Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-121/2021 22.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X1 və Cavabdeh iştirakları ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-217/2019 saylı 02 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-217/2019 saylı 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış 08.01.2015-ci il tarixli, 2G-1-0-10-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 08.01.2015-ci il tarixli, 2-G-1-0-10-15 saylı kredit müqaviləsi üzrə 16.08.2018-ci il tarixinə olan 56952,83 ABŞ dolları əsas, 36302,31 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 93265,14 ABŞ dolları məbləğində və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan Cavabdeh məxsus, Abşeron rayonu, Fatmayı kəndində yerləşən, 9 otaqlı, 520.1 kv.m ümumi, 290.8 kv.m yaşayış, 229.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.05 ha torpaq sahəsinə yönəldilməsi, Cavabdeh məxsus, Abşeron rayonu, Fatmayı kəndində yerləşən, 9 otaqlı, 520.1 kv.m ümumi, 290.8 kv.m yaşayış, 229.3 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.05 ha torpaq sahəsinin ilkin satış qiyməti 182000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitinin cavabdehin borcuna yönəldilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş ekspertiza xərci olaraq 150 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Elman Məmmədov) Qətnamədən İddiaçı X4 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh apelyasiya şikayətləri vermişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X2 və Cavabdeh hər biri ayrı-ayrılıqda barışıq sazişinin təsdiq edilməsi barədə ərizəni məhkəmə kollegiyasına təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında barışıq əldə edildiyindən, ərizələr təmin edilməli, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 370.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsəsən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, barışıq sazişi tərəflərin iradə ifadəsi ilə verildiyindən təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmi Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apelyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları barışıq sazişi təsdiq edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-217/2019 saylı 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişinə uyğun olaraq iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri - 150 (bir yüz əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, ipoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh alınaraq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 384.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş ərizələr qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-217/2019 saylı 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış 18 iyun 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin:
1. Borclu Cavabdeh bu barışıq sazişi bağlanan tarixə “xxxx” ASC-yə 2-G-1-0-10-15 saylı, 08 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 55752.83 ABŞ dolları əsas, 18677.31 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 74430.14 ABŞ dolları məbləğində borcun olmasını qəbul edir.
2. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş: Cavabdeh mülkiyyətindəki Abşeron rayonu, Fatmayı kəndində yerləşən, 9 otaqlı, 520.1 kv.m. ümumi, 290.8 kv.m. yaşayış, 229.3 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 182.000 (bir yüz səksən iki min) manat məbləğində müəyyən edilir.
3. Borclu 55752.83 ABŞ dolları məbləğində vəsaiti, bu bənddə qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə banka ödəməyi öhdəsinə götürür: 1) 12 iyul 2021-ci il tarixə əsas borc üzrə 600 ABŞ dolları; 2) 10 avqust 2021-ci il tarixə əsas borc üzrə 600 ABŞ dolları; 3) 10 sentyabr 2021-ci il tarixə əsas borc üzrə 600 ABŞ dolları; 4) 11 oktyabr 2021-ci il tarixə əsas borc üzrə 26076,41 ABŞ dolları; 5) 10 noyabr 2021-ci il tarixə əsas borc üzrə 600 ABŞ dolları; 6) 10 dekabr 2021-ci il tarixə əsas borc üzrə 600 ABŞ dolları; 7) 10 yanvar 2022-ci il tarixə əsas borc üzrə 600 ABŞ dolları; 8) 10 fevral 2022-ci il tarixə əsas borc üzrə 600 ABŞ dolları; 9) 10 mart 2022-ci il tarixə əsas borc üzrə 600 ABŞ dolları; 10) 11 aprel 2022-ci il tarixə əsas borc üzrə 24876,42 ABŞ dolları, faiz borcu üzrə 18677,31 ABŞ dolları olmaqla, ümumilikdə 55752,83 ABŞ dolları əsas borc, 18677,31 ABŞ dolları faiz borcu.
4. Borclu bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdiyi təqdirdə və qrafik üzrə müəyyən edilmiş 55752.83 ABŞ dolları əsas borcunu vaxtında və lazımi qaydada banka qaytardığı təqdirdə bank 11 aprel 2022-ci il tarixədək ediləcək sonuncu ödəniş zamanı kredit razılaşması üzrə hesablanmış və ödənilməmiş cəmi 18677.31 ABŞ dolları faiz borcunu güzəşt etməyi öhdəsinə götürür.
5. Bank, Barışıq sazişinin 3-cü bəndində qeyd edilən qaydada və tarixlərdə Cavabdeh tərəfindən banka olan borc məbləği tam ödənildiyi təqdirdə borcun olmadığı haqqında arayış verməyi və ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Abşeron rayonu, Fatmayı kəndində yerləşən, 9 otaqlı, 520.1 kv.m. ümumi, 290.8 kv.m. yaşayış, 229.3 kv.m. yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsini girovdan azad etməyi öhdəsinə götürür.
6. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərində icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilsin. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, sazişin 1-ci bəndində göstərilən cəmi 74430.14 ABŞ dolları borcu, sazişin 2-ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait həmin vəsaitin banka ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının manata qarşı olan mübadilə məzənnəsinə əsasən mübadilə edilərək borcluların banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan bankın xeyrinə tutulsun.
7. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizanın xərci olaraq 150 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün və iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın xərci olaraq 300 manat ekspertiza xərci Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilsin.
8. Sazişdə qeyd edilən bankın xeyrinə ipoteka ilə yüklü edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.
9. Bu barışıq sazişinin 3-cü bəndində qeyd edilən qrafikə uyğun olaraq icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
10. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.
11. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.
12. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(105)-121/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri - 150 (bir yüz əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, ipoteka predmetinin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh alınaraq “xxxx” MMC-nin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.