Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1197/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində göstərildiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə ərAZi aidiyyatının müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yAZılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi (Maraqlı şəxs qismində cəlb etməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, əri X1 Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” , 3-cü küçə, 5 nömrəli evin 15 nömrəli mənzilində 19.10.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli, 2(008)- 1591/2022 nömrəli qərardadı ilə mülki iş baxılması üçün ərAZi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir (hakim Həqiqət Mahmudova). Abşeron Rayon Məhkəməsinin 2(012)2767/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli qərardadı ilə mülki iş ərAZi aidiyyatının müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (X2) AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərAZi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını araşdırıb, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hAZırki mülki işə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iş AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. HAZırki işdən görünür ki, ərizəçi əri X1 Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park, 3-cü küçə, 5 nömrəli evin 15 nömrəli mənzilində 19.10.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan AZE 00****** nömrəli AZərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 1, mənzil 2 ünvanında qeydiyyatdadır (i.v. 8, Məhkəmə kollegiyası hesab edir ki, hAZırki ərizəyə ərizəçinin qeydiyyatda olduğu yer üzrə, Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası ərizəçinin Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park”, 3-cü küçə, 5 nömrəli evin 15 nömrəli mənzildə yaşaması əsası ilə işə Abşeron Rayon Məhkəməsində baxılmalı olması barədə dəlilə qiymət verərək qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AZərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən AZərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) AZərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi AZərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və AZadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud AZərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmçinin həmin Qanunun 3-cü maddəsində göstərilmişdir ki, AZərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi barədə sənəd yalnız AZərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Habelə həmin Qanunun 5-ci maddəsində qeyd edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “AZərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” AZərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Həmin Qanunun 10-cu maddəsində qeyd edilmişdir ki, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, ış günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalı və bu barədə onun şəxsiyyət vəsiqəsinin arxa tərəfində müvəqqəti qeyd aparmalıdır. Göründüyü kimi qanunvericilikdə şəxsin yaşayış yeri dedikdə onun daimi və müvəqqəti yaşadığı və şəxsiyyət vəsiqəsində müvafiq dövlət orqanı tərəfindən qeyd aparıldığı yer nəzərdə tutulur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hAZırki ərizəyə ərizəçinin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park, 3-cü küçə, 5 nömrəli evin 15 nömrəli mənzilin yerləşdiyi yer üzrə məhkəmədə baxılmalı olması yolverilməzdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sənədlərə əsasən ərizəçinin rəsmi qeydiyyat ünvanı ünvan 1ğundan iddianın Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılması Mülki Prosessual Məcəllənin 37-ci maddəsinin tələblərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində cəlb etməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə dair mülki iş ərAZi aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və AZərbaycan Respublikası MPM-nin 45.4, 263 və 264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi (Maraqlı şəxs qismində cəlb etməklə) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə dair mülki iş ərAZi aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1197/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1197/2022
26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver