Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1240/2024 02.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: əmlakların və ya onların dəyərinin qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Təhməzli Nigar Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-137/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 nömrəli qətnaməsi ilə, Cavabdeh1 İddiaçı xeyrinə 3300 manat və 320 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə pulun tutulması, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat dövlət rüsumunun 38%-i, yəni 11,40 manatın tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. CD diskə köçürülmüş fotoşəkil və videogörüntülərdən görünür ki, iddia ərizəsində sadalanan müxtəlif növ avadanlıqların əsas hissəsi, yəni “X4” MMC-nin 04 mart 2024-cü il tarixli qiymətləndirmə aktında göstərilən avadanlıqlar həqiqətən iddiaçının faktiki sahibliyində, cavabdehlərin isə icarəsində olmuş Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsinin üzərində olan “Beaty Center” gözəllik salonunda mövcud olmuşdur. “X4” MMC-nin 04 mart 2024-cü il tarixli, 262 nömrəli qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus müxtəlif növ avadanlıqların, o cümlədən 1 ədəd qırmızı rəngli kreslonun qiyməti 30 manat, 1 ədəd muncuqlu asma pərdənin qiyməti 50 manat, divardan asılan 2 ədəd ləvazimat şkafının hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 60 manat, 4 ədəd işıqlandırıcı plafonun hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat, 1 ədəd xəkəndazla birlikdə şotkalı süpürgənin qiyməti 7 manat, 1 ədəd pas-pas döşəməsilənin qiyməti 12 manat, 1 ədəd altlığı ilə birlikdə Tefal markalı çaydan dəstinin qiyməti 20 manat, 1 ədəd plastik ləvazimat rəfinin qiyməti 40 manat, 1 ədəd Tefal markalı elektrik sobasının qiyməti 25 manat, 1 ədəd “Galaxy” markalı tavanın qiyməti 10 manat, 1 ədəd saatın qiyməti 70 manat, 4 ədəd fincanın hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 8 manat, 2 ədəd paltar asılqanının birinin qiyməti 4 manat, digərinin qiyməti 7 manat olmaqla, ümumilikdə 11 manat, 2 ədəd sabun qabının hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 6 manat, 3 ədəd əl-üz dəsmalının hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 9 manat, 3 ədəd ayaqaltı xalçasının hər birinin qiyməti 7 manat olmaqla, ümumilikdə 21 manat, 1 ədəd işıqlı reklam lövhəsinin (Beauty Center) qiyməti 550 manat, 3 ədəd bayner reklam lövhəsinin hər birinin qiyməti 40 manat olmaqla, ümumilikdə 120 manat, 4 ədəd vinil reklamın hər birinin qiyməti 7,50 manat olmaqla, ümumilikdə 30 manat, 1 ədəd profillə birgə qapı kilidinin qiyməti 25 manat, 1 ədəd X8 qiyməti 238 manat, “Fara” markalı 1 ədəd lipuçka aparatının qiyməti 25 manat, 1 ədəd manikür aparatının (Nail drill) qiyməti 40 manat olan, 10 ədəd dırnaq lakının hər birinin qiyməti 2,5 manat olmaqla, ümumilikdə 25 manat, “Sun” markalı 1 ədəd lak qurudan aparatın qiyməti 40 manat, 2 ədəd dırnaq gelinin hər birinin qiyməti 6,5 manat olmaqla, ümumilikdə 13 manat, 1 ədəd “West” markalı saç buran feninin qiyməti 150 manat, 1 ədəd “West” markalı hava feninin qiyməti 130 manat və 1 ədəd “Mega Watt” markalı hava feninin qiyməti 150 manat olmaqla, 04 mart 2024-cü il tarixə ümumilikdə bu əşyaların bazar dəyəri 1995 manat müəyyən edilmişdir. Buta "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı qiymətləndirmə aktının verilməsi üçün Mərkəzin hesabına 200 manat xidmət haqqını tam ödəmişdir. 19 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 44 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakların və ya onların dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiyməti 30 manat olan 1 ədəd qırmızı rəngli kreslonun, qiyməti 50 manat olan 1 ədəd muncuqlu asma pərdənin, hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 60 manat dəyərində divardan asılan 2 ədəd ləvazimat şkafının, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 4 ədəd işıqlandırıcı plafonun, qiyməti 7 manat olan 1 ədəd xəkəndazla birlikdə şotkalı süpürgənin, qiyməti 12 manat olan 1 ədəd pas-pas döşəməsilənin, qiyməti 20 manat olan 1 ədəd altlığı ilə birlikdə Tefal markalı çaydan dəstinin, qiyməti 40 manat olan 1 ədəd plastik ləvazimat rəfinin, qiyməti 25 manat olan 1 ədəd Tefal markalı elektrik sobasının, qiyməti 10 manat olan 1 ədəd tavanın, qiyməti 70 manat olan 1 ədəd saatın, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 8 manat dəyərində 4 ədəd fincanın, hər birinin qiyməti 1 manat olmaqla, ümumilikdə 4 manat dəyərində 4 ədəd boşqabın, birinin qiyməti 10 manat, digərinin qiyməti 20 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 1 ədəd balaca və 1 ədəd böyük yemək qazanının, qiyməti 8 manat olan 1 ədəd kəlbətinin, qiyməti 12 manat olan 1 ədəd elektrik uzadıcısının, birinin qiyməti 4 manat, digərinin qiyməti 7 manat olmaqla, ümumilikdə 11 manat dəyərində 2 ədəd paltar asılqanının, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 6 manat dəyərində 2 ədəd sabun qabının, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 9 manat dəyərində 3 ədəd əl-üz dəsmalının, hər birinin qiyməti 7 manat olmaqla, ümumilikdə 21 manat dəyərində 3 ədəd ayaqaltı xalçasının, qiyməti 550 manat olan 1 ədəd işıqlı reklam lövhəsinin (Beauty Center), hər birinin qiyməti 40 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 3 ədəd bayner reklam lövhəsinin, hər birinin qiyməti 7,50 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 4 ədəd vinil reklamın, qiyməti 25 manat olan 1 ədəd profillə birgə qapı kilidinin, qiyməti 238 manat olan 1 ədəd Keratinin, qiyməti 130 manat olan 1 ədəd uklatka feninin, qiyməti 150 manat olan 1 ədəd hava feninin, qiyməti 25 manat olan “Fara” markalı 1 ədəd lipuçka aparatının, qiyməti 40 manat olan 1 ədəd manikür aparatının (Nail drill), qiyməti 40 manat olan 1 ədəd lakqurudan aparatın, 10 ədəd dırnaq lakının,1 paçka saç yabasının, 1 paçka nevidimkanın, 10 ədəd kipriyin, 2 ədəd dırnaq gelinin, ten dəstinin, dırnaq aksessuar qabının, 2 ədəd saç lakının, karandaşların, saç şampunu və maskasının, rəng qabının, lipuçka çubuğunun, qadın qol saatının, 5 ədəd darağın, həmçinin işçilərin geyimi daxil olmaqla, ümumilikdə 115 manat dəyərində ləvazimatların, qiyməti 150 manat olan 1 ədəd saç buran fenin, qiyməti 130 manat olan 1 ədəd hava feninin, qiyməti 30 manat olan 1 ədəd vaflinka fenin və ya həmin əşyaların dəyərinin, yəni 2286 (iki min iki yüz səksən altı) manatın, eləcə də, ödənilmiş 44 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Siyəzən şəhəri ərazisində "xxxx" ASC-nin yanında yerləşən 0,0044 ha torpaq sahəsi Siyəzən bələdiyyəsinin 30 yanvar 2003-cü il tarixli, 1-9 nömrəli qərarı və torpaq icarə müqaviləsi əsasında 99 il müddətinə cavabdehlərin mərhum atası X2 icarəyə verilmiş, habelə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində məişət cihazlarının təmiri yeri kimi fəaliyyət göstərən 44 kv.m ölçüdə qeyri-yaşayış sahəsi mövcud olmuşdur. Lakin, həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin obyektdə məişət cihazlarının təmiri ilə məşğul olan əvvəldən tanıdığı Fuad usta bir dəfə söhbət əsnasında ona bildirmişdir ki, sahibi həmin obyekti satmaq niyyətindədir. O, maraqlandıqda, həmin obyektin sahibinin vəfat etməsini, hazırda isə mərhumun övladları Raman və Kamilə məxsus olmasını öyrənmişdir. O, həmin yeri almaq qərarına gəlib bu barədə dostu Şahinlə məsləhətləşərkən, sonuncu Ramanın sinif yoldaşı olmasını bildirmişdir. Beləliklə, Şahin vasitəsilə Ramanı tapmış və 2020-ci ilin yanvar ayının sonlarında onlar birlikdə görüşüb söhbətləşmişlər. Söhbət əsnasında həmin obyektin heç bir sənədinin olmaması, torpağın sənədinin Ramanın mərhum atasına məxsus olması məlum olmuşdur. Raman həmin yeri 20 000 manata satmaq istədiyini bildirdikdə, onlar söhbətləşərək yerin ona 18 000 manata satılmasına razılaşmışlar. Bu zaman Raman torpağın sənədinin vərəsəlik qaydasında öz adına keçirilməsi üçün müəyyən qədər pula ehtiyacının olduğunu qeyd etmişdir. Bu minvalla onlar lazım olan pulları Ramanın ödəməsinə, sonuncunun sənədləri qaydasına salmasına və yekunda sənədləşməyə çəkilən xərclərin razılaşdıqları 18 000 manat puldan çıxılmasına anlaşmışlar. Bundan əlavə, Raman obyektin arxasında 90 kv.m boş torpaq sahəsinin olduğunu və həmin sahəni öz adına rəsmiləşdirmək üçün bələdiyyəyə müraciət etdiyini bildirmişdir. Raman həmin sahəni almasını da ona təklif etmişdir. Beləliklə, onlar Cavabdeh1 boş torpaq sahəsini də sənədləşdirməsi və sənəd üzrə neçə kv.m olarsa, bir kvadrat metri 220 manatdan ona satması barədə razılığa gəlmişlər. 20 fevral 2020-ci il tarixdə Siyəzən rayonunun girişində yerləşən “Bənövşə” kafesi kimi tanınan yerdə 200 ABŞ dolları məbləğində pulu Cavabdeh1 sonuncunun sənədləşdirmə işlərini aparması məqsədilə vermişdir. Bundan 1-2 gün sonra, o, 15 günlük iş növbəsinə getmiş və 25 fevral 2020-ci il tarixdə Raman ona zəng edərək daha 200 manat pul lazım olduğunu bildirmişdir. O, işdə olduğu üçün xalası oğlu Muxtardan onlardan 200 manatın dollar ekvivalenti olan 120 ABŞ dolları məbləğində pulu götürüb Ramana çatdırmasını xahiş etmişdir. 26 fevral 2020-ci il tarixdə xalası oğlu Muxtar 120 dollar məbləğində pulu "xxxx" ASC-də mühafizəçi işləyən qaynı Əjdərə vermiş, Raman da pulu Əjdərdən götürmüşdür. Həmin ilin mart ayının əvvələrində Raman yenə ona zəng edərək, sənədləşmə üçün əlavə 120 manat da, pul lazım olduğunu bildirmiş və o, dostu Şahindən 120 manat pulu Ramana verməsini xahiş etmiş, həmçinin işdən qayıtdıqdan sonra həmin pulu ona verəcəyini bildirmişdir. Beləliklə, dostu Şahin onun adından Ramana 120 manat pul vermişdir. O, 07 mart 2020-ci il tarixdə işdən çıxmış və dərhal Şahinin verdiyi 120 manatı sonuncuya qaytarmışdır. Elə həmin günün axşamı Raman yenə də, ona zəng edib bələdiyyəyə icarə və ya vergi borcunu ödəmək üçün 200 manat pul lazım olduğunu bildirmiş və o, Siyəzən rayonun girişində yerləşən Bənövşə kafesində həmin məbləğində pulu Ramana vermişdir. Bundan sonra, Raman ona telefonuna “sms” gəlməsini, sənədlərin 10 mart 2020-ci il tarixdə tam hazır olacağını bildirib, pulunu hazır etməsini tapşırmış, habelə alqı-satqı edəcəklərini qeyd etmişdir. O, öncədən Ramana bu yeri almaq üçün hazırda nağd pulunun olmadığını bildirmiş, özünə məxsus “Mercedes-E” markalı, ** VC *** dövlət nömrə nişanlı avtomobilini satacağını və bankdan kredit götürəcəyini ifadə etmişdir. Buna görə də, o, 8 mart 2020-ci il tarixdə özünə məxsus avtomobili real bazar qiymətindən 2000-2500 manat ucuz qiymətə, yəni 13300 manata maşın alverçisinə satmış, üstündən 3-5 gün keçdikdən sonra alverçi həmin maşını 15800 manata sayta qoymuşdur. Bundan sonra, o, 10 mart 2020-ci il tarixdə “Beynəlxalq Bank”ın Siyəzən filialından 6000 manat kredit götürmüş, ona bank xərcləri çıxıldıqdan sonra, 5940 manat məbləğində pul verilmiş, habelə o, həmin pulu 24 ay müddətinə ümumilikdə 7837,48 manat olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, o, avtomobili satdıqdan və kredit götürdükdən sonra 11 mart 2020-ci il tarixdə onlar, yəni, o və hər iki cavabdeh alqı-satqı etmək üçün Siyəzən rayonuna gələrək, Səyyar “ASAN” Xidmət avtobusuna, notariusa yaxınlaşmışlar. Belə ki, obyektin arxasındakı torpağın sənədi hələ tam hazır olmadığından həmin yeri sonradan alqı-satqı edəcəkdilər. Lakin, burada onlara sənədlərin tam qaydasında olmadığı bildirilmiş və alqı-satqı baş tutmamışdır. Bu zaman Raman öz qayınatası Sabirə zəng edərək, vəziyyət barədə məlumat vermiş, sonuncu isə onu da götürüb Şabrana getmələrini orada tanışının olduğunu bildirmişdir. Onlar dördü bir yerdə Şabran rayon notariat kontoruna getmiş, orada onlara, torpaq bələdiyyə mülkiyyəti olduğu üçün Bələdiyyədən razılıq almağın lazım olduğunu qeyd etmişlər. Onlar yenidən Siyəzən şəhərinə qayıtmış və bələdiyyəyə gəlmişlər. Öncə Raman içəri keçmiş, daha sonra çölə çıxaraq ona bələdiyyə sədri Azər müəllimin onu çağırdığını bildirmişdir. O, içəri daxil olmuş, Azər Babayev onlara, ən yaxşı variantın notariusda etibarnamə vermək olduğunu ifadə etmişdir. O, buna etiraz etdikdə, bələdiyyə sədri həmin torpaq sahəsinin indiki vəziyyətdə Ramanın adına sənədləşdirməyin daha məqsədəmüvafiq olduğunu bildirmiş, həmçinin rayon İcra Hakimiyyəti başçısından həmin yeri Sabirin yeznəsi Ramanın adına sənədləşdirməsini istəyəcəyini, başçının isə Sabiri tanıdığı üçün buna etiraz etməyəcəyini qeyd etmişdir. Bələdiyyədən çıxdıqdan sonra o, yenə də pulu adi etibarnamə almaq üçün verməklə razılaşmamış, sənədlərinin tam qaydasında olmasını istəmişdir. Bu zaman Ramanın qayınatası Sabir onlara pulun qalmasını, etibarnamənin verilməsini, onun təmirə başlayıb, obyekti işlətməsini, həmin vaxtadək də bütün sənədlərin hazırlanmasını və birdəfəlik alqı-satqı edilməsini təklif etmişdir. Bu zaman Raman və Kamil əlavə olaraq heç olmasa, onlara 3000 manat məbləğində pul verməsini, obyektin arxasındakı torpağı da sənədləşdirib ona satmalarını təklif etmişlər. Onlar bir daha orada cavabdehlərə 3000 manat pulun ödənilməsi, sonuncuların da ona etibarnamə vermələri, daha sonra isə obyektin arxasındakı boş torpaq sahəsinin də sənədləşdirib kvadrat metrini 220 manatdan ona satmaları barədə razılaşmışlar. Beləliklə, 11 mart 2020-ci il tarixdə cavabdehlər ona Siyəzən rayon dövlət notariat ofisində 1 il müddətinə etibarnamə vermiş, onlar birlikdə “Bənövşə” kafesinə getmiş və orada o, 3000 manat məbləğində pulu Ramana vermiş, sonuncu da həmin pulun 1000 manatını Kamilə vermişdir. Bundan 3 gün sonra, 14 mart 2020-ci il tarixdə məişət cihazları təmiri ilə məşğul olan Fuad obyekti boşaltmış və Raman obyekti ona təhvil vermişdir. Bu zaman Raman ondan 100 manat da Fuada vermək məqsədilə almışdır. Beləliklə, 2020-ci ilin fevral - mart ayları ərzində o, Ramana 320 ABŞ dolları və 3420 manat məbləğində pul vermişdir. Bundan əlavə, həmin ilin aprel ayının 3-ü 200 manat, 22si 20 manat, 25-i 50 manat, may ayının 12-si isə 50 manat məbləğində Ramana pul vermişdir. 15 mart 2020-ci il tarixdən etibarən o, obyektdə təmir işlərinə başlamış və obyektin təmirinə usta pulu da daxil olmaqla, 4450 manat məbləğində pul xərcləmiş və aprelin sonunadək təmiri bitirmişdir. Orada gözəllik salonu açmış və avadanlıqların alınmasına da əlavə olaraq 3750 manat pul xərcləmişdir. Pandemiya şərtlərinə görə, 05 may 2020-ci il tarixdən gözəllik salonlarının fəaliyyətinə icazə verilmiş və o vaxtdan salon fəaliyyətə başlamış, daha sonra yenə sərt karantin olmuş və təxminən 15 gün işləməmiş, karantin bitəndən sonra salon yenidən fəaliyyətini bərpa etmişdir. Daha sonra, 04 sentyabr 2020-ci il tarixdə Raman ona zəng edərək, görüşə çağırmış və onunla yenə də “Bənövşə” kafesində görüşmüşdür. Bu zaman Cavabdeh1 ona əlavə olaraq almaq istədiyi evə 3000 manat da beh verməsini istəmişdir. O, da buna etiraz edib, obyektin adına keçirilməsini, bundan sonra bütün pulları verəcəyini, obyektin arxasındakı torpağın sənədinin isə hazır olacağı zaman onu da ayrıca alqı-satqı edəcəklərini bildirmişdir. Bu zaman Raman arxadakı torpağın qiymətini ucuz deyib, oranın kvadratını 220 manata deyil, 500 manata satdığını bildirmişdir. O, isə Ramana sözügedən sahəni təklif etdiyi qiymətə yox, razılaşdıqları 220 manata ala biləcəyini bildirmişdir. Bundan 3 gün sonra, 07 sentyabr 2020-ci il tarixdə Raman və Kamil ona verdikləri etibarnaməni ləğv etdirmiş və ondan obyektdən çıxmasını tələb etməklə, hədə-qorxu gəlmişlər. O, isə cavabdehlərdən nağd verdiyi pulları, təmirə və avadanlıqlara çəkilmiş xərcləri ona qaytarılmasını tələb etmişdir. Çünki, yer olmadıqdan sonra onun nə avadanlığa ehtiyacı qalmış, nə də ki, təmiri dağıda və ya mebelləri söküb apara bilməcəyini dərk etmişdir. Ona görə də bundan əvvəl də başqa bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, o, cavabdehlərə qarşı daha öncə "pul və maddi-mənəvi ziyan" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonunculardan müştərək qaydada onlara ödədiyi 320 ABŞ dolları və 3740 manat nağd pulun, təmirə xərclədiyi 4450 manatın, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilmiş 3750 manat məbləğində vəsaitin, vəkilə ödədiyi 1000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın, bankdan kredit götürdüyünə görə ödəməli olduğu 1837,48 manat faizin, kredit alarkən bank xərclərinə çəkilmiş 60 manat xərcin, ümumilikdə 320 ABŞ dolları və 16807,48 manat məbləğində pulun, habelə əsəb-stress keçirdiyinə, eləcə də psixoloji gərginlik və narahatlıq yaşadığına görə ona vurulmuş mənəvi ziyana görə 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, habelə Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Sonradan bu qətnamədən apellyasiya və kassasiya şikayəti verilsə də, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, onun həmin obyektdə qalmış, əvvəlki iş üzrə məhkəmə ekspertizası tərəfindən qiymətləndirilməmiş əmlakı və həmin tarixə təxminən 1976 manata qədər dəyəri olan peşə fəaliyyəti üçün istfadə olunan ləvazimatlar cavabdehlər tərəfindən mənimsənilmiş və əmlakın əksəriyyəti başqa gözəllik salonlarına xəbəri olmadan satılmışdır. Bununla yanaşı, könüllü olaraq peşə öyrənməyə gələn xanıma məxsus olan, cavabdehlər tərəfindən mənimsənilmiş və dəyəri sonradan onun tərəfindən ödənilən ləvazimatlara görə 310 manat zərərə dümüşdür. Bir neçə dəfə cavabdehlərə avadanlıqları götürməklə bağlı müraciət etsə də, onlar buna müxtəlif bəhanələrlə mane olmuşlar. Beləliklə, iddia ərizəsinin tələb hissəsində sadalanan ümumi dəyəri 2286 manat təşkil edən əşyaları onun qanuni sahibliyindən çıxmışdır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini qismən müdafiə edərək, izahatında göstərmişdir ki, iddia ərizəsində sadalanan əşyaları obyektdən götürəcəyinə əmin olduğu üçün əvvəlki məhkəmə prosesində hazırda tələb etdiyi əşyaları cavabdehlərdən istəməmişdir. Bundan başqa, həmin vaxt hazırkı ərizəsində sadalanan əşyaları obyektdən götürəcəyinə əmin olsa da, sonradan cavabdehlər onun xəbəri olmadan bu əşyaları Siyəzən şəhərində gözəllik salonu işlədən Gülşən adlı xalalarına satmışlar. Bununla da hazırda da sözügedən əşyalar Gülşənə məxsus gözəllik salondadır. Bundan əlavə, təqdim etdiyi video görüntüyə əsasən mütəxəssislər tərəfindən gözəllik salonunda gözlə görünən bütün əşyalar qiymətləndirilsə də, iddia ərizəsində sadalanan bəzi əşyalar dolabların içərisində olduğu üçün onların qiymətləndirilməsi mümkün olmamışdır. Ona görə də iddia tələbini mütəxəssislər tərəfindən qiymətləndirilmiş əşyaların və ya onların dəyərinin qaytarılmasına dair hissədə müdafiə etməklə, təmin edilməsinə, həmçinin qiymətləndirmə aktının tərtib edilməsi üçün tərəfindən ödənilmiş 200 manat xidmət haqqının, habelə iddia tələbi üzrə ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-137/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, qiyməti 30 manat olan 1 ədəd qırmızı rəngli kreslo, qiyməti 50 manat olan 1 ədəd muncuqlu asma pərdə, hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 60 manat dəyərində divardan asılan 2 ədəd ləvazimat şkafı, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 4 ədəd işıqlandırıcı plafon, qiyməti 7 manat olan 1 ədəd xəkəndazla birlikdə şotkalı süpürgə, qiyməti 12 manat olan 1 ədəd pas-pas döşəməsilən, qiyməti 20 manat olan 1 ədəd altlığı ilə birlikdə Tefal markalı çaydan dəsti, qiyməti 40 manat olan 1 ədəd plastik ləvazimat rəfi, qiyməti 25 manat olan 1 ədəd Tefal markalı elektrik sobası, qiyməti 10 manat olan 1 ədəd “Galaxy” markalı tava, qiyməti 70 manat olan 1 ədəd saat, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 8 manat dəyərində 4 ədəd fincan, birinin qiyməti 4 manat, digərinin qiyməti 7 manat olmaqla, ümumilikdə 11 manat dəyərində 2 ədəd paltar asılqanı, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 6 manat dəyərində 2 ədəd sabun qabı, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 9 manat dəyərində 3 ədəd əl-üz dəsmalı, hər birinin qiyməti 7 manat olmaqla, ümumilikdə 21 manat dəyərində 3 ədəd ayaqaltı xalçası, qiyməti 550 manat olan 1 ədəd işıqlı reklam lövhəsi (Beauty Center), hər birinin qiyməti 40 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 3 ədəd bayner reklam lövhəsi, hər birinin qiyməti 7,50 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 4 ədəd vinil reklam, qiyməti 25 manat olan 1 ədəd profillə birgə qapı kilidi, qiyməti 238 manat olan 1 ədəd X9, qiyməti 25 manat olan “Fara” markalı 1 ədəd lipuçka aparatı, qiyməti 40 manat olan 1 ədəd manikür aparatı (Nail drill), hər birinin qiyməti 2,5 manat olmaqla, ümumilikdə 25 manat dəyərində 10 ədəd dırnaq lakı, qiyməti 40 manat olan “Sun” markalı 1 ədəd lak qurudan aparatı, hər birinin qiyməti 6,5 manat olmaqla, ümumilikdə 13 manat dəyərində 2 ədəd dırnaq geli, qiyməti 150 manat olan 1 ədəd “West” markalı saç buran feni, qiyməti 130 manat olan 1 ədəd “West” markalı hava feni, qiyməti 150 manat olan 1 ədəd “Mega Watt” markalı hava feninin və ya həmin əşyaların dəyərinin, yəni 1995 (bir min doqquz yüz doxsan beş) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı qaytarılması, iddia tələbi üzrə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun 87%-i, yəni 38,28 (otuz səkkiz manat iyirmi səkkiz qəpik) manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qiymətləndirmə aktının (mütəxəssis rəyinin) alınması üçün “Buta” Qiymətləndirmə Mərkəzinə İddiaçı tərəfindən ödənilmiş 200 manat məhkəmə məsrəfinin 87%-inin, yəni 174 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsi, 152.8, 157.2, 324.1, 324.2, 329.2, 329.3, 362.1, 386.1, 390.1, 405.1, 405.2, 406.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 78.1, 82.3, 88, 107, 115.0.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin 2(059)-137/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edilməsi, iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamədən göründüyü kimi, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmədikləri üçün iddia ərizəsinə öz etirazlarını və sübutlarını təqdim edə bilməmişlər. Buna görə də məhkəmə yalnız birtərəfli qaydada işə baxmışdır. İştirak etməməklərinin səbəbi iddiaçının onlara qarşı eyni iddia üzrə əvvəllər iddia qaldırması və bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmasıdır. Cünki artıq bu qətnamə olduğuna görə düşünmüşlər ki, məhkəmə tərəfindən bu iddia ərizəsi baxılmağa qəbul edilə bilməz. Lakin məhkəmə əvvəllər baxılmış iddiya yenidən baxaraq qanunsuz qətnamə qəbul etmişdir. Nəyə görə qanuni qüvvəsini almış qətnamə olmasına baxmayaraq onlar yenə də məhkəməyə çağrılmalıdırlar? Hesab edirlər ki, iddiaçının bilərəkdən yenidən onlara qarşı əsassız iddia qaldırmasına məhkəmə hüquqi qiymət verməmişdir. Birinci inistansiya məhkəməsi qətnaməni düzgün olmayaraq belə əsaslandırmışdır ki, “Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli, 2(059)- 63/2021 nömrəli qətnaməsi ilə, Cavabdeh1 İddiaçı xeyrinə 3300 manat və 320 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə pulun tutulması, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat dövlət rüsumunun 38%-i, yəni 11,40 manatın tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.” Əvvala, Siyəzən rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli, 2(059)- 63/2021 saylı qətnaməsindən görünür ki, həmin iş üzrə iddiacı və cavabdehlər, iddianın predmeti və əsası bu iş üzrə iddiaçı və cavabdehlər və iddianın predmeti və əsası ilə eynidir. Belə ki, qətnamədə deyilir: “İddiaçı məhkəmə içlasında izahatında bildirmişdir ki, o, bundan əvvəl də biz cavabdehlərə qarşı "pul və maddi-mənəvi ziyan" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonunculardan müştərək qaydada onlara ödədiyi 320 ABŞ dolları və 3740 manat nağd pulun, təmirə xərclədiyi 4450 manatın, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilmiş 3750 manat məbləğində vəsaitin, vəkilə ödədiyi 1000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın, bankdan kredit götürdüyünə görə ödəməli olduğu 1837,48 manat faizin, kredit alarkən bank xərclərinə çəkilmiş 60 manat xərcin, ümumilikdə 320 ABŞ dolları və 16807,48 manat məbləğində pulun, habelə əsəb-stress keçirdiyinə, eləcə də psixoloji gərginlik və narahatlıq yaşadığına görə ona vurulmuş mənəvi ziyana görə 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan bu qətnamədən apellyasiya və kassasiya şikayəti verilsə də, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, onun həmin obyektdə qalmış, əvvəlki iş üzrə məhkəmə ekspertizası tərəfindən qiymətləndirilməmiş əmlakı və həmin tarixə təxminən 1976 manata qədər dəyəri olan peşə fəaliyyəti üçün istfadə olunan ləvazimatlar cavabdehlər tərəfindən mənimsənilmiş və əmlakın əksəriyyəti başqa gözəllik salonlarına xəbəri olmadan satılmışdır. Bununla yanaşı, könüllü olaraq peşə öyrənməyə gələn xanıma məxsus olan, cavabdehlər tərəfindən mənimsənilmiş və dəyəri sonradan onun tərəfindən ödənilən ləvazimatlara görə 310 manat zərərə dümüşdür. Bir neçə dəfə cavabdehlərə avadanlıqları götürməklə bağlı müraciət etsə də, onlar buna müxtəlif bəhanələrlə mane olmuşlar. Beləliklə, iddia ərizəsinin tələb hissəsində sadalanan ümumi dəyəri 2286 manat təşkil edən əşyaları onun qanuni sahibliyindən çıxmışdır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.” Göründüyü kimi, iddiaçı özü bildirir ki, bu tələblə əvvəlcə də məhkəmədə iddia qaldırmışdır. Lakin əvvəlki iddia tələbinin həcmi daha böyük olmuş, lakin hazırkı iddia tələbi də, həmin tələbə daxil olmuşdur. Əvvəlki iddia tələbində “avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilmiş vəsait”. Həmin hissədə iddia tələbi təmin edilməmişdir. Bundan sonra iddiaçı başqa bir adla “əmlakların və ya onların dəyərinin qaytarılması” adı ilə yenidən məhkəməyə müraciət etmişdir. MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraatra xitam verir. İddiaçı bu iş üzrə iddia tələbini qismən müdafiə edərək, izahatında göstərdi ki, iddia ərizəsində sadalanan əşyaları obyektdən götürəcəyinə əmin olduğu üçün əvvəlki məhkəmə prosesində hazırda tələb etdiyi əşyaları cavabdehlərdən istəməmişdir.” Lakin bu izahatın özü onu göstərir ki, iddiacı özü də bilir ki, əvvəlki iddia tələbində bu tələblər də qoyulmuşdur. Lakin indi iddiaçı yenidən məhkəməyə müraciət etməsini əsaslandırmaq istəyir ki guya iddia ərizəsində sadalanan əşyaları obyektdən götürəcəyinə əmin olduğu üçün əvvəlki məhkəmə prosesində hazırda tələb etdiyi əşyaları cavabdehlərdən istəməmişdir. Amma göründüyü kimi, məhkəməyə müraciət etməyin əsas səbəbi ondan ibarətdir ki, əvvəlki iddia tələbində iddianın bu hissəsi ilə bağlı tələbini sübut edə bilməmişdir və həmin hissələrdə iddia təmin edilməmişdir. İndi iddiaçı başqa bir adla əmlak tələbi adı ilə məhkəməyə müraciət etmişdir. Qeyd etmək istəyirlər ki, iddiaçı obyektdən çıxarkən ona məxsus olan bütün əşyaları avadanlıqları götürüb özü ilə aparmışdır. Obyektdə heç bir əşya, əmlak qalmamışdır. Obyekti tam olaraq boşaldıb təhvil vermişdir. Sual olunur, iddiaçının bütün başqa əmlakları obyektdən cıxardığı halda burda sadalanan əşyalar obyektdə qala bilərdimi? Bu faktiki olaraq mümükün deyildir. Sonra məhkəmə qeyd edir ki, “İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş CD diskə köçürülmüş fotoşəkil və videogörüntülərdən görünür ki, iddia ərizəsində sadalanan müxtəlif növ avadanlıqların əsas hissəsi, yəni “X4” MMC-nin 04 mart 2024-cü il tarixli qiymətləndirmə aktında göstərilən avadanlıqlar həqiqətən iddiaçının faktiki sahibliyində, cavabdehlərin isə icarəsində olmuş Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsinin üzərində olan “Beaty Center” gözəllik salonunda mövcud olmuşdur.” Əvvala, qiymətləndirmə aktında göstərilən əşyaların mövcud olması həmin əşyaların İddiaçının gözəllik salonun boşaltdıqdan sonra kimdə və harda olması sualına cavab verirmi? Təbii ki, əsas sual həmin avadanlıqların harda və kimdə olması sualıdır.? Qiymətləndirmıə aktında da belə bir sual və cavab yoxdur. Onu da qeyd edirlər ki, “X4” MMC-nin 04 mart 2024-cü il tarixli qiymətləndirmə aktında da “avadanlıqlardan” bəhs olunur ki, bu da onu bir daha təsdiq edir ki, indiki tələblə, əvvəlki iddia tələbinin predmet və əsası tamamilə eynidir. Digər tərəfdən qətnamədə deyilir, “İşdə olan “X4” MMC-nin 04 mart 2024-cü il tarixli, 262 nömrəli qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus müxtəlif növ avadanlıqların, o cümlədən 1 ədəd qırmızı rəngli kreslonun qiyməti 30 manat, 1 ədəd muncuqlu asma pərdənin qiyməti 50 manat, divardan asılan 2 ədəd ləvazimat şkafının hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 60 manat, 4 ədəd işıqlandırıcı plafonun hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat, 1 ədəd xəkəndazla birlikdə şotkalı süpürgənin qiyməti 7 manat, 1 ədəd pas-pas döşəməsilənin qiyməti 12 manat, 1 ədəd altlığı ilə birlikdə Tefal markalı çaydan dəstinin qiyməti 20 manat, 1 ədəd plastik ləvazimat rəfinin qiyməti 40 manat, 1 ədəd Tefal markalı elektrik sobasının qiyməti 25 manat, 1 ədəd “Galaxy” markalı tavanın qiyməti 10 manat, 1 ədəd saatın qiyməti 70 manat, 4 ədəd fincanın hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 8 manat, 2 ədəd paltar asılqanının birinin qiyməti 4 manat, digərinin qiyməti 7 manat olmaqla, ümumilikdə 11 manat, 2 ədəd sabun qabının hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 6 manat, 3 ədəd əl-üz dəsmalının hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 9 manat, 3 ədəd ayaqaltı xalçasının hər birinin qiyməti 7 manat olmaqla, ümumilikdə 21 manat, 1 ədəd işıqlı reklam lövhəsinin (Beauty Center) qiyməti 550 manat, 3 ədəd bayner reklam lövhəsinin hər birinin qiyməti 40 manat olmaqla, ümumilikdə 120 manat, 4 ədəd vinil reklamın hər birinin qiyməti 7,50 manat olmaqla, ümumilikdə 30 manat, 1 ədəd profillə birgə qapı kilidinin qiyməti 25 manat, 1 ədəd X8 qiyməti 238 manat, “Fara” markalı 1 ədəd lipuçka aparatının qiyməti 25 manat, 1 ədəd manikür aparatının (Nail drill) qiyməti 40 manat olan, 10 ədəd dırnaq lakının hər birinin qiyməti 2,5 manat olmaqla, ümumilikdə 25 manat, “Sun” markalı 1 ədəd lak qurudan aparatın qiyməti 40 manat, 2 ədəd dırnaq gelinin hər birinin qiyməti 6,5 manat olmaqla, ümumilikdə 13 manat, 1 ədəd “West” markalı saç buran feninin qiyməti 150 manat, 1 ədəd “West” markalı hava feninin qiyməti 130 manat və 1 ədəd “Mega Watt” markalı hava feninin qiyməti 150 manat olmaqla, 04 mart 2024-cü il tarixə ümumilikdə bu əşyaların bazar dəyəri 1995 manat müəyyən edilmişdir.” Məhkəmə “X4” MMC-nin 04 mart 2024-cü il tarixli, 262 nömrəli qiymətləndirmə aktını sübut kimi qiymətləndirmişdir. Halbuki Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 nömrəli qətnaməsi ilə, iddiaçının iddia tələbinin avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilmiş pul tələbi hissəsində və sair hissədə təmin edilməmişdir. İşdə qanuni qüvvəsini almış və bu iddia tələbinə də baxılmış Siyəzən rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 saylı qətnaməsi mövcuddur. Belə olan halda məhkəməhə işi icraata qəbul etməməli, baxılmamış saxlamalı, etdiyi halda işin icraatına xitam verilməlidir. Bundan sonra araşdırmaya ehtiyac olmuşsa ekspertiza təyin edilə bilərdi. İşdə ekspert rəyi mövcud deyildir. İşdə “X4” MMC-nin 04 mart 2024-cü il tarixli qiymətləndirmə aktı vardır. Məhkəmə qeyd edir ki, ““X4” MMC-nin 04 mart 2024-cü il tarixli qiymətləndirmə aktında göstərilən avadanlıqlar həqiqətən iddiaçının faktiki sahibliyində, cavabdehlərin isə icarəsində olmuş Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsinin üzərində olan “Beaty Center” gözəllik salonunda mövcud olmuşdur.” Lakin bu qiymətləndirmədən, qiymətləndirmə aktında göstərilən əşyaların mövcud olması həmin əşyaların iddiaçının gözəllik salonunu boşaldıb onlara təhvil verdikdən sonra kimdə və harda olması sualına cavab verirmi? Təbii ki, əsas sual həmin avadanlıqların harda və kimdə olması sualıdır.? Qiymətləndirmə aktında da belə bir sual və cavab yoxdur. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı İddiaçı Siyəzən Rayon Məhkəməsinin 13 may 2024-cu ii tarixli 2-(059)- 137/2024 nömrəİi qetnaməsindən cavabdehlər Cavabdeh1 oğİu ve Cavabdeh2 tərəfindən veriİmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər tamamilə əsassız, qanunsuzdur və həqiqətə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kesin mülkiyyət hüququ vardir. Mülkiyyət huququ, o cümlədən xüsusi mülkiyyət hüququqanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 26.1-ci maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Siyəzən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(059)-137/2024 nömrəli qətnaməsində adları qeyd olunan ümumi dəyəri 1995 (bir min doqquz yüz doxsan beş) manat olunmuş əşyaların ona məxsus olması şübhə doğurmur, məhkəmə qətnaməsi, şahid ifadələri və digər təkzib edilməz faktlarlada sübut olunur. Hətta cavabdehlər (apellyantlar) öz ifadələrində və apellyasiya şikayətlərində bunu təsdiq edirlər. Cavabdehlər tərəfindən aralarında olan obyektin və torpaq sahəsinin alqı-satqısına dair anlaşmanın birtərəfli qaydada qanunazid pozulmasından sonra obyektin açarı onlar tərəfindən dəyişdirilmiş və əmlakından istifadə edə bilməmişdir. Halbuki, ona məxsus əşyaların cavabdehlər tərəfindən heç bir problem çıxarılmadan ona veriləcəyindən əmin idi və əvvəlki məhkəmə proseslərində bu əşyaları cavabdehlərdən istəməmişdi. Atalarımızın yaxşı bir məsəli var. Sən saydığını say, gör fələk nə sayır...Sonradan ona məlum oldu ki, ona məxsus bu əşyalar cavabdehlər tərəfindən qanunsuz olaraq mənimsənilmiş, mülkiyyət hüququ kobudcasına pozulmuş, başqa gözəllik salonlarına satılmışdır. Bu barədə təkzib edilməz sübutları məhkəməyə təqdim etmişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixində Siyəzən rayon Prokurorluğuna, Siyəzən rayon polis şöbəsinə və rayon məhkəməsinə məktubla müraciət edərək həmin obyektin qıfılının Raman və Cavabdeh2lar tərəfindən qırılaraq başqa qıfilla əvəz olunduğu barədə müraciət ünvanlamışdır və obyektə quraşdırdığı avadanlıqların Sədrəddinovlar tərəfindən mənimsənildiyini qeyd etmişdir. Çox əfsuslar olsun ki, məktubuna təkcə Siyəzən rayon məhkəməsi cavab verərək bunu əlavə iddia kimi verməyi bildirdi. Onu da qeyd edir ki, 4 ildir ki o, Sədrəddinovlar tərəfindən aldadılmışdır. 4 il ərzində bir neçə dəfə məhkəmə prosesləri keçirilməsinə baxmayaraq bir dəfə də olsun o, bu qardaşları məhkəmə proseslərdə iştirak edən görməmişdir və bu da bütün qətnamələrdə qeyd olunub. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixdə özlərinə məxsus instaqram səhifələrində və çoxminlik izləyicisi olari “Siyəzən.Azərbaycan” səhifəsində aralarında alqı-satqısına dair anlaşma olan bu obyektin və torpaq sahəsinin satış elanlarını yerləşdirmişlər. Həmin elanların şəkillərində Siyəzən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2-(059)-137/2024 nömrəli qətnaməsində adları qeyd edilmiş əşyaların bəziləri də düşmüşdür. Sonradan xx.xx.2022-ci il tarixdə həmin obyekt ekskavatorla sökülmüşdür. Bu da təsdiq edir ki, ona məxsus əşyalar həmin tarixədək mülkiyyət hüququn kobudcasına pozularaq cavabdehlərin qanunsuz istifadəsində olmuş və sonradan başqa gözəllik salonlarına satılmışdır (Bu barədə şəkillər etiraza əlavə olunur). Cavabdeh2 sonradan söhbət zamanı etiraf etmişdir ki, obyektdəki iddiaçıya məxsus mebellərin və əşyaların satılmağından, həll edilməsindən xəbəri vardır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və Siyəzən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2-(059)-137/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdehlər Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-137/2024 nömrəli qətnaməsinin ləğv edilib iddianın tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia qismən təmin olunduğundan və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən kollegiya Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)- 137/2024 nömrəli qətnaməsini iddianın təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 nömrəli qətnaməsi ilə, Cavabdeh1 İddiaçı xeyrinə 3300 manat və 320 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə pulun tutulması, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat dövlət rüsumunun 38%-i, yəni 11,40 manatın tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, qeyd edilən mülki iş üzrə tələblərdən biri təmir xərclərin tutulması olmuşdur, hazırkı iddia üzrə tələb edilən əşyalar isə baxış predmeti olmamışdır. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində “cavabdehlərin məhkəmə iclasında iştirak etmədikləri üçün iddia ərizəsinə öz etirazlarını və sübutlarını təqdim edə bilməməsi” dəlilinə münasibətdə onu qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehlər dəfələrlə elektron kabinet, poçt, SMS vasitələri ilə birinci və apellyasiya instansiyası icraatı zamanı məhkəmə iclasları barədə məlumat verilməsinə baxmayaraq, heç bir məhkəmə iclasında iştirak etməmişlər. Digər tərəfdən, cavabdehlər apellyasiya şikayətində “iddiaçının obyektdən çıxarkən ona məxsus olan bütün əşyaları avadanlıqları götürüb özü ilə aparmasını, obyekti tam olaraq boşaldıb təhvil verməsini” qeyd etsələr də, faktiki həmin əşyaların mövcudluğunu və salonda olmasını təsdiq etmişlər, lakin həmin əşyaların iddiaçıya təhvil verilməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək, iddianı həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-137/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1240/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1240/2024
02.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver