Məhkəmə qərarları › İş №2(105)-1202/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1202/2024

15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1202/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə Maraqlı şəxs göstərilməklə şəxsin ölmüş elan edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(027)-610/2024 nömrəli qətnaməsindən Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, qəyyumu olduğu 07 avqust 2017- ci il təvəllüdlü Ərizəçi atası Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qəyyumu olduğu Ərizəçi anası X6 ilə atası Heybətov (Qurbanov) Cahangir Mehman oğlu rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. Onların faktiki nikahından 07 avqust 2017-ci il tarixdə Ərizəçi İraq Respublikasının Telafər şəhərində anadan olmuşdur. Uşağın valideynlərindən atası Heybətov (Qurbanov) X13 Respublikasında gedən döyüşlərdə onlarda olan məlumata əsasən 2017-ci ilin yay aylarında öldürülmüşdür. Azyaşlı Ərizəçi anası X6 isə azyaşlı övladları ilə İraq Respublikasında olduqca çətin vəziyyətlər yaşamış, daha sonra isə həbs edilmiş və hal-hazırda da İraq Respublikasında həbsxanadadır. X6 ilə Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun azyaşlı övladları olan 07 avqust 2017-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə Azərbaycan Respublikası vətəndaşı olan və İraq Respublikasında cəzaçəkmə müəssisələrində və uşaq evlərində olan uşaqların repatriasiyası tədbirləri çərçivəsində Azərbaycan Respublikasına qayıtması təmin edilmişdir. Uşaq Azərbaycan Respublikasına gətirildikdən sonra yaxın qohumu kimi dövlət tərəfindən onun, yəni Qanuni nümayəndə himayəsinə verilmiş və Quba Rayon İcra Hakimiyyəti Başçısının 13 mart 2020-ci il tarixli, 49 nömrəli sərəncamı ilə o azyaşlı Ərizəçi qəyyumu təyin edilmişdir. Uşağın İraq Respublikasında doğulması ilə bağlı heç bir sənədi olmadığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin köməkliyi ilə o, Quba Rayon Məhkəməsinə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 2(027)-1014/2020 saylı, 22 iyun 2020-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilərək X4 xx.xx.2017-ci il tarixdə İraq İslam Respublikasının Telafər şəhərində doğulması faktı müəyyən edilmiş və uşağa doğum haqqında şəhadətnamə verilərkən onun soyadının Heybətov, ata adının Cahangir, atası qrafasında “X9”, anası qrafasında X2 qeyd olunması qət edilmişdir. Bunda sonra uşağa doğum haqqında şəhadətnamə alınarkən dövlət orqanlarının məsləhətləri nəticəsində uşağın atasının soyadı məhkəmə qətnaməsindən fərqli olaraq Heybətov Cahangir Mehman oğlu kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının digər orqanlarında olan məlumatlara və Saray Heybətovanın öz məlumatlarına əsasən Heybətov (Qurbanov) Cahangir Mehman oğlu 2017-ci ildə İraq Respublikasında gedən döyüşlərdə öldürülmüşdür. Azərbaycan Respublikası qanunvericiliyinin tələbinə əsasən şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun xəbərsiz itkin düşməsindən isə təxminən 6 il müddət keçir. Qəyyumu olduğu Ərizəçi maddi tələbatlarının ödənilməsi üçün onun qanunvericilikdə nəzərdə tutulmuş sosial müavinətlə təmin edilməsi üçün atası Cahangir Heybətovun (Qurbanovun) ölmüş elan edilməsi tələb edilir. Ona görə də Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 27 dekabr 2023- cü il tarixli məktubu ilə ona bu barədə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun ölmüş elan edilməsi ona qəyyumu olduğu Ərizəçi sosial təminatla bağlı hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Bu hal isə yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Ona görə də qəyyumu olduğu Ərizəçi, atası Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun ölmüş elan edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Quba Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(027)-610/2024 nömrəli qətnaməsi ilə Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə Maraqlı şəxs göstərilməklə şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Vüqar Seyidov). Qətnamədən narazı qalan Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(027)-610/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini ərizə ilə eyni əsaslandıraraq həmçinin qeyd etmişdir ki, məhkəmə Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun ölümünü müəyyənləşdirmək mümkün olmaması əsası ilə ərizəni rədd etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır.Heybətov (Qurbanov) Cahangir Mehman oğlu Ərizəçi atası olmuşdur. Cahangir İraq Respublikasında vəfat etmişdir. Bununla bağlı doğum haqqında şəhadətnamədə qeyd olunmuşdur. Məhkəmə işi tam olaraq araşdırmamış, faktiki hallara qiymət verməmişdir. Bütün bunlar isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci, 385.1.3-cü maddələrinin tələblərinə ziddir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək və apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən məhkəmə ərizəni ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda baxılmamış saxlayır. İş materiallarında olan AZ-İV 480064 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Cahagir oğlu xx.xx.2017-ci ildə Telafər şəhərində doğulmuşdur. Doğum haqqına şəhadətnamənin ata qrafasında Heybətov Cahangir Mehman oğlu, ana qrafasında X6 qeyd olunmuşdur. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının 13 mart 2020-ci il tarixli 49 №li sərəncamından görünür ki, 07 avqust 2017-ci il təvəllüdlü X4 üzərində xx xxx 1976-cı il təvəllüdlü Yüzbaşıyeva Raisə Qüdrət qızı qəyyum təyin edilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının 14 avqust 2020-ci il tarixli, 107 №li sərəncamından görünür ki, Quba RİHB-nin 13 mart 2020-ci il tarixli, 49 №li sərəncamında X10 “Ərizəçi” kimi oxunması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 07 sentyabr 2020-ci il tarixli ******* №li qərardan görünür ki, 07 avqust 2017-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasnın vətəndaşlığına mənsubiyyəti tanınması qərara alınmışdır. İş materiallarında olan Maraqlı şəxs 27 dekabr 2023-cü il tarixli, 452 №li arayışından görünür ki, arxiv məlumatlarına əsasən Heybətov Cahangir Mehman oğlu barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu Qeydiyyat Şöbəsi üzrə 2015- 2022-ci illərdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 03- 16-5/8-10-750 nömrəli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaraq, qeydiyyat şöbəsində Heybətov Cahangir Mehman oğlunun ölümünün qeydə alınması mümkün deyildir. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Quba rayon İHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəsinin 28 dekabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi Quba rayonu, 2-ci Nügədi kəndində yaşayır. Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafasında qeyd olunan Heybətov Cahangir Mehman oğlu adlı şəxs, Quba RİHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyinin ərazisində yoxdur və yaşamır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş müvafiq tədbirlər zamanı Heybətov (Qurbanov) Cahangir Mehman oğlunu müəyyənləşdirmək mümkün olmamış, Ərizəçi anası, xx.xx.1995-ci il təvəllüdlü, X6 2015-ci ildə Suriya ərazisinə getmiş, orada ikinci dəfə ailə həyatı qurmuşdur. Mənbələrdən əldə edilmiş məlumata görə, ərizəçinin ata adı aidiyyəti qurumlarda qəyyumunun təşəbbüsü ilə şərti olaraq “Cahangir” adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-2015/2-4-3878/2024 saylı cavab məktubundan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Qurbanov (Heybətov) Albara Cahangir oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarına uyğun olaraq 2020-ci ildə İraq Respublikasından ölkəmizə repatriasiya olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-12/2-10333/2024 saylı cavab məktubundan görünür ki, Heybətov (Qurbanov) Cahangir Mehman oğlu adlı şəxsin axtarışda olması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli 5/424 saylı cavab məktubundan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinə Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun Suriya-İraq bölgəsində vəfat etməsinə dair təqsdiqləyici məlumatlar daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, 3-38-2/33-399/24 №li cavab məktubundan görünür ki, Heybətov (Qurbanov) Cahangir Mehman oğlu barəsində dəqiq təyinedici məlumatlar (doğum tarixi, pasport nömrəsi) olmadığından sorğunun cavablandırılması imkanları xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirlyinin xx.xx.2024-cü il tarixli, 3-20-15/2-4-11816/2024 №li cavab məktubundan görünür ki, Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun sağ olub-olmaması barədə İraq tərəfinə sorğu göndərilib-göndərilmədiyinin müəyyən edilməsi məqsədilə tərəfilərindən Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinə müvafiq məktub göndərilmişdir. Səfirlikdən daxil olmuş cavab məktubunda qeyd olunan şəxslə bağlı İraq tərəfinə hər hansı sorğunun göndərilmədiyi bildirilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iş materiallarında olan Maraqlı şəxsndə xx.xx.2020-ci il tarixdə 97 № ilə qeydiyyata alınmış X5 Doğum haqqında şəhadətnaməsində ata qrafasında atasının adının “Heybətov Cahangir Mehman oğlu” qeyd edilməsi və qanuni qüvvəyə minmiş Quba Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli, 2(027)-1014/2020 nömrəli qətnaməsi ilə X4 atası qrafasında “X9” kimi qeyd olunması qət edilməsi arasında ziddiyyət olduğundan Maraqlı şəxsnə sorğu verilmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 639/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, uşaq Ərizəçi anası X3 rəsmi nikahı olmadığından ata haqqında məlumatlarda atanın soyadı ananın soyadı olan "Heybətov” kimi qeyd edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, Ərizəçi barəsində atalığın müəyyən edilməsi haqqında akt qeydi qeydiyyata alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Ərizəçi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycana gətirilmiş və gətirilərkən onun atası barədə hər hansı məlumat qeyd edilməmişdir. Göründüyü kimi iş materiallarına əsasən də müəyyən edilir ki, Ərizəçi atasının dəqiq adı müəyyən edilməmiş, həmçinin atalığın müəyyən edilməsi barədə hər hansı akt qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsində iddia ərizəsinin forması və məzmunun qeyd edilmişdir.149.2-ci maddədə iddia ərizəsi verilərkən göstərilməli olan məlumatlar qeyd olunmuş, 149.2.2-ci maddəyə əsasən isə müəyyən olunur ki, iddia ərizəsi verilərkən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) qeyd edilməlidir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, ərizə verərkən ərizəçinin ata adının qeyd edilməsi imperativ xarakter daşıyır. Göründüyü kimi ərizə verilərkən atanın ölüm faktının təsdiq edilməsindən əvvəl onun barədə dəqiq məlumatlar göstərilməli və atalıq müəyyən edilməlidir. Hazırki işdən müəyyən edilir ki, ərizəçinin qanuni nümayəndəsi hazırki, ərizə ilə məhkəməyə müraciət edərkən ərizəçinin atası barədə dəqiq məlumat verə bilməmiş, iş materialları ilə ərizəçinin atasının dəqiq adı öz əksini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(027)-610/2024 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi qanuni nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə Maraqlı şəxs göstərilməklə Heybətov (Qurbanov) Cahangir Mehman oğlunun ölmüş elan edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar