Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-128/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və X4 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) ASC “Xalq” Bankın Cavabdeh1 və qeyrilərinə qarşı cavabdehlər tərəfindən mirasın qəbul edilməsi faktı nəzərə alınmaqla 06.10.2010-cu il tarixli **********10 saylı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarma tələbinə dair iddiasının təmin edilməməsi, ekspertiza tətqiqatının dəyəri 145 manat məbləğində pul ASC “Xalq” Bankdan alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************4, SÜİFT BİK CTREAz22. Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** AZ34CTRE********************01 hesaba keçirilməsi qət edilmişdir. İddiaçı “xxxx” ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC «xxxx» məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X5 mirası Cavabdeh1 tərəfindən faktiki qəbul edildiyi üçün 06.10.2010-cu il tarixli 112002/0227/10/09 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhəri, Dəmiryolu küçəsində istifadədə olan 0.0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46.2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 06.10.2010-cu il tarixli **********10 №-li kredit müqaviləsi üzrə borc alan X3 iddiaçı qarşısındakı 8940.25 manat məbləğində əsas borcu, kredit müqaviləsi ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddətinə kimi (07.10.2012-ci il tarixədək) kreditdən istifadəyə görə hesablanmış 3753,24 manat məbləğində adi faizlər üzrə borc məbləği, 07.10.2012-ci il tarixdən 12.04.2018-ci il tarixiə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 8315,07 manat məbləğində əldən çıxmış faydanın əvəzi və illik 15 % dərəcəsi ilə hesablanmış 8750,25 manat məbləğində penya, cəmi 29 758,81 manat və 12.04.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 12 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankın xeyrinə tutulması, mənzil satıldıqdan sonra mənzildə yaşayan X7, Cavabdeh3, Cavabdeh2, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin ipoteka müqaviləsinin 2.1-ci bəndində qeyd olunmuş likvid dəyəri 19.000 manat məbləğində təyin edilməsi, məhkəmə qətnaməsinin X3 hüquq və vəzifələrinə təsir edə biləcəyini nəzərə alaraq, həmin şəxs cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirakının cəlb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC «Xalq» Bank iddianın artırılması barədə ərizə ilə müraciət edərək, mərhum X5 mirası Cavabdeh1 qızıtərəfindən faktiki qəbul edildiyi üçün 06.10.2010-cu il tarixli 112002/0227/10/09 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhəri, Dəmir-yolu küçəsində istifadədə olan 0.0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46.2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 06.10.2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə borcalan X3 iddiaçı qarşısındakı 8339.75 manat məbləğində əsas borcu, kredit müqaviləsi ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddətinə kimi (07.10.2012-ci il tarixədək) kreditdən istifadəyə görə hesablanmış 3753,24manat məbləğində adi faizlər üzrə borc məbləği, 07.10.2012-ci il tarixdən 28.09.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 8966,33 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 28.09.2018-ci il tarixinədək illik 15 % dərəcəsi ilə hesablanmış 9360,81 manat məbləğində penya, cəmi 30420,13 manat və 28.09.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 12 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum X5 mirası Cavabdeh1 tərəfindən faktiki qəbul edildiyi üçün 06.10.2010-cu il tarixli112002/0227/10/09 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhəri, Dəmir-yolu küçəsində istifadədə olan 0.0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46.2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 06.10.2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə borcalan X3 iddiaçı qarşısındakı 8055.45 manat məbləğində əsas borc, kredit müqaviləsi ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddətinə kimi (07.10.2012-ci il tarixədək) kreditdən istifadəyə görə hesablanmış 3753,24 manat məbləğində adi faizlər üzrə borc məbləği, 07.10.2012-ci il tarixdən 27.08.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 10150,03 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 27.08.2019-cu il tarixinədək illik 15 % dərəcəsi ilə hesablanmış 10470,53 manat məbləğində penya, cəmi 32429,25 manat və 27.08.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 12 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankın xeyrinə tutulması barədə qətnamə qəbuledilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC «Xalq» Bank ilə X9 (arasında bağlanmış 06.10.2010-cu il tarixli **********10 №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 24 ay müddətinə, illik 25% ödənilməsi şərtilə 12.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan X3 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bank ilə ipoteka qoyan X10 arasında sonuncuya məxsus Xudat şəhəri, Dəmir-yolu küçəsində istifadədə olan 0.0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1ci mərtəbəsində yerləşən 46.2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin ipoteka qoyulması barədə 06.10.2010-cu il tarixli 112002/0227/10/09 nöməli İpoteka müqaviləsi bağlanmışdır. İpoteka hüququnun qeydiyyata alınmasına dair ASC «Xalq» Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə və onun 1 saylı Əlavəsi olan ödəniş cədvəlinə əsasən Borc alan əsas borc məbləğini hər ay bərabər hissələrlə Banka qaytarmağı, kredit üzrə faktiki istifadə edilmiş məbləğə hesablanmış faizləri isə kreditin verildiyi təqvim ayından etibarən hər ay ödəməyi öhdəsinə götürmüşdür. Lakin borc alan bu öhdəlikləri kobud şəkildə pozmuş və kreditləşmə müddətinin 07.10.2012-ci il tarixdə bitməsinə baxmayaraq kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin xeyli hissəsini ödəməmişdir. Beləliklə, həmin tarixə borc alanın iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 13254,83 manat məbləğində olmuşdur ki, bunun da 9500 manatını vaxtı keçmiş əsas borc, 3754,83 manatını isə əsas borc məbləğinə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Bundan əlavə borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə banka kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 40% dərəcəsi ilə penya da ödəməlidir. Lakin bank tərəfindən penya cəmi 15% dərəcəsi ilə hesablanmışdır ki, 12.04.2018-ci il tarixinə də bu məbləğ 8750,25 manat təşkil etmişdir. Kredit müqaviləsi üzrə kreditin qaytarılma müddəti bitdikdən sonra banka cəmi 559.75 manat ödəniş həyata keçirilmişdir. Bank (iddiaçı) tərəfindən daşınmaz əmlakın girovu ilə verilmiş istehlak kreditləri üzrə orta faiz dərəcəsinin miqdarı illik 16 % təşkil edir. Qeyd olunanlara əsasən bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 07.10.2012-ci il tarixdən 12.04.2018-ci il tarixinə kimi, habelə öz tələblərinin faktiki təmin edilməsi tarixinə qədər faizlər formasında əldən çıxmış faydanın hesablanmasında müvafiq arayışda göstərilmiş orta faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (07.10.2012-cu il) iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi tarixinədək (12.04.2018ci il) olan dövr üçün bu məbləğ 8315,07 manat təşkil edir. Bundan başqa borc alan tərəfindən kreditora əsas borc məbləğinin qaytarılması üzrə öhdəlik lazımınca icra edilmədiyinə görə qaytarılması gecikdirilmiş məbləğə gecikdirmənin hər gün üçün kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən illik 15 % dərəcəsi ilə penya ödənilməlidir. 12.04.2018-ci il tarixdən etibarən iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, illik 15 % dərəcəsi ilə hesablanan penyanınipoteka predmetinin dəyərindən iddiaçının xeyrinə tutulması barədə iddiaçının irəli sürdüyü iddia tələbləri qanuni və əsaslıdır və buna görə də həmin tələblərin təmin olunması barədə məsələ məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Bundan başqa iddiaçı ASC «Xalq» Bankı 25.09.2012-ci il tarixində kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin 06 dekabr 2012-ci il tarixli 2(060)-4420/12 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan borc alan apellyasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsindən həmin qətnamənin ləğv edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20.05.2013-cü il tarixli, 2(105)-498/13 №-li qətnaməsilə borc alanın apellyasiya şikayəti qismən təmin edilmiş, borcalanın kassasiya şikayəti isə Ali Məhkəmənin Mülki Kollegiyasının 22 avqust 2014-cü il tarixli 2(102)-2980/14 nömrəli qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İpoteka qoyan A.B.Babayev 13.09.2011-cu il tarixdə vəfat etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” ASC Xaçmaz rayon məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, müəyyən edilmiş hesab etdiyi iş üçün əhəmiyyətli olan halları sübut etməmişdir və nəticədə mülki qanunvericiliyin tələblərinin pozulması ilə qətnamə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən edilməli, Xaçmaz rayon məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticəni ipoteka predmeti olan əmlakın vərəsəlik qaydasında cavabdeh tərəfindən qəbul edilməsinin iddiaçı tərəfindən sübuta yetirilməməsi ilə əsaslandırmışdır. İddia tələbi tutmanın ipotekaya predmetinə yönəldilməsi və ipotekanın satışından əldə edilən vəsaitin hesabına Qüdrət İbrahimovun bank qarşısındakı borcu hesabına ödənilməsi, faiz, peniya və əldə çıxmış faydanın tutulması barədədir. Məhkəmə kollegiyası ilk öncə ipoteka predmeti olan əmlakın vərəsəlik qaydasında cavabdeh tərəfindən qəbul edilməsinin iddiaçının sübuta yetirməsi barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Xudat şəhər İƏD üzrə nümayəndəsinin 19.02.2018-ci il tarixli və “xxxx” ASC-nin “xxxx” MMC-nin 17.05.2017-ci il tarixli cavab məktublarından görünür ki, Xudat şəhəri, Dəmir-yolu küçəsindəki 3 otaqlı 2 saylı mənzildə Edkar, Cavabdeh3lər qeydiyyatda, Cavabdeh2 isə qeydiyyatsız ailə üzvləri ilə birlikdə yaşayırlar. Cavabdeh1 mərhum əri Adil Babayevin ölümündən sonra adı çəkilən mənzildə yaşayır və sudan istifadəyə görə ödənişləri həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki iş üzrə ipoteka predmeti faktiki olaraq cavabdehlər tərəfindən istifadə edildiyindən, onlar miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsində cavabdehlik daşıyırlar. İşdən görünür ki, ipoteka predmeti olan Xudat şəhəri, Dəmir-yolu küçəsindəki 3 otaqlı 2 saylı mənzil iddiaçı bankla üçüncü şəxs Qüdrət İbrahimov arasında bağlanmış 06.10.2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində bank qarşısında yüklü edildiyi işin mübahisə olunmayan halıdır. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliyin icrasının uzun müddət pozulduğu və hal-hazıradək icra edilmədiyi müəyyən edilmişdir. Mövcud vəziyyət Mülki Məcəllənin 269.1, 295-ci, 317-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddələrinə əsasən banka ipoteka (girov) predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququnu verir. İddia tələbinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 319.4. maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. Bu zaman ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. İkin satış qiyməti iki üsulla müəyyən edilir. Birincisi tərəflərin iradə ifadəsi ilə bağlanmış razılaşma əsasında, ikincisi isə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, “xxxx” MMC tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli əmtəəşünaslıq ekspertizası rəyi ilə Xudat şəhəri, Dəmir-yolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin orta bazar qiyməti 30.000 manat, likvid dəyəri 25.000 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 06.10.2010-cu il tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhəri, Dəmir-yolu küçəsində istifadədə olan 0.0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46.2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutma yönəldilməli, Xudat şəhəri, Dəmir-yolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evin likvid dəyəri 25.000 manat müəyyən edilməli, ipoteka predmeti açıq hərracda satılmalıdır. İddiaçı “xxxx” ASC tərəfindən verilmiş 984 №li 08 iyun 2021-ci il tarixli arayışa əsasən X3 09.06.2021-ci il tarixə 10732,31 manat borcu var və bu borcun 7057,67 manatı əsas, 2157,64 manatı faiz, 1500 manatı cərimə, 20 manatı isə dövlət rüsumu məbləğindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəməyə təqdim olunmuş arayışına əsasən X3 ödənilməmiş 10732,31 manat borcu ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına iddiaçı ASC «Xalq» Bankına ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində tərk etmədikləri halda, cavabdehlərin mənzildən çıxarılması hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3. maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi ipoteka qoyulduğundan, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehlər həmin mənzilin ipotekaya qoyularkən tutmanın yönəldilməsi və o satıldıqda mənzili tərk etməsi barədə yazılı öhdəlik götürdüyündən, iddia tələbi onlara aid hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mənzil satıldıqdan sonra mənzildə yaşayan cavabdehlərin ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması hissəsinə gəldikdə isə qeyd edir ki, həmin şəxslər qeyri-müəyyən olduğundan və iş üzrə cavabdeh qismində cəlb olunmadığından, bu hissədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin 07.10.2012-ci il tarixdən 27.09.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 16 % dərəcəsi ilə hesablanmış 10150,03 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 27.08.2019-cu il tarixinədək illik 15 % dərəcəsi ilə hesablanmış 10470,53 manat məbləğində penya, və 27.08.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin qalığına illik 16 % dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15 % dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 12 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankın xeyrinə tutulması hissələrin gəldikdə isə qeyd edir ki, iddia tələbi bu hissədə həmin tələblərə cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır. Başqa sözlə hazırki iş üzrə cavabdehlər ipoteka predmetinə görə cavabdehlik daşıdıqlarından, iddiaçı bu tələbləri kredit müqaviləsi üzrə borclu X4 qarşı qaldırmalıdır, lakin sonuncu bu işdə cavabdeh kimi göstərilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri qeyd olunan hissələrdə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 müştərək qaydada iddia qaldırılması və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 30+15=45 (qırx beş) manat dövlət rüsumu tutularaq iddiaçıya, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. 06.10.2010-cu il tarixli 112002/0227/10/09 nömrəli kredit müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Xudat şəhəri, Dəmir-yolu küçəsində istifadədə olan 0.0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46.2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə tutma yönəldilsin, Xudat şəhəri, Dəmir-yolu küçəsində torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evin likvid dəyəri 25.000 manat müəyyən edilsin, ipoteka predmeti açıq hərracda satılsın və satışdan əldə edilən vəsait hesabına X3 ödənilməmiş 10732,31 manat borcu iddiaçı ASC «Xalq» Bankına ödənilsin. Cavabdehlər X7, Cavabdeh3, Cavabdeh2 ipoteka predmeti olan Xudat şəhəri, Dəmir-yolu küçəsində istifadədə olan 0.0123 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 46.2 kv.m ümumi, 36 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzildən çıxarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 müştərək qaydada iddia qaldırılması və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 30+15=45 (qırx beş) manat dövlət rüsumu tutularaq iddiaçıya, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-128/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-128/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver