işlərin görülməsinə maneçilik törədir, həm də torpaq sahəsinə qanunsuz sahiblənməklə ondan istifadə edir. Bunun nəticəsi olaraq İddiaçı oğlunun həmin torpaq sahəsinə dair mülkiyyət kimi qiymətləndirilməli olan əmlak hüquqlarına əsassız müdaxilə baş vermiş, həmin şəxs hazırda həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Qusar rayonu, Gedəzeyxur kəndində yerləşən, Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 may 2021-ci il tarixli, 2-1(118)-l50/2021 saylı qərarı ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına dövlət qeydiyyatına alınmalı olan 0.125 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı, həmin torpaq sahəsi İddiaçı oğlunun qanuni sahibliyinə və istifadəsinə qaytarılmalı, Cavabdeh tərəfindən həmin torpaq sahəsinə edilən hər bir müdaxiləyə son qoyulmalı, bu cür hərəkətlərin edilməsi, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən torpaq sahəsində müayinə işlərinin aparılmasına edilən maneçiliklər Cavabdeh qadağan edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Müəyyən edilmişdir ki, Orconokidze adına sovxozun direktoru Q.Qədimov tərəfindən verilmiş 12 may 1978-ci il tarixli, 59 saylı əmrə əsasən İddiaçı ərizəsinə görə 12/v-78 il tarixdən Qaziyev Nəsrəddin torpaq sahəsi 0.15 hektar saxlanılmışdır. Qaziyev Nəsrəddindən götürülmüş 0.125 hektar torpaq sahəsi Qaziyev Zeyvəddinə verilmişdir. Qusar Rayon Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli, 2(029)1579/2016 saylı qətnaməsi ilə İddiaçı oğlunun iddiası qismən təmin edilmiş, Qusar rayonu, Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinə dair X1, Cavabdeh, X5 (Samiddin) qızının, X3 (Samiddin) qızının, X7 (Samiddin) qızının və X8 (Samiddin) qızının adlarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş kod 30107018 CN- 450F saylı, 17 avqust 2005-ci il tarixli Şəhadətnamə ləğv edilmişdir. Qusar Rayon Məhkəməsinin qətnaməsi apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamə ilə etibarsız hesab edilmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı qeydiyyat orqanına müraciət etmiş, müsbət cavab almadığından isə bu barədə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 05 may 2021-ci il tarixli, 2-1(118)-150/2021 saylı qərarı ilə iddia təmin edilərək Qusar rayon Orconokidze adına sovxozun direktorunun 12 may 1978ci il tarixli əmri ilə ona ayrılmış Qusar rayonu, Gedəzeyxur kəndində yerləşən 0.125 ha torpaq sahəsi üzrərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-150/2021 saylı qərardadı ilə 0.24 ha torpaq sahəsinin 0.115 ha hissəsinə dair hissədə İddiaçı oğlunun iddiası mümkünsüz sayılmışdır. Həmin qərardan narazı qalan ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qərardan apellyasiya şikayəti verilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(105)-46/2022 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2- 1(118)-150/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1 (102)-847/2022 saylı qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)-46/2022 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bununla da Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(118)-150/2021 saylı qərarı qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hal-hazırda isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən 0.125 ha torpaq sahəsinə dair ölçü işlərinin aparılmasına, müvafiq texniki sənədlərin tərtib edilməsinə və onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına Cavabdeh maneçilik törədir, torpaq sahəsinə qanunsuz olaraq sahiblənməklə oradan istifadə edir. Bu səbəbdən də torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına çıxarışın, o cümlədən plan və ölçü sənədinin verilməsi mümkün olmamışdır. Cavabdeh həm İddiaçı oğlunun mülkiyyətinə qəsd edərək orada hər hansı işlərin görülməsinə maneçilik törədir, həm də torpaq sahəsinə qanunsuz sahiblənməklə ondan istifadə edir. Bunun nəticəsi olaraq İddiaçı oğlunun həmin torpaq sahəsinə dair mülkiyyət kimi qiymətləndirilməli olan əmlak hüquqlarına əsassız müdaxilə baş vermiş, həmin şəxs hazırda həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Yəni iddiaçı öz iddiasını qeyd edilən sübutlarla əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsinin iddiaçıya deyil, ona məxsus olduğunu bildirsə də bu, yuxarıda qeyd olunan sənədlərlə təkzib olunur. Apellyant apellyasiya şikayətini əsaslandıra bilməmiş, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, onun dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Qusar Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(029)-114/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar