Məhkəmə qərarları › İş №2(105)-127/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-127/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-127/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetlərinə tutmanın yönəldilməsi, fərdi yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4163/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-4163/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər X1 və Cavabdeh2 əsas borc üzrə 60262,94 ABŞ dolları (altmış min iki yüz altmış iki dollar, doxsan dörd sent), faiz borcu üzrə 29765,52 ABŞ dolları (iyirmi doqquz min yeddi yüz altmış beş dollar, əlli iki sent), xx xxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 3137 (üç min yüz otuz yeddi) ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 93165,46 ABŞ dolları (doxsan üç min yüz altmış beş dollar, qırx altı sent) məbləğində kredit borcunun və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, əlavə qeydiyyat barədə razılaşmanın, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 31 (otuz bir) manat rüsum məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 8 ünvanında 0.0181 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 140000 (yüz qırx min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına hazırki iddia üzrə tələb olunan 93165,46 ABŞ dolları (doxsan üç min yüz altmış beş dollar, qırx altı sent) məbləğində kredit borcunun və ya ödəniş gününə mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğyn manatla borcun və 91 (doxsan bir) manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş ekspertizanın xərci olaraq 200 manat ekspertiza xərcinin X6 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: SAP (XİİS) hesabı- X8, kod- 210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SFİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE******************** qət edilmişdir (hakim E.T.Məmmədov). Qətnamədən narazı qalan İddiaçı ASC apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-4163/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-4163/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 60640 (altmış min altı yüz qırx) ABŞ dolları əsas borc, 29871 (iyirmi doqquz min səkkiz yüz yetmiş bir) ABŞ dolları faiz borcu, ümumilikdə 90511 (doxsan min beş yüz on bir) ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, əlavə qeydiyyat barədə razılaşmanın, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 31 (otuz bir) manat rüsum məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ünvan 2 nömrəli fərdi yaşayış evində yaşayan cavabdehlər - Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 əşyaları ilə birlikdə 1 (bir) ay müddətində çıxarılması, həmçinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1 (bir) ay müddətində boşaldılması, əmlakların satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 və Cavabdeh2 60640 (altmış min altı yüz qırx) ABŞ dolları əsas borc, 33200 (otuz üç min iki yüz) ABŞ dolları faiz borcu, xx xxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 3137 (üç min yüz otuz yeddi) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 96977 (doxsan altı min doqquz yüz yetmiş yeddi) ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, əlavə qeydiyyat barədə razılaşmanın, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 31 (otuz bir) manat rüsum məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* №-ii hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (0.0181 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Qurbanov küçəsi, ev 8 nömrəli fərdi yaşayış evində yaşayan cavabdehlər - Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X3 əşyaları ilə birlikdə 1 (bir) ay İmüddətində çıxarılması, həmçinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1 (bir) ay müddətində boşaldılması, əmlakların satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X13 izahatında apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, bank tərəfindən verilmiş maliyyə arayışında cavabdehlərin müddət sonuna 60640 ABŞ dolları əsas borcu, 33200 ABŞ dolları faiz borcunun mövcud olması qeyd olunmasına baxmayaraq məhkəmə təkcə ekspert rəyini əsas tutaraq cavabdehlərin əsas borcunu 60262,94 ABŞ dolları, faiz borcunu isə 29765,52 ABŞ dolları kimi qəbul etmişdir. Nəticədə, Bankın verdiyi maliyə arayışı ilə ekspertin rəyi arasında ümumilikdə 3811,54 ABŞ dolları məbləğində fərq yaranmışdır. Hesab edir ki, bankın verdiyi maliyə arayışı ilə ekspert rəyi arasında ziddiyyət olduğundan həqiqi borcun müəyyən olunması ilə bağlı yenidən ekspertiza təyin olunmalıdır. Birinci instansiya məhkəməsi həmçinin fərdi yaşayış evinin 1 ay ərzində boşaldılması hissəsində iddianı təmin etməyərək əsassız nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, qanunun həmin maddəsinə görə, “ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar”. Qanunun qeyd olunan maddəsinin imperativ müddəalarından göründüyü kimi, cavabdeh öz evini kreditin qaytarılması üçün girov qoyduğundan (59.3.1) həmin evdə onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini 1 ay ərzində tərk etməlidirlər. Məhkəmə qanunun qeyd olunan maddəsini düzgün tətbiq etməyərək iş üzrə iddia tələbinin yuxarıda qeyd olunan hissəsində təmin etməyərək düzgün nəticəyə gəlməmişdir. İddiaçı ASC-nin iddia tələbi “ipoteka predmeti satıldıqdan sonra evin 1 (bir) ay ərzində boşaldılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması” şəklindədir. Hesab edirlər ki, bu şəkildə tələbin hazırki mərhələdə qoyulması tamamilə qanuni və əsaslıdır. Əks halda iddiaçı bankın hüquqları pozulmuş olur, çünki hazırki mərhələdə iddia tələbinin təmin olunmaması Mülki Prosessual Məcəllənin 153.2.2 və 261.0.2-ci maddələrinin tələbləri baxımından gələcəkdə eyni məsələ ilə bağlı iddianın irəli sürülməsini istisna edir. Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, S.Qurbanov küçəsi, 8 ünvanında 0,0181 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 140000 manata müəyyən edilməsi ilə də razı deyil, çünki 2014-cü ildən hazırki vaxta kimi 5 (beş) ilə yaxın vaxt keçmişdir, evin qiyməti xeyli aşağı düşmüşdür. Qeyd olunanlara əsasən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)- 4163/2019 saylı qətnaməsinin qismən, iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 60640 (altmış min altı yüz qırx) ABŞ dolları əsas borc, 33200 ABŞ dolları faiz borcu, xx xxx 2018-ci il tarixdən xx xxxxxx 2018ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 3137 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 96977 ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, əlavə qeydiyyat barədə razılaşmanın, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 31 (otuz bir) manat rüsum məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin AR ƏMDK yanında DƏDRX-in RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (0,0181 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra ünvan 2 nömrəli fərdi yaşayış evində yaşayan cavabdehlər-Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5 əşyaları ilə birlikdə 1 (bir) ay müddətində çıxarılması, həmçinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1 (bir) ay müddətində boşaldılması, əmlakların satışından əldə edilən vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 və Cavabdeh2 tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 140000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsini və ipoteka predmeti olan əmlakın hazırki satış dəyərinə uyğun yenidən müəyyənləşdirilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş edirəm. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, bank tərəfindən ona illik 19% olmaqla 48 ay müdətinə 71000 ABŞ dolları kredit verilmişdir. Bank ödənişlərini düzgün hesablamamış, ödədiyi məbləğləri əsas borca deyil, faiz və cərimə borcuna silimişdir. Məhkəmə də ekspert rəyinə əsasən borcu tutmuşdur. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4163/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı təşkilatın apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4163/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra ünvan 2 nömrəli fərdi yaşayış evində yaşayan cavabdehlər-Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5 əşyaları ilə birlikdə 1 (bir) ay müddətində çıxarılması, həmçinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1 (bir) ay müddətində boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, eləcə də Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 8 ünvanında 0.0181 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 140000 (yüz qırx min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin likvid dəyəri 130000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 656YHFK nömrəli Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Yeni Həyat” filialı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh1 48 ay müddətinə, illik 19 % olmaqla 71000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 656YHFK nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 656YHFK nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə icra edilməsinin təmini üsulu kimi İddiaçı ASCnin “Yeni Həyat” filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx xxx 2014-cü tarixli, İddiaçı ASC-nin “Yeni Həyat” filialı (ipoteka saxlayan) ilə Cavabdeh1 (ipoteka qoyan) arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka predmeti olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li, **********99-10301 reyestr №-li, ********** qeydiyyat №-li, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində mülkiyyətində olan 0.0181 ha torpaq sahəsində 8 nömrəli fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir, ipotekanın predmeti 140000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 8 ünvanında mülkiyyətində olan 0.0181 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi, xx.xx.2014 qeydiyyat tarixi ilə xx.xx.2014-cü ildən 48 ay müddətinə İddiaçı ASC-nin “Yeni Həyat” filialının xeyrinə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx xxxxxx 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 656YHFK nömrəli kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2018-ci il tarixinə banka 60640 (altmış min altı yüz qırx) ABŞ dolları əsas borc, 33200 (otuz üç min iki yüz) ABŞ dolları faiz borcu, xx xxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 3137 (üç min yüz otuz yeddi) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 96977 (doxsan altı min doqquz yüz yetmiş yeddi) ABŞ dolları məbləğində kredit borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 28112 №-li ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli, 656YHFK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixədək banka olan borcu əsas borc üzrə 60262,94 ABŞ dolları, faiz borcu üzrə 29765,52 ABŞ dolları olmaqla ümumilikdə 90028,46 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 28112 №-li ekspert rəyindən görünür ki, ekspertizanın nəticəsi olaraq xx.xx.2014-cü il tarixli, 656YHFK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixədək banka olan borcu əsas borc üzrə 60262,94 ABŞ dolları, faiz borcu üzrə 29765,52 ABŞ dolları olmaqla ümumilikdə 90028,46 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Ekspert rəyində müəyyən olunan əsas borc və faiz borc üzrə məbləğ məhkəmə iclasında digər mötəbər sübutlarla təkzib edilmədiyindən, məhkəmə hesab edir ki, həmin məbləğlər əsas götürülməklə iddiaya qiymət verilməlidir. Birinci instansiya məhkəməsi də qeyd edilən iş materiallarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də mülki Məcəllənin 425,442, 443, 445, 448, 739.1, 472-ci maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 656YHFK saylı kredit müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası qətnamənin tutulan borc məbləği hissəsinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək, iddia tələbini 60262,94 ABŞ dolları əsas, 29765,52 ABŞ dolları faiz borcu hissəsində tam təmin etməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə cavabdeh Cəmaləddin Məhərrəmov arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 60262,94 ABŞ dolları əsas və 29765,52 ABŞ dolları faiz borcu olması da iş materiallarında olan ekspert rəyləri ilə də təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 28112 saylı ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli, 656YHFK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixədək banka olan borcu əsas borc üzrə 60262,94 ABŞ dolları, faiz borcu üzrə 29765,52 ABŞ dolları təşkil edir. Qətnamə ilə tutulan borc məbləği mübahisələndirildiyindən məhkəmə kollegiyasının qərardadı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, iş materiallarına əlavə edilmiş olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3248 saylı ekspert rəyinə əsasən cavabdehin xx.xx.2018-ci il tarixinə olan borcu əsas borc üzrə 60292,94 ABŞ dolları, faiz borcu 29008,89 ABŞ dolları müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş cavabdeh Cavabdeh1 borcu ekspert rəyi ilə təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə kollegiyası iddia tələbinin xx xxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 3137 (üç min yüz otuz yeddi) ABŞ dolları məbləğində faiz borcunun tutulmasına diymət verərək hesab edir ki, məhkəmə iddianı qeyd edilən hissədə də təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan maliyyə arayışını istinad edərək Cavabdeh1 maliyyə arayışını müqavilə müddəti bitəndən sonra xx.xx.2018-ci il tarixdən 09.8.2018-ci il tarixinə kimi 3137 ABŞ dolları faiz borcunun olmasına dair sübut kimi qəbul etməmiş, bununla da haqlı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən tutulan borc məbləği hissəsində dəyişdirilməsi üçün əsaslar mövcud deyildir və birinci instansiya məhkəməsinin qeyd edilən hissələrdə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin borc məbləğinin şişirdilməsi barədə dəlilini əsassız sayır. Çünki bu dəlil mühasibatlıq ekspertizasının rəyi ilə də təkzib edilmişdir. Bundan başqa qeyd edilən borc məbləğinin cavabdeh Cəmaləddin Məhərrəmovla yanaşı digər cavabdeh İldırımzadə Fərid Cəmaləddin oğlundan tutulması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli, 656YHFK nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 656YHFK nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə icra edilməsinin təmini üsulu kimi İddiaçı ASCnin “Yeni Həyat” filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsi, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 8 ünvanında 0.0181 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına hazırki iddia üzrə tələb olunan 93165,46 ABŞ dolları (doxsan üç min yüz altmış beş dollar, qırx altı sent) məbləğində kredit borcunun və ya ödəniş gününə mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğyn manatla borcun və 91 (doxsan bir) manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə gəldiyi nəticəni də əsaslı sayır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı ASC -nin Cavabdeh1una məxsus ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (0.0181 ha torpaq sahəsi ilə birlikdə) tutmanın yönəldilməsi, bu əmlakın hərracda satılmasıtələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Qeyd edilənlərə əsaəsn məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi tələbin ipoteka premdetinə yönəldilməsi, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 8 ünvanında 0.0181 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına hazırki iddia üzrə tələb olunan borcun ödənilməsi hissəsindədə əsaslıdır və məhkəmə haqlı olaraq iddianı qeyd edilən hissələrdə də təmin etmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, kredit və ipoteka müqavilələrinin, əlavə qeydiyyat barədə razılaşmanın, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 31 (otuz bir) manat rüsum məbləğinin tutulması hissəsində əsaslı olduğundan qeyd edilən məbləğlərin, eləcə də keçirilmiş ekspertiza xərcinin cavabdehdən tutulması barədə birinci instansiya gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kolelgiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan hissələrdə əsaslı olduğundan qeyd edilən hissələrdə dəyişdirilmədən saxlanılamlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra ünvan 2 nömrəli fərdi yaşayış evində yaşayan cavabdehlər-Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5 əşyaları ilə birlikdə 1 (bir) ay müddətində çıxarılması, həmçinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1 (bir) ay müddətində boşaldılmasının təmin edilməməsi hissəsində gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası «İpoteka haqqında» Qanunun 33-cü maddəsinə görə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X7 həmin evdən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin likvid dəyəri də müəyyən edilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini 140000 manat müəyyən etmişdir və iddiaçı təşkilat qeyd edilən məbləği mübahisələndirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)905/2020 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, A-04/428 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 8 ünvanında mülkiyyətində olan 0.0181 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin hazırki vəziyyətdə likvid dəyəri 130000 manat tışkil edir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, Birinci instansiya məhkəməsini qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin 140000manat müəyyən edilməsi hissəsində dəyişdirilməli və ipoteka predmeti olan əmlakın likvid dəyəri ekspert rəyinə uyğun 130000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. İş üzrə aparılmış məhkəmə əştəəşünaslıq (qiymətləndirmə) ekspertizalarının dəyəri olaraq 200 manat pulun 100 manatı İddiaçı ASC-dən, 100 manatı Cavabdeh1 “X15” MMCnin hesabına (VÖEn: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: Gunay BANK ASC, VÖEN **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, 350 manatın 175 manat İddiaçı ASC-dən, 175 manatı Cavabdeh1 tutularaq “xxxx” MMC, “xxxx” ASC, Cari hesab: AZ53PAHA********************, VÖEN: ********** saylı hesaba, məhkəmə mühasibatlıq ekspertizasının 145 manat pulun 72,5 manatı İddiaçı ASC-dən, 72,5 manatı Cavabdeh1 tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4163/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra ünvan 2 nömrəli fərdi yaşayış evində yaşayan cavabdehlər-Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5 əşyaları ilə birlikdə 1 (bir) ay müddətində çıxarılması, həmçinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1 (bir) ay müddətində boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X7 həmin evdən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 8 ünvanında 0.0181 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 140000 (yüz qırx min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetinin likvid dəyəri 130000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının apelyasiya şikayəti qismən təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 2(012)-4163/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 8 saylı fərdi yaşayış evində yaşayan cavabdehlər- Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X5 əşyaları ilə birlikdə 1 (bir) ay müddətində çıxarılması, həmçinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1 (bir) ay müddətində boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 8 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X7 həmin evdən çıxarılsin və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamə Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, 8 ünvanında 0.0181 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 140000 (yüz qırx min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmetinin likvid dəyəri 130000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. İş üzrə aparılmış məhkəmə əştəəşünaslıq (qiymətləndirmə) ekspertizalarının dəyəri olaraq 200 manat pulun 100 manatı İddiaçı ASC-dən, 100 manatı Cavabdeh1 “X15” MMCnin VÖEn: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: Gunay BANK ASC, VÖEN **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22 hesabına, 350 manatın 175 manat İddiaçı ASC-dən, 175 manatı Cavabdeh1 tutularaq “xxxx” MMC, “xxxx” ASC, Cari hesab: AZ53PAHA********************, VÖEN: ********** saylı hesaba, məhkəmə mühasibatlıq ekspertizasının dəəri 145 manat pulun 72,5 manatı İddiaçı ASC-dən, 72,5 manatı Cavabdeh1 tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar