Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1290/2022 07.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Zirvə Liseyi MMC-nin nümayəndəsi X1, cavabdeh X2 və X4 valideyni (qanuni nümayəndəsi) Cavabdeh iştirakı ilə, iddiaçı Zirvə Liseyi MMC-nin cavabdeh X2 və X4 valideyni (qanuni nümayəndəsi) Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4844/2022 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X2 və X4 valideyni (qanuni nümayəndəsi) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-4844/2022 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, cavabdeh X2 və X4 valideyni (qanuni nümayəndəsi) Cavabdeh 13.06.2019-cu il tarixli, 549/2019 (T2019-2020) saylı və 550/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələri üzrə 4100 (dörd min yüz) manat əsas, 4125 (dörd min yüz iyirmi beş) manat cərimə olmaqla, ümumilikdə cəmi 8225 (səkkiz min iki yüz iyirmi beş) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın iddiaçı X7 Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən cavabdeh X2 və X4 valideyni (qanuni nümayəndəsi) Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-4844/2022 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, dəbbə pulunun tutulması hissəsində azaldılmaasını xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı Zirvə Liseyi MMC cavabdeh X2 və X4 valideyni (qanuni nümayəndəsi) Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 və X4 valideyni (qanuni nümayəndəsi) Cavabdeh Zirvə Liseyi MMC-nin xeyrinə ümumilikdə 8255 manat, o cümlədən 4100 manat əsas borcun, 4125 manat dəbbə pulunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh X2 və X4 valideyni (qanuni nümayəndəsi) Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, uşaqların təhsili ilə əlaqədar ödənişlər qaydasında ödənilmişdir. 2019-2020-ci ilin təhsil ilində pandemiya şəraitində uşaqlar məktəbə getmədiyindən ödənişlər gecikdirilmişdir. Təhsil haqının yarısını ödəmişdir, əsas məbləğ ilə razıdır. Lakin dəbbə pulunun tutulması əsaslı deyildir. Məhkəmə dəbbə pulunu tam tutarkən gecikmənin səbəbini araşdırmadan nəticəyə gəlmişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4844/2022 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, dəbbə pulunun tutulması hissəsində azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, qətnamə ilə tutulan dəbbə pulu müqavilə şərtlərinə uyğundur. Müqavilənin şərtlərində gecikdirməyə görə dəbbə pulunun tutulması nəzərdə tutulmuşdur. Eyni zamanda cavabdehə güzəşt edilərək dəbbə pulu az hesablanmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qedyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız cərimə borcunun məbləği hissəsində mübahisələndirmiş, qalan hissələrdə qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə qətnaməsi mübahisələndirilən hissədə müzakirə edilir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4844/2022 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsi cavabdeh X2 və X4 valideyni (qanuni nümayəndəsi) Cavabdeh 13.06.2019-cu il tarixli 549/2019 (T2019-2020) saylı və 550/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələri üzrə 4125 (dörd min yüz iyirmi beş) manat cərimə olmaqla, ümumilikdə cəmi 8225 (səkkiz min iki yüz iyirmi beş) manat borcun iddiaçı X7 Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması hissəsində dəyişdirilməli, Cavabdeh 100 (yüz) manat cərimə olmaqla, ümumilikdə cəmi 4200 (dörd min iki yüz ) manat tutulmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə təhsil alacaqlar X2 və X4 valideyni (qanuni nümayəndəsi) Cavabdeh arasında bağlanmış 13.06.2019-cu il tarixli 549/2019 (T2019- 2020) saylı və 550/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələrindən görünür ki, bu müqavilə ilə İddiaçı ümumi təhsilin dövlət standartı və proqramına, Azərbaycan Respublikasının ümumi təhsil standartları və beynəlxalq təhsil standartları, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, həmçinin beynəlxalq tədris planları və proqramları əsasında dünya təhsil sistemində əldə edilən müsbət təcrübəni tətbiq edərək, təhsilalanın ümumi təhsil almasını həyata keçirir, Təhsilalanın valideyni isə bunun müqabilində İddiaçınə bu müqavilənin qüvvədə olduğu müddət ərzində və müəyyən edilmiş məbləğdə təhsil haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2.6-cı bəndinə əsasən bu müqavilə ilə müəyyən olunmuş təhsil haqqını müqavilədə qeyd olunmuş müddətdən gec olmayaraq tam həcmdə ödəmək valideynin vəzifəsidir. 13.06.2019-cu il tarixli 549/2019 (T2019-2020) saylı müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçındə Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 4500 manat təşkil edir. 13.06.2019-cu il tarixli 550/2019 (T2019-2020) saylı müqavilənin 3.1-ci bəndinə əsasən İddiaçındə Təhsilalanın tədris ili üçün təyin olunmuş təhsil haqqı məbləği 4500 manat təşkil edir. Eyni ailədən 2-ci uşaq təhsil aldığı üçün və 10% güzəşt tətbiq olunmaqla, 2019-2020-ci tədris ili üçün təhsil haqqı məbləği 3600 manat təşkil edir. Gündəlik yeməyin dəyəri təhsil haqqına daxildir. Müqavilənin 3.2-ci bəndinə əsasən valideyn 15.09.2019-cu il tarixinədək İddiaçınin təqdim etdiyi hesaba 500 manat depozit məbləğini köçürməlidir. Valideyn Təhsilalanın İddiaçındə 2019-2020-ci tədris ili üçün təhsil almasından imtina etdikdə ödənilmiş 500 manat depozit məbləği ona geri qaytarılmır. Müqavilənin 5.1.2.4-cü bəndinə əsasən valideyn tərəfindən müqavilədə nəzərdə tutulan müddətədək, təhsil haqqi ödənilmədikdə digər tərəf Müqaviləni birtərəfli qaydada ləğv edə bilər. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 14.01.2021-ci il tarixli 500/1278 və 500/1279 saylı pretenziyalardan görünür ki, MMC tərəfindən Cavabdeh müqavilə üzrə borc 10 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin Məhkəməyə verilməsi üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Zirvə Liseyi MMC-nin 20.10.2021-ci il tarixli 100/2296 saylı arayışından görünür ki, təhsil alan X2 və X4 valideyni Cavabdeh arasında bağlanmış Təhsilin təşkili haqqında 13.06.2019-cu il tarixli 549/2019 (T2019-2020) saylı və 550/2019 (T2019- 2020) saylı müqavilələrə əsasən İddiaçı MMC-nin xeyrinə 2019-2020 tədris ili üzrə 4100 manat təhsil haqqı borcu və 4125 manat dəbbə pulu borcu qalmışdır. Qeyd edilmiş müqavilələr üzrə ümumi təhsil haqqı 8100 manat təşkil edir, bu məbləğdən 4000 manat ödənilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına istinad edərək cavabdehdən 4125 manat cərimə borcunun tutulması qənaətinə gəlmiş, gəldiyi nəticəni də tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış müqavilələr üzrə cavabdehdən cərimə borcunun tutulmasının əsaslı olması barədə gəldiyi nəticəni düzgün hesab etsə də, tutulan cərimə məbləğini əsaslı hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarında olan tərəflər arasında bağlanmış Təhsilin təşkili haqqında 13.06.2019-cu il tarixli 549/2019 (T2019-2020) saylı və 550/2019 (T2019- 2020) saylı müqavilələrin 3.6-cı bəndinə əsasən təhsil haqqı, bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi təqdirdə valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0.2 faiz məbləğində dəbbə pulu ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdehdən 4100 manat əsas borc məbləğinə məbləğə görə 4125 manat məbləğində cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissədə də tam təmin etmişdi. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilik normalarına istinadən iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbi əsaslı olsa da 4100 manat əsas borca 4125 manat dəbbə pulu yüksəkdir. Buna görə də, Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cərimə borcu azaldılaraq 100 manat müəyyən edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən tərəflər arasında bağlanmış müqavilə münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan cərimə borcuna dair hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4844/2022 nömrəli, 18 noyabr 2021ci il tarixli qətnaməsi cavabdeh X2 və X4 valideyni (qanuni nümayəndəsi) Cavabdeh 13.06.2019-cu il tarixli 549/2019 (T2019-2020) saylı və 550/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələri üzrə 4125 (dörd min yüz iyirmi beş) manat cərimə olmaqla, ümumilikdə cəmi 8225 (səkkiz min iki yüz iyirmi beş) manat borcun iddiaçı X7 Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması hissəsində dəyişdirilməli, Cavabdeh 100 (yüz) manat cərimə olmaqla, ümumilikdə cəmi 4200 (dörd min iki yüz ) manat tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3,392-393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4844/2022 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsi cavabdeh X2 və X4 valideyni (qanuni nümayəndəsi) Cavabdeh 13.06.2019-cu il tarixli, 549/2019 (T2019-2020) saylı və 550/2019 (T2019-2020) saylı Təhsilin təşkili müqavilələri üzrə 4125 (dörd min yüz iyirmi beş) manat cərimə olmaqla, ümumilikdə cəmi 8225 (səkkiz min iki yüz iyirmi beş) manat borcun İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 100 (yüz) manat cərimə olmaqla, ümumilikdə cəmi 4200 (dörd min iki yüz ) manat tutulsun. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1290/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1290/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver