Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1118/2020 03.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X10 və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Cavabdeh və onun nümayəndəsi X2iştirakları ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(034)-333/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(034)-333/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) İddiaçı Cavabdeh qarşı cehiz və qızıl əşyalarının geri qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi 22, 1 nömrəli topdan satış müəssisəsinin həyətində yerləşən evdə 1 ədəd xalça-dəyəri 400 manat, 1 ədəd tozsoran-dəyəri 150 manat, 5 ədəd pastel-dəyəri100 manat, 7 ədəd çay dəsmalı-dəyəri 50 manat, 1 ədəd çil-çıraq-dəyəri 300 manat, 1 ədəd sokçəkəndəyəri 100 manat, 1 ədəd ütü-dəyəri 150 manat, 1 ədəd ventilyator-dəyəri 50 manat, 1 ədəd samovar-dəyəri 180 manat, 1 ədəd qazan dəsti (qranit)-dəyəri 300 manat, 1 ədəd uşaq üçün çarpayı (açılıb-yığılan)-dəyəri 70 manat, 1 ədəd uşaq üçün kolyaska-dəyəri 80 manat, 1 ədəd qızdırıcı piltədəyəri 30 manat, 1 ədəd böyük vanna-dəyəri 25 manat, 4 ədəd orta vanna-dəyəri 35 manat, 1 ədəd yeməkbişirən piltə-40 manat, 1 ədəd zibil vedrəsi-dəyəri 15 manat, 1 ədəd çörək bişirən sac-dəyəri 50 manat, 1 ədəd paltaryuyan-dəyəri 400 manat, 6 ədəd stəkan və nəlbəki dəsti-dəyəri 100 manat, 8 ədəd əl-üz dəsmalı-dəyəri 30 manat, 3 ədəd böyük dəsmal-dəyəri 50 manat, 1 ədəd tas-dəyəri 15 manat, 5 ədəd kapron qablar-dəyəri 15 manat, 1 ədəd aşsüzən-dəyəri 10 manat, 4 ədəd vedrədəyəri 45 manat, 1 ədəd “Krosnu” antenası-dəyəri 100 manat, 1 ədəd sep-klon-dəyəri 150 manat, dəyəri 100 manat olan 1 ədəd kondisioner, dəyəri 650 manat olan 1 ədəd kompyuterin natura şəklində özləri və ya özləri yoxdursa, dəyərinin cavabdeh X3 alınaraq İddiaçı verilməsi, birgə nikah dövrdə əldə edilmiş MC markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 5000 manatın 2500 manatının Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək dəyəri 400 manat olan 1 ədəd xalçanın, dəyəri 300 manat olan 2 ədəd tozsoranın, dəyəri 100 manat olan 5 ədəd pastelin, dəyəri 50 manat olan 7 ədəd çay dəsmalının, dəyəri 300 manat olan 1 ədəd çilçırağın, dəyəri 100 manat olan 1 ədəd şirəçəkənin, dəyəri 150 manat olan 1 ədəd utünün, dəyəri 50 manat olan 1 ədəd ventilyatorun, dəyəri 180 manat olan 1 ədəd samovarın, dəyəri 300 manat olan qazan (qranit) dəstinin, dəyəri 70 manat olan uşaq üçün açılıb-yığılan çarpayının, dəyəri 80 manat olan uşaq üçün kolyaskanın, dəyəri 30 manat olan qızdırıcı piltənın, dəyəri 25 manat olan böyük vannanın, dəyəri 35 manat olan orta ölçülü 4 ədəd vannanın, dəyəri 40 manat olan yeməkbişirən piltənin, dəyəri 15 manat olan zibil vedrəsinin, dəyəri 50 manat olan çörək bişirən sacın, dəyəri 400 manat olan paltaryuyanın, dəyəri 100 manat olan 6 ədəd stəkan və nəlbəki dəstinin, dəyəri 30 manat olan 8 ədəd əl-üz dəsmalının, dəyəri 50 manat olan 3 ədəd böyük dəsmalın, dəyəri 15 manat olan tasın, dəyəri 15 manat olan 5 ədəd kapron qabın, dəyəri 10 manat olan aşsüzənin, dəyəri 45 manat olan 4 ədəd vedrənin, dəyəri 150 manat olan sep-klonun və dəyəri 350 manat olan 1 ədəd sepin alınaraq ona verilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş dəyəri 100 manat olan kondisionerin, dəyəri 100 manat olan “Krosno” antennasının, dəyəri 650 manat olan kompyuterin və MC markalı 99-UF- 493 dövlət nömrə nişanlı avtomobilin dəyərinin ona verilməsi barədə qətnamə qəbulolunmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh Zülfıqar oğlu ilə xx xxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X9 və xx.xx.2014-cü il tarixdə X12 anadan olmuşlar. Ailə münasibətləri pozulduğundan aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(034)-59/2017 saylı qətnaməsi ilə ləğv edilmiş, birgə nikahdan olan uşaqları onun yanında saxlanmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən alimentin tutulması qət edilmişdir. O, ailə qurduqdan sonra Zəngilan rayonundan məcburi köçkün olduğundan Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi 22, 1 nömrəli topdansatış müəssisəsinin həyətində yerləşən evdə məskunlaşmış, ona məxsus cehiz əmlakı da həmin evə yerləşdirilmişdir. Aralarında olan nikah pozulduqan sonra cavabdeh onu həmin evdə yaşamağa qoymur. Buna görə də uşaqları ilə birlikdə valideynlərinin himayəsinə sığınmışdır. Ona məxsus olan cehiz əmlakları Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi 22, 1 nömrəli topdansatış müəssisəsinin həyətində yerləşən evdə qalmışdır. Bu yaxınlarda evə gedərkən cehiz əşyalarının bəzilərinin, yəni dəyəri 400 manat olan 1 ədəd xalça, dəyəri 300 manat olan 2 ədəd tozsoran, dəyəri 100 manat olan 5 ədəd pastel, dəyəri 50 manat olan 7 ədəd çay dəsmalı, dəyəri 300 manat olan 1 ədəd çil-çıraq, dəyəri 100 manat olan 1 ədəd şirəçəkən, dəyəri 150 manat olan 1 ədəd ütü, dəyəri 50 manat olan 1 ədəd ventilyator, dəyəri 180 manat olan 1 ədəd samovar, dəyəri 300 manat olan qazan (qranit) dəsti, dəyəri 70 manat olan uşaq üçün açılıb-yığılan çarpayı, dəyəri 80 manat olan uşaq üçün kolyaska, dəyəri 30 manat olan qızdırıcı piltə, dəyəri 25 manat olan böyük vanna, dəyəri 35 manat olan orta ölçülü 4 ədəd vanna, dəyəri 40 manat olan yeməkbişirən piltə, dəyəri 15 manat olan zibil vedrəsi, dəyəri 50 manat olan çörək bişirən sac, dəyəri 400 manat olan paltaryuyan, dəyəri 100 manat olan 6 ədəd stəkan və nəlbəki dəsti, dəyəri 30 manat olan 8 ədəd əl-üz dəsmalı, dəyəri 50 manat olan 3 ədəd böyük dəsmalı, dəyəri 15 manat olan tas, dəyəri 15 manat olan 5 ədəd kapron qab, dəyəri 10 manat olan aşsüzən, dəyəri 45 manat olan 4 ədəd vedrə, dəyəri 150 manat olan sep-klon və dəyəri 350 manat olan 1 ədəd sepin yerində olmadığını görmüşdür. Bundan əlavə, cavabdehlə birgə nikah dövründə dəyəri 100 manat olan kondisioner, dəyəri 100 manat olan “Krosno” antenna, dəyəri 650 manat olan kompyuter və MC markalı, **-UF-*** dövlət nömrə nişanlı avtomobil almışlar. Cavabdeh əşyaları ona qaytarmaqdan imtina edir. Həmin əşyalar ona məxsusdur və ona da qaytarılmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə tamamilə əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, işə birtərəfli qaydada baxılmış və sübutlara düzgün qiymət verilmədən iddia təmin edilmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, iddia ərizəsində göstərilən əmlakların olub-olmamasını, həmin əmlakları aparıbaparmamasını iddiaçı sübut edə bilməmişdir. Qətnamənin nəticə hissəsində göstərilən qiymətlər iş materialları ilə sübut olunmur və iddiaçı həmin əmlakların dəyərinə dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyi halda, məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi məbləğləri əsassız olaraq qətnamədə qeyd etmişdir. Həmin əmlakların dəyəri ekspertiza təyin olunmaqla müəyyən olunmalı və ya iddiaçı hər hansı qəbzləri və əmlakların qiymətini göstərəcək sübutları təqdim etməli idi. Lakin heç bir araşdırma aparılmadan və qiymətlər müəyyən olunmadan məhkəmə göstərilən nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, iddiaçı ilə xx xxx 2009-cu il tarixdə ailə qurmuşdur. İddiaçı da məhz həmin vaxtı gəlin köçərkən cehiz əşyalarını gətirdiyini iddia edir. İddiaçının gətirdiyi cehiz əşyaları birgə yaşadıqları on il ərzində köhnəlməli idi, çünki həmin əmlaklar istifadə üçün gətirilmişdi. Deməli, 10 il ərzində həmin əmlakların hansısa biri təzə qala bilməzdi, əmlakların deformasiyaya uğraması, deformasiya qiymətləri çıxarıla bilərdi. İddiaçı özü əmlakı istədiyi kimi qiymətləndirə bilərdi. İddia İddiaçı tərəfindən verildyi üçün sübut etmək vəzifəsi də onun üzərinə düşür. Məhkəmə sübutları düzgün araşdırmalı və düzgün qiymət verməli idi.Məhkəmə iddianı təmin tədbiri barədə xx xxxxxxxx 2019-cu il tarixdə qərardad qəbul edərək icra olunması üçün Səbail rayon İcra və probasiya şöbəsinə göndərmiş, icra məmurları tərəfindən əmlaklar siyahıya alınmışdır. Həmin vaxtı tərtib olunan aktda evdə 2 ədəd tozsoran, 5 ədəd pastel, 7 ədəd çay dəsmalı, 1 ədəd ventilyator, 1 ədəd samovar, 1 ədəd uşaq üçün çarpayı, 1 ədəd uşaq üçün kolyaska, 1 ədəd qızdırıcı piltə, 1 ədəd böyük vanna, 4 ədəd orta vanna, 1 ədəd yeməkbişirən piltə, 1 ədəd zibil vedrəsi, 1 ədəd çörəkbişirən sac, 6 ədəd stəkan və nəlbəki dəsti, 8 ədəd əl-üz dəsmalı, 3 ədəd böyük dəsmal, 1 ədəd tas, 5 ədəd kapron qab, 1 ədəd aşsüzən, 4 ədəd vedrənin olması müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında hər hansı sübut yoxdur. Həmin akt da icra məmurları tərəfindən birtərəfli qaydada, araşdırma aparmadan, qərəzli surətdə tərtib edilmişdir. Çünki aktda göstərilən əmlakların bir qismi, ümumiyyətlə, iddiaçıya aid deyildir. İcra məmurları akt yazanda tozsoranların hansı tarixdə alınması ilə maraqlanmadan evin əşyalarının hamısını akta əlavə etmişlər. Ümumiyyətlə, iddiaçı nə samovar, nə tas, nə sac gətirməmiş, gətirdiyi cehiz əmlakların içərisində belə əmlaklar olmamışdır. İddiaçının gətirdiyi tozsoran 7 il işləyə bilməzdi. İddiaçının özü də yaxşı bilir ki, onun tozsoranı xarab olmuş, dəfələrlə düzəldildikdən sonra yararsız halda atılmışdır. Evin əşyası olan və iddiaçıya aidiyyəti olmayan tozsoranların akta salınması əsassızdır. Məhkəmə tərəfindən işə baxılarkən qeyd olunan hallara qiymət verilməmişdir. İddiaçı qeyd etdyi əmlakların ona aid olmasını sübut edə bilməmişdir. Çünki araşdırma düzgün aparılsaydı, tozsoranların hansı tarixdə alınması və onların vəziyyətinin 9 ilə aid olub-olmaması müəyyən edilərdi. 9 il bundan qabaq alınmış tozsoranın qiyməti hazırda 150 manat ola blməzdi. İddiaçı tərəfindən kompyuter gətirilməmiş, ventilyatoru qardaşı, “Krosna” antennasını isə özü almışdır. İstər “Krosna” antennası, istərsə də ventilyator iddiaçıya məxsus olmamış və həmin əmlaklar 7 il istifadə olunduqdan sonra atılmışdı. Məhkəmə tərəfindən bu əmlaklara qiymət qoyulmasının özü və bu əmlakların mövcud olmasının göstərilməsi əsassızdır, 30 manata alınan və 7 il işlənən ventilyatorun qyməti 30 manat, 7 il işlənən “Krosna” antennasının qiyməti 100 manat ola bilməzdi. İddaçı özü bu əmlaklarıcehiz gətirməsini sübut edə bilməmişdir. Məhkəmə işə düzgün qiymət verməmiş, kompyuter sübut olunmadığı, qiyməti müəyyən olunmadığı, eyni zamanda digər əmlaklar, həmin əmlakların iddiaçı tərəfindən alınıb alınmadığı sübut olunmadığı halda, məhkəmənin hansı sübutlara əsaslanması məlum deyildir, bu barədə iş materiallarında hər hansı sübut yoxdur. İddiaçı hər hansı əmlakın dəyərini göstərəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçının göstərdiy xalça da öz təsdiqini tapmamış, iddiaçının xalçanı cehiz gətirməsi sübut olunmamış və həmin xalça, ümumiyyətlə, aşkar olunmamışdır. Buna görə də xalçanın və ya dəyərinin ondan tutulması əsassızdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin cehiz əşyalarının özlərinin və ya onların dəyərlərinin tutulması hissəsində ləğv olunması və həmin hissədə yeni əsaslandırılmış qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin cehiz əşyalarının özlərinin və ya onların dəyərlərinin tutulması hissəsində ləğv olunması və həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi qismən, dəyəri 400 manat olan xalça, dəyəri 100 manat olan kondisioner, dəyəri 100 manat olan “Krosno” antennası və dəyəri 650 manat olan kompyuterə aid hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək bu hissələrdə iddia təmin edilməməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və onlara etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin cehiz əşyalarının özlərinin və ya onların dəyərlərinin tutulması hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İmamalıyeva Mirvari xx.xx.2010-cu ildə, İmamalıyeva İradə xx.xx.2014-cü ildə anadan olmuşlar, ataları Zaurİmamalıyev, anaları İddiaçıdır. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(034)-59/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx xxx 2009-cu il tarixdə bağlanmış, həmin tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 71 nömrə ilə qeydə alınmış nikah qeydiyyatının pozulması, xx xxxxxx 2010-cu il tarixdə doğulan X6 və xx xxxxx 2014-cü il tarixdə doğulan X8 anası İddiaçı yanında saxlanılması, xx xxxxxx 2010-cu il tarixdə doğulan X6 və xx xxxxx 2014-cü il tarixdə doğulan X1 üçün xx xxxxxxx 2017-ci il tarixdən başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək Cavabdeh hər ay hər uşağa 100 manat, cəmi 200 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X19 xx xxxxxx 2019-cu il tarixli, 016-75516-1219 saylı məktubuna əlavə olunmuş “MG 350” markalı, **-UF- *** qeydiyyat nişanlıavtomobilin qeydiyyat hərəkəti barədə məlumatın kompyuter çıxarışından görünür ki,buraxılış ili 2012-ci il, rəngi ağ olan “MG 350” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi AC083493 saylı, xx xxxxx 2014-cü il tarixli şəhadətnaməyə əsasən Cavabdeh olmuş, xx.xx.2016-cı il tarixdə avtomobil alqı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılmışdır. İş materiallarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-333/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddianı təmin tədbiri barədə İddiaçı ərizəsi qismən təmin edilmiş, qərardadın icrası ilə bağlı Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə akt tərtib edilmiş, aktda Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi 22, 1 nömrəli topdansatış müəssisəsinin həyətində yerləşən evdə 1ədəd tozsoran, 5 ədəd pastel, 7 ədəd çay dəsmalı, 1ədəd ventilyator, 1 ədəd samovar, 1 ədəd uşaq üçün çarpayı, 1 ədəd uşaq üçün kolyaska, 1 ədəd qızdırıcı piltə, 1 ədəd böyük vanna, 4 ədəd orta vanna, 1 ədəd yeməkbişirən piltə, 1 ədəd zibl vedrəsi, 1 ədəd çörəkbişirən sac, 6 ədəd stəkan və nəlbəki dəsti, 8 ədəd əl-üz dəsmalı, 3 ədəd böyük dəsmal, 1 ədəd tas, 5 ədəd kapron qab, 1 ədəd aşsüzən, 4 ədəd vedrənin olması müəyyən edilərək üzərinə həbs qoyulmuş, saxlanc üçün Cavabdeh etibarnamə üzrə nümayəndəsi olan atası X4 təhvil verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqasının qanunsuz sahibliyindən geri ala bilər. Cavabdeh apellyasiya şikayətində iddiaçının samovar, tas və sac gətirmədiyini, ventilyatoru qardaşı aldığını, gətirdiyi cehiz əmlakların içərisində belə əmlakların olmadığını göstərmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, iddianı təmin tədbiri barədə Zəngilan Rayon Məhkəməsinin 2(034)-333/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadının icrası ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş aktda tərəflərin yaşadıqları Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi 22, 1 nömrəli topdansatış müəssisəsinin həyətində yerləşən evdə 1 ədəd ventilyator, 1 ədəd samovar, 1 ədəd çörəkbişirən sac və 1 ədəd tas aşkar edilərək üzərinə həbs qoyulmuşdur. Ventilyatoru cavabdehin qardaşı tərəfindən alınmasına dair iş materiallarında heç bir sübut yoxdur. Cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçı tərəfindən kompyuter gətirilmədiyini, “Krosna” antennasını isə özü aldığını, 7 il istifadə olunduqdan sonra xarab olduğundan atıldığını, iddiaçının göstərdiyi xalçanın da öz təsdiqini tapmadığını, iddiaçının xalçanı cehiz gətirməsinin sübut olunmadığın göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı cavabdehlə birgə nikah dövründə dəyəri 100 manat olan kondisioner, dəyəri 100 manat olan “Krosno” antennası, dəyəri 650 manat olan kompyuter aldıqlarını, həmin əşyaların ona məxsus olduğunu göstərmiş, birinci instansiya məhkəməsi də iddia tələbini həmin hissədə təmin edərək qeyd edilən əmlakların və ya dəyərinin Cavabdeh alınaraq iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı göstərilən əmlakların birgə nikah dövründə əldə edilməsini göstərməsinə baxmayaraq birinci instansiya məhkəməsi həmin əmlakları faktiki olaraq iddiaçının əmlakı hesab etmiş, bununla da iddia tələbinin bu hissəsinə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, tərəflərin birgə nikahları dövründə dəyəri 100 manat olan kondisioner, dəyəri 100 manat olan “Krosno” antennası, dəyəri 650 manat olan kompyuter alınmasına, iddiaçının cehiz kimi xalça gətirməsinə dair iş materiallarında heç bir sübut yoxdur, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehlərin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyəri 400 manat olan xalça, dəyəri100 manat olan kondisioner, dəyəri 100 manat olan “Krosno” antennası və dəyəri 650 manat olan kompyuterə aid hissələrdə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi qismən, dəyəri 400 manat olan xalça, dəyəri 100 manat olan kondisioner, dəyəri 100 manat olan “Krosno” antennası və dəyəri 650 manat olan kompyuterə aid hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək bu hissələrdə iddia təmin edilməməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İs üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(034)-333/2019 saylı qətnaməsi qismən, dəyəri 400 manat olan xalça, dəyəri100 manat olan kondisioner, dəyəri 100 manat olan “Krosno” antennası və dəyəri 650 manat olan kompyuterə aid hissələrdə ləğv edilsin, həmin hissələrdə yeni qətnamə qəbul edilərək bu hissələrdə iddia təmin edilməsin. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abbasov Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1118/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1118/2020
03.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver