Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1251/2021 24.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Sərdar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı əmlakın qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1251/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa olunması barədə İddiaçı Sərdar qızının vəkili X1 ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5622/2020 saylı, 11 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddia ərizəsində göstərilən aşağıdakı əmlaklar: 900 manat dəyərində künc divanı, 100 manat dəyərində jurnal stolu, 1100 manat dəyərində yemək masası 6 stulu ilə birlikdə, 180 manat dəyərində kamod, 4200 manat dəyərində yataq otağı dəsti, paltar şkafı, yataq, tirmo, 1 stul, 2 tumba, 40 manat dəyərində çarpayı, 1750 manat dəyərində mətbəx mebeli (klassik mebel), 150 manat dəyərində mebelin içərisində 2 hissəli yuyucu, 900 manat dəyərində yemək masası (açılıb-böyüyən), 420 manat dəyərində 6 pizza modelli stul, 983 manat dəyərində soyuducu, 199 manat dəyərində elektrik süpürgəsi, 35 manat dəyərində toster, 90 manat dəyərində şirəçəkən maşın, 55 manat dəyərində ütü, 85 manat dəyərində ütü masası, 170 manat dəyərində elektrik soba, 45 manat dəyərində mikser, 260 manat dəyərində ətçəkən maşın, 144 manat dəyərində aspirator, 280 manat dəyərində mətbəx mebelinin üstü üçün qaz plitəsi, 935 manat dəyərində paltaryuyan maşın, 40 manat dəyərində elektrik çaydanı, 35 manat dəyərində blender, 170 manat dəyərində zal üçün xalça, 90 manat dəyərində dəhliz üçün xalça, 120 manat dəyərində yataq otağı üçün xalça, 190 manat dəyərində zal üçün pərdə dəsti, 190 manat dəyərində yataq otağı üçün pərdə dəsti, 50 manat dəyərində çilçıraq, 120 manat dəyərində açıq pudra rəngli örtük 2 nəfərlik yastıq və 2 nəfərlik yastıq və döşək üzləri ilə birlikdə, 80 manat dəyərində yun qalın örtük (pilet), 23 manat dəyərində bir dəst bir nəfərlik yataq dəsti mavi rəngli (içərisində döşək, yastıq və yorğan ağı), 23 manat dəyərində bir dəst bir nəfərlik yataq dəsti çəhrayı rəngli (içərisində döşək, yastıq və yorğan ağı), 140 manat dəyərində göy rəngli ipək materialdan 2 nəfərlik yataq dəsti, 90 manat dəyərində ağ rəngli üzləri mavi naxışlı 2 nəfərlik y/d, 50 manat dəyərində bənövşəyi rəngli üzəri naxışlı 2 nəfərlik y/d, 200 manat dəyərində 2 döşək, 2 yastıq, 2 yorğan (hamısı tək nəfərlik) 200 manat dəyərində döşək, yorğan, yastıq (2 nəfərlik), 40 manat dəyərində 2 sintifon yastıq, 160 manat dəyərində stol süfrəsi (salfetkaları ilə birlikdə), 150 manat dəyərində stol süfrəsi (məxmər parça, tünd yaşıl), 60 manat dəyərində stol süfrəsi ağ rəngli, 130 manat dəyərində 10 ədəd əl-üz məhrabası, 3 manat dəyərində xalça üçün şotka, 70 manat dəyərində 8 ədəd məhraba, 40 manat dəyərində 10 ədəd çay dəsmalı, 17 manat dəyərində 4 ədəd mətbəx məhrabası, 30 manat dəyərində 20 ədəd paltar asmaq üçün asılqan (pencək üçün), 21 və 15 manat dəyərində 2 ədəd kirli paltar səbəti (biri qapalı düzbucaqlı formasında, biri açıq, yumru formada) 60 manat dəyərində gündəlik istifadə üçün 6 nəfərlik yemək qaşığı, 6 çay qaşığı,6 çəngəl, 6 limon çəngəli, 240 manat dəyərində qonaq üçün 24 yemək qaşığı, 24 çay qaşığı, 24 bıçaq, 24 çəngəl dəsti, 6 yemək çəkmək üçün böyük qaşıq, 540 manat dəyərində qonaq üçün yemək dəsti 24 dərin boşqab, 24 böyük düz boşqab, 24 orta ölçülü düz boşqab, 24 kiçik ölçülü düz boşqab, 6 böyük yemək üçün bulud, 6 kiçik yemək üçün bulud, 24 orta ölçülü kasa, 6 duzqabı dəsti, 6 salfet qabı, 24 nəlbəki, 24 mürəbbə qabı (yaşıl-ağ rəngdə), 40 manat dəyərində 24 bokal, 12 araq qədəhi eyni dəst birlikdə, 30 manat dəyərində 24 armudu stəkan, 300 manat dəyərində bənövşəyi qazan dəsti (5 ədəd), 130 manat dəyərində çəhrayı qazan dəsti (5 ədəd), 16 manat dəyərində aliminium qazan böyük ölçü, 12 manat dəyərində aliminium qazan kiçik ölçü, 25 manat dəyərində blinçik qazanı, 17 manat dəyərində blinçik çevirən, 50 manat dəyərində 2 tava (qızartma üçün), 60 manat dəyərində soyuducu üçün qazan dəsti (3 ədədli), 12 manat dəyərində aşsüzən (böyük ölçü), 8 manat dəyərində aşsüzən (kiçik ölçü), 22 manat dəyərində 2 ədəd samovar materialdan ləyən (böyük və orta ölçülü), 70 manat dəyərində büllur güldan böyük ölçüdə, 60 manat dəyərində çex güldanı orta ölçüdə, 50 manat dəyərində büllur meyvə qabı böyük ölçü, 35 manat dəyərində orta ölçüdə meyvə qabı, 50 manat dəyərində böyük konfet qabı (büllur), 35 manat dəyərində kiçik konfet qabı (büllur), 40 manat dəyərində büllur çərəz qabı, 10 manat dəyərində külqabı, 6 manat dəyərində qırmızı qənd qabı, 80 manat dəyərində su qabı 6 bokalı ilə birlikdə (büllur), 18 manat dəyərində çaydan güllü, 2,5 litrlik, 27 manat dəyərində çaydan samovar materialdan 5 litrlik, 15 manat dəyərində dəm çaydanı və salfetqabı qırmızı rəngli üzü ağ xallı, 10 manat dəyərində qəndqabı (gündəlik istifadə üçün), 6 manat dəyərində pendir-yağ saxlamaq üşün qırmızı rəngli şüşə qab, 60 manat dəyərində bir dəst ərzaq və ədviyyat qabı 3 böyük, 4 kiçik ölçülü, 20 manat dəyərində iri bıçaq dəsti (içərisində 5 ədəd), 7 manat dəyərində dəm çaydanı, 15 manat dəyərində çömçə-kəfkirqaşıq dəsti, 15 manat dəyərində bir böyük kəfkir (qara rəngli), 7 manat dəyərində un ələyi (dəmir materialdan), 7 manat dəyərində pizza bıçağı, 17 manat dəyərində cevzə, 10 manat dəyərində şirniyyat üçün düz şüşə qab, çörəkqabı (dəmir materialdan), 12 manat dəyərində çörək səbəti krem rəngli, çəhrayı krujevalı, 35 manat dəyərində dəmir materialdan çörək qabı, 5 manat dəyərində çörək səbəti qəhvəyi rəngli, 20 manat dəyərində qab toru, 6 manat dəyərində tvyorka, 5 manat dəyərində dəmir qayçı, 4 manat dəyərində qara qulplu qayçı, 5 manat dəyərində iynə-sap dəsti, 80 manat dəyərində üzəri ağ qarlı orta ölçü ilə birlikdə yolka oyuncaqları, 40 manat dəyərində saç üçün hava feni, 18 manat dəyərində manikür seti (Oriflame-içərisində 10 parça), 8 manat dəyərində daraq dəsti (içərisində 5 ədəd), 50 manat dəyərində 2 ətir, 35 manat dəyərində qara ayaqqabı, 50 manat dəyərində ağ zərli toy ayaqqabısı, 65 manat dəyərində hamam dəsti (içərisində hamam xalatı, 3 məhrabası, tərliyi), 90 manat dəyərində uzun, zərli, qızılı rəngli nişan donu, 90 manat dəyərində bardovu dizdən don (nişan üçün), 180 manat dəyərində uzun, zərli, açıq çəhrəyı nişan donu, 200 manat dəyərində gecəlik dəsti (içərisində 4 dəst), 160 manat dəyərində palto (boz rəngli), 10 manat dəyərində göz üçün ten, 35 manat dəyərində gündəlik boz rəngli kapşonkalı ev geyim dəsti (qış üçün), 50 manat dəyərində gündəlik çəhrayı rəngli qalın ev geyim dəsti, 25 manat dəyərində sarı zərli makiyaj çantası, 130 manat dəyərində uzun qara don (qısa qol), 80 manat dəyərində dizdən qara zərli don, 60 manat dəyərində məxmər bardovu don, 30 manat dəyərində qara qısa düz don, 60 manat dəyərində qalın qara balonka, 50 manat dəyərində yaşıl payızlıq qısa gödəkçə 50 manat dəyərində qırmızı payızlıq qısa gödəkçə, 35 manat dəyərində çəhrayı zərli toxunma yun jaket, 35 manat dəyərində tünd göy cins şalvar, 40 manat dəyərində açıq göy cins şalvar, 60 manat dəyərində düz ayaqqabı tünd göy rəngli, üzəri bağlı, 70 manat dəyərində hündür daban çəkmə, 27 manat dəyərində cızıqlı yun ətək, 33 manat dəyərində ağ köynək uzunqol, 25 manat dəyərində ağ yaxalıqlı tünd yaşıl kofta (qışlıq), 20 manat dəyərində açıq yaşıl qarşısı deşikli kofta (yun), 27 manat dəyərində tünd qırmızı qış koftası, 10 manat dəyərində açıq yaşıl nazik kofta, 4 manat dəyərində 6 fərqli rəng dırnaq boyası, 35 manat dəyərində açılıb yığıla bilən kənarları taxta, digər hissəsi parça olan krem yığmaq üçün qab, 45 manat dəyərində düzbucaqlı, enli bijuteriya qabı (üstü güllü şüşə içərisi qara məxmər materialdan), 10 manat dəyərində 2 əl kremi, 8 manat dəyərində üz kremi, 8 manat dəyərində enli bənövşəyi makiyaj çantası, 75 manat dəyərində qəhvəyi rəngli çanta (içərisində enli qəhvəyi pul kisəsi ilə birlikdə), 20 manat dəyərində ev üçün qırmızı yun kofta, 10 manat dəyərində ev üçün qırmızı güllü şalvar, 25 manat dəyərində yun qalın şalvar, 40 manat dəyərində qalın yun böyük ölçüdə şal, tünd qırmızı, 30 manat dəyərində enli nazik tünd qırmızı, üzəri güllü şal, 70 manat dəyərində böyük çemodan (paltar üçün) təkərli, 40 manat dəyərində kiçik çemodan (əl üçün paltar çemodanı), 30 manat dəyərində ağ yun kofta, 5 manat dəyərində “Ariston”, 12 manat dəyərində 2 ədəd qabda olan orta ölçüdə plastmas güllər biri yumru qabda ağ güllər, 16 manat dəyərində digəri düzbuçaqlı qabda qırmızı güllər, 30 manat dəyərində armudu stəkan dəsti nəlbəkisi ilə birlikdə üzəri çobanyastığı çiçəkləri ilə naxışlı 6 nəfərlik dəst, 40 manat dəyərində 30-40 sm. hündürlüyündə qız heykəli, 120 manat dəyərində qara uzun plaş, 4,5 manat dəyərində düşbərəkəsən (dəmir), 6 manat dəyərində oxlov, 20 manat dəyərində 2 böyük sini, 10 manat dəyərində çəhrayı zibil qutusu, 10 manat dəyərində yaşıl zibil qutusu, 30 manat dəyərində bijuteriya sırğadan (5 ədəd) ibarət əmlakların və ya onların dəyərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilməsi qət olunmuş, qalan hissədə iddia rədd olunmuşdur (hakim E.Abdullayev). Qətnamədən İddiaçı Sərdar qızı apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5622/2020 saylı, 08 dekabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1251/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Sərdar qızının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5622/2020 saylı, 08 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə razılaşmayan İddiaçı Sərdar qızı ondan kassasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1251/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı Sərdar qızının Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1251/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır (dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyinə və şikayət qanunla nəzərdə tutulmuş müddət ərzində verilmədiyinə görə). Hazırda İddiaçı Sərdar qızının vəkili X2 ərizə ilə məhkəməyə müraciət edərək ötürülmüş müddətin üzürlü hesab edilməklə bərpa edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, 12 günlük müddət iddiaçının ev şəraitində müalicə alması və əvvəlki nümayəndəsinin kassasiya şikayəti yazmaqdan imtina etdiyindən ötürülmüşdür. İxtisaslı vəkil yardımı almaq üçün iddiaçıya müəyyən müddət lazım olmuşdur. Bundan başqa, vəkilin işlə tanış olması üçün də müəyyən zaman lazımdır. Bütün bunlar isə müddətin qəsdən deyil, üzürlü səbəbdən ötürülməsinə dəlalət edir və bu müddət bərpa olunmalıdır. İş üzrə tərəflər məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, habelə verilmiş ərizəni araşdıraraq hesab edir ki, müddətin bərpa olunması barədə İddiaçı Sərdar qızının vəkili X2 tərəfindən verilmiş ərizə rədd olunmalıdır. İş materiallarından görünürü ki, (səh.138) Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1251/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsi Mənsimə Nəsirova tərəfindən 20.04.2021-ci ildə rəsmi şəkildə qəbul edilmişdir. Həmin qətnamədən Mənsimə Nəsirova birinci dəfə 05.07.2021-ci ildə kassasiya şikayəti vermiş və qeyd edildiyi kimi Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1251/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı kifayət qədər uzun müddət keçəndən sonra, 29.11.2021-ci ildə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin o, kassasiya şikayəti verilməsi üçün nəzərədə tutulmuş iki aylıq müddət əvəzinə, yeddi ay keçdikdən sonra müddətin bərpasına dair ərizə versə də, ərizəyə müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5-ci maddəsinə görə məhkəmə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə görə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Yenə həmin Məcəllənin 408.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası barədə ərizədə səbəb kimi iddiaçının xəstə olmaqla ev şəraitində müalicə olunması, əvvəlki vəkilin kassasiya şikayəti yazmaqdan imtina etməsi, bunu üçün ixtisaslı vəkil axtarması göstərilsə də, istinad edilən hallar barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim edilməmişdir. Digər tərəfdən sadalanan həmin səbəblər kassasiya müddətinin bərpası üçün əsas vermir. Bu səbəbdən də, məhkəmə kollegiyası cavabdehin ərizəsində istinad etdiyi kassasiya şikayətinin verilmə müddətinin buraxılmasına səbəb olması iddia edilən halları üzrlü hesab etmir. Buna görə də məhkəmə kollegiyası onun ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1251/2021 saylı, 09 aprel 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair İddiaçı Sərdar qızının vəkili X2 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad dərhal qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1251/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1251/2021
24.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver