Məhkəmə qərarları › İş №2(105)-1305/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1305/2021

06.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1305/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(012)-3273/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(012)-3273/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən ona məxsus olan paltaryuyan maşın, soyuducu, aspirator, dörd gözlü qaz piltəsi, ətçəkən maşın, mikser, şirəçəkən, mikrodalğalı soba, elektrik samovar, soba, qəhvə bişirən cihaz (Kofemolka), tozsoran, televizor (108 dioqnal), İran istehsalı qızdırıcı təyinatlı soba, elektrik istilik cihazı, 2 ədəd gecə lampası, 3 ədəd lüstur DVD pleyer, 2 hissəli Tefal istehsalı elektrik çaydan, ütü və masası, divar saatı, tava, mətbəx mebeli, mətbəx masası 4 ədəd oturacağı ilə, yataq dəsti: taxt, 2 tumba,1 ədəd kamot, 1 ədəd şifoner, sandıq, pufik, qonaq dəsti:- 1 ədəd qorka, ban, 1 ədəd kamot, televizor altı, stol 8 ədəd stul, yumşaq mebel:künc divanı, jurnal masası, xalça:7 ədəd, 2 ədəd ayaq altı, yorğan döşək: 2 ədəd yorğan, 1 ədəd taxt-döşəyi ilə birlikdə, 2 ədəd adi döşək, 4 böyük yastıq, 1 uşaq döşəyi, 2 uşaq yastığı, 1 uşaq yorğanı, 1 ədəd taxt yorğanı, 1 ədəd uşaq beşiyi, uşaq arabası, 1 ədəd yataq tülü, 3 ədəd odeyal (qalın), 3 nazik ədyal, 6 ədəd yataq dəsti, 6 ədəd süfrə, 3 müşənbə, masa örtüsü jurnal masası üçün nəzərdə tutulmuş, 6 ədəd əl-üz dəsmalı, 2 ədəd hamam dəsmalı, 12 ədəd çay dəsmalı, 1 cənamaz, pərdələr: 3 ədəd günlük, 3 ədəd tül, 2 ədəd dekor, 2 ədəd jalüz, 1 ədəd termo odeyal, 12 ədəd asılqan, qab-qacaqlar: 2 ədəd tam meyvə qabı, 1 ədəd güldan, 1 ədəd bıçaq çanta dəsti, 1 dəst qaşıq vilka çanta dəsti, qorka-142 parça çay, qəhvə, nahar dəsti, fujer- 6 rumka, 1 qrafin, 1 ədəd xrustal (behoma) qırmızı, 6 ədəd fujer, 1 qrafin, 1 xrustal (behoma)- ağ qara rəngli, 6 ədəd fujer, 1 qrafin, 6 qaşlı nəlbəki stəkan dəsti, 6 ədəd fujer, 1 ədəd böyük güldan, 6 qab, 1 ədəd bulud, duz qabı dəsti, 1 ədəd qapaqlı çərəz qabı, sadə meyvə qabı, sadə güldan, 12 ədəd limon qabı kiçik ölçülü,12 ədəd xrustal armudu stəkan, 12 ədəd qara nəlbəki, 12 ədəd balaca nəlbəki,1 ədəd zərli xrustal ( behoma), 2 ədəd xrustal (behoma), 6 ədəd fujer, 1 ədəd çay servis dəsti, 3 ədəd xrustal külqabı,12 ədəd araq stəkanı, 6 ədəd sarı zərli rumka, 6 ədəd şəffaf rumka, 1 ədəd sadə meyvə qabı, 1 ədəd sadə qənd qabı, divan örtüyü,1 ədəd sadə güldan, uşaq ləyən dəsti 6 dənəli, 12 ədəd çay stəkanı, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki böyük, 12 ədəd kiçik, 12 ədəd rozet, qara rəngli çay dəsti (servis), 12 ədəd su stəkanı, 12 ədəd içki qədəhi, 12 ədəd rumka, 3 mərtəbəli ləbləbi qabı, 2 ədəd konfet qabı qara rəngli, şüşə soba qabı, keks qabı, tort bişirmək üçün 3 qab, taxta qaşıq dəsti, taxta xəmir yaymaq üçün kiçik masa, pol silən, zibil yığan taxta, taxta dabankeş, 2 ədəd çaydan altlığı, 1 ədəd asqılı çay dəsti, ümumilikdə 6 ədəd padnos müxtəlif ölçü və materiallarda, 2 ədəd qrafin, 12 ədəd stəkan, 1 ədəd qırmızı qrafin, qara süzgəc, sarımsaq sıxan, mexaniki ət çəkən maşın, 48 ədəd yemək dəsti, 12 ədəd kasa, 1 ədəd tort qabı güllü naxışla bəzədilmiş, 6 ədəd ona məxsus qab, 1 ədəd tort qabı qırmızı qapaqlı, 6 ədəd ona məxsus qab, aşsüzən, aş üçün nəzərdə tutulan qaşıq 4 ədəd alınıb İddiaçı verilməsi, iddia tələbinin komplekt qarnitur-3000 manat, 1 nişan üzüyü-1000 manat, 1 tək qaşlı üzük-250 manat, 1 cüt halqa sırğa-300 manat, 1 cüt naxışlı sırğa-150 manat, 1 cüt uzun sırğa-100 manat , 1 cüt sırğa-100 manat, 1 sep 1 klonla-400 manat, 1 ədəd üzük (qurd)-350 manat məbləğində qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində rədd edilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus olan paltaryuyan maşın, soyuducu, aspirator, dörd gözlü qaz piltəsi, ətçəkən maşın, mikser, şirəçəkən, mikrodalğalı soba, elektrik samovarı, soba, qəhvə bişirən cihaz (kofemolka), tozsoran, televizor (108 dioqnal), İran istehsalı qızdırıcı soba, elektrik istilik cihazı, 2 ədəd gecə lampası, 3 ədəd lüstur, DVD pleyer, 2 hissəli Tefal elektrik çaydan, ütü və masası, divar saatı, tava, mətbəx mebeli, mətbəx masası 4 ədəd oturacağı ilə, Yataq dəsti:taxt, 2 tumba, 1 ədəd kamod, 1 ədəd şifoner, sandıq, pufik, qonaq dəsti:- 1 ədəd qorka, ban, 1 ədəd kamod, televizor altı, stol, 8 ədəd stul, yumşaq mebel:-künc divanı, jurnal masası, xalça 7 ədəd, 2 ədəd ayaq altı, yorğan və döşək: 2 ədəd yorğan, 1 ədəd taxt-döşəyi ilə birlikdə, 2 ədəd adi döşək, 4 böyük yastıq, 1 uşaq döşəyi, 2 uşaq yastığı,1 uşaq yorğanı, 1 ədəd taxt yorğanı, 1 ədəd uşaq beşiyi, uşaq arabası, 1 ədəd yataq tülü, 3 ədəd odeyal (qalın), 3 nazik odeyal, 6 ədəd yataq dəsti, 6 ədəd süfrə, 3 müşənbə, masa örtüsü jurnal masası üçün nəzərdə tutulmuş, 6 ədəd əl-üz dəsmalı, 2 ədəd hamam dəsmalı, 12 ədəd çay dəsmalı, 1 cənamaz, pərdələr: 3 ədəd günlük, 3 ədəd tül, 2 ədəd dekor, 2 ədəd jalüz, 1 ədəd termo odeyal, 12 ədəd asılqan, qab-qacaqlar: 2 ədəd tam meyvə qabı, 1 ədəd güldan, 1 ədəd bıçaq çanta dəsti, 1 dəst qaşıq vilka çanta dəsti, qorka-142 parça çay, qəhvə, nahar dəsti, fujer- 6 rumka, 1 qrafin, 1 ədəd xrustal (behoma) qırmızı, 6 ədəd fujer, 1 qrafin, 1 xrustal (behoma)- ağ qara rəngli, 6 ədəd fujer, 1 qrafin, 6 qaşlı nəlbəki stəkan dəsti, 6 ədəd fujer, 1 ədəd böyük güldan, 6 qab, 1 ədəd bulud, duz qabı dəsti, 1 ədəd qapaqlı çərəz qabı, sadə meyvə qabı, sadə güldan, 12 ədəd kiçik ölçülü limon qabı, 12 ədəd xrustal armudu stəkan, 12 ədəd qara nəlbəki, 12 ədəd balaca nəlbəki,1 ədəd zərli xrustal (behoma), 2 ədəd xrustal (behoma), 6 ədəd fujer, 1 ədəd çay servis dəsti, 3 ədəd xrustal külqabı, 12 ədəd araq stəkanı, 6 ədəd sarı zərli rumka, 6 ədəd şəffaf rumka, 1 ədəd sadə meyvə qabı, 1 ədəd sadə qənd qabı, divan örtüyü, 1 ədəd sadə güldan, uşaq ləyən dəsti 6 dənəli, 12 ədəd çay stəkanı, 12 ədəd armudu stəkan, 12 ədəd böyük nəlbəki, 12 ədəd kiçik nəlbəki, 12 ədəd rozet, qara rəngli çay dəsti (servis), 12 ədəd su stəkanı, 12 ədəd içki qədəhi, 12 ədəd rumka, 3 mərtəbəli ləbləbi qabı, 2 ədəd konfet qabı qara rəngli, şüşə soba qabı, keks qabı, tort bişirmək üçün 3 qab, taxta qaşıq dəsti, taxta xəmir yaymaq üçün kiçik masa, pol silən, zibil yığan taxta, taxta dabankeş, 2 ədəd çaydan altlığı, 1 ədəd asqılı çay dəsti, ümumilikdə 6 ədəd podnos müxtəlif ölçü və materiallarda, 2 ədəd qrafin, 12 ədəd stəkan, 1 ədəd qırmızı qrafin, qara süzgəc, sarımsaq sıxan, mexaniki ət çəkən maşın, 48 ədəd yemək dəsti, 12 ədəd kasa, 1 ədəd tort qabı güllü naxışla bəzədilmiş, 6 ədəd qab, 1 ədəd qırmızı qapaqlı tort qabı, 6 ədəd qab, aşsüzən, 4 ədəd aş üçün nəzərdə tutulan qaşıq, qızıl zinət əşyaları komplekt qarnitur, 1 ədəd nişan üzüyü, 1 tək qaşla üzük, 1 cüt halqa sırğa, 1 cüt naxışlı sırğa, 1 cüt uzun sırğa, 1 cüt sırğa, 1 sep 1 klon, 1 ədəd (qurd) üzüyün cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 03.07.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 05.04.2018-ci il tarixdə X6 anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək onunla Cavabdeh arasında bağlanmış 1674 nömrəli nikah qeydi pozulmuşdur. Boşandıqdan sonra iddia ərizəsində qeyd etdiyi cehiz və qızıl zinət əşyaları cavabdehin evində qalmışdır. İddiaçı iddia ərizəsinə əlavə və iddianın dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus olan paltaryuyan maşın, soyuducu, aspirator, dörd gözlü qaz piltəsi, ətçəkən maşın, mikser, şirəçəkən, mikrodalğalı soba, elektrik samovarı, soba, qəhvə bişirən cihaz (kofemolka), tozsoran, televizor (108 dioqnal), İran istehsalı qızdırıcı soba, elektrik istilik cihazı, 2 ədəd gecə lampası, 3 ədəd lüstür, DVD pleyer, 2 hissəli Tefal elektrik çaydanı, ütü və masası, divar saatı, tava, mətbəx mebeli, mətbəx masası 4 ədəd oturacağı ilə, yataq dəsti-taxt, 2 tumba,1 ədəd kamod, 1 ədəd şifoner, sandıq, pufik, qonaq dəsti-1 ədəd qorka, ban, 1 ədəd kamod, televizor altı, stol, 8 ədəd stul, yumşaq mebel, künc divanı, jurnal masası, xalça 7 ədəd, 2 ədəd ayaq altı, yorğan döşək- 2 ədəd yorğan, 1 ədəd taxt-döşəyi ilə birlikdə, 2 ədəd adi döşək, 4 böyük yastıq, 1 uşaq döşəyi, 2 uşaq yastığı, 1 uşaq yorğanı, 1 ədəd taxt yorğanı, 1 ədəd uşaq beşiyi, uşaq arabası, 1 ədəd yataq tülü, 3 ədəd odeyal (qalın), 3 nazik odeyal, 6 ədəd yataq dəsti, 6 ədəd süfrə, 3 müşənbə, masa örtüsü jurnal masası üçün nəzərdə tutulmuş, 6 ədəd əl-üz dəsmalı, 2 ədəd hamam dəsmalı, 12 ədəd çay dəsmalı, 1 cənamaz, pərdələr-3 ədəd günlük, 3 ədəd tül, 2 ədəd dekor, 2 ədəd jalüz, 1 ədəd türmo, odeyal, 12 ədəd asılqan, qab-qacaqlar-2 ədəd meyvə qabı, 1 ədəd güldan, 1 ədəd bıçaq çanta dəsti, 1 dəst qaşıq, vilka çanta dəsti, qorka-142 parça çay, qəhvə, nahar dəsti, fujer- 6 rumka, 1 qrafin, 1 ədəd xrustal (Bohema) qırmızı, 6 ədəd fujer, 1 qrafin, 1 xrustal (Bohema)- ağ qara rəngli, 6 ədəd fujer, 1 qrafin, 6 qaşlı nəlbəki stəkan dəsti, 6 ədəd fujer, 1 ədəd böyük güldan, 6 qab, 1 ədəd bulud, duz qabı dəsti, 1 ədəd qapaqlı çərəz qabı, sadə meyvə qabı, sadə güldan, 12 ədəd limon qabı kiçik ölçülü,12 ədəd xrustal armudu stəkan, 12 ədəd qara nəlbəki, 12 ədəd balaca nəlbəki,1 ədəd zərli xrustal (Bohema), 2 ədəd xrustal (Behoma), 6 ədəd fujer, 1 ədəd çay servis dəsti, 3 ədəd xrustal külqabı,12 ədəd araq stəkanı, 6 ədəd sarı zərli rumka, 6 ədəd şəffaf rumka, 1 ədəd sadə meyvə qabı, 1 ədəd sadə qənd qabı, divan örtüyü,1 ədəd sadə güldan, uşaq ləyən dəsti 6 dənəli, 12 ədəd çay stəkanı, 12 ədəd armudu stəkan, 12 ədəd nəlbəki böyük, 12 ədəd kiçik, 12 ədəd rozet, qara rəngli çay dəsti (servis), 12 ədəd su stəkanı, 12 ədəd içki qədəhi, 12 ədəd rumka, 3 mərtəbəli ləbləbi qabı, 2 ədəd konfet qabı qara rəngli, şüşə soba qabı, keks qabı, tort bişirmək üçün 3 qab, taxta qaşıq dəsti, taxta xəmir yaymaq üçün kiçik masa, döşəmə silən, zibil yığan taxta, taxta dabankeş, 2 ədəd çaydan altlığı, 1 ədəd asqılı çay dəsti, ümumilikdə 6 ədəd podnos müxtəlif ölçü və materiallarda, 2 ədəd qrafin, 12 ədəd stəkan, 1 ədəd qırmızı qrafin, qara süzgəc, sarımsaq sıxan, mexaniki ət çəkən maşın, 48 ədəd yemək dəsti, 12 ədəd kasa, 1 ədəd tort qabı güllü naxışla bəzədilmiş, 6 ədəd ona məxsus qab, 1 ədəd tort qabı qırmızı qapaqlı, 6 ədəd ona məxsus qab, aşsüzən, aş üçün nəzərdə tutulan qaşıq 4 ədəd, qızıllar- komplekt qarnitur-3000 manat, 1 nişan üzüyü-1000 manat, 1 tək qaşlı üzük-250 manat, 1 cüt halqa sırğa-300 manat, 1 cüt naxışlı sırğa-150 manat, 1 cüt uzun sırğa-100 manat , 1 cüt sırğa-100 manat, 1 sep 1 klonla -400 manat, 1 ədəd üzük (qurd)-350 manat, cəmi 5650 manat əşyaların cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qızıl zinət əşyalarına aid hissələrdə iddiasını rədd etmişdir. O, məhkəmədə izahat verərək bildirmişdir ki, cavabdehlə ailə qurduğu zaman ona bağışlanan qızıl zinət əşyaları cavabdeh və onun valideynləri tərəfindən əlindən alınaraq lombarda girov qoyulmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, güya övladı doğulan zaman onda onkoloji problem yaranmış və əməliyyata ehtiyacı olduğu üçün qızıl zinət əşyalarından bəziləri satılaraq əməliyyat xərclərinə ödənilmişdir. Ümumiyyətlə, belə bir hal olmamış, onda hər hansı bəd, yaxud xoşxassəli şiş aşkarlanmamışdır. Cavabdehin bu faktı haradan və nəyə əsaslanaraq deməsini məhkəmə araşdırmadan iddia tələbinin bu hissədə rədd edilməsini nəticəsinə gəlmişdir. Cavabdeh tərəf bununla bağlı məhkəməyə yalnız etiraz ərizəsi ilə müraciət edərək heç bir sübut təqdim edə bilməmiş, əvəzində isə qızıl zinət əşyalarının fotoşəkillərini və bank olmayan kredit təşkilatı “xxxx” QSC-nin məhkəmə sorğusuna cavabını şəxsən özü məhkəməyə təqdim etmişdir. Sorğuya cavabda açıq-aşkar ona məxsus olan qızıl zinət əşyalarının lombarda girov qoyulması göstərilir. Bank olmayan kredit təşkilatı “xxxx” QSC-nin 02.09.2020-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda göstərilir ki, Cavabdeh ilə 08.05.2020-ci il tarixli kredit müqaviləsi imzalanaraq 4 ədəd qiymətli metal BOKT-da girov predmeti olmuşdur. Ümumiyyətlə, lombard və BOKT tipli, o cümlədən banklar belə lombard girovunu lom, yəni çəki ilə müştərilərdən qəbul edirlər. Bank olmayan kredit təşkilatı “xxxx” QSC-nin bununla bağlı bütün sənədləri məhkəməyə onun vasitəsi ilə təqdim edilməsinə baxmayaraq məhkəmə bu faktı da nəzərə almamışdır. Məhkəmə iclasında ona məxsus olan qızıl zinət əşyalarının qiymətləndirmə ekspertizasının keçirilərək fotodakı əşyaların dəqiq qiymətlərinin təyin edilməsinə görə ekspertə verilməsinin lazım olduğunu bildirsə də, nədənsə qızıl zinət əşyalarının dəqiq qiymətləndirilməsi ilə bağlı olaraq fotoşəkillər qiymətləndirmə ekspertinə təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfin heç bir fakta və sübuta söykənməyən etirazı əsas götürülmüşdür. Ümumiyyətlə, onda heç bir onkoloji şiş heç zaman olmamışdır. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilmiş hissəsində, yəni dəyəri 3000 manat olan komplekt qarnitur, dəyəri 1000 manat olan nişan üzüyü, dəyəri 250 manat olan tək qaşlı üzük, dəyəri 300 manat olan halqa sırğa, dəyəri 150 manat olan 1 cüt naxışlı sırğa, dəyəri 100 manat olan 1 cüt uzun sırğa, dəyəri 100 manat olan 1 cüt sırğa , dəyəri 400 manat olan klonu ilə 1 sep, dəyəri 350 manat olan 1 ədəd üzüyə (qurd) aid hissədə ləğv edilərək iddianın bu hissəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, Cavabdeh 2019-cu ilin fevral ayında faktiki olaraq ayrılmışdır. Bank olmayan kredit təşkilatı “xxxx” qapalı səhmdar cəmiyyətinda girovda olan 4 ədəd 7,7 qram olan 585 əyarlı sırğalar, çəkisi 0,69 qram olan 585 əyarlı klon, çəkisi 1,90 qram olan 585 əyarlı üzük və çəkisi 17 qram olan 585 əyarlı qarnitur ona məxsusdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin qızıl zinət əşyalarına aid hissədə dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, 4 ədəd çəkisi 7,7 qram olan 585 əyarlı sırğalar, çəkisi 0,69 qram olan 585 əyarlı klon, çəkisi 1,90 qram olan 585 əyarlı üzük və çəkisi 17 qram olan 585 əyarlı qarnituru 2020-ci ilin mayında bank olmayan kredit təşkilatı “xxxx” qapalı səhmdar cəmiyyətinə girov qoyub kredit götürmüşdür. Sonradan atası X7 həmin bankdan kredit götürərək onun kreditini bağlamış, bu qızıl zinət əşyaları girovdan çıxarılaraq atasının krediti üçün yenidən girov qoyulmuşdur. Hazırda həmin qızıl zinət əşyaları bank olmayan kredit təşkilatı “xxxx” qapalı səhmdar cəmiyyətində girovdadır. Lakin bu qızıl zinət əşyaları iddiaçıya məxsus deyildir. İddiaçının qızıl zinət əşyaları yalnız komplekt qarniturdan, 1 cüt naxışlı sırğa, təkqaşlı nişan üzüyü və klonu ilə birlikdə sepdən ibarət olmuş, bu qızıl zinət əşyaları övladı doğulan zaman iddiaçıda onkoloji problem yarandığından və əməliyyata ehtiyacı olduğundan iddiaçının öz razılığı ilə satılaraq əməliyyat xərclərinə ödənilmişdir. Lakin bu halı təsdiq edəcək heç bir sübutu yoxdur. İddiaçı 2019-cu ilin əvvəllərində ondan ayrılaraq atası evinə getmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi qismən, qarnitur, 1 tək qaşlı üzük, 1 cüt halqa sırğa, 1 cüt naxışlı sırğa, 1 cüt uzun sırğa, 1 cüt sırğa və 1 klonla aid hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək bu hissələrdə iddia tələbi qismən təmin edilməli, qətnamə qalan qızıl zinət əşyalarına aid hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qızıl zinət əşyalarına aid hissələrdə ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(012)- 204/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 03.07.2017-ci il tarixdə bağlanmış 1674 nömrəli nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 05.04.2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması və Cavabdeh 23.08.2019-cu il tarixdən başlayaraq 05.04.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 005/2020/910 saylı, 08 may 2020-ci il tarixli kredit (borc) və girov müqaviləsinin surətindən görünür ki, bank olmayan kredit təşkilatı “xxxx” qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 12 ay müddətinə illik 60% olmaqla 999 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi çəkisi 17 qram olan 585 əyarlı qarnitur, çəkisi 1,90 qram olan 585 əyarlı 1 cüt sırğa, çəkisi 2,65 qram olan 585 əyarlı üzük və ümumi çəkisi 6,80 qram olan 3 cüt sırğa cəmiyyətə girov qoyulmuşdur. İş materiallarında olan 005/2020/1314 saylı, 19 avqust 2020-ci il tarixli kredit (borc) və girov müqaviləsinin surətindən görünür ki, bank olmayan kredit təşkilatı “xxxx” qapalı səhmdar cəmiyyəti tərəfindən X4 9 ay müddətinə illik 46% olmaqla 843 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi çəkisi 17 qram olan 585 əyarlı qarnitur, çəkisi 1,90 qram olan 585 əyarlı 1 cüt sırğa, çəkisi 2,65 qram olan 585 əyarlı üzük və ümumi çəkisi 6,80 qram olan 3 cüt sırğa cəmiyyətə girov qoyulmuşdur. İş materiallarında olan bank olmayan kredit təşkilatı “xxxx” qapalı səhmdar cəmiyyətinin 02.09. 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh ilə bank olmayan kredit təşkilatı “xxxx” qapalı səhmdar cəmiyyəti arasında bağlanmış 08.05.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə 999 manat məbləğində kredit verilmişdir. Bu borcun təminatı olaraq Cavabdeh 4 ədəd qiymətli metalları girovla yüklü etmişdir. Borc öhdəliyini icra edə bilmədiyinə görə atası X1 İsmayıl İmaməli oğlu ilə bağlanmış 19.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya verilmiş 843 manat borc oğlunun borcunun əvəzinə yönəldilərək birinci kredit müqaviləsinə xitam verilmişdir. Mövcud müqavilə üzrə borcun təminatı məqsədilə eyni girov predmeti yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş bank olmayan kredit təşkilatı “xxxx” qapalı səhmdar cəmiyyətinin 5 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh cəmiyyətin Xırdalan filialından 08.05.2020-ci il tarixdə 999 AZN kredit götürmüş, 19.08.2020-ci il tarixdə isə krediti bağlamışdır. Eyni tarixdə müştərinin atası X7 843 AZN kredit götürmüşdür. 10.02.2021-ci il tarixdə müştəri yenidən filiala müraciət edərək eyni girov əsasında kreditinin 780 AZN kimi rəsmiləşdirilməsini və əlavə vəsait götürmək istədiyini bildirmiş və götürmüşdür. Hazırda 780 AZN kredit aktivdir və qrafikdədir. İş materiallarına əlavə edilmiş bank olmayan kredit təşkilatı “xxxx” qapalı səhmdar cəmiyyətinin 27 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən girov qoyulmuş qızıl zinət əşyalarının real bazar qiyməti 1403 manat (sırğa 4 ədəd-7,7 qram-423 AZN, kulon 0,69 qram-38 AZN, üzük 1,90 qram-77 AZN, qarnitur 17 qram-865 AZN) təşkil edir. İş materiallarına əlavə olunmuş “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin 03 may 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, 2021-ci il tarixə 585 əyarlı, 4 ədəd 7,7 qram sırğaların bazar dəyəri 654,50 manat, 585 əyarlı, 0,69 qram kulonun bazar dəyəri 58,65 manat, 585 əyarlı, 1,90 qram üzüyün bazar dəyəri 161,50 manat və 585 əyarlı, 17 qram qarniturun bazar dəyəri 1445 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nin 225.2-ci maddəsinə görə nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqasının qanunsuz sahibliyindən geri ala bilər. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 1000 manat dəyərində nişan üzüyü, 1 ədəd sep və 350 manat dəyərində 1 ədəd (qurd) üzüyünə aid hissələrdə qanuni və əsaslıdır. Belə ki, iddia ərizəsindən, iş materiallarından görünür ki, iddiaçı cavabdehdən 3000 manat dəyərində komplekt qarnitur, 1000 manat dəyərində 1 ədəd nişan üzüyü, 250 manat dəyərində 1 tək qaşlı üzük, 300 manat dəyərində 1 cüt halqa sırğa, 150 manat dəyərində 1 cüt naxışlı sırğa, 100 manat dəyərində 1 cüt uzun sırğa, 100 manat dəyərində 1 cüt sırğa, 400 manat dəyərində 1 sep 1 klonla, 350 manat dəyərində 1 ədəd (qurd) üzük, cəmi 5650 manat dəyərində qızıl zinət əşyalarını tələb edir. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər 03.07.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 05.04.2018-ci il tarixdə X8 anadan olmuş, Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(012)-204/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 03.07.2017-ci il tarixdə bağlanmış 1674 nömrəli nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 05.04.2018-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması və Cavabdeh 23.08.2019-cu il tarixdən başlayaraq 05.04.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı məhkəmə kollegiyasının iclasında tələb etdiyi 1000 manat dəyərində nişan üzüyü, 1 ədəd sep və 350 manat dəyərində 1 ədəd (qurd) üzüyün cavabdehin evində qalmasını sübuta yetirə bilməmişdir. Qeyd edilən halları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində bunu sübut edə bilməmiş, bunu təsdiq edən sübutları apellyasiya şikayətinə də əlavə etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 2019-cu ilin fevral ayında faktiki olaraq ayrılmış, İddiaçı valideynləri evinə qayıtmışdır, Abşeron Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixdə qətnamə ilə nikahları pozulmuşdur. İddiaçının tələb etdiyi qarnitur, 1 tək qaşlı üzük, 1 cüt halqa sırğa, 1 cüt naxışlı sırğa, 1 cüt uzun sırğa, 1 cüt sırğa, 1 ədəd klon və 1 ədəd üzük 2020-ci ilin mayında, yəni İddiaçı ilə Cavabdeh faktiki ayrıldıqdan 1 il 3 ay sonra cavabdeh tərəfindən bank olmayan kredit təşkilatı “xxxx” qapalı səhmdar cəmiyyətindən 12 ay müddətinə illik 60% olmaqla 999 manat kredit alınması ilə əlaqədar kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi girov qoyulmuş, 19.08.2020-ci il tarixdə həmin kredit bağlanmış, eyni tarixdə cavabdehin atası X7 843 manat kredit götürmüş və yenə də həmin qızıl zinət əşyaları X7 ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi girov qoyulmuşdur və hazırda qeyd edilən qızıl zinət əşyaları girovdadır. İddiaçı məhkəmə kollegiyası iclasında bank olmayan kredit təşkilatı “xxxx” qapalı səhmdar cəmiyyətində girovda olan 4 ədəd 7,7 qram, 585 əyarlı sırğaların, 0,69 qram, 585 əyarlı klonun, 1,90 qram, 585 əyarlı üzüyün və 17 qram, 585 əyarlı qarniturun ona məxsus olmasını təsdiq etmişdir. Bu hal iş materiallarında olan fotoşəkillərlə də təsdiq olunur. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində 3000 manat dəyərində qarniturun, 250 manat dəyərində 1 ədəd tək qaşlı üzüyün, 300 manat dəyərində 1 cüt halqa sırğanın, 150 manat dəyərində 1 cüt naxışlı sırğanın, 100 manat dəyərində 1 cüt uzun sırğanın, 100 manat dəyərində 1 cüt sırğanın, 1 ədəd klonun dəqiq qiymətlərini, əyarlarını və çəkilərini qeyd etməmişdir. “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin 03 may 2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən olunmuşdur ki, 2021-ci il tarixə 585 əyarlı, 4 ədəd 7,7 qram sırğaların bazar dəyəri 654,50 manat, 585 əyarlı, 0,69 qram kulonun bazar dəyəri 58,65 manat, 585 əyarlı, 1,90 qram üzüyün bazar dəyəri 161,50 manat və 585 əyarlı, 17 qram qarniturun bazar dəyəri 1445 manatdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 585 əyarlı, 4 ədəd çəkisi 7,7 qram olan sırğaların dəyəri olaraq 654,50 manat, 585 əyarlı, çəkisi 0,69 qram olan kulonun dəyəri olaraq 58,65 manat, 585 əyarlı, çəkisi 1,90 qram olan üzüyün dəyəri olaraq 161,50 manat və 585 əyarlı, çəkisi 17 qram olan qarniturun dəyəri olaraq 1445 manat tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi qarnitur, 1 tək qaşlı üzük, 1 cüt halqa sırğa, 1 cüt naxışlı sırğa, 1 cüt uzun sırğa, 1 cüt sırğa və 1 klona aid hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək bu hissələrdə iddia tələbi qismən təmin edilməli, qətnamə qalan qızıl zinət əşyalarına aid hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(012)-3273/2020 saylı qətnaməsi qismən, qarnitur, 1 tək qaşlı üzük, 1 cüt halqa sırğa, 1 cüt naxışlı sırğa, 1 cüt uzun sırğa, 1 cüt sırğa və 1 klona aid hissələrdə ləğv edilsin, həmin hissələrdə yeni qətnamə qəbul edilərək bu hissələrdə iddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 585 əyarlı, 4 ədəd olan 7,7 qram olan sırğaların dəyəri olaraq 654,50 (altı yüz əlli dörd manat 50 qəpik) manat, 585 əyarlı, çəkisi 0,69 qram olan kulonun dəyəri olaraq 58,65 (əlli səkkiz manat 65 qəpik) manat, 585 əyarlı, çəkisi 1,90 qram olan üzüyün dəyəri olaraq 161,50 (bir yüz altmış bir manat 50 qəpik) manat və 585 əyarlı, çəkisi 17 qram olan qarniturun dəyəri olaraq 1445 (bir min dörd yüz qırx beş) manat tutulsun. Qətnamə qalan qızıl zinət əşyalarına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar