Məhkəmə qərarları › İş №2(105)-1126/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1126/2025

31.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1126/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı "torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin, tikilinin boşaldılması və ona təhvil verilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi, şikayətin qeyri-mümkünlüyü) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bilgəh Bələdiyyəsi və Abşeron rayon İcra Hakimiyyəti cəlb olunmaqla) "torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin, tikilinin boşaldılması və ona təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(012)-384/2025 nömrəli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegyiası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayonu, Bilgəh Bələdiyyəsinin 27 may 2005-ci il tarixli, 737 nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş 1014 kv.m torpaq sahəsindən və orada inşa etdiyi iki mərtəbəli tikilidən cavabdeh X4 və ailə üzvlərinin çıxarılması, torpaq sahəsinin və tikilinin boşaldılması, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Həmin mülki iş üzrə zərurət yarandığından, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi əraziyə mütəxəssisin iştirakı ilə yerli baxış keçirilməklə həmin ərazinin Abşeron rayonun inzibati ərazisinə düşüb-düşməməsi barədə məlumatın xx.xx.2024-cü il tarixədək məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Məhkəmə sorğusu sorğu edilən hüquqi şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə göndərilmiş, həmin qurum tərəfindən sorğu xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinin tələbləri ilə xəbərdar olunmuşdur.

3. Lakin sorğuya cavab göstərilən vaxtda məhkəməyə göndərilmədiyindən Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi Mülki Prosessual Məcəllənin 78.4 maddəsinə əsasən, 1000 (min) manat miqdarında cərimə olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi əraziyə mütəxəssisin iştirakı ilə yerli baxış keçirilməklə həmin ərazinin Abşeron rayonun inzibati ərazisinə düşüb-düşməməsi barədə məlumatın məhkəməyə təqdim olunması Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru vasitəsilə əldə olunmuşdur.

4. Sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadından xx.xx.2024-cü il tarixində şikayət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.3-cü, 78.4-cü, 267-ci və 269.2-ci maddələrinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadının “İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinə əsasən 1000 (min) manat miqdarında cərimə olunması” hissəsində ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.

5. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadına əsasən, İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadından sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X5 tərəfindən verilmiş şikayət Mülki Prosessual Qanunvericiliyin tələblərinə uyğun olmadan verildiyindən geri qaytarılmışdır.

6. Həmin mülki iş üzrə sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4469/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin MPM-nin 78.4-cü maddəsinə əsasən 1000 manat miqdarında cərimə olunması hissəsində ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-384/2025 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-4469/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsinə dair sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X5 tərəfindən verilmiş ərizə təmin edilməmişdir.

8. Sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(012)-4469/2024 saylı qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.3-cü, 78.4-cü, 267-ci və 269.2-ci maddələrinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadının “İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinə əsasən 1000 (min) manat miqdarında cərimə olunması” hissəsində ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.

9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-384/2025 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadından sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X5 tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş şikayəti geri qaytarılmışdır.

10. Sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(012)-384/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixində şikayət verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.3-cü, 78.4-cü, 267-ci və 269.2-ci maddələrinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadının “İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinə əsasən 1000 (min) manat miqdarında cərimə olunması” hissəsində ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.

11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 2(012)-384/2025 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 2(012)-4469/2024 saylı qərardadından sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X5 tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş şikayət geri qaytarılmışdır.

12. Sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-384/2025 saylı qərardadından xx.xx.2025-ci il tarixində şikayət və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə də vermişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərardadı ilə (hakim - Habil Əhmədov) İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinə əsasən 1000 (min) manat miqdarında cərimə olunmuşdur. 4 saylı Abşeron Ərazi İdarəsi sözügedən məhkəmə qərardadından narazı qalaraq həmin məhkəmə aktının ‘İddiaçı cavaodeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsi və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinə əsasən 1000 (min) manat miqdarında cərimə olunması" hissəsində ləğv edilməsinə dair həm şikayət, həm də ərizə formasında Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, lakin müraciətləri adıçəkilən məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(012)-4469/2024 saylı qərarcadı ilə müsbət cavablandırılmamışdır. Daha sonra yenidən 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə eyni məzmunlu ərizə ilə müraciət edilmiş, amma Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-384/2025 saylı qərardadı ilə sözügedən ərizə də təmin edilməmişdir. Növbəti olaraq, adıçəkilən qərardadın nəticəsi ilə razılaşmayan idarə tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixində yenidən eyni məzmunlu şikayət ünvanlanmış və həmin şikayət sözügedən məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(012)- 384/2025 saylı qərardadı ilə geri qaytarılmışdır. Yekun olaraq, sonuncudan da narazı qalan 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixində yenidən eyni məzmunlu şikayət ünvanlanmış və həmin şikayət sözügedən məhkəmənin xx.xx.2025-ci il tarixli. 2(012)-384/2025 saylı qərardadı ilə geri qaytarılmışdır. Məlumat üçün bildirilir ki, sözügedən müraciətlərin müsbət cavablandırılmama əsası qismində prosessual müddətin ötürülməsi göstərilmişdir. Həmçinin bildirilir ki, yanlışlıq nəticəsində idarə tərəfindən adıçəkilən məhkəmənin xx.xx.2025-ci il tarixli. 2(012)-384/2025 saylı qərardadından şikayət verilməli və növbəti proseslər də sırf həmin qərardadla bağlı olmalı olduğu halda hər dəfə mülki iş üzrə çıxarılmış son məhkəmə aktından şikayət verilmişdir. Lakin məhkəmənin nəzərinə çatdırılır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində çıxış edən 4 saylı Abşeron Ərazi İdarəsi mülki işlə bağlı laqeyd yanaşmamış, səhv yöndə belə olsa dəfələrlə məhkəməyə şikayət ərizələri ilə müraciət etmişdir. Hansı ki, yuxarıda göstərilənlər də bu faktı təsdiqləyir. Belə ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğu və düzgün tətbiq edilmədiyi, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığı, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmadığı, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların sübut olunmadığından qərardad ləğv olunmalı və 4 saylı Abşeron Ərazi İdarəsinin şikayətinin təmin edilməsi barədə qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsini rəhbər tutaraq Abşeron Rayon Məhkəməsinin 28.01 2025-ci il tarixli, 2(012)- 384/2025 saylı qərardadından şikayətin verilmə müddətinin bərpası barədə qərardad çıxarılması xahiş edilmişdir.

14. Abşeron Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(012)-384/2025 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) müddətin bərpasından imtina edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-384/2025 saylı qərardadından sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X3 xx.xx.2025-ci il tarixində verdiyi şikayət geri qaytarılmışdır.

15. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayonu, Bilgəh Bələdiyyəsinin 27 may 2005-ci il tarixli, 737 nömrəli qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş 1014 kv.m torpaq sahəsindən və orada inşa etdiyi iki mərtəbəli tikilidən cavabdeh X4 və ailə üzvlərinin çıxarılması, torpaq sahəsinin və tikilinin boşaldılması, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki iş məhkəmənin icraatındadır. İşlə əlaqədar müəyyən sənədlərin əldə olunması zərurəti yaranmışdır. Hesab edir ki, həmin sənədlər olmadan işin mahiyyəti üzrə baxılması mümkün deyildir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

16. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli 2(012)-384/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-384/2025 saylı qərardadından elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə şikayəti verərək, Abşeron rayon məhkəməsinin 2(012)-384/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.

18. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(012)-384/2025 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) İddiaçı cavabdeh Quliyeva (Hüseynova) Nərmin Namiq qızına (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bilgəh Bələdiyyəsi, Abşeron Rayon İcra Hakimiyyəti) qarşı torpaq sahəsi və tikilidən çıxarılma, torpaq sahəsinin və tikilinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-384/2025 saylı qərardadından sorğu edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin nümayəndəsi X5 tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Maddə 366.1 Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2 Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıran məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(012)-384/2025 nömrəli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığına görə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından prosessual müddətlə bağlı hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

22. Belə ki, iş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən şikayət prosessual müddət ötürülməklə verilmişdir.

23. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruridir.

24. Həmin Qərarda məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız Mülki Prosessual Məcəllədə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Qanunverici Mülki Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir.

25. Lakin, birinci instansiya məhkəməsi şikayətin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hala əhəmiyyət verməmiş, müddətin buraxılıb-buraxılmamasına hüquqi qiymət vermədən, şikayət prosessual müddət ötürülməklə verildiyi halda buna münasibət bildirmədən, Mülki Prosesual Məcəllənin 364-cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

26. Kollegiya qeyd edir ki, sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması, yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir.

27. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

28. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.».

30. Göründüyü kimi birinci instansiya məhkəməsinin qərardadı xx.xx.2025-ci il tarixli məktubla rəsmi qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş və xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə alınmışdır. Buna baxmayaraq, apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi şikayəti qanunvericiliyin müddətlərlə bağlı tələblərinə riayət etməməklə vermiş, həmçinin apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təqdim etməmiş və birinci instansiya məhkəməsi tərəfindən də göstərilən hala qiymət verilməmişdir.

31. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinin yoxlanılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

32. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366.2-ci və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Abşeron Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(012)-384/2025 nömrəli qərardadından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayət Azərbaycan Respublikası MPM-nin tələblərinin yerinə yetirilməsi üçün Abşeron rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülkikollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar