Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-13/2022 15.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(026)-53/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(026)-53/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Mirələm Quliyev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13 mart 2014-cü il tarixli, 914/1SF saylı kredit müqaviləsi üzrə 67480, 69 ABŞ dolları əsas borc və 36154,37 ABŞ dolları faiz borcu, cəmi 103635,06 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun və 31 manat 50 qəpik xidmət haqqının alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın borcun təminatı olaraq ünvan 1 ünvanda yerləşən Cavabdeh2 mülkiyyətində olan 5 saylı mənzilə və ünvan 2 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan 47 saylı mənzilə yönəldilməsi, mənzillərin boşaldılması, həmin ipoteka predmetlərinin açıq hərracda satılması, satışdan əldə olunan məbləğdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, ünvan 1 ünvanda yerləşən Cavabdeh2 mülkiyyətində olan 5 saylı mənzilin qiymətinin 52000 manat və ünvan 2 ünvanda yerləşən Cavabdeh1 mülkiyyətində olan 47 saylı mənzilin qiymətinin 107000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Məmmədov X4 Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(026)-53/2018 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina etdiklərini bildirib, apellyasiya şikayətindən imtina barədə ərizənin təmin edilərək, apellyasiya şikayətindən imtinalarının qəbul edilib onlara münasibətdə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etdilər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(026)-53/2018 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtinalarının qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizəsi təmin edilməli, onların apellyasiya şikayətindən imtinaları qəbul edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizəsindən görünür ki, Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(026)-53/2018 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina etdiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(026)-53/2018 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətindən imtinaları qanuna zidd deyildir, hər hansı bir şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilməli, onların apellyasiya şikayətindən imtinaları qəbul edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(026)-53/2018 saylı qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin, onların apellyasiya şikayətindən imtinaları qəbul edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-13/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-13/2022
15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver