Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1179/2022 17.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı və Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: əmlak bölgüsü, mənzilə görə ödənilmiş puldan payın müəyyən edilib verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə Şuşa Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(077)-22/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ilə ayrı yaşadıqları dövrdən sonra onun tərəfindən ipoteka krediti, daşınmaz əmlak və həyat sığortası üzrə aparılmış ödənişlərin ümumi məbləğini təşkil edən 4152,02 (dörd min yüz əlli iki manat iki qəpik) manat pulun onun mülkiyyəti hesab edilməsi və həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsi, ümumi birgə mülkiyyətdə olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzil üzərində onun 2/3 hissədə və Cavabdeh 1/3 hissədə payının müəyyən edilməsi, onun və Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli, İK-446-İ saylı kredit müqaviləsi üzrə 45623,43 (qırx beş min altı yüz iyirmi üç manat qırx üç qəpik) manat ümumi borcun paylara müvafiq olaraq onun üçün 2/3 hissədə, Cavabdeh üçün 1/3 hissədə müəyyən edilməsi, onun və Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli, İK446-İ saylı kredit müqaviləsinin 2-ci maddəsinin 4-cü bəndinin 1-ci və 2-ci yarımbəndlərinə müvafiq olaraq borcalanlar tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş əmlak sığortası və həyat sığortası müqavilələri üzrə sığorta haqlarının, dəbbə pulunun (əgər varsa) ödəniş bölgüsünün onun üçün 2/3 hissədə və Cavabdeh üçün 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ilə ayrı yaşadıqları dövrdən sonra onun tərəfindən ipoteka krediti, daşınmaz əmlak və həyat sığortası üzrə aparılmış ödənişlərin ümumi məbləğini təşkil edən 5618,52 (beş min altı yüz on səkkiz manat əlli iki qəpik) manat pulun onun mülkiyyəti hesab edilməsi və həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsi, hüquqi yardım göstərilməsi ilə əlaqədar olaraq vəkilə ödənilən 500 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi, ümumi birgə mülkiyyətdə olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzil üzərində onun 2/3 hissədə və Cavabdeh 1/3 hissədə payının müəyyən edilməsi, onun və Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli, İK-446-İ saylı kredit müqaviləsi üzrə 45060,49 (qırx beş min altmış manat qırx doqquz qəpik) manat pulun ümumi borcun paylara müvafiq olaraq onun üçün 2/3 hissədə, Cavabdeh üçün 1/3 hissədə müəyyən edilməsi, onun və Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli, İK-446-İ saylı kredit müqaviləsinin 2-ci maddəsinin 4-cü bəndinin 1-ci və 2-ci yarımbəndlərinə müvafiq olaraq borcalanlar tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş əmlak sığortası və həyat sığortası müqavilələri üzrə sığorta haqlarının, dəbbə pulunun (əgər varsa) ödəniş bölgüsünün onun üçün 2/3 hissədə və Cavabdeh üçün 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 09 dekabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 31 yanvar 2018-ci il tarixdə Nuray adlı qızları doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)164/2020 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahdan olan Nuray anasının himayəsində saxlanılmaqla aliment təyin edilmişdir. Birgə nikahda olduqları dövrdə ipoteka kreditləşməsi yolu ilə 10 mart 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzili almışlar. Bu barədə mənzilə dair DƏDRX tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin mənzil xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin “İpoteka” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mənzilin əldə edilməsinə görə ilkin ödəniş kimi tələb olunan 20.000 manat vəsaitin 15.000 manat hissəsi onun valideynləri, 5000 manat hissəsi isə Cavabdeh tərəfindən ödənilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 536 nömrəli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixinə hesablanmış ümumi borc 45.623,43 manat təşkil edir. Həmçinin, faktiki olaraq birgə yaşamadıqları dövrdə ödənişlərdə gecikmələr olmuş və bank tərəfindən xx.xx.2019-cu il tarixli, 167 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq məktubu ilə bağlı Cavabdeh məlumat verilsə də, o, banka olan ödənişləri icra etmədiyindən o, qızı bank qarşısında özü də birgə borcalan olduğundan öhdəlikləri özü icra etməyə başlamışdır. 10 sentyabr 2019-cu il tarixdən başlayaraq - 10 sentyabr 2019-cu il tarixli ödəniş əvvəlki 3 aylıq gecikmələri də əhatə etdiyindən həmin məbləğ 794.24 manat təşkil etmiş, hazırkı vaxtadək təkbaşına cavabdehin heç bir yardımı olmadan bank və sığorta ödənişlərini ödəyir. Faktiki olaraq ailə münasibətlərinin pozulub ayrı yaşamağa başladıqları vaxtdan 2020-ci ilin sonuna qədər ipoteka krediti ödənişi, əmlak sığortası haqqı və həyat sığortası haqqı olmaqla, ümumilikdə 5618,52 manat məbləğində ödəniş etmişdir. Həmçinin qeyd edilən mənzildə qızı ilə birgə yaşayaraq cavabdehin heç bir köməyi olmadan bu müddət ərzində mənzilin qorunub saxlanmasını təşkil etmiş və kommunal ödənişlərini ödəmişdir. Ona görə də, birgə mülkiyyət hesab olunan mənzil üzərində onun 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payı müəyyən edilməlidir. Həmçinin onlarla "xxxx" ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İK-446-İ saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə hesablanmış ümumi 45623,43 manat borc paylara uyğun olaraq onun 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payı müəyyən edilməlidir. Eləcə də, məhkəmə tərəfindən müəyyən ediləcək borca dair ödəniş üzrə gecikmələr, sığorta haqları ümumi şəkildə deyil, hər bir borcalandan öz payına müvafiq olaraq ayrılıqda tutulmalıdır. Belə ki, kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən borcalanlar tərəfindən həyata keçirilməsi məcburi olan ödənişlər sırasında əmlak və həyat sığortası müqavilələri üzrə sığorta haqları ilə bərabər dəbbə pulu (əgər varsa) da göstərilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İddiaçı ilə birgə nikah dövründə alınmış Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 62.7 kv.m ümumi sahədən ibarət 16 saylı ipoteka predmeti olan mənzilə görə nağd ödənilmiş 20.000 manat pulun və birgə yaşadıqları dövrdə borca görə ödənilmiş 6570,14 manat puldan hər birinin ½ hissədə payının müəyyən edilməsi, həmin paya uyğun 13.285,07 manat və ayrı yaşadıqları dövrdə İddiaçı tərəfindən ödənilmiş 3552,02 manat olmaqla, cəmi 16.837,09 manat pulun ondan alınaraq İddiaçı ödənilməsi, xx.xx.2017-ci il tarixli, İK-446-İ saylı kredit müqaviləsi üzrə qalan borc öhdəliyinin ona keçməsi, İddiaçı mübahisəli mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 09 dekabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahda olduqları dövrdə Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 62.7 kv.m ümumi sahədən ibarət 16 saylı mənzili almışlar. Həmin mənzili xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-nin “İpoteka” filialı ilə bağladıqları İK-446-İ nömrəli kredit müqaviləsi əsasında 50.000 manat məbləğinə illik 4 faiz dərəcəsi hesablanmaqla, 300 ay müddətinə ipoteka krediti ilə almışlar. Mənzilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Həmin mənzilin alınması üçün nəzərdə tutulmuş 20.000 manat məbləğində ilkin ödənişi özü ödəmiş və nağd şəkildə notariat kontorunun depozit hesabına qoymuşdur. Həmin pulun çox hissəsi hər iki tərəfin bigə vəsaiti olmuş, yalnız çatışmayan cüzi hissəsini onun valideynləri vermişdir. Həmin məbləğin ödənilməsində İddiaçı valideynləri heç bir köməklik göstərməmişdir. İddiaçı mübahisəli mənzilə onu buraxmadığından aralarındakı münasibətlər pisləşmiş, nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)164/2020 nömrəli qətnaməsi ilə pozulmuş və azyaşlı Nurayın saxlanması üçün aliment təyin edilmişdir. Ona məxsus bütün sənədlər hazırkı vaxtadək mübahisəli mənzildədir, ürək xəstəsi olduğundan mütəmadi olaraq müalicə alır. İddiaçı onu öz mənzilinə buraxmadığından valideynlərinin yanında yaşayır. Mübahisəli mənzildə faktiki olaraq Vəfa yaşasa da, o, ayrıldıqdan sonra ilk 2 ayın ödənişini təşkil edən 600 manat kredit ödənişini icra etmişdir. Sözüdedən mənzilə görə verilən 50.000 manat məbləğində kredit o, məcburi köçkün olduğu üçün illik 4 faiz hesablanmaqla ayrılmış və dövlət qeydiyyatında onun adına rəsmiləşmişdir. Ona görə də, hesab edir ki, həmin mənzilin bölünməsi mümkün deyildir. Birgə nikah dövründə alınmış ipoteka predmeti olan mənzilə görə ödənilmiş 20.000 manat pulun və birgə yaşadıqları dövrdə kredit borcuna görə ödənilmiş 6570,14 manat puldan hər birinin ½ hissədə payının müyyən edilməsi düzgün olardı. Həmçinin həmin paya uyğun 13.285,07 manat pul və ayrı yaşadıqları dövrdə İddiaçı ödədiyi 3552,02 manat pul sonuncunun mülkiyyətidir. Bu səbəbdən də, İddiaçı 16.837,09 manat pulu ödəməyə razıdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin ilk iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarında olan 3 saylı Bakı «ASAN xidmət» Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV № 088918 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 31 yanvar 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X5 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 1265 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-164/2020 nömrəli qətnaməsi ilə Cavabdeh və X5 arasında xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 258 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 anası X3 himayəsində saxlanması, Cavabdeh xx.xx.2018-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment və xx.xx.2018-ci il təvəllüdlü X1 3 yaşına çatana kimi hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 3417/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 164/2020 nömrəli qətnaməsi mübahisələndirilən - xx.xx.2018-ci il təvəllüdlü X1 3 yaşına çatana kimi Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin tutulması hissəsi dəyişdirilmədən saxlanmışdır. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ nömrəli, № 362987 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X3 nikahı Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 359 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Allahverdiyeva soyadı verilmişdir. Sumqayıt şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli, 496 saylı arayışından görünür ki, ünvan 1 ünvanında yaşayan 1984-cü il təvəllüdlü Cavabdeh Sumqayıt şəhər 3 nömrəli şəhər poliklinikasının revmatoloji kabinetində “Xroniki revmatizm, ürək qüsuru, aortal qapaq çatışmamazlığı və mitral qapaq prolapsu” diaqnozu ilə dispanser qeydiyyatındadır, 2-ci qrup əlildir və vaxtaşırı müalicələr alır. DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 62,7 kv.m mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Bu barədə xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeyd edilmişdir. "xxxx" ASC-nin “İpoteka” filialı ilə Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2017ci il tarixli, İK-446-İ saylı kredit müqaviləsindən görünür ki, borcalanlara mənzil almaq məqsədilə 300 ay müddətinə, illik 4 faiz hesablanmaqla 50.000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh və X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzili banka ipotekaya qoymuşdur. "xxxx" ASC-nin Cavabdeh ünvanlamış olduğu xx.xx.2019-cu il tarixli, 167 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, İK-446-İ saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə 263,92 manat aylıq ödəniş və ona hesablanmış 0,45 manat dəbbə pulu olmaqla, cəmi 264,37 manat məbləğində gecikdirilmiş borcu vardır. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 647 saylı arayışından görünür ki, Allahverdiyeva (Məmmədova) Vəfa Elxan qızı ilə bağlanmış xx.xx.2017-ci il tarixli, İK-446-İ saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə olan borc 45 060,49 manat təşkil edir. E-Manat ödəniş sisteminə ödənilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, 5 saylı Vəkil Bürosuna vəkil xərci üçün 500 manat məbləğində ödəniş edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh 09 dekabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 31 yanvar 2018-ci il tarixdə qızları Nuray doğulmuşdur, ailə münasibətləri pozulduğu üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-164/2020 nömrəli qətnaməsi ilə aralarındakı nikahın pozulması, birgə nikahdan olan uşağın anasının himayəsində saxlanılması və uşağın saxlanması üçün alimentin tutulması qət edilmişdir. Birgə nikahda olduqları dövrdə tərəflər ipoteka kreditləşməsi yolu ilə 10 mart 2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzili almışlar. Bu barədə mənzilə dair DƏDRX tərəfindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarış verilmişdir. Qeyd edilən mənzil xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin “İpoteka” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mənzilin əldə edilməsinə görə ilkin ödəniş kimi tərəflərin birgə vəsaiti kimi 20.000 manat pul vəsaiti ödənmiş, qalan məbləğ isə "xxxx" ASC-dən birgə borcalan olaraq tərəflərə 50.000 manat kredit verilmişdir. Təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 536 nömrəli arayışdan görünür ki, xx.xx.2020-ci il tarixinə hesablanmış ümumi borc 45.623,43 manat təşkil edir. Bundan əlavə müəyyən edilmişdir ki, tərəflər 14 apral 2019-cuil tarixdən faktiki olaraq ayrılmışlar, həmin vaxtdan sonra kredit borcundan banka cəmi 5618,52 manat məbləğində pul ödənilmişdir, bu tərəflərin izahatı və işdə olan ödəniş qəbzləri ilə də təsdiq olunur. İlk iddiaçı iddia edir ki, həmin 5618,52 manatı təkbaşına ödəmişdir, qarşı tərəf isə bildirir ki, həmin məbləğin 600 manatını özü ödəmişdir. İlk iddiaçı 600 manatın 5618,52 manata daxil olmadığını bildirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ödəniş qəbzlərindən görünür ki, həmin ödəmələr Cavabdeh tərəfindən icra edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzil üzərində İddiaçı və Cavabdeh hər birinin payı ½ hissədə,eyni zamanda İddiaçı və Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə 45060,49 (qırx beş min altmış manat qırx doqquz qəpik) manat məbləğdə qalıq borcda və həmin kredit müqaviləsinin 2-ci maddəsinin 4-cü bəndinin 1-ci və 2-ci yarımbəndlərinə müvafiq olaraq borcalanlar tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş əmlak sığortası və həyat sığortası müqavilələri üzrə sığorta haqlarının, dəbbə pulu (əgər varsa) ödəniş bölgüsündə tərəflər birgə borclular olaraq, onların həmin öhdəliyin icrasında hər birinin payı ½ hissədə müəyyən edilməli, Cavabdeh 2509,01 manat məbləğində kredit borcuna görə ödənilmiş pul, 150 manat vəkilə çəkilən xərcə görə pul tutularaq İddiaçı ödənilməli,ilkin iddia qalan hissədə təmin edilməməli,qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzilə köçürülməli,qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə ilk iddia tələbinin pul məbləği ilə bağlı hissəsinə münasibətdə isə qeyd etmişdir ki, ilk iddiaçı tərəfindən 14 aprel 2019-cu il tarixdən sonra aparılmış 5618,52 (beş min altı yüz on səkkiz manat əlli iki qəpik) manatın özü tərəfindən aparılmasını iddia etsə də, həmin məbləğin 600 manatının cavabdeh tərəfindən ödənilməsi iş materialları ilə təsdiq edildiyindən, habelə mübahisəli kreditin təyinatını, ümumi mülkiyyətdə olan mənzildə iddiaçının ½ hissədə payının olmasını nəzərə alaraq hesab etmişdir ki, 5618,52- 600= 5018,52 manatın ½ hissəsini təşkil edən 2509,01 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, bu hissədə ilkin iddia qismən təmin edilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi ilk iddianın Cavabdeh vəkilə ödənilən 500 manatın tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, bu işdə olan qəbzlə təsdiq olunur. Hazırki iddia qismən təmin edildiyindən həmin məbləğin 150 manat hissəsi Cavabdeh tutulub İddiaçı verilməli, bu hissədə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia tələbi birgə nikah dövründə alınmış Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 62.7 kv.m ümumi sahədən ibarət 16 saylı ipoteka predmeti olan mənzilə görə nağd ödənilmiş 20.000 manat pulun və birgə yaşadıqları dövrdə borca görə ödənilmiş 6570,14 manat puldan hər birinin ½ hissədə payının müəyyən edilməsi, həmin paya uyğun 13285,07 manat və ayrı yaşadıqları dövrdə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ödənilmiş 3552,02 manat olmaqla, cəmi 16837,09 manat pulun ondan alınaraq İddiaçı ödənilməsi, xx.xx.2017-ci il tarixli İK-446-İ saylı kredit müqaviləsi üzrə qalan borc öhdəliyinin ona keçməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin cavabdeh İddiaçı mübahisəli mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 62.7 kv.m ümumi sahədən ibarət 16 saylı mənzil tərəflərin birgə mülkiyyətidir. Onların hər ikisinin orada yaşamaq və istifadə etmək hüquqları vardır. Qeyd edilən maddi hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia tələbi İddiaçı mübahisəli mənzildən çıxarılması hissəsində əsassız olmaqla təmin edilməməli və cavabdeh–qarşlıqlı iddiaçının mənzilə köçürülməsi hissəsində əsaslı olmaqla təmin edilməli, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzilə köçürülməlidir. Şuşa Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(077)-22/2021 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair ilk iddia tələbi qismən təmin edilib, Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzil üzərində İddiaçı və Cavabdeh hər birinin payı ½ hissədə, eyni zamanda İddiaçı və Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 06 mart 2017-ci il tarixli, İK-446-İ saylı kredit müqaviləsi üzrə 45060,49 (qırx beş min altmış manat qırx doqquz qəpik) manat məbləğdə qalıq borcda və həmin kredit müqaviləsinin 2-ci maddəsinin 4-cü bəndinin 1-ci və 2-ci yarımbəndlərinə müvafiq olaraq borcalanlar tərəfindən həyata keçirilməsi məcburi ödəniş kimi nəzərdə tutulmuş əmlak sığortası və həyat sığortası müqavilələri üzrə sığorta haqlarının, dəbbə pulu (əgər varsa) ödəniş bölgüsündə tərəflər birgə borclular olaraq, onların həmin öhdəliyin icrasında hər birinin payı ½ hissədə müəyyən edilmiş, Cavabdeh 2509,01 manat məbləğində kredit borcuna görə ödənilmiş pul və 150 manat vəkilə çəkilən xərcə görə pulun tutularaq İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı mənzilə görə ödənilmiş puldan payın müəyyən edilib verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia qismən təmin edilib, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzilə köçürülməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6, 152.1, 152.5, 157.4, 158.1.2, 213.2, 213.3, 213.4, 213.5, 213.6, 213.7, 213.8, 214.1, 214.2, 214.3, 214.4, 225.1-ci maddələri, Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2, 36.1, 36.3, 37.1-ci madələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(077)-22/2021 nömrəli qətnaməsinin ləğv edilib, İddiaçı ona qarşı “əmlak bölgüsü” tələbinə dair ilk iddianın təmin edilməməsi və “mənzilə görə ödənilmiş puldan payın müəyyən edilib verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddia predmeti olan mənzil hündürmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşdiyindən və mənzilin yalnız bir giriş-çıxış qapısı olduğundan həmin mənzilin real bölgüsü mümkün deyildir. Odur ki, o, İddiaçı “Razılaşma Sazişi” göndərək mənzildən cavabdehə düşən payın dəyərinin ona ödənilməsi yolu ilə əmlaka olan pay hüququnun itirilməsini, və yaxud əksinə, mənzildən onun payına düşən hissənin payının dəyərinin ona ödənilməsi yolu ilə onun əmlaka olan pay hüququnun itirilməsi təklifini İddiaçı etmişdir. Lakin, cavabdeh onun bu təkliflərini və paylı mülkiyyətdən istifadə ilə bağlı digər təkliflərini cavablandırmamışdır. Hesab edir ki, onunla İddiaçı paylı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17 ünvanında yerləşən 16 saylı mənzildə olan payları naturada ayrılmalıdır. Əgər, həmin əmlakın naturada ayrılması mümükün olmazsa, onda həmin əmlak açıq hərracdan satılmalı və satış pulu paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, İlk iddia üzrə cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, “mənzilin alınması üçün nəzərdə tutulmuş 20.000 manat məbləğində ilkin ödənişi o özü ödəmiş və nağd şəkildə notariat kontorunun depozit hesabına qoymuşdur. Həmin pulun 10.000 manat hissəsi hər iki tərəfin birgə vəsaiti olmuş, qalan 10.000 manat hissəsini isə Cavabdeh valideynləri vermişdir”. Halbuki Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, 20.000 manat məbləğində ilkin ödənişin çox hissəsi hər iki tərəfin birgə vəsaiti olmuş, yanız çatışmayan cüzi hissəsini onun valideynləri vermişdir. Qarşılıqlı iddiada göstərilən cüzi hissənin apellyasiya şikayəti verilən zaman artıq 10.000 manat məbləğ kimi göstərilməsi apellyasiya şikayətində göstərilən digər halların heç birinin cavabdehin təsvir etdiyi kimi olmadığını, apellyasiya şikayətində göstərilənlərin həqiqətə uyğun olmadığını təsdiq edir. Həqiqətdə isə mənzilə görə ilkin ödəniş məbləği olan 20.000 manatın 15.000 manatını özü, 5000 manatını isə Cavabdeh ödəmişdir. xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə qədər onun cavabdehlə mənzildə birgə yaşadıqları dövrdə ödənilən məbləğ 7425,34 manat (26 ay x 285,59 manat) təşkil etmişdir. Mənzildə birgə yaşadıqları xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər olan dövrdə (2 ay ərzində) 571,18 manat ödəniş edilməli idi ki, onun da 282,42 manat hissəsi onun payına düşürdü. 2019-cu ilin iyul ayından 2021-ci ilin fevral ayı da daxil olmaqla onun tərəfindən təkbaşına ödənilmiş olan 5884,07 manat məbləğindən 282,2 manat məbləğinin çıxılması əvəzinə Şuşa Rayon Məhkəməsi tərəfindən 600 manat çıxılmışdır. Ümumiyyətlə, Məmmədovun ona ümumilikdə 3222.49 manat borcu olduğu halda, məhkəmə 2659.01 manat borcun Məmmədovdan alınaraq ona ödənilməsi barədə qərar çıxartmışdır. Belə olan halda Cavabdeh əvəzinə ödədiyi yerdə qalan 563.48 manatın kim tərəfindən ona qaytarılacağı onda və işlə tanış olan hər bir kəsdə sual doğurur. O, 5884,07 manat məbləğinin 2972,49 manat hissəsini Cavabdeh əvəzinə ödəmişdir. 2972,49 manatın 2440,42 manatı Cavabdeh məvacibinin 50 faizinə yönəldilərək tutulmuşdur, qalıq borc 532,07 manat təşkil edir. Məhkəmə mübahisəsinin yarandığı xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilə qədər (may ayı da daxil olmaqla) 4391,79 manat ipoteka ödənişini icra etmiş, həmin məbləğin 2219,67 manat hissəsi Cavabdeh payına düşürdü ki, o ödənişləri etmədiyi üçün ödənişi onun əvəzinə özü icra etmişdir. Beləliklə, xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilə qədər (may da daxil olmaqla) onun tərəfindən mənzillə bağlı 10275.86 manat ödəniş edilmişdir ki, həmin məbləğin 5192,16 manat hissəsi Cavabdeh tərəfindən banka ödənilməli idi. O bank qarşısında ödənişləri etmədiyi üçün onun azyaşlı qızının yeganə yaşayış yeri olan mübahisəli mənzilin bank tərəfindən hərraca çıxarılaraq satılmasının qarşısının alınması, yaşayış yerindən məhrum edilməməkləri üçün o, Cavabdeh əvəzinə ipoteka ödənişlərini özü ödəmişdir. Göründüyü kimi Cavabdeh birgə borclu kimi özünün öhdəliklərindən yayınır, mənzilə görə ipoteka ödənişlərini həyata keçirmədiyi halda onun mənzildən çıxarılmağını tələb edir. Halbuki birgə mənzilin mülkiyyətçisidirlər, onlar mənzil üzərində bərabər hüquqlara malikdir, mənzillə bağlı borc öhdəliklərini isə özü təkbaşına icra edir, Cavabdeh mənzillə bağlı borc öhdəliklərini icra etməkdən bilərəkdən boyun qaçırır. Bundan əlavə Cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 215.2, 220.2, 220.3 və 220.6-cı maddələrinə istinad edərək payların naturada ayrılmasını, həmin əmakın naturada ayrılması mümkün olmadıqda isə həmin əmlakın açıq hərracda satılmalı olmasını və satış pulunun mülkiyyətçiləri arasında paylara mütənasib bölünməli olmasını göstərir. Halbuki qeyd edilən tələblər iş üzrə qarşılqlı iddiada tələb kimi irəli sürülməmiş və həmin tələblər birinci instansiya məhkəməsində müzakirə edilməmişdir. Belə olan halda həmin tələblərə apellyasiya instansiya məhkəməsində baxılaraq müzakirə edilməsi Azərbaycan Respublikası MPM-nin tələblərinin pozulması deməkdir. Apellyasiya şikayətində istinad edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə gəldikdə isə həmin norma bu iş üzrə ümumiyyətlə tətbiq oluna bilməz, belə ki, miras əmlakda olan payın vərəsə tərəfindən ayrılması ilə bağlı münasibətləri tənzimləyən normadır ki, hazırki işdə də miras əmlak ilə bağlı mübahisə mövcud deyildir və mübahisə predmeti olan əmlak miras əmlak deyildir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddələr 158.1. və 158.1.2 Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Maddə 213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Maddə 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Maddə 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilib. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh birinci instansiya məhkəməsin qətnaməsinin ləğv edilməsi hallarına dair dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(077)-22/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1179/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1179/2022
17.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver