Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1112/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı1, onun nümayəndəsi və vəkili X10 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 saylı qətnaməsindən İddiaçı2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs S.Z.Allahquliyevin nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələblər irəli sürən üçüncü şəxs İ.A.Ağayevin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı1 cavabdeh X6 qarşı evin boşaldılaraq təhvil verilməsi və evə köçürülmə tələbinə dair iddiası təmin edilib,********** qeydiyyat nömrəli, 31.05.2019-cu il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi cavabdeh X5 hesabına boşaldılması və İddiaçı1nin həmin fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, İddiaçı2 cavabdehlər DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi, Bakı şəhəri, Yasmal rayon İcra və Probasiya Şöbəsi, İddiaçı1 və maraqlı şəxs X6 qarşı çıxarışın etibarsız hesab edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı1, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi, maraqlı şəxslər Bakı şəhəri, Cavabdeh1 və X6 qarşı çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər X8, DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə və Bakı şəhəri, Yasmal rayon İcra və Probasiya Şöbəsinə və maraqlı şəxs Ağayeva (Məcidova) Zərifə Əmirulla qızına qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı2 nümayəndəsi Vəkil1 apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 saylı qətnaməsinin ləğv edilib, İddiaçı1 iddiasının rədd edilməsi və İddiaçı2 iddasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs İ.A.Ağayevin nümayəndəsi Vəkil3 apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 saylı qətnaməsinin ləğv edilib, İddiaçı1 iddiasının rədd edilməsi və İ.A.Ağayevin iddasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs S.Z.Allahquliyevin nümayəndəsi Vəkil1 apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 saylı qətnaməsinin ləğv edilərək İddiaçı1 iddiasının rədd edilməsi və S.Z.Allahquliyevin iddasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ********** qeydiyyat nömrəli,31.05.2019-cu il tarixli çıxarış əsasında ona məxsus olan Abşeron rayonu,Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cavabdeh X5 hesabına boşaldılması və onun həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 31.05.2019-cu il tarixli çıxarışın etibarsız hesab olunması və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 31.05.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edib Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı1 adına verilmiş ********** qeydiyyat nömrəli, 31.05.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs S.Z.Allahquliyevin nümayəndəsi və vəkili Vəkil1 verdiyi apelyasiya şikayətlərini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 06 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı1 iddiasının rədd edilməsi və İddiaçı2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs S.Z.Allahquliyevin iddasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxs İ.A.Ağayevin nümayəndəsi və vəkili Vəkil3 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 06 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı1 iddiasının rədd edilməsi və S.Z.Allahquliyevin iddasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs S.Z.Allahquliyevin nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələblər irəli sürən üçüncü şəxs - İ.A.Ağayevin nümayəndəsi və vəkili Vəkil3 apelyasiya şikayətlərini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı T.Ə. Əfəndiyeva, onun nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətlərinə etiraz edib, təmin olunmamasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, 31.05.2019-cu il qeydiyyat tarixli çıxarışın notarial qaydada təstiq olunmuş surətindən görünür ki, Abşeron rayonu,Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsində sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 26.07.2018-ci il tarixli təklifi ilə X5 İddiaçı1 olan 40000 ABŞ dolları məbləğində borc pulun qarşılığında RX seriyalı, ******* saylı çıxarışa əsasən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən X5 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evi 51000 (əlli bir min) manat dəyərində qiymətləndirilərək “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən borc əvəzi kimi İddiaçı1 təklif edildiyindən sonuncu əmlakı vicdanlı yolla əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq , ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasn mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Eyni hüquqi mövqeyini Konstitusiya Məhkəməsi Plenumu H.Cəfərovun şikayəti üzrə 2014cü il 15 sentyabr tarixli Qərarında da nümayiş etdirərək göstərmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Bundan başqa müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Süleyman Allahquliyevin 08 yanvar 2018-ci il tarixli icarə müqaviləsinə istinad edərək İddiaçı1 adına verilmiş ********** qeydiyyat nömrəli,31.05.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə tələb irəli sürməsi subyektiv hüquq nöqteyi-nəzərindən də heç bir əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 718-ci maddəsinə əsasən icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Həmin Məcəllənin 699.1-ci maddəsinə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Həmin Məcəllənin 699.4-cü maddəsinə görə kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə, əgər bunların həyata keçirilməsi nəticəsində kirayəçi müqaviləyə uyğun istifadədən məhrum olarsa, bu Məcəllənin 699.1-ci maddəsi müvafiq surətdə tətbiq edilir. Əgər üçüncü şəxslərin hüquqları və iddiaları müqaviləyə uyğun istifadəyə mane olursa, kirayəçi bu hüquqların və iddiaların həyata keçirilməsinin qadağan olunmasını tələb etmək hüququna malikdir. Qanunun mənasından göründüyü kimi icarəyə verilən əşyanın mülkiyyətçisi dəyişərsə, bu hal icarə hüquq münasibətlərinin xitamına səbəb olmur, icarə münasibətləri saxlanılır.Yəni,öhdəlik dəyişmir, öhdəlikdə şəxslər dəyişir ki, bu hal da öhdəliyin mahiyyətinə xələl gətirmir.Belə olan halda Süleyman Allahquliyevin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi də məhkəməyə aydın deyildir. Belə ki, 08 yanvar 2018-ci il tarixli icarə müqaviləsi üzrə mülkiyyətçi olaraq İddiaçı1 X2 qarşı məhkəmədə hər hansı bir tələbinin olması, o cümlədən sözügedən icarə müqaviləsi üzrə Təranə tərəfindən Süleyman Allahquliyevin hüququnun hər hansı bir formada pozulması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki,********** qeydiyyat nömrəli, 31.05.2019-cu il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı1 xüsusi mülkiyyətində olan Abşeron rayonu,Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi cavabdeh X5 hesabına boşaldılmalı və İddiaçı1 həmin fərdi yaşayış evinə köçürülməlidir. Eyni zamanda iş materialları ilə müəyyən olur ki, İddiaçı2, müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 və müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 ayrı-ayrılıqda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 31.05.2019-cu il tarixli çıxarışın etibarsız hesab olunması və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 cavabdehlər DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi, Bakı şəhəri, Yasmal rayon İcra və Probasiya Şöbəsi, İddiaçı1 və maraqlı şəxs X6 qarşı çıxarışın etibarsız hesab edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı1, DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsi, maraqlı şəxslər Bakı şəhəri, Cavabdeh1 və X6 qarşı çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər X8, DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə və Bakı şəhəri, Yasmal rayon İcra və Probasiya Şöbəsinə və maraqlı şəxs Ağayeva (Məcidova) Zərifə Əmirulla qızına qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılması üçün əsaslar vardır. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan iddia tələbləri üzrə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə ayrıca qərardadla xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı2, müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 və müstəqil tələblər irəli sürən üçüncü şəxs X11 ayrı-ayrılıqda vermiş olduqları iddia ərizəsi üzrə tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384.0.4, 392- 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İddiaçı2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs S.Z.Allahquliyevin nümayəndəsi və vəkili Vəkil1, müstəqil tələblər irəli sürən üçüncü şəxs İ.A.Ağayevin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 saylı qətnaməsi qismən – «İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi, Bakı şəhəri Cavabdeh1, İddiaçı1 və maraqlı şəxs X6 qarşı çıxarışın etibarsız hesab edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması tələbinə dair iddia, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi, maraqlı şəxslər Bakı şəhəri Cavabdeh1 və X6 qarşı çıxarışın ləğv edilməsi və əmlaka dair reyestr qeydiyyat məlumatlarının əvvəlki vəziyyətdə qaytarılması tələbinə dair iddia və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər İddiaçı1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə, Bakı şəhəri Cavabdeh1nə və maraqlı şəxs Ağayeva (Məcidova) Zərifə Əmirulla qızına qarşı çıxarış ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin» hissəsində ləğv edilsin və iş üzrə həmin hissədə ayrıca qərardad çıxarılsın. Abşeron Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(012)-3477/2020 saylı qətnaməsi – «İddiaçı1 cavabdeh X6 qarşı evin boşaldılaraq təhvil verilməsi və evə köçürülməsi tələbinə dair iddia ərizəsi təmin edilsin, ********** qeydiyyat nömrəli, 31.05.2019-cu il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı1 xüsusi mülkiyyətində olan Abşeron rayonu,Novxanı kəndində 0,8 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi cavabdeh X5 hesabına boşaldılsın və İddiaçı1 həmin fərdi yaşayış evinə köçürülsün» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1112/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1112/2021
14.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver