Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1191/2024 23.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyəti ola faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X17 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-728/2024 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşin hallarına görə Ərizəçi xx.xx.1970-ci ildə X18 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ərizəçi mərhum qayınatası X4 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evini adına rəsmiləşdirmək üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Quba rayonunun Çiçi kəndində 1900-cü ildə doğulmuş və Xaçmaz şəhərində yaşamış mərhum X1 xx.xx.1983-cü il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci ildə X18 ilə rəsmi nikah əsasında ailə qurmuşdur. Həyat yoldaşı X18 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun atası mərhum X4 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evini adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, mərhum qayınatasının ölməsi haqqında ölüm şəhadətnaməsi alınmamışdır. Adına işlənmiş xx.xx.1973-cü il tarixli, 2 LK N2 584632 saylı qısa müddətli pasportdan görünür ki, X9 1900-cü ildə Quba rayonunun Çiçi kəndində doğulmuşdur. X9 xx.xx.1983-cü ildə Xaçmaz şəhərində vəfat etmiş və Qaraqurtlu kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt qayınatasının adına ölüm haqqında şəhadətnamə almamışlar və bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. X1 xx.xx.1983-cü il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi və Xaçmaz rayonunun Qaraqurtlu kənd qəbiristanlığında dəfn edilməsi qonşuların iştirakı ilə tərtib olunmuş və Xaçmaz rayon 1 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2023-cü il tarixli rəsmi aktla, habelə qəbir daşındakı yazılarda göstərilən fotoşəkillə təsdiq olunur. Qaynatasının ölməsi barədə tibbi şəhadətnamə alınmaması Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 18-1-43/2-3618/2023 saylı arayışı ilə təsdiq olunur. Ölüm şəhadətnaməsinin alınmaması Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 382 saylı məktubu ilə təsdiqlənir. Həmin məktubda göstərilir ki, xx.xx.1945-xx.xx.2023-cü illər üzrə Maraqlı şəxsndə X5 ölümünün qeydə alınıbalınmaması yoxlanılmış, X9 barəsində ümumrespublika elektron məlumatları yoxlanılmış, xx.xx.1945-xx.xx.2023-cü illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Mərhum X1 barəsində ölüm faktının müəyyən edilməsi yuxarıda göstərildiyi kimi vərəsəlik məsələlərin həlli üçün əhəmiyyət kəsb edir.
4. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, uşaq vaxtından ərizəçi ilə qonşudur. Onun əri Qafar olmuşdur. Ərizəçinin qayınatası Nuhi, qayınanası Həcər olmuşdur. Onların hamısı ölmüşlər. Qafarın kiçik qardaşı olmuş, o da Qafardan əvvəl vəfat etmişdir. Ərizəçinin qayınatası Nuhi çoxdan ölmüşdür, dəqiq vəfat etdiyi tarixi bilmir, ondan sonra arvadı Həcər ölmüşdür. Ərizəçinin qayınatası Nuhinin dəfnində və yas mərasimlərində iştirak etmişdir. Notarial qaydada verdiyi ərizədə ərizəçinin qayınatası Nuhinin ölüm tarixini ərizəçinin dediyinə əsasən qeyd etmişdir. Nuhinin atasının adının necə olduğunu dəqiq bilmir.
5. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. Onun əri Qafar olmuşdur. Ərizəçinin qayınatası Nuhi, qayınanası Həcər olmuşdur. Onların hamısı ölmüşlər. Qafarın kiçik qardaşı olmuş, o da Qafardan əvvəl vəfat etmişdir. Ərizəçinin qayınatası Nuhi çoxdan ölmüşdür, dəqiq vəfat etdiyi tarixi bilmir, ondan sonra arvadı Həcər ölmüşdür. Ərizəçinin qayınatası Nuhinin dəfnində və yas mərasimlərində iştirak etmişdir. Notarial qaydada verdiyi ərizədə ərizəçinin qayınatası Nuhinin ölüm tarixini ərizəçinin dediyinə əsasən qeyd etmişdir. Nuhinin atasının adının necə olduğunu dəqiq bilmir.
6. İş materiallarında olan Xaçmaz rayon 1 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2023-cü il tarixli Şahid1, Şahid2, Gülfirə İsmayılovanın iştirakı ilə tərtib olunmuş aktdan müəyyən olunur ki, X10 xx.xx.1983-cü ildə vəfat etmiş, Xaçmaz rayon Qaraqurtlu kənd qəbiristanlığında dəfn olunmuşdur.
7. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X9 barəsində Maraqlı şəxsndə ölümü qeydə alınıb-alınmaması yoxlanılmışdır. X9 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır.
8. İş materiallarında olan Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, 1900-cü il təvəllüdlü X6 xx.xx.1983-cü il tarixdə vəfatı barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi haqqında heç bir məlumat yoxdur.
9. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
10. İş materiallarında olan xx.xx.1974-cü il tarixli qısa müddətli pasportun surətindən görünür ki, X9 1900-cü ildə Quba rayonunun Çiçi kəndində doğulmuşdur.
11. İş materiallarında olan İİ-ЖГ seriyalı 848862 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1852-ci ildə anadan olmuş X11 atası X15 (Шихиев Наги Мамедрасул) oğlu qeyd edilmişdir.
12. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-728/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) ərizə təmin olunmamışdır.
13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdə ərizəçinin qayınatasının adında və ata adında uyğunsuzluq vardır. Bəzi sənədlərdə onun ad, soyad, ata adı X12, bəzi sənədlərdə isə X2 qeyd olunub. Belə olduğu halda şəxsin ölmüş hesab olunması məsələsi məhkəmə tərəfindən müəyyən edilə bilməz.
14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 307.2.8, 308, 309-cu, Ailə Məcəlləsinin 193.1, 193.2, 194-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki ərizə 1900-cü ildə Quba rayonunun Çiçi kəndində doğulmuş və Xaçmaz şəhərində yaşamış mərhum X1 xx.xx.1983-cü il tarixdə yaşadığı Xaçmaz şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədədir. Xaçmaz rayon İK-nin Xaçmaz rayon X23 tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş İİ-ЛК № 584632 saylı qısa müddətli pasportdan görünür ki, X9 1900-cü ildə Quba rayonunun Çiçi kəndində doğulmuşdur. Ərinin ölüm haqqında şəhadətnaməsində soyadının Şixiyev, adının Qafar, ata adının isə Nöhu olduğu aydın şəkildə göstərilmişdir. Evlənmə haqqında şəhadətnamədə də həyat yoldaşının soyadının Şixiyev, adının Qafar, ata adının Nuhi olduğu qeyd olunur. Həyat yoldaşının doğum haqqında şəhadətnaməsi rus dilində tərtib edildiyinə görə atasının adı Noqi kimi qeyd edilmişdir. Qaynatasının atasının adının Məmmədrəsul kimi qeyd edilməsi onun ölüm faktının müəyyən edilməməsinə səbəb ola bilməz. Çünki adına verilmiş qısa müddətli pasportda atasının adı Məhəmməd olaraq göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
20. 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
21. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.
22. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.
23. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir.
24. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. (...) 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. İlk növbədə qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
35. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.
36. Hazırkı ərizə şəxsin ölməsi faktının müəyyən edilməsi barədə olmaqla, bu faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması tələb olunur.
37. Bu sahədə formalaşmış hüquqi mexanizm ondan ibarədir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikdə isə bu fakt məhkəmə tərəfindən müəyyən edilir və bu barədə ərizəyə ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün müraciət edilməsi, həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar, eyni zamanda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) əlavə edilməlidir.
38. İşdən görünür ki, ərizəçi mövcud hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinin ona mərhum qayınatası X4 qalmış miras əmlakla bağlı vərəsəlik məsələlərinin həlli üçün lazım olduğunu göstərir. Lakin ərizəçi miras əmlakla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir.
39. Məhkəmə iclasında ərizəçinin izahatı ilə həmçinin müəyyən olunmuşdur ki, xx.xx.1983-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi tələb olunan X3 olan nəvələri də mövcuddur.
40. Ərizəçi mərhum X13 onu əri, mərhum X5 isə qaynatası olduğunu göstərir. Mərhum əri X14 məxsus sənəd kimi ərizəçinin məhkəməyə təqdim etdiyi İİ-ЖГ seriyalı 848862 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, onun atası X15 (Шихиев Нaги Мамедрасул) oğludur.
41. Göründüyü kimi həmin sənədlərdə xx.xx.1983-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi tələb olunan X5 ata adlarında ciddi fərqlənmə vardır. Belə olan halda qeyd olunan şəxslərin qohumluq əlaqəsi, o cümlədən X5 ərizəçinin qaynatası olması həmin sənədlərlə müəyyən olunmur. Həmçinin qeyd edilən faktların müəyyən edilməsi hazırkı məhkəmə baxışının predmeti deyildir.
42. MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
43. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
46. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və ərizənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-728/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.