Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-126/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X3, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı daşınmaz əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi və pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məcburi çıxarılması və həmin fərdi yaşayış evi tam boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məcburi çıxarılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tam boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, daşınmaz əmlakdan qanunsuz istifadəyə görə 03.01.2019-cu il tarixdən etibarən hesablanmış 800 manat məbləğində istifadə haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında BB/GTS-139/2014 saylı 12.06.2014-cü il tarixli bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlər toplusunun tərkib hissəsi olan 24.07.2014-cü il tarixli K1159 saylı Maliyyələşdirmə üçün ərizə forması imzalanmışdır. Müqaviləyə əsasən bank borcalana 60 (altmış) ay müddətinə, yəni 24.07.2019-cu ilədək faktiki illik faiz dərəcəsi 14.0359 % (illik cərimə faizi 23% (gündəlik 0.0638 %)) olmaqla 100,000 (bir yüz min) manat məbləğində birdəfəlik kredit vermişdir. Müqavilə üzrə borcalanın bank qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh mülkiyyətindəki Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 153№-li fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə 24.07.2014-cü il tarixli İ0774 nömrəli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda 26.07.2014-cü il tarixli RX ******* nömrəli (Reyestr nömrəsi: **********03-10301; Qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. İpoteka müqavilələrində ipoteka ilə təmin edilmiş pul öhdəliyi borcalan tərəfindən Kredit müqaviləsində müəyyən olunan şərtlərlə və qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, bankın borcalana qarşı olan tələbinin ipoteka ilə yüklü edilmiş əşya hesabına ödənilməsinin hüquqi əsası müəyyən edilmişdir. Borcalan kredit müqaviləsi üzrə borc öhdəliyinin şərtlərini 24.08.2015-ci il tarixindən pozmağa başladığı və kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi üçün bank borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair 11 may 2016-cı il tarixli iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-2(82)-977/2016 saylı, 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Sonradan məhkəmə qərarının icrası istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində Cavabdeh mülkiyyətindəki Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 153№-li fərdi yaşayış evi “X2” MMC-nin 17.09.2018-ci il tarixli Hərracın yekunları üzrə protokol və əmlakın alqı-satqısı müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı ASCnə təklif edilərək, açıq hərracda əldə edilmişdir və bu haqda mülkiyyət hüququna dair 03.01.2019-cu il tarixli RX ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, sözügedən yaşayış sahəsi hal-hazırda mülkiyyətçi İddiaçı ASC-nin sahibliyində və nəzarətində deyil və həmin mənzil cavabdeh və digər üçüncü şəxslər tərəfindən heç bir qanuni əsas olmadan istismar edilir. Onların cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, əmlakı faktiki idarə edən şəxs əmlakı qanuni sahibinə təhvil verməkdən boyun qaçırmışdır. Bu da öz növbəsində iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasma gətirib çıxarmışdır. Əmlaka dair mülkiyyət hüququnun İddiaçı ASCnə məxsus olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının əmlaka faktiki sahiblik etmək və sərəncam vermə hüquqlarının təmin edilməsi məqsədi ilə cavabdeh Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 153№-li fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı və həmin əmlak boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Həmçinin cavabdeh mübahisə predmetini təşkil edən daşınmaz əmlakdan hüquqi əsas olmadan istifadə etdiyi üçün iddiaçıya həmin dövr üçün hesablanmış istifadə haqqını ödəməlidir. Daşınmaz əmlaka dair mülkiyyət hüququ iddiaçı tərəfindən 2019-cu ilin yanvar ayında dövlət reyestrində qeydiyyata alınmışdır və 0.06 ha torpaq sahəsinin üzərində yerləşən cavabdeh 2019-cu ilin yanvar və fevral ayları üzrə əmlakdan istifadə etdiyi üçün iddiaçıya 800 (səkkiz yüz) manat məbləğində istifadə haqqı ödəməlidir. İddiaçı ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. O, «X2 MMC»-ə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və onun iştirakı ilə evin yenidən hərraca çıxarılması barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verməyə hazırlaşdığı bir zamanda, qətnamə qanuni qüvvəsini almamış, Abşeron Rayon Məhkəməsi tələm-tələsik qanunsuz keçirilmiş hərracın nəticələri tanıyaraq qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iş üzrə icraatı dayandırmamışdır. Lakin hakim Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Abşeron Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(012)-1857/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi F.F.Rzabəyli apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinə oxşar izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, mübahisəli evin iddiaçının mülkiyyətində olmasına və cavabdeh tərəfindən könüllü boşaldılmasına razı olmadığına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına olan AR 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-2(82)- 977/2016 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh 24.07.2014-cü il tarixli, K1159 saylı kredit üzrə əsas borc üzrə 85115,30 manat, faiz borcu üzrə 12758,64 manat, cərimə borcu üzrə 2584,63 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması, 24.07.2014-cü il tarixli İO774 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 153 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 119000 manat məbləğində müəyyənləşdirilməklə açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin Cavabdeh İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq məbləğin Cavabdeh ümumi qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. İşdə olan “X2” MMC tərəfindən keçirilən hərracın yekunları barədə 121/1 nömrəli protokolundan görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 153 nömrəli fərdi yaşayış evi alıcı İddiaçı ASC tərəfindən əldə edilmişdir. İşə əlavə olan 17 sentyabr 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, “X2” MMC ilə İddiaçı ASC arasında müqavilə bağlanmış və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllədə yerləşən 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 153 nömrəli fərdi yaşayış evi İddiaçı ASC tərəfindən 75862,50 manata (yetmiş beş min səkkiz yüz altmış iki manat 50 qəpik) əldə edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin adına ********** qeydiyyat nömrəsi ilə 03.01.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC -dən kreditlə pul götürmüş, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik lazımınca icra edilmədiyindən məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti açıq hərracdan satılmaqla ipoteka saxlayan İddiaçı ASC-nin mülkiyyətinə keçmiş və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində 03 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 03.01.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Lakin indiyə kimi cavabdeh könüllü olaraq sözügedən mənzildən qeydiyyatdan çıxmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən çıxmaması İddiaçı Açıq Səhmdar Cəmiyyətinin göstərilən mənzillə bağlı hüquq və azadlıqlarının həyata keçirilməsinə həqiqətən də maneə yaradır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Hazırkı işdən görünür ki, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hərracdan satılmış, münasibətlərə yeni mülkiyyətçi daxil olmuş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin sabiq mülkiyətçisi mülkiyyətçi qarşısında mənzili tərk etmək barədə öhdəliyini könüllü icra etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iddia tələbinin daşınmaz əmlakdan qanunsuz istifadəyə görə 03.01.2019cu il tarixdən etibarən hesablanmış 800 manat məbləğində istifadə haqqının cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində hesab edir ki, bu barədə mötəbər sübutlar təqdim edilmədiyindən təmin oluna bilməz. Məhkəmə həmçinin, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 10 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh «X2» MMC-nə qarşı hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun iştirakı ilə evin yenidən hərraca çıxarılmasına dair iddia tələbi Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1614/2020 saylı 22 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 27 aprel 2021-ci il tarixli 2-2(103)-459/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 14 may 2019-cu il tarixli 2(012)-1857/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-126/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-126/2021
22.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver