Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1274/2024 16.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: X7 (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbi barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-118/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-174/2016 saylı qərardadı ilə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, 5,975 ha torpaq sahəsində inşa edilmiş “Polistirobeton” istehsal edən müəssisənin bazar qiymətinin müstəqil mütəxəssis tərəfindən müəyyən edilməsi qərara alınmışdır.
2. "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli qiymətləndirmə hesabatına əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, 5,975 ha torpaq sahəsində inşa edilmiş “Polistirobeton” istehsal edən müəssisənin həmin dövrə bazar qiyməti 611.000 manat təşkil edir. Həmçinin tədqiqat aparılmış ərazidə 242 kv.metr ofis binası, 92 kv.metr yeməkxana binası, 41,5 kv.metr WC binası, 1112,9 kv.metr anbar (istehsalat binası) və 430 kv.metr köməkçi tikili mövcuddur.
3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-463/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, 5,975 ha torpaq sahəsində "xxxx" MMC, X8 və X9 tərəfindən qanunsuz inşa edilmiş tikilinin onların hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlərdən müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710.600 manat pulun tutularaq Cavabdeh verilməsi, iddianın qalan hissədə əsassız olduğundan və iddiaya cavab verməli olmayan şəxslərə qarşı yönəldildiyindən rədd edilməsi qət edilmişdir.
4. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 329/2019 saylı icra sənədi üzrə icra icraatına başlanılmışdır.
5. Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən o icra sənədi üzrə sökülməsi nəzərdə tutulan tikilinin və üzərində olan əmlakların çox qiymətli və bahalı olması səbəbindən həmin əmlaklar hesabına hətta ona olan borcu bağlamağın mümkün olduğunu bildirmiş, bu səbəbdən həmin əmlakın realizə edilməsi və ona olan borcun bağlanması üçün icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
6. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-329/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədi üzrə tələbkar Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinə ünvanladığı ərizəsində icra sənədinin “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən icraatının dayandırılmasını xahiş etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-329/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin “İcra haqqında” Qanunun 17.1.10-cu maddəsinə əsasən icrasının dayandırılması qərara alınmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3603/2020 saylı qərarı ilə X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi qismən, yəni iddianın X6 münasibətdə təmin olunmuş hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ilə X8 və X3 apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, 5,975 ha torpaq sahəsində "xxxx" MMC, X8 və X9 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülərək, torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlərdən müştərək qaydada 500.000 manat pulun tutularaq Cavabdeh verilməsi qət edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-407/2021 saylı qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)463/2017 saylı qətnaməsi X6 münasibətdə təmin olunmuş hissələrdə, yəni Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, 5,975 ha torpaq sahəsində X10 tərəfindən qanunsuz inşa edilmiş tikilinin X4 hesabına sökülərək torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin X4 qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçının sahibliyinə və istifadəsinə verilməsi və X1 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710.600 manat pulun tutularaq iddiaçıya verilməsi hissələrində ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri təmin edilməmişdir.
10. Bakı şəhəri Səbail Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2607/2021 saylı qətnaməsi ilə "xxxx" MMC-nin və X3 Cavabdeh qarşı cəmi 754.213 manat məbləğində əmlakın avtomat 1000A 1 ədəd (dəyəri 900 manat), avtomat 800A 2 ədəd (dəyəri 1400 manat), dizel generator Tl 518DM5A 1 ədəd (dəyəri 37500 manat), forklift liuGong CLG2035H 1 ədəd (dəyəri 20000 manat), notebook HP g6 2379 1 ədəd (dəyəri 535 manat), polisterolbeton istehsal edən avadanlıqlar və istehsal xətti 1 komplekt (270348 ABŞ dolları), panno paylayıcı 1 ədəd (dəyəri 950 manat), qızdırıcı fen 2 ədəd (dəyəri 1346.40 manat), sement çəni 1 ədəd 50 tonluq (dəyəri 12500 manat) və digər əmlakların qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin əmlaklar olmadığı halda əmlakların dəyərinin hazırkı bazar qiymətinə uyğun olaraq cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddiası rədd edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 1822/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2607/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)3949/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1822/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 365/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-2607/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2(102)-3817/2023 saylı qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 may 2023-cü il tarixli, 2(103)-365/2023 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
15. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-1/2023 saylı qərardadı ilə "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurunun “icraatın dayandırılması barədə” xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-329/2019 saylı icra vərəqəsi üzrə icraatın təzələnməsi, habelə icra hərəkətlərinin müvafiq icra qurumu tərəfindən davam etdirilməsi qərara alınmışdır.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(105)-50/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-1/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbədən ibarət ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112,9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələrə, qərarlara və keçirilmiş ekspert rəylərinin nəticələrinə əsasən cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5,973 ha torpaq sahəsində inşa edilən tikililər iddiaçının mülkü kimi qiymətləndirilərək ona təhvil verilməlidir. Abşeron Rayon Məhkəməsində olan 2(012)-174/2016 saylı mülki iş üzrə "xxxx" Qiymətləndirmə Şirkəti tərəfindən cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 5.975 ha torpaq sahəsində inşa edilmiş tikilinin (Polistirolbeton zavodu) hazırkı dövr üçün orta bazar qiymətinin nə qədər təşkil etdiyinə dair 12 noyabr 2016-cı il tarixli ekspert rəyi alınmışdır. Qiymətləndirmənin aparılması üçün mübahisəli “Polistirolbeton” zavoduna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdehə məxsus torpaq sahəsində iddiaçı şirkət tərəfindən 242 kv.metr sahəsi olan 2 mərtəbəli ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112.9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikili qanunsuz olaraq inşa edilmişdir.
19. Sonradan iddiaçı ərizə təqdim edərək tələbini dəqiqləşdirmiş, mübahisəli torpaq sahəsində iddiaçı tərəfindən inşa edilən 242 kv.metr sahəsi olan 2 mərtəbəli ofis binası, 92 kv.metr sahədən ibarət yeməkxana binası, 41.5 kv.metr sahədən ibarət WC binası, 1112.9 kv.metr sahədən ibarət anbar (istehsalat binası) və 430 kv.metr sahədən ibarət köməkçi tikilinin sökülüb ərazidən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və sökülən bütün material və qurğuların iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(012)-118/2023 saylı qətnaməsi ilə (hakim M.Abbasova) iddia tələbi təmin edilməmişdir.
Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
21. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, iş üzrə Abşeron Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)- 118/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eyni məzmunda olmuşdur.
23. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə yazılı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-118/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(105)-2060/2023 nömrəli qətnaməsi ilə (hakimlər L.Rəhimli (sədrlik edən və məruzəçi), İ.Dəmirov və F.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-118/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
İddiaçı (vəkili X5) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində təqdim olunmuş sübutlar əsasında iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(102)-1541/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 dekabr 2023-cü il tarixli, 2(105)- 2060/2023 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı eyni zamanda cavabdehə qarşı ayrıca icraatda “avadanlıqların və digər əmlakların qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və həmin əmlaklar olmadığı halda, onların dəyərinin hazırkı bazar qiymətinə uyğun olaraq cavabdehdən tutularaq ona ödənilməsi” barədə iddia qaldırıb və hazırda həmin iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab etmişdir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə hazırkı işlə, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan sözügedən mülki işə birgə baxılmasının mümkünlüyü məsələsi müzakirə olunmalı və bundan sonra yuxarıda sadalanan nöqsanlar aradan qaldırılmaqla, iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsində hazırki icraat
xx.xx.2024-cü il tarixdə cavabdehin vəkili Vəkil2 tərəfindən məhkəməyə vəsatət daxil olmuşdur. Vəsatətdə bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1406/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim Günay Axundova) İddiaçı "xxxx" MMC-nin Cavabdeh qızma qarşı “inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi” iddia tələbinə dair mülki iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb yekun qərar qəbul edilənədək Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1406/2024 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ona görə də nümayəndə Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən mülki işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. İddaiaçıya məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə mülki işə cavabdehin vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, vəsatət təmin olunmalıdır. AR MPM-nin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilir. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İş materiallarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçılar "xxxx" MMC-nin direktoru X9 iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə xx.xx.2021ci il tarixdə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı "xxxx" MMCnin Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-1274/2024 saylı mülki iş, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “əmlak” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1406/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsinin mümkünlüyü məsələsinin müzakirə edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və AR MPM-nin 169 və 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı inşa edilmiş bina və tikililərin torpaq sahəsindən çıxarılmasına yaradılan maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)- 1274/2024 saylı mülki iş, İddiaçı "xxxx" MMC-nin və onun direktoru X3 Cavabdeh qarşı “əmlak” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-1406/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsinin mümkünlüyü məsələsinin müzakirə edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.