Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1076/2022 13.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Zamin və Cavabdeh2-yə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 29 oktyabr 2021ci il tarixli, 2(027)-858/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin olunması, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 492.317,21 ABŞ dolları əsas, 43.017,78 ABŞ dolları faiz və 20 dolları məbləğində cərimə olmaqla, cəmi 535.335,19 ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə və cavabdeh Zamin və “X2.Azerbaijan” MMC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə vermişdir. Quba Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(027)-858/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(027)-858/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Cavabdeh1 göstərilən qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh1 Quba Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, Quba Rayon Məhkəməsinin 2(027)-858/2020 saylı, 29 oktyabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi və Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 2(027)- 858/2020 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü sayılaraq baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(027)-858/2020 saylı qətnaməsini rəsmi qaydada poçt vasitəsilə almamış, yalnız məhkəməyə ərizə ilə müraciət etdikdən sonra qətnamə ona rəsmi qaydada verilmişdir. Bununla da, apellyasiya şikayətinin verilməsi üçün müddəti ötürməmiş və bu səbəbdən müddətin ötürülməsi üzürlü sayılmalıdır. Ona görə də Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(027)- 858/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü sayılmasını və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, Quba Rayon Məhkəməsinin 2(027)-858/2020 saylı, 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 2(027)-858/2020 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Hesab edir ki, həmin qərardad əsassızdır və ləğv olunmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini ərizədə qeyd olunan xüsusatların apellyasiya şikayətinin müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dəlalət verən hallar olmaması, apelyasiya şikayətinin verilməsi üçün üzrlü sayılmasına əsas olan sənədlərin məhkəməyə təqdim olunmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli və onunla bağlı 25 fevral 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1076/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1076/2022
13.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver