Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1094/2025 05.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X29, Haspilatu and Manegment” MMC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X13, Cavabdeh5 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən çıxarılma) X20 Süleymanovanın sədrliyi və məruzəsi, X4 və Səyyad Ağaəli oğlu Qafari ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı “X29, Haspilatu and Manegment” MMC-nin (maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb olunmaqla) cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X13, Cavabdeh5 və Cavabdeh1 qarşı "tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması və torpaq sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(027)-17/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh6, Cavabdeh5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı “X29, Haspilatu and Manegment” MMC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X13, Cavabdeh5, Cavabdeh1, maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "X29, Hospitality and Management" MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında iddiaçı "X29, Hospitality and Management" MMC-nin icarəsinə verilmiş Quba rayonu, İkinci Nügədi kəndi ərazisində yerləşən, "Bulaqdərə su anbarı" na məxsus 14,86 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində “X29, Hospitality and Management" MMC-nin icarə hüququnun qeydə alındığı, xx.xx.2021-ci il tarixli **********75 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) Çıxarışda göstərilmiş 13,4915ha hissəsində cavabdehlər tərəfindən inşa edilən tikililərin onların öz hesabına sökülməsi, ərazinin boşaldılması və cavabdehlərin həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bundan sonra iddiaçı tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "X29, Hospitality and Management" MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında iddiaçı "X29, Hospitality and Management" MMC-nin icarəsinə verilmiş Quba rayonu, İkinci Nügədi kəndi ərazisində yerləşən, "Bulaqdərə su anbarı" na məxsus 14,86 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı MMC-nin icarə hüququnun qeydə alındığı, xx.xx.2021-ci il tarixli **********75 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) Çıxarışda göstərilmiş 13,4915 ha hissəsində cavabdehlər tərəfindən inşa edilən tikililərin onların öz hesabına sökülməsi, ərazinin boşaldılması və cavabdehlərin həmin ərazidən çıxarılması, hüquqi yardım üçün ödənilən 1500 (min beş yüz) manatın və dövlət rüsumu kimi ödənilən 100 (yüz) manatın cavadbehlərdən tutularaq, iddiaçı "X29, Hospitality and Management" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin ’’Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin – təkmilləşdirilməsi haqqında” xx.xx.2007-ci il tarixli 586 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Meliorasiya və X31 Səhmdar Cəmiyyətinin balansında olan, Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən Bulaqdərə su anbarına məxsus, döngə nöqtələrinin koordinatları iddia ərizəsinə əlavə edilmiş 14,86 ha torpaq sahəsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC –nin razılığı və Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında iddiaçı “X29 Hospitality and Management” MMC-yə icarəyə verilmişdir. İddiaçı MMC həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğuldur, İddiaçı MMC-yə icarəyə verilmiş həmin torpaq sahəsinin 13,4915 ha hissəsinə İddiaçı MMC-nin icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsində qeydə alınmış və həmin Ərazi İdarəsi tərəfindən buna dair müvafiq çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsində qeyd olunan 14,86 ha torpaq sahəsinin qalan hissəsi, yəni təqribən 14 ha hissəsi isə qanunsuz olaraq cavabdehlərin adına verilən çıxarışa daxil edilmişdir. Lakin onlar, hazırda torpaq sahəsinin həmin hissəsini mübahisələndirmirlər. Onların mübahisələndirdiyi hissə İddiaçı MMC-nin icarə hüququ dövlət reyestrində qeydə alınan 13,4915 ha torpaq sahəsinə aiddir. Yəni, cavabdehlər əlavə olaraq üzərində İddiaçı MMCnin icarə hüququ dövlət reyestrində qeydə alınmış 13,4915 ha torpaq sahəsinin bir hissəsini zəbt etmiş və orada qanunsuz tikinti işləri aparırlar. Eyni zamanda bildiririk ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən Cavabdeh6 adına verilmiş Çıxarışda iş üzrə digər iki cavabdeh - Daxili İşlər Nazirliyinin Patrul Xidməti Alayının 1-ci tağımının komandiri (Saray Postu) Cavabdeh1 və Quba rayon sakini Cavabdeh5 Hacağa oğlunun adları qeyd olunmasa da, iddiaçının icarəsində olan torpaq sahəsinin zəbt hissəsində və orada tikinti işlərinin aparılmasında həmin cavabdehlər də iştirak edir və onlar həmin ərazinin zəbt etməsinə və orada qanunsuz tikinti işlərinin aparılmasına bilavasitə rəhbərlik edirlər. Belə ki, Cavabdeh1 mütəmadi olaraq ona məxsus VOLVO XC90 10OY112 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ərazidə aparılan qanunsuz tikinti işlərinə nəzarət və rəhbərlik edir. Cavabdeh1 tapşırığına əsasən “X29, Hospitality and Menagement” MMC-nin qanuni istifadəsində olan torpaq sahələrində qurulmuş mühafizə, kommunikasiya və digər texniki vasitələr edilmiş, sökülmüş və məhv edilərək, “X29, Hospitality and Management’ MMC-yə xeyli miqdarda ziyan vurmuşdur.”X29, Hospitality and Management” MMC cavabdehlərə qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu və icarə müqaviləsinə və dövlət reyestrindən verilən çıxarışa əsasən iddiaçı təşkilatın qanuni icarəsində olduğunu bildirirərək, orada aparılan tikinti işlərinin dayandırılmasını, ərazinin boşaldılmasını və zəbt etdikləri ərazidən çıxmalarını tələb edir. Lakin cavabdehlər polis əməkdaşı olan digər Cavabdeh1 göstərişinə əsasən qeyd olunan ərazinin onların mülkiyyətində olduğunu iddia edərək, iddiaçı təşkilatın tələblərinə məhəl qoymur və qanunsuz hərəkətlərini davam etdirirlər. Nəzərə alınmalıdır ki, Cavabdeh6 və onun ailə üzvlərinin adına verilmiş Çıxarışın döngə nöqələrinə (koordinatlarına) əsasən onların mülkiyyətində olan torpaq sahəsi qanunsuz tikinti işlərinin aparıldığı ərazidən müvafiq olaraq 52 və 87 metr aralıda yerləşir. Eyni zamanda Çıxarış verilmiş həmin torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaqlar kateqoriyasına aiddir. Zəbt olunmuş və qanunsuz tikinti işləri aparılan torpaq sahəsi isə Dövlət mülkiyyətində olan torpağlara aiddir.
4. Cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh1 vəkili Vəkil2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. İddia ərizəsində göstərilən torpaq sahəsini iddiaçı icarəyə almışdır. İcarəçinin onlara qarşı iddia tələbi irəli sürmək hüququ yoxdur. İcarə müqaviləsində belə bir hal nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçı özü onlara məxsus torpaq sahəsini zəbt etmək istəyir. Onlar uzun illərdir həmin torpaq sahəsindən sahibkarlıq fəaliyyəti üzrə istifadə edirlər. Onlar həmin torpaq sahəsindən istifadə edəndə iddiaçının nəinki orada tikililəri, həmin MMC-ni yaradanların belə bir xəyalı da yox idi. Bundan başqa, iddiaçının istinad etdiyi məhkəmə qətnaməsində gösərilən ekspert rəyinin saxtakarlığı, iddiaçının saxta ekspert rəy alması, iddiaçının onlara olan təzyiqləri barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş Prokurorluğa, dövlət orqanlarına müraciətlər etmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “X29, Haspilatu and Manegment” MMC arasında bağlanmış 164/144 nömrəli, 25 dekabr 2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə maqavilənin surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 148600 kv.metr torpaq sahəsi xx.xx.2022-ci il tarixədək “X29, Haspilatu and Manegment” MMC-nin icarəsinə verilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “X29, Haspilatu and Manegment” MMC arasında bağlanmış 4079 nömrəli, 22 noyabr 2022--ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə maqavilənin surətindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 148600 kv.metr torpaq sahəsi xx.xx.2025-ci il tarixədək “X29, Haspilatu and Manegment” MMC-nin icarəsinə verilmişdir.
7. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı MMCnin mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 13,4915 ha torpaq sahəsi 164/144 nömrəli, 25 dekabr 2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi müqaviləsi əsasında “X29, Haspilatu and Manegment” MMC-yə verilmişdir.
8. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı MMCnin mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 13,4915 ha torpaq sahəsi 4079 nömrəli, 22 noyabr 2022--ci il tarixli icarə müqaviləsi əsasında “X29, Haspilatu and Manegment” MMC-yə verilmişdir.
9. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1.0001 ha torpaq sahəsi cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və X9 mülkiyyətindədir.
10. Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 22 aprel 2022ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********94 reyestr nömrəli Çıxarışa əsasən X12 və ailə üzvlərinə məxsus ünvan 1ində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadə vəziyyəti ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış arasında təqribən 65-75 metr fərq mövcuddur. X5 faktiki istifadə etdiyi torpaq sahəsinin 0.1839 ha hissəsi **********94 qeydiyyat nömrəli çıxarışın hüdudları daxilindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli Çıxarışa əsasən X12 və ailə üzvlərinə məxsus ünvan 1ində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə 25 dekabr 2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən “X32, Hospitality and Managent MMC-nin istifadəsində olan ünvan 1ində yerləşən 148600 kv.m metr torpaq sahəsi üst-üstə düşmür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli Çıxarışa əsasən X12 və ailə üzvlərinə məxsus ünvan 1ində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər İddiaçı MMC-nin direktoru X16, X8 və İddiaçı MMC tərəfindən zəbt edilməmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-81/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı cavabdehlə İddiaçı MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş Quba rayonu, İİ Nügədi kəndi ərazisində yerləşən “Bulaqdərə” su anbarına məxsus və döngə nöqtələrinin koordinatları iddia ərizəsinə əlavə olunan 14,86 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsini təmin etmək vəzifəsi qoyulması tələbinə dair iddiası üzrə icraata iddiaçının hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi **********75, qeydiyyat nömrəsi **********) 13,4915 ha torpaq sahəsinə çıxarışın verilməsi nəzərə alınaraq xitam verilmişdir.
12. Quba Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(027)-82/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh6 cavabdehlər “X29, Haspitality and Manegment” MMC-nin direktoru X16, X8 və “X29, Haspitality and Manegment” MMC-nə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, tikililərin, qurğuların sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir.
13. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1743/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Quba Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(027)- 82/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-530/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı «ünvan 1i ünvanında Torpağa mülkiyyət hüququna dair JN-2544 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən X6 məxsus olmuş, hazırda vərəsəlik qaydasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarışa əsasən onlara məxsus olan 1 ha torpaq sahəsinin və üzərində olan tikililərin icarəyə verilməsinə əsas olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022 tarixli, 208 nömrəli sərəncamın ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmamışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 1097/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e-2- 1(118)-530/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 10/6011 saylı rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********80 saylı mütəxəssis rəyinə və baxış zamanı əldə olunan məlumatlara əsasən, cavabdehlər X10, Cavabdeh3, Cavabdeh2, X13, Cavabdeh5 və Cavabdeh1 tərəfindən inşa edilən tikililərin xx.xx.2021-ci il tarixli **********75 reyestr nömrəli Çıxarışa əsasən “X29, Haspilatu and Menegment”MMC-nin istifadəsində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 13,4915 ha torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
17. Quba Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(027)-17/2025 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "X29, Hospitality and Management" MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında iddiaçı "X29, Hospitality and Management" MMC-nin icarəsinə verilmiş Quba rayonu, İkinci Nügədi kəndi ərazisində yerləşən, "Bulaqdərə su anbarı" na məxsus 14,86 ha torpaq sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı MMC-nin icarə hüququnun qeydə alındığı, xx.xx.2021-ci il tarixli **********75 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) Çıxarışda göstərilmiş 13,4915 ha hissəsində cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X13, Cavabdeh5 və Cavabdeh1 tərəfindən inşa edilən tikililərin onların hesabına sökülməsi, ərazinin boşaldılması və cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X13, Cavabdeh5, Cavabdeh1 həmin ərazidən çıxarılması, hüquqi yardım üçün ödənilən 1500 (min beş yüz) manat və dövlət rüsumu kimi ödənilən 100 (yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X13, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq, iddiaçı "X29, Hospitality and Management" MMC-yə ödənilməsi, cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X13, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada 100 (yüz) manat məbləğində ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsin 1 və 3-cü bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 706.1 və 157.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1, 119.1, 217.4, 216- 220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
19. Quba Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(027)-17/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh6, Cavabdeh5 və Cavabdeh1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişlər.
20. Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilən zaman mülki prosessual nomanın tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini yalnız Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 10/6011 saylı rəyi ilə əsaslandırmışdır. Həmin rəydə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********80 saylı mütəxəssis rəyinə və baxış zamanı əldə olunan məlumatlara əsasən, cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X13, Cavabdeh5 və Cavabdeh1 tərəfindən inşa edilən tikililərin xx.xx.2021-ci il tarixli **********75 reyestr nömrəli Çıxarışına əsasən “X29, Hospitalityand Management” MMC-nin istifadəsində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 13,4915 ha torpaq sahəsinin hüdudları daxilində inşa edildiyini müəyyən edilməsi bildirilmişdir. Halbuki tikintitexniki ekspertizası təqdim etdiyi rəyin texniki əsaslandırmasını rəyində əks etdirməmişdir. Belə ki, sözügedən rəyin Təhqiqat Prosesinin təsviri hissəsində Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, X13, Cavabdeh5 və Cavabdeh1 tərəfindən inşa edilən tikililərin koordinatları müəyyən edilərək, həmin tikililərin guya iddiaçı “X29, Hospitality and Management" MMC xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində olması göstərilmişdir. Lakin həm iddiaçı “X29, Hospitality andManagement" MMC-nin icarə hüququ əsasında olan torpaq sahəsinin koordinatları, həm də Quba rayonu, İİ Nügədi kəndində yerləşən 1.0001 ha torpaq sahəsi cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh2 və X9 mülkiyyətində olan torpaq sahəsinin koordinatları müəyyən edilməmişdir. Belə olan halda aparılmış ekspertiza iddia predmetinin taleyini həll edən faktların düzgün müəyyən edilməməsi ilə nəticələnməsinə səbəb olmuşdur. Lakin buna baxmayaraq, məhkəmə təqdim edilmiş məhkəmə rəyini qanuni və əsaslı hesab edərək, iddia predmeti üzrə bütün əsaslandırmasını bu qanunsuz rəy üzərində qurmuşdur. Həmin bu rəy əsasında qəbul edilmiş məhkəmə qətnaməsi cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, inşa edilmiş tikililər cavabdehlərin mülkiyyət hüququ əsasında onların sahibliyində olan torpaq sahəsində inşa edilmişdir. Bu tikililərin yerləşdiyi torpaq sahəsinin cavabdehlərin mülkiyyət hüququ əsasında istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanlarının təsdiqedici sənədləri əsasında müəyyən edilmişdir. Hazırda qərəzli şəkildə tərtib edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 10/6011 saylı rəyi iddiaçının icarə hüquq əsasında ona məxsus olmayan torpaq sahəsinə dair hüquqlar müəyyən etməyə yönəlmişdir. Təqdim edilmiş rəyin cavabdehlərin mülkiyyət hüququna qarşı qəsdi danılmazdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Qeyd olunan maddi hüquq normasının tələblərinin pozulması halı, həm iddiaçının, həmçinin cavabdehlərə məxsus torpaq sahələrinin sərhəd olması faktı bundan əvvəlki məhkəmə araşdırmalarının predmeti olan mübahisələr zamanı müəyyən edilməsinə baxmayaraq, hazırda birinci instansiya məhkəməsi müəyyən edilmiş bu halları heçə sayaraq, qərəzli formada aparılmış ekspertiza təhqiqatının qanunsuz rəyinə əsaslanaraq qətnamə qəbul etməsi tamamilə yanlışdır. Həmsərhəd olan torpaq sahələri arasında sərhədlərin dəqiq döngə nöqtələri müəyyən edilmədən inşa edilmiş tikililərin hansı torpaq sahəsində yerləşməsi barədə rəy verilməsi artıq həmin rəyin qərəzli olaraq tərtib edilməsini təsdiq edir. Məhkəmə sübutların qiymətləndirilməsi zamanı həmin sübutların hüquqi mahiyyətini düzgün qiymətləndirməmişdir. Belə ki, qətnamənin əsaslandırma hissəsində məhkəmə tərəfindən sübutların dəqiq qiymətləndirilməməsi aşkardır. Belə ki, qətnamənin əsaslandırma hissəsinin 12-ci abzasında qeyd olunmuşdur ki, “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı MMC-nin mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 13,4915 ha torpaq sahəsi 164/144 nömrəli, 25 dekabr 2020-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi müqaviləsi əsasında İddiaçı MMCnin mülkiyyətinə verilmişdir”. Halbuki, həmin Çıxarışda qeyd olunan torpaq sahəsinə iddiaçının icarə hüquqları qeydə alınmışdır. Bundan başqa, qətnamənin əsaslandırma hissəsinin 13-cü abzasında da “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı MMC-nin mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 13,4915 ha torpaq sahəsi 4079 nömrəli, 22 noyabr 2022--ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı MMC-nin mülkiyyətinə verilmişdir.” Lakin hər iki Çıxarış da iddiaçının icarə hüquqlarının qeydiyyata alınması ilə bağlıdır. Göründüyü kimi, məhkəmə təqdim edilmiş sənədləri düzgün araşdırmadan onların hüquqi mahiyyətini faktiki müəyyən etmədən hüquqi dəyərləndirməni həyata keçirmişdir. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsində sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad olunmasına baxmayaraq, həmin prosessual normanın tələbləri kobud şəkildə pozulmuşdur. Pozulmuş tələblərin təsdiqi qətnamənin 15-ci abzasında qeyd olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 22 aprel 2022-ci il tarixli rəyi digər məhkəmə araşdırması zamanı sübut olaraq qiymətləndirildiyini qeyd edən birinci instansiya məhkəməsi, həmin mötəbər sübut üzrə müəyyən olunmuş halların ancaq iddiaçının iddia tələbinin təmin edilməsinə yönəlmiş hissələrini qeydə alınmasıdır. Halbuki, həmin ekspertiza rəyinin nəticə hissəsinin birinci abzasında “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh6 və ailə üzvlərinə məxsus ünvan 1ində yerləşən 1.0001 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin istifadə vəziyyəti ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış arasında təqribən 65-75 metr fərq mövcuddur. Cavabdeh6 faktiki istifadə etdiyi torpaq sahəsinin 0.1839 ha hissəsi **********94 qeydiyyat nömrəli Çıxarışın hüdudları daxilində olması da təsdiq edilmişdir. Lakin birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsinin 28-ci abzasında “Məhkəmə ekspertizası zamanı hüquq müəyyənedici sənədlər üzrə tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşmədiyi, həmsərhəd olduqları və iddiaçıya məxsus ərazinin cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir”. Yalnız iddiaçının icarə hüququ əsasında istifadəsində olan torpaq sahəsi ilə cavabdehlərin mülkiyyət hüququ əsasında sahibliyində olan torpaq sahələrinin üst-üstə düşməməsi və həmsərhəd olması və iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsi hallarına istinad edilmişdir. Lakin cavabdehlərə məxsus torpaq sahəsinin koordinatlarında olan 65-75 metr fərq olması hissəsini qeyd olunmamışdır. Halbuki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan əsaslandırmasında ümumiləşdirdiyi nəticələrin ən azı ikisinə (torpaq sahələrinin üst-üstə düşməməsi və həmsərhəd olması) Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 22 aprel 2022-ci il tarixli rəyi əsasında gəlməsinə baxmayaraq, həmin rəydə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********94 qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh6 və ailə üzvlərinə məxsus ünvan 1ində yerləşən 1.0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin istifadə vəziyyəti ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarış arasında təqribən 65-75 metr fərqin mövcud olmasını qeyd etməmişdir. Halbuki, bu faktın qeyd olunması məhkəmə araşdırması zamanı cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinə dair müvafiq sualın ekspert qarşısında qoyulmasını məhkəmə araşdırmasını zəruri olmasını təmin edəcəkdir. Məhz bu səbəbdən birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsinin 27-ci abzasında bildirdiyi “Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq, irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır.” Hüquqi şərh üzrə birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara yalnız iddia tələbinin təmin edilməsi istiqaməsində xüsusi qiymətləndirmə tətbiq etməmiş olsaydı, cavabdehlərin ədalətli məhkəmə çəkişməsinə dair hüquqları pozulmuş olmazdı. Ümumiyyətlə, birinci instansiya məhkəməsi iddiaçının tələbinin hüquqi əsaslılığını süni qaydada yaratmağı məhkəmə araşdırmasının əsas prinsipinə çevirmişdir. Bunu təsdiq edən hallardan daha biri birinci instansiya məhkəməsinin yalnız iddiaçı tərəfin tələbinin təmin edilməsinə yönəlmiş şübhəli və qərəzli ekspertiza və mütəxəssis rəylərinə dair sübutları mötəbər dəlil kimi, amma cavabdehlərin iş üzrə təqdim etdikləri sənədləri sübut kimi qəbul etməməsi ilə nəticələnmişdir. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsinin 19-cu abzasında göstərdiyi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-21(118)-530/2024saylı Qərardad üzrə müəyyən edilmiş halların nəticə hissəsini sadalamaqla kifayətləndiyi halda, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-82/2022 saylı iş üzrə araşdırma aparılan zaman keçirilmiş ekspertiza rəyini mötəbər sübut kimi qəbul etməkdən çəkinməmişdir. Halbuki hazırda aparılan məhkəmə araşdırmasını birinci instansiya məhkəməsi 20 aprel 2023-cü il tarixli, e-2(027)-79/2023 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-530/2024-saylı inzibati işinin icraatında olan mülki işə təsiri olacağını yəqin edərək mülki işin ircaatını dayandırmışdır. Lakin birinci instansiya məhkəməsi icraatında olan işin nəticəsinə təsir edəcək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-530/2024-saylı Qərardadında istinad edilən sübutlardan istifadə etmək əvəzinə icraatında olan məhkəmə mübahisəsində daha əvvəl baş vermiş məhkəmə mübahisəsi üzrə qərəzli ekspertiza rəyinə iddiaçının xeyrinə olan hissədə istinad edilməsini qanuni hesab etmişdir. Halbuki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-530/2024-saylı Qərardadının əsaslandırma hissəsinin 10-cu abzasında göstərilmişdir ki, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “X29 Hospitality and Management” MMC arasında bağlanmış 148600,0 kv.m torpaq sahəsinin icarəyə verilmiş icarə müqaviləsində göstərilmiş torpaq sahəsinin şərq istiqamətdə 0.14 ha hissəsi, cənubşərq istiqamətdə 0.1387 ha hissəsi, cənub-qərb istiqamətdə 0.8180 ha hissəsi və şimalqərb istiqamətdə isə 0.2718 ha hissəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci qeydiyyat tarixli, **********75 reyestr nömrəli çıxarışa əlavə olunmuş torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatlarla “X29 Hospitality and Management” MMC-nin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli, **********75 reyestr nömrəli çıxarışa əlavə olunmuş torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatlarla fərqlidir. Qalan hissələrdə uyğunluq mövcuddur.” Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının icarə hüququ əsasında istifadəsində olan torpaq sahəsinin döngə nöqtlərindən uyğunsuzluqlar kifayət qədərdir. Lakin birinci instanasiya məhkəməsi qətnaməsində qeyd olunan bu qərardadda aşkar edilmiş hallara istinad olunmasını zəruri hesab etməməklə iddiaçıların hazırkı tələbinin təmin edilməsinə xidmət edən şübhəli sübutlara istinad edilməsini məqsədə müvafiq hesab etmişdir ki, bununla da məhkəmənin sübutların tam, hərtərəfli araşdırılması prinsipinin imperativ şərtlərinə əməl etməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, hazırda mübahisə predmeti olan inşa edilmiş tikililərin yerləşdiyi torpaq sahəsinin cavabdehlərin mülkiyyətində olması danılmaz bir faktdır. Bu faktı təsdiq edən hallar Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-1(118)-530/2024saylı Qərardadının əsaslandırma hissəsinin 14-cü abzasında “Həmçinin, Quba Rayon Məhkəməsinə təqdim edilmiş ekspert rəylərindən də görünür ki, Bulaqdərə su anbarının İddiaçı MMC-nin icarə hüququ qeydə alınan 13,4915 ha hissəsi ilə Cavabdeh6 və digərlərinin adına verilmiş, 26 aprel 2021-ci il tarixlil AA 612063 nömrəli Torpaq sahəsinin plan və ölçüsündə göstərilən 1.0001 ha torpaq sahəsi üst-üstə düşmür” qeyd edilmişdir. Bu abzasda iddiaçıya məxsus torpaq sahəsinin ölçüsünə fikir verdiyimiz zaman bu rəqəmin 13.4915 ha göstərildiyi və cavabdehlərin mülkiyyətində olan 1.0001 ha torpaq sahəsi ilə üst-üstə düşməməsi qeyd olunmuşdur. Eyni zamanda, həmin qərardadın 15-ci abzasında “Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba rayonunun İİ Nügədi kəndinin daxil olduğu o zamankı Kirov adına sovxozun 1980-1996-cı illər üzrə hazırlanmış Baş yerquruluşu planlarına və sovxozun torpaq sahəsinə dair hazırlanan illik “Torpaq uçotu” hesabatına əsasən Bulaqdərə su anbarının hüdudları 14,86 ha olmaqla su fondu torpaqları kateqoriyası kimi uçota alınmışdır. İİ Nügədi bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə 1,0 ha torpaq sahəsi X2 və bu barədə xx.xx.2005-ci il tarixli JN-2544 nömrəli dövlət aktı tərtib edilmişdir. Sonradan S.Hidayətov xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini X1 və bu barədə xx.xx.2006-cı il tarixli JN2588 nömrəli Dövlət aktı verilmişdir. X3 vəfatından sonra qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında həmin torpaq sahəsinə dair onun arvadı Cavabdeh6 və övladlarının adına xx.xx.2021-ci il tarixdə çıxarış verilmiş, çıxarışda torpaq sahəsinin ölçüsü 1,0001 ha göstərilmişdir.” Bildirilmişdir ki, həmin 1980-1996-cı illər üzrə hazırlanmış Baş yerquruluşu planlarına və sovxozun torpaq sahəsinə dair hazırlanan illik “Torpaq uçotu” hesabatına əsasən Bulaqdərə su anbarının hüdudları 14,86 ha olmuşdur. xx.xx.2006-cı il tarixdə qeyd olunan ərazidən 1.0001 ha torpaq sahəsi X2 və bu barədə xx.xx.2005-ci il tarixli JN-2544 nömrəli dövlət aktı tərtib edilmişdir. Qeyd olunan aktda göstərilmiş torpaq sahəsinin yerləşmə sxemi və koordinatlarından görünür ki, hazırda cavabdehlərə məxsus tikililər 1.0001 ha torpaq sahəsinin hüdudları daxilində olmaqla, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsi Bulaqdərə su anbarının hüdudları daxilində (14,86 ha torpaq sahəsində) yerləşmişdir. Beləliklə, işin faktiki halları üzrə cavabdehlərin mülkiyyət hüquqlarını yaranmasına səbəb olmuş dövlət aktında qeyd olunan koordinatlar qərəzli şəkildə təqdim edilmiş ekspertiza rəylərində ümumi sözlərlə təhrif edilərək, Bulaqdərə su anbarının ətrafında olmaması kimi qeyd olumuşdur. Ekspert tərəfindən sadəcə öz şəxsi mülahizəsi ilə, hər hansı texniki əsaslandırma olmadan bəyan edilmiş mövqe birinci instansiya məhkəməsi üçün hazırki qətnaməni qəbul etməsinə kifayət etmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 10/6011 saylı rəyinin qərəzli olaraq qəbul edilməsini, habelə rəydə qeyd olunmuş hallara dair texniki əsaslandırmanın olmaması cavabdehlər tərəfindən məhkəməyə bildirilmişdir. Eyni zamanda, cavabdehlər tərəfindən qeyd olunan suallar üzrə təkrar ekspertizanın keçirilməsi ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə vəsatətlər təqdim olunmuşdur. Lakin buna baxmayaraq, məhkəmə prosessual pozuntu edərək qeyd olunan vəsatətlərə münasibət belə bildirməmişdir. Belə ki, iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatət təqdim edilən zaman həmin vəsatətin təmin olunmaması halında məhkəmə vəsatətin predmeti olan sübut əldə edilməsinin araşdırmaya təsiri olmayacağını əsaslandırılması vəzifə olaraq müəyyən edilsə də, məhkəmə qanunla üzərinə qoyulmuş bu vəzifəni yerinə yetirməmişdir. Bu halda, məhkəmənin iş üzrə ekspertiza təyin edilməsi barədə verilmiş vəsatəti təmin etməməsi kimi qiymətləndirilir ki, bu halda da məhkəmə müvafiq əsaslandırılmış qərardad qəbul etməli idi. Qeyd olunan işin faktiki hallarına əsasən, hazırda birinci instansiya məhkəməsi hərəkətsizliyi ilə cavabdehlərin hüququ olan ədalətli məhkəmə çəkişməsi prinsipi kobud şəkildə pozulmuşdur. Cavabdeh6 Kamiz qızının apellyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(027)-17/2025 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı MMC-nin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur.
21. Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianı təmin edən məhkəmə iddiaçının iddia tələbində göstərilən halları təsdiq edən sübutları iddiaçıdan tələb etməmişdir. Baxmayaraq ki, məhkəmə işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxır, hazırkı işdə məhkəmə sübutlar tələb etməmiş, iddianı ona qarşı olan iddiasını təmin edərkən iddiaçının göstərdiyi sübutlara deyil, özündən yeni hallar yaradaraq, iddia tələbinin təmin olunmasını həmin hissə ilə əlaqələndirərək iddianı təmin etmişdir. Belə ki, hansı tikinti işlərində iştirak etməyi, hansı tikinti işlərinə rəhbərlik etməyi aydın deyildir. Bundan başqa, onun həmin tikinti yerinə gəlib-getməyini, tikintiyə rəhbərlik etməyini təsdiq edən heç bir sübut yoxdur. Belə görünür ki, məhkəmə sübutlara yox, sözlərə daha çox fikir verir, özü də iddiaçının bildirdiyi sözlərə. İddiaçının hazırkı iddia tələbinin ona hansı hissədə aid olması onun üçün aydın deyildir. Məhkəmənin qətnaməsindən belə çıxır ki, istənilən şəxs istənilən şəxsə qarşı iddia verə bilər, lakin məhkəmə iddia tələbinin həmin cavabdehə münasibətdə nə kimi aidiyyatının olmasını aydınlaşdırmalıdır. Burada belə çıxır ki, yoldan keçən şəxsi də cavabdeh kimi işə cəlb etmək olar. Məhkəmə isə bu məsələni araşdırmadan iddianı təmin etmişdir. Bundan başqa qətnamədə qeyd edilir ki, “məhkəmə müəyyən etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində X14 tərəfindən tikili tikildiyi, X11həmin tikilidən istidadə etdiyi müəyyən edilmişdir” Məhkəmə bunu necə müəyyən edir, necə təsdiq edir bu özü də müəmmalıdı? Onun tikili olan ərazidə əlində mişar daşı ilə görmüş, əlində sement qarışdıran yerdə, ustalıq edən yerdə görmüş? Necə müəyyən etmişdir ki, o, həmin tikilini tikir? Məhkəmə necə müəyyən edir ki, o, iddiaçıya məxsus torpaq sahəsindən istifadə edir?Məhkəmə onun iddiaya bağlılığını müəyyən etmək və iddianı təmin edən zaman bunu əsaslandırmaq üçün onun adını dəfələrlə istifadə etməklə, dəfələrlə onun guya hansısa tikilini tikdiyini, iddiaçıya məxsus torpaq sahəsini istifadə etdiyini qeyd etsə də, bunu təsdiq edən heç bir mötəbər sübut olmadığı üçün məhkəmənin əsaslandırması qanunsuzdur. Bundan əlavə məhkəmə iddia tələbini təmin edərkən qeyd etmişdir ki, “cavabdehlərin vəkili iddia tələbini Cavabdeh5 və Cavabdeh1 aid hissədə qəbul etməyərək, iddia tələbi üzrə cavabdeh qismində işə cəlb edilsələr də, həmin şəxslər mübahisə predmetini təşkil edən torpaq sahəsində səlaliyyətli şəxs və mülkiyyətçi olmadıqlarını qeyd etmişdir. Məhkəmə həmin halla bağlı qeyd edir ki, hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə Vəkil2 vəkil qismində mülki işə cəlb etmişlər. Mülki iş araşdırılan zaman cavabdehlər Cavabdeh5 və Cavabdeh1 adından Vəkil2 vəsatətlər və bir sıra sübutlar təqdim etmiş və yekun iclasadək Cavabdeh5 və Cavabdeh1 cavabdeh olmadıqlarını mübahisələndirməmişdir.” Məhkəmənin bu dəyərləndirməsi, iddianı ona qarşı təmin etmək üçün başqa əsas tapmadığı üçün bu sözlər yazması təəssüf doğurur. Məhkəmə formal mülahizələrlə iddianı təmin etməməli, iddianı təmin edərkən, iddianın şəxsə bağlığını, həqiqətən onun bu iddiaya aidiyyatını müəyyən etməli idi. Məhkəmənin gəldiyi nəticə o zaman qanuni olur ki, həmin nəticə sübutlara və faktlara əsaslansın. Bundan əlavə o, Vəkil2 ilə Quba Rayon Məhkəməsində təmsil edilməsi üçün müqavilə bağlamışdır. Vəkil2 təkcə onun deyil, həmçinin digər cavabdehlərin də vəkili və nümayəndəsi olmuşdur. O, heç bir iclasda hər hansı bir sübutu təkcə onun adından məhkəməyə təqdim etməmişdir. İşin əsası Xəlfəyevlərlə bağlı olmuşdur ki, iddiaçının iddiası qanunsuz olmuş, iddiaçının iddiası ilə bağlı etirazlar ona aid hissədə və sübutları Xəlfəyevlərə münasibətdə təqdim etmişdir. Məhkəmənin heç bir sübut olmadığı halda ona qarşı iddia tələbinin təmin olunmasını düşünməmişdir, məhkəmənin belə bir qanunsuz qərar qəbul edəcəyini gözləməmişdir. Məhkəmə ona qarşı iddia tələbini araşdırmamışdır. İddiaçı nə sübut təqdim etmişdir ki, o tikintidə iştirak edib, torpaq sahəsinin istifadə edir. Cavabdehə qarşı da məhkəmədə iddia irəli sürülərkən güman etmişdir ki, ona aid olmayan iddia tələbinə məhkəmə qiymət verəcək, həmin qiymətləndirmə də qanunsuz deyil, ali qanun olan Konstitusiyaya əsasən təmin ediləcək, onun hüquqları qorunacaq. Əfsuslar olsun ki, məhkəmə Konstitusiyamıza belə əhəmiyyət verməmişdir. Lakin hazırkı işdə iddiaçı öz hüquq və vəzifələrini vicdanla həyata keçirməmişdir. İşə aiddiyyatı olmayan şəxsləri hazırkı iddiaya əlavə etməklə hansısa əsassız gözləntisinə nail olmaq istəmişdir. Lakin Quba Rayon Məhkəməsi iddia tələbini təmin edərkən iddiaçının iddiasının əsaslarını, onları təmin edəcək hansı sübutların olmasını araşdırmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə iddiaçı cavabdehə qarşı heç bir sübutu yoxdur. Quba Rayon Məhkəməsi tərəfindən aşağıdakı faktiki hallar aydınlaşdırılmamışdır: iddianın ona qarşı olan hissəsinin əsaslandırılmaması; iddianın ona qarşı hissəsində təmin edilməsi üçün hansı sübutların olması; iddianın ona hər hansı aidiyyatının olması. Quba Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(027)-17/2025 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin ona qarşı hissədə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur.
22. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianı təmin edən məhkəmə iddiaçının iddia tələbində göstərilən halları təsdiq edən sübutları iddiaçıdan tələb etməmişdir. Baxmayaraq ki, məhkəmə işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxır, hazırkı işdə məhkəmə sübutlar tələb etməmiş, iddianı hazrıkı cavabdehə qarşı təmin edərkən iddiaçının göstərdiyi sübutlara deyil, özündən yeni hallar yaradaraq, iddia tələbinin təmin olunmasını həmin hissə ilə əlaqələndirərək iddianı təmin etmişdir. Belə ki, iddiaçı Cavabdeh1 hansı tikinti işlərində iştirak etməsi, hansı tikinti işlərinə rəhbərlik etməsi aydın deyildir. Bundan başqa Cavabdeh1 həmin tikinti yerinə gəlib-getməsini təsdiq edən heç bir sübut yoxdur. Belə görünür ki, məhkəmə sübutlara yox, sözlərə daha çox fikir verir, özü də iddiaçının bildirdiyi sözlərə. İddiaçının hazırkı iddia tələbinin cavadbeh Cavabdeh1 hansı hissədə aid olması cavabdeh üçün aydın deyildir. Məhkəmənin qətnaməsindən belə çıxır ki, istənilən şəxs istənilən şəxsə qarşı iddia verə bilər, lakin məhkəmə iddia tələbinin həmin cavabdehə münasibətdə nə kimi aidiyyatının olmasını aydınlaşdırmalıdır. Burada belə çıxır ki, yoldan keçən şəxsi də cavabdeh kimi işə cəlb etmək olar. Məhkəmə isə bu məsələni araşdırmadan iddianı təmin etmişdir. Bundan başqa qətnamədə qeyd edilir ki, “məhkəmə müəyyən etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində Cavabdeh1 tərəfindən tikili tikildiyi, Cavabdeh1 həmin tikilidən istidadə etdiyi müəyyən edilmişdir” Məhkəmə bunu necə müəyyən edir, necə təsdiq edir bu özü də müəmmalıdı? Cavabdeh1 tikili olan ərazidə əlində mişar daşı ilə görmüş, əlində sement qarışdıran yerdə, ustalıq edən yerdə görmüş? Necə müəyyən etmişdir ki, Cavabdeh1 həmin tikilini tikir? Məhkəmə necə müəyyən edir ki, Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsindən istifadə edir? Məhkəmə Cavabdeh1 iddiaya bağlığını müəyyən etmək və iddianı təmin edən zaman bunu əsaslandırmaq üçün Cavabdeh1 adının dəfərlə istifadə etməklə, dəfələrlə Cavabdeh1 guya hansısa tikilini tikdiyini, iddiaçıya məxsus torpaq sahəsini istifadə etdiyini qeyd etsə də, bunu təsdiq edən heç bir mötəbər sübut olmadığı üçün məhkəmənin əsaslandırması qanunsuzdur. Bundan əlavə məhkəmə iddia tələbini təmin edərkən qeyd etmişdir ki, “cavabdehlərin vəkili iddia tələbini Cavabdeh5 və Cavabdeh1 aid hissədə qəbul etməyərək, iddia tələbi üzrə cavabdeh qismində işə cəlb edilsələr də, həmin şəxslər mübahisə predmetini təşkil edən torpaq sahəsində səaliyyətli şəxs və mülkiyyətçi olmadıqlarını qeyd etmişdir. Məhkəmə həmin halla bağlı qeyd edir ki, hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə Vəkil2 vəkil qismində mülki işə cəlb etmişlər. Mülki iş araşdırılan zaman cavabdehlər Cavabdeh5 və Cavabdeh1 adından Vəkil2 vəsatətlər və bir sıra sübutlar təqdim etmiş və yekun iclasadək Cavabdeh5 və Cavabdeh1 cavabdeh olmadıqlarını mübahisələndirməmişdir.” Məhkəmənin bu dəyərləndirməsi, iddianı cavadbeh Cavabdeh1 qarşı təmin etmək üçün başqa əsas tapmadığı üçün bu sözlər yazması təəssüf doğurur. Məhkəmə formal mülahizələrlə iddianı təmin etməməli, iddianı təmin edərkən, iddianın şəxsə bağlığını, həqiqətən Cavabdeh1 bu iddiaya aidiyyatını müəyyən etməli idi. Məhkəmənin gəldiyi nəticə o zaman qanuni olur ki, həmin nəticə sübutlara və faktlara əsaslansın. Bundan əlavə o, Vəkil2 Quba Rayon Məhkəməsində təkcə Cavabdeh1 deyil, həmçinin X14, digər cavabdehlər Xəlfəyevlərin də vəkili və nümayəndəsi olmuşdur. O, heç bir iclasda hər hansı bir sübutu təkcə Cavabdeh1 adından məhkəməyə təqdim etməmişdir. Onun həmin işdəki müdafiəsi əsasən Xəlfəyevlərlə bağlı olmuşdur ki, iddiaçının iddiası qanunsuz olmuş, iddiaçının iddiası ilə bağlı o, etirazlarını və sübutlarını Xəlfəyevlərə münasibətdə təqdim etmişdir. Məhkəmənin heç bir sübut olmadığı halda Cavabdeh1 qarşı iddia tələbinin təmin olunmasını düşünməmiş, məhkəmənin belə bir qanunsuz qərar qəbul edəcəyini ağılma belə gətirməmişdir. Bundan başqa onun yalnız sonuncu iclasda Cavabdeh1 cavabdeh olmadıqlarını mübahisələndirməyi, digər iclaslarda mübahisələndirməməyi iddianın təmin olunması üçün əsas deyildir. Birincisi o, cavabdehin vəkilidir, istənilən vaxt bunu mübahisələndirə bilər, bunun sonuncu və ya əvvəlki iclasda etməyinin heç bir əhəmiyyəti yoxdur. Sadəcə onu təəssüfləndirən dövlət adından çıxarılan məhkəmə qərarları sübutlara əsaslanmalı olduğu halda, iddianı Cavabdeh1 aid hissədə təmin etmək üçün heç bir əsas və sübut olmadığı üçün, iddianı təmin etmək üçün belə gülünc yanaşma ilə iddianın təmin edilməsidir. Məhkəmə cavabdehə qarşı iddia tələbini araşdırmamışdır. İddiaçı nə sübut təqdim edib ki, Cavabdeh1 tikintidə iştirak edib, torpaq sahəsinin istifadə edir. Cavabdehə qarşı da məhkəmədə iddia irəli sürülərkən güman etmişdir ki, ona aid olmayan iddia tələbinə məhkəmə qiymət verəcək, həmin qiymətləndirmə də qanunsuz deyil, ali qanun olan Konstitusiyaya əsasən təmin ediləcək, onun hüquqları qorunacaq. Əfsuslar olsun ki, məhkəmə Konstitusiyaya belə əhəmiyyət verməmişdir. Məhkəmə hazırkı işdə nəinki həqiqəti müəyyən etmişdir. Heç həqiqəti müəyyən etməyə cəhd belə etməmişdir. Hazırkı işdə iddiaçı öz hüquq və vəzifələrini vicdanla həyata keçirməmişdir. İşə aiddiyyatı olmayan şəxsləri hazırkı iddiaya əlavə etməklə hansısa əsassız gözləntisinə nail olmaq istəmişdir. Quba Rayon Məhkəməsi iddia tələbini təmin edərkən iddiaçının iddiasının əsaslarını, onları təmin edəcək hansı sbuütların olmasını araşdırmamışdır. İş materiallarında Cavabdeh1 Cəbraıl oğluna qarşı iddia tələbini təmin edərkən heç bir sübut yoxdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Quba Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(027)-17/2025 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbimin Cavabdeh1 qarşı hissədə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
23. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
24. Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, digər cavaabdehlərin apellyasiya şikayətlərini qəbul edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
25. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, digər cavabdehlərin apellyasiya şikayətlərini qəbul edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
26. İddiaçı “X29, Haspilatu and Manegment” MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətlərinə etitaz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
27. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.
28. İş üzrə üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və X33 Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdehlər Cavabdeh6, Cavabdeh5 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
34. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "X29, Hospitality and Management" MMC arasında bağlanan xx.xx.2020-ci il tarixli 164/144 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Bu müqavilə əsasında Quba rayonu, İkinci Nügədi kəndi ərazisində yerləşən, "Bulaqdərə su anbarı"na məxsus 14,86 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində «X29, Hospitality and Management" MMC-nin icarə hüququ qeydə alınmışdır. «X29, Haspilaty and Manegment” MMC xx.xx.2021-ci il tarixli **********75 reyestr nömrəli (qeydiyyat nömrəsi **********) Çıxarışda göstərilmiş 13,4915 ha torpaq sahəsində cavabdehlər tərəfindən tiklilərin inşa edildiyini, MMC-nin icarəsinə ayrılmış torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini iddia edərək araşdırılan iddia ilə məhkəməyə müraciət etmişdir.
36. Cavabdehlər iddiaya etiraz edərək uzun illərdir həmin torpaq sahəsinin istifadələrində olduğunu bildirmişlər.
37. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 17/.
38. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə ekspertizası zamanı hüquq müəyyənedici sənədlər üzrə tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşmədiyi, həmsərhəd olduqları və iddiaçıya məxsus ərazinin cavabdehlər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir.
39. Quba Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(027)-17/2025 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh6, Cavabdeh5 və Cavabdeh1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişlər.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
41. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
42. Cavabdeh6 apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-530/2024-saylı Qərardadında müəyyən edilmiş hallara (mütəxəssis və ekspert rəyinə) məhkəmə tərəfindən qiymət verilmədiyini, Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 10/6011 saylı rəyinin qərəzli olduğunu, təkrar ekspertizanın keçirilmədiyini, məhkəmə tərəfindən sübutların tam, hərtərəfli araşdırılıb düzgün qiymətləndirilmədiyini mübahisələndirmişdir.
43. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edir. Apellyasiya şikayətinin dəlilləri üzrə hərtərəfli araşdırma aparan məhkəmə kollegiyasının qənatincə birinci instansiya məhkəməs tərəfindən prosessual hüquq normalarının tətbiqində pozuntuya yol verilməmiş, məhkəmə işin bütün faktiki hallarını araşdıraraq, toplanmış sübutlar üzrə tam və obyektiv qiymətləndirmə aparmış, tərəflərin qarşılıqlı münasibətləri üzrə dügün nəticəyə gəlmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri kimi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmamaqla, məhkəmə üçün məcburi deyildir və digər sübutlar kimi obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103-cü maddələri). Bununla belə nəzərə alınmalıdır ki, xüsusi bilik tələb olunan sualları izah etmək məhz ekspertizanın səlahiyyətinə aiddir. Bu baxımdan qeyd olunmalıdır ki, araşdırılan iddia tələbi üzrə mübahisələndirilən məsələlərə aydınlıq gətirilməsi xüsusi bilik tələb etməklə ekspertizanın səlahiyyətinə aiddir.
45. Göründüyü kimi birinci instansiya məhkəməsindəki araşdırma zamanı məhkəmə tikinti ekspertizası təyin edilmiş və ekspertin 18 yanvar 2023-cü il tarixli, 10/6011 saylı rəyi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********80 saylı mütəxəssis rəyinə və baxış zamanı əldə olunan məlumatlara əsasən, cavabdehlər X10, Cavabdeh3, Cavabdeh2, X13, Cavabdeh5 və Cavabdeh1 tərəfindən inşa edilən tikililərin xx.xx.2021-ci il tarixli **********75 reyestr nömrəli Çıxarışa əsasən “X29, Haspilatu and Menegment”JHMC-nin istifadəsində olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 13,4915 ha torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi müəyyən edilmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
47. Təkrar məhkəmə tikinti-texniki ekspetizanın keçirilməsi ilə bağlı şikayətin dəlili ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, ilk öncə vurğulayır ki, ekspertizanın təyin edilib edilməməsi məhkəmənin səlahiyyətində olan məsələdir.
48. MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
49. Kollegiyanın qənaətincə iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi təkrar eksperiza keçirilməsində zərurət görməmiş, iş materiallarında olan rəy və sənədlərlə kifayətlənərək qətnamə qəbul etmişdir.
50. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(118)-530/2024-saylı Qərardadında müəyyən edilmiş hallara (mütəxəsis və ekspert rəyinə) məhkəmə tərəfindən qiymət verilməməsi, 18 yanvar 2023-cü il tarixli ekspert rəyinin əsassız olaraq qəbul edilməsi ilə bağlı şikayətin dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun istinad etdiyi mütəxəssis rəyi və onun əsasında verilmiş ekspert rəyində əks olunmuş məlumatlarla bağlı, Daşınmaz Əmlakın Kadastrl və Ünvan Reyestri Xidməti tərəfindən Arayış verilərək göstərilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(118)-968/2021 nömrəli məktubu ilə Daşınmaz Əmlakın Kadastrl və Ünvan Reyestri Xidmətinə daxil olmuş iddiaçı “X29, Hospitaly və Managment” MMC-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması və s.” tələbinə dair inzibati iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi barədə müraciətinizə Xaçmaz Layihə Tədqiqar İdarəsində baxılaraq mütəxəssis rəyi və sxem təqdim edilmişdir. Bildiririk ki, sözügedən mütəxəssis rəyinə əlavə edilmiş sxemdə koordinatlarla bağlı texniki səhv mövcud olduğundan tərəfimizdən təqdim olunan mütəxəssis rəyi və sxemin nəzərə alınmamasını xahiş edilir.
51. Göründüyü kimi istinad olunan mütəxəssis və ekspert rəylərinin mötəbərliyi şübhə altına alınmışdır.
52. Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 eyni məzmunlu apellyasiya şikayəti verərək iddianın onlara hər hansı aidiyyatının olmadığını mübahisələndirmişlər.
53. Kollegiya şikayətin bu dəlili ilə də razılaşmayaraq qeyd edir ki, həmin şəxslər mübahisə predmetini təşkil edən torpaq sahəsinin mülkiyyətçi olmasalar da işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh5 və Cavabdeh1 cavabdeh olmadıqlarını mübahisələndirməmişlər.
54. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı tam təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
55. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Quba Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e- 2(027)-17/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdehlər Cavabdeh6, Cavabdeh5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Quba Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, e-2(027)-17/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.