Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1208/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2(060)-1623/2022 saylı qərardadından İddiaçı şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2(060)-1623/2022 saylı qərardadı ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı müqavilənin ləğvi və digər tələblərinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizəsi geri qaytarılmış, İddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MTK ilə Cavabdeh1 Əlisgəndər qızı arasında bağlanmış 27 may 2021-ci il tarixli, 018003 saylı müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının ləğv edilməsi, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 104,79 kvadrat metr olan 18 saylı mənzilin ½ hissəsinin mülkiyyətinə keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MTK ilə Cavabdeh1 Əlisgəndər qızı arasında bağlanmış 27 may 2021-ci il tarixli, 018003 saylı müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 104,79 kvadrat metr olan 18 saylı mənzilin ½ hissəsinin mülkiyyətinə keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2(060)-1623/2022 saylı qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddianın dəqiqləşdirilməsi barədə ərizəsinin geri qaytarılması qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardadı tamamilə əsassız və qanunsuz sayır. Belə ki, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizəsinə qiymət verilərkən iş üzrə mövcud olan bütün hallar nəzərə alınmamış, müvafiq maddi və prosessual hüquq normalarının cidd pozuntularına yol verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Əlisgəndər qızı ilə Cavabdeh2 MTK arasında bağlanmış 27 may 2021-ci il tarixli, 018003 saylı müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının ləğv olunmasını, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 104,79 kvadrat metr olan 18 saylı mənzilin ½ hissəsinin mülkiyyətinə keçməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin sonradan iddia ərizəsinə müqavilənin etibarsız sayılması barədə dəqiqləşdirməyə dair ərizəni məhkəməyə təqdim etmiş, çünki müqavilənin ləğvini yalnız müqavilə tərəfləri tələb edə bilərlər. Bu səbəbdən ilkin iddiada yol verilmiş səhvi düzəltməyə çalışmışdır. Məhkəmə qərardad çıxararaq guya iddianın predmetini və əsasını eyni zamanda dəyişdirdiyi qənaətinə gəlmiş və bu səbəbdən iddianın dəqiqləşdirilməsi barədə ərizəsini geri qaytarmışdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və iddia ərizəsinə verdiyi dəqiqləşdirmə barədə ərizəsinin icraata qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının iddianın dəqiqləşdirilməsi barədə ərizəsini geri qaytararkən Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” qərarına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MTK ilə Cavabdeh1 Əlisgəndər qızı arasında bağlanmış 27 may 2021-ci il tarixli, 018003 saylı müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının ləğv edilməsi, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 104,79 kvadrat metr olan 18 saylı mənzilin ½ hissəsinin mülkiyyətinə keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MTK ilə Cavabdeh1 Əlisgəndər qızı arasında bağlanmış 27 may 2021-ci il tarixli, 018003 saylı müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 104,79 kvadrat metr olan 18 saylı mənzilin ½ hissəsinin mülkiyyətinə keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MTK ilə Cavabdeh1 Əlisgəndər qızı arasında bağlanmış 27 may 2021-ci il tarixli, 018003 saylı müqavilənin ləğv edilməsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 MTK ilə Cavabdeh1 Əlisgəndər qızı arasında bağlanmış 27 may 2021-ci il tarixli, 018003 saylı müqavilənin, həmin müqaviləyə dair maliyyə arayışının etibarsız hesab edilməsi xahiş etmişdir. Müqavilənin ləğv edilməsi və etibarsızlığı predmet və əsas baxımdan fərqlidirlər. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin mənasına görə iddiaçı ia iddianın əsasını, ya da predmetini dəyişə bilər. Eyni zamanda iddianın əsasının və ya predmetinin dəyişilməsi faktiki olaraq yeni iddia tələbinin irəli sürülməsidir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb məhkəmə qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, e-2(060)-1623/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1208/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1208/2022
05.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver