Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1261/2020 30.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İdiaçı İddiaçı-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh və Zamin1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh və Zamin1 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-129/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh, Zamin1, üçüncü şəxslər Zamin2, Zamin3 və İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-129/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli, 24QB/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh 102.981,19 manat, faiz borcu üzrə 400,48 manat olmaqla, ümumilikdə 103.381,67 manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq, İddiaçı-yə verilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh və Zamin1 məxsus Quba şəhəri, H.Əliyev prospekti b, 198 nömrəli binada yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 1.050.000 (bir milyon əlli min) manat məbləğində müəyyən edilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və qeyri-yaşayış sahəsinin satışından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq vəsait qalarsa, qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri olan Cavabdeh və Zamin1 verilməsi, ipoteka predmeti olan Quba şəhəri, H.Əliyev prospekti. b 198 nömrəli binanın qeyri-yaşayış sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində könüllü olaraq boşaldılmasa, həmin qeyri-yaşayış sahəsinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun, ümumilikdə 60 manat pulun 10%-i iddiaçıya, 90%-i cavabdehə aid edilməsi, cavabdehdən 54 manat məbləğində pul müştərək qaydada alınaraq, iddiaçıya verilməsi qət edilmişdir (hakim X.Tağıyev). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək təkrar mühasibatlıq ekspertizası təyin olunmaqla iddianın tam təmin olunmasını xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh, Zamin1, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Zamin2 və Zamin3 da apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "İddiaçı” KB ASC Cavabdeh və Zamin1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 24QB/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 24QB/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 109.104,10 manat, faiz borcu üzrə 3.336,80 manat, cərimə borcu üzrə 2.764,36 manat, cəmi 115.205,26 manat borc pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh və Zamin1 mülkiyyətində olan Quba şəhəri, H.Əliyev prospekti, b 198 nömrəli binanın qeyri-yaşayış sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2014-cü il tarixli, 24QB/14-1 saylı əlavə kredit müqaviləsi üzrə yaranmış 115.205,26 manat pulun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq idddiaçı İddiaçı-nə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 790.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Quba şəhəri, H.Əliyev prospekti, b 198 nömrəli binanın qeyri-yaşayış sahəsinə tutma yönəldikdə 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 24QB/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 24QB/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək illik 17.5% ödəmək şərti ilə 200.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı KB ilə Cavabdeh və Zamin1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 24Qbi/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh və Zamin1 mülkiyyətində olan Quba şəhəri, H.Əliyev prospekti, b 198 nömrəli qeyri-yaşayış sahəsi İddiaçı-nin xeyrinə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi xx.xx.2014-cü il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (reyestrdən çıxarış № RX 0518894, qeydiyyat № **********). Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq İddiaçı-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri borclu tərəfindən pozulmuşdur. Borclu Cavabdeh xx.xx.2014-cü il tarixli, 24QB/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə banka olan borcu əsas kredit borcu üzrə 109.104,10 manat, faiz borcu üzrə 3.336,80 manat, cərimə borcu üzrə 2.764,36 manat olmaqla, cəmi 115.205,26 manat məbləğində təşkil edir. xx.xx.2014-cü il tarixli, 24Qbi/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh və Zamin1 mülkiyyətində olan Quba şəhəri, H.Əliyev prospekti, b 198 nömrəli binanın qeyri-yaşayış sahəsi əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı məqsədi ilə banka ipotekaya qoyulmuş və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti ipoteka müqaviləsinin 2.4-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən 790.000 manat məbləğində qiymətləndirilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kredit borcunu müəyyən edərkən kifayət qədər əsaslandırılmamış ekspert rəyinə istinad etmişdir. Ekspert rəyi ilə isə borc düzgün hesablanmamışdır və bu rəylə iş materialları arasında kəskin ziddiyyətlər vardır. Rəylə bank tərəfindən borcluya hesablanmış cərimə borcu hesablanmamış, müqavilə üzrə gecikmələrə görə silinmiş cərimə məbləğlərini əsas və faiz borcundan silinmə kimi müəyyənləşdirmişdir. Məhkəmə isə iş üzrə yenidən ekspertiza təyin etmək əvəzinə, natamam rəyi mötəbər sübut növü kimi qəbul edərək səhv nəticəyə gəlmişdir. Cərimə borcunun tutulması tələbini rədd edən məhkəmə qanunun tələblərini pozmuş, bu barədə öz nəticəsini əsaslandırmamışdır. Göstərilənlərə əsasən qətnamə qismən, yəni iddianın rədd edilməsi hissəsində ləğv edilməli, borc məbləği təkrar məhkəməmühasibatlıq ekspertizası keçirilməklə müəyyən ediməli, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Cavabdehlər və üçüncü şəxslər apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, kredit müqaviləsi üzrə əvvəllər bir sıra ödənişlər edilsə də, sonradan maddi vəziyyət pisləçdiyi üçün ödəmələr gecikmişdir. İpoteka predmetinin qiyməti barədə məhkəmənin gəldiyi nəticə həqiqəti əks etdirmir, çünki Quba şəhərində bu tipli obyektin bazar qiyməti ******* manatdan artıqdır. İpoteka predmetinin boşaldılması hissəsində də qətnamə qanunsuzdur və “İpoteka haqqında” AR Qanununun 42.3 və 46.1-ci maddəsinin tələblərinə ziddir. Qanunda yalnız ipoteka predmeti kimi fərdi yaşayış evlərinin və mənzillərin hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə müddəa vardır və bu müddəa qeyriyaşayış sahəsinə də tətbiq edilə bilməz. Digər tərəfdən, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində kredit müqaviləsindəki zəruri şərtlər (kreditin məbləği, müddəti, faiz dərəcəsi, valyuta növü və s.) öz əksini tapmamışdır, bu isə Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarına ziddir. Göstərilənlərə əsasən qətnamə dəyişdirilməlidir. Məhkəmə kollegiyasının iclasında idiaçı İddiaçı-nin nümayəndəsi X4 iddiaçının apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, qarşı tərəfin şikayətinin isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında cavabdehlər Cavabdeh və Zamin1 öz apelyasiya şikayətlərini müdafiə etdilər və onun təmin edilməsini xahiş etdilər. Cavabdehlər bildirdilər ki, idiaçı İddiaçı-nin apelyasiya şikayətinin dəlilləri isə əsassızdır və təmin edilməməldir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Zamin2 və Zamin3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 24QB/14-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətinə, xx.xx.2018-ci il tarixinədək illik 17,5% olmaqla 200.000 manat məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan İddiaçı-nin xx.xx.2017-ci il tarixli 24QB/14-1 saylı kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, borcalan Cavabdeh illik 17,5%-lə 23 ay müddətinə 112.163 manat məbləğində kredit almışdır İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışın surətindən görünür ki, Quba şəhəri, H.Əliyev prospekti, b 198 ünvanındakı binanın ümumi sahəsi 1130,6 kv.metr olan 1-ci mərtəbəsi xüsusi mülkiyyət hüququ əsasında Zamin1 və Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışından görünür ki, Zamin1 və Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi - mağazanın ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 24QBi/14 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 24QB/14 saylı əsas kredit müqaviləsinin təminatı qismində, Zamin1 və Cavabdeh Quba şəhəri, H.Əliyev prospekti, b 198 ünvanındakı binanın qeyri-yaşayış sahəsi banka ipoteka qoyulmuş və əmlak 790.000 manat məbləğində qiymətləndirilmişdir. Yenə də iş materiallarında olan əmlakın ipotekaya qoyulmasına razılıq verilməsi haqqında xx.xx.2014-cü il tarixli ərizələrdəndən görünür ki, Zamin3 və Zamin2 Cavabdeh mülkiyyətində olan Quba şəhəri, H.Əliyev prospekti, b 198 ünvanında yerləşən qeyriyaşayış binasının İddiaçı KB-na ipotekaya qoyulmasına razıdırlar. İşdə olan İddiaçı tərəfindən verilmiş UB-BANK/PİKMD/735894 saylı, xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, 2017-ci il oktyabrın 02-dək Cavabdeh 24QB/14-1 saylı kredit müqaviləsi üzrə banka əsas kredit borcu üzrə 109104,10 manat, faiz borcu üzrə 3336,80 manat, cərimə borcu üzrə 2764,36 manat, cəmi 115205,26 manat məbləğində borcu vardır. Yenə işdə olan xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdeh bank qarşısında öhdəliklərini yerinə yetirmədiyi üçün öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan Quba şəhəri, H.Əliyev prospekti, b 198 nömrəli binanın qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməyə başlandığı qeyd olunmuşdur. Yenə də işdə olan İddiaçı tərəfindən AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə göndərilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh və Zamin1 mülkiyyətində olan Quba şəhəri, H.Əliyev prospekti, b 198 nömrəli binanın qeyri-yaşayış hissəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 0368/18/UB saylı qiymətləndirmə hesabatından görünür ki, Quba şəhəri, H.Əliyev prospekti, b 198 nömrəli binada yerləşən qeyri-yaşayış sahəsinin hazırkı bazar qiyməti 1.050.000 manat təşkil edir. Yenə iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 15943 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, xx xxxxxxx 2014-cü il tarixli 24QB/14-1 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh iddia qaldırılan tarixə, yəni xx xxxxxxx 2017-ci il tarixə İddiaçı-yə olan borcu əsas borc üzrə 102.981,19 manat, faiz borcu üzrə 400,48 manat olmaqla, ümumilikdə 103.381,67 manat borcu müəyyən edilmişdir. Yenə də iş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, A-04/363 saylı qiymətləndirmə hesabatından görünür ki, Quba şəhəri, H.Əliyev prospekti, b 198 nömrəli binada yerləşən qeyri-yaşayış sahəsinin hazırkı bazar qiyməti 1.130.000 manat, likvid dəyəri isə 910000 manat təşkil edir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 9/3445 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatlarına əsasən xx xxxxxxx 2014-cü il tarixli, 24QB/14-1 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddia qaldırılan tarixə, yəni xx xxxxxxx 2017-ci il tarixə İddiaçı-yə olan borcu əsas borc üzrə 102.981,19 manat, faiz borcu üzrə 400,48 manat olmaqla, ümumilikdə 103.381,67 manat borcu müəyyən edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-129/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 24QB/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 24QB/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, yəni xx.xx.2018-ci ilədək illik 17,5 % ödəmək şərtilə 200000 manat kredit verilmişdir. Kredit müqaviləsinə görə İddiaçı Cavabdeh istifadəsinə ümumilikdə 200000 manat məbləğində krediti təqdim etməyi, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə İddiaçı-yə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kreditverənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı KB ilə Cavabdeh və Zamin1 arasında xx.xx.2014-cü il tarixli, 24Qbi/14 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh və Zamin1 mülkiyyətində olan Quba şəhəri, H.Əliyev prospekti, b 198 nömrəli qeyri-yaşayış sahəsi İddiaçı-nin xeyrinə ipotekaya qoyulmuşdur. Həmin ipoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və xx.xx.2014-cü il tarixdə bankın ipoteka hüququ AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq və ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə kredit alanın banka göstərilən kredit müqaviləsinə əsasən borcu yaranmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşdən göründüyü kimi, iddiaçı yaranmış borcun məbləğini öz maliyyə arayışı ilə əsaslandırmış, mübahisəyə baxılarkən iş üzrə məhkəmə-mühasibtalıq ekspertizası təyin edilmiş, qətnamə ilə borc da bu rəyə əsasən tutulmuş, lakin sonradan borc məbləği mübahisələndirildiyindən yenidən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Aparılmış ekspertiza tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə iddia qaldırılan tarixədək 102981,19 manat əsas borcu və 400,48 manat faiz borcu yaranmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə, düzgün olaraq, belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh iddiaçının xeyrinə 102981,19 manat əsas borc və 400,48 manat faiz borcu tutulmalıdır. İşdən göründüyü kimi, Cavabdeh iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu və faiz borcu ilə yanaşı, dəbbə pulu borcu da yaranmışdır. Lakin işə baxan məhkəmə iddianı bu hissədə təmin etməsə də, qətnamədə cavabdehdən nəyə görə cərimə borcunun tutulmamasını əsaslandırmamışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən 2.764,36 manat dəbbə pulunun tutulmasını xahiş etmiş və həmin tələb təmin olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 2.764,36 manat məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin halları nəzərə alınarsa, qeyd edilən məbləğ tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işin hallarını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun kreditorun vəziyyətini daha da ağırlaşdırdığını, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, kredit müqaviləsi üzrə dəbbə borcu 500 manata endirilməlidir. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh İddiaçı-dən aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və dəbbə pulu borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Yenə həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəssinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. İşdən görünür ki, Cavabdeh bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır və yuxarıda qeyd olunan normaların tələbinə əsasən tələb ipotekaya qoyulmuş Cavabdeh və Zamin1 mülkiyyətində olan Quba şəhəri, H.Əliyev prospekti, b 198 nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməli və həmin ev açıq hərracda satılmalıdır. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Yenə həmin Qanunun 54-cü maddəsinin tələblərinə görə ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən, onun ilkin satış qiyməti bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. İşdən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti «xxxxxxxxxxxxxxx» MMC tərəfindən ******* manat bazar dəyəri kimi müəyyən edilmiş, lakin əmlakın likvid dəyəri müəyyən edilməmişdir və hazırda qiymətlə bağlı mübahisə vardır. İşdə olan “xxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, A-04/363 saylı qiymətləndirmə hesabatından görünür ki, Quba şəhəri, H.Əliyev prospekti, b 198 nömrəli binada yerləşən qeyri-yaşayış sahəsinin hazırkı bazar qiyməti 1.130.000 manat, likvid dəyəri isə 910000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsi açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti məlum qiymətləndirmə rəyinə müvafiq olaraq likvid dəyərində, yəni 910000 manat məbləğində müəyyən edilməlidir. Qeyd edildiyi kimi cavabdehlər apelyasiya şikayətlərinin dəlillərindən biri də qeyriyaşayış sahəsinin hərracda satıldıqdan sonra boşaldılması barədədir. Onlar hesab edirlər ki, qanunda yalnız ipoteka predmeti kimi fərdi yaşayış evlərinin və mənzillərin hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması barədə müddəa vardır və bu müddəa qeyriyaşayış sahəsinə də tətbiq edilə bilməz. “İpoteka haqqında” Qanunun 59-cu maddəsi ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsinin xüsusi normalarını müəyyən edir. Başqa sözlə ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi ilə bağlı qanunverici xüsusi norma müəyyən etmədiyindən hazırki halda məhkəmə kollegiyası hesab edir ki, AR MPMnin 13.4-cü maddəsinə əsasən anoloji qaydada qeyd olunan maddələrə istinad olunmalıdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İstinad olunan maddələrin dispozisiyasından aşkar şəkildə görünür ki, qeyri yaşayış sahəsinə hüququ olan şəxslər ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş əmlakı həmin əmlaka tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, sözügedən şəxslərin qeyri-yaşayış sahəsini tərk etməsi üçün hüquqi fakt, əmlaka tutmanın yönəldilməsi və əmlakın hərracda satılmasıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Quba şəhəri, H.Əliyev prospekti, b 198 saylı binanın qeyri-yaşayış sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində könüllü olaraq boşaldılmasa, həmin qeyri-yaşayış sahəsi boşaldılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etsə də, heç bir əsaslandırma aparmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, Cavabdeh qarşı cərimə borcunun tutulması barədə iddia qaldırılmasına baxmayaraq, heç bir əsas olmadan onu təmin etməmiş, həmçinin ipoteka premetinin satış (likvid) qiymətini müəyyənləşdirərkən səhv nəticəyə gəlmiş, hərraca çıxarılacaq qeyri-yaşayış sahəsinin likvid dəyərini müəyyən etməmişdir. İşə baxan məhkəmə həmçinin, ekspertiza təyin olunmasına baxmayaraq yekun məhkəmə aktı qəbul edilərkən ekspertiza xərcinə dair məsələni həll etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv olunmalı, iddia isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-129/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı-nin Cavabdeh və Zamin1 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin olunmalı, apellyasiya şikayətləri qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən tərəflərin apellyasiya şikayətləri verilməsi üçün ödədikləri dövlət rüsumları onların özlərinə aid edilməli, aparılmış ekspertiza tədqiqatının xərci olan cəmi 195 (145+50) manat iddiaçıdan və cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıMPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayətləri qismən təmin edilsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)- 129/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Tərəflər arasında xx.xx.2014-cü il tarixli, 24QB/14 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 24QB/14-1 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 102.981,19 manat, faiz borcu üzrə 400,48 manat, cərimə borcu üzrə 500 manat olmaqla, ümumilikdə 103.881,67 manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq, İddiaçı-yə verilsin. Tutma ipoteka predmeti olan Cavabdeh və Zamin1 məxsus Quba şəhəri, H.Əliyev prospekti, b 198 saylı binada yerləşən qeyri-yaşayış sahəsinə yönəldilsin, həmin qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 910000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılsın və qeyri-yaşayış sahəsinin satışından əldə olunacaq vəsait hesabına Cavabdeh banka olan borcu ödənilsin. Borc ödənildikdən sonra artıq vəsait qalarsa, qeyriyaşayış sahəsinin mülkiyyətçiləri olan Cavabdeh və Zamin1 verilsin. İpoteka predmeti olan Quba şəhəri, H.Əliyev prospekti, b 198 nömrəli binanın qeyriyaşayış sahəsi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində könüllü olaraq boşaldılmasa, həmin qeyri-yaşayış sahəsi məcburi boşaldılsın. Tərəflərin apellyasiya şikayətləri verilməsi üçün ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının xərci olan cəmi 195 (145+50) manatın 97,50 manatı iddiaçıdan və 97,50 manatı Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1261/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1261/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver