Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1309/2022 28.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, e-2(074)-162/2022 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, e-2(074)-162/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Natiq İsmayılov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 1820,74 manat əldən çıxmış faydanın və ödənilmiş 38,21 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 məxsus Şamaxı rayonu, S.Ə.Şirvani küçəsində 0,017517 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 176,4 kv.m olan, 2 mərtəbəli, 3 girişli qeyri yaşayış binasına yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına Cavabdeh2 xx.xx.2014-ci il tarixli, AXNPT-0005 saylı kredit müqaviləsi üzrə cəmi 1820,74 manat və 38,21 manat dövlət rüsumu məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Şamaxı rayonu, S.Ə.Şirvani küçəsində 0,017517 ha sahəsinə və üzərində yerləşən ümumi sahəsi 176,4 kv.m olan, 2 mərtəbəli, 3 girişli qeyri yaşayış binasına tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 məxsus Şamaxı rayonu, S.Ə.Şirvani küçəsində 0,017517 ha torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 176,4 kv.m olan, 2 mərtəbəli, 3 girişli qeyri yaşayış binasının Cavabdeh1 tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 19 faiz dərəcəsi olmaqla 48 ay müddətinə 30000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə Cavabdeh1 məxsus Şamaxı rayonu, S.Ə.Şirvani küçəsində 0,017517 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 176,4 kv.m olan 2 mərtəbəli, 3 girişli qeyri yaşayış binası ipoteka müqaviləsi əsasında yüklü edilmişdir. Cavabdeh2 kredit öhdəliklərini müəyyən olunmuş qaydada və tam yerinə yetirmədiyinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(074)-41/2018 saylı qətnaməsinə əsasən Cavabdeh2 cəmiyyətin xeyrinə xx.xx.2014-cü il tarixli, AXNPT-0005 saylı kredit müqaviləsi üzrə 16907,21 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 6300,73 manat məbləğində faiz borcu və 100 manat məbləğində dəbbə borcu, cəmi 23307,94 manat məbləğində pul və 61 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən qeyri yaşayış binasına (0,017517 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 53000 manat müəyyənləşdirilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2014-cü il tarixli, AXPT-0005 saylı baş kredit müqaviləsi üzrə cəmi 23307,94 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 61 manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh2 mülkiyyətində olan Şamaxı şəhəri, Şirvan küçəsində yerləşən qeyri yaşayış binasının (0,017517 ha torpaq sahəsi ilə birlikdə) ən geci 1 ay ərzində boşaldılması, ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsait xx.xx.2014 il tarixli, AXNPT-005 saylı müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh2 tutulması qət edilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği banka vaxtında ödəməmişdir. Qətnamə xx.xx.2018-ci il tarixində çıxdığından, qətnamədə həmin tarixə qədər hesablanmış əsas, faiz və dəbbə borcları göstərilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği hissə-hissə icra edərək xx.xx.2021-ci il tarixində ödəmişdir. Qətnamə çıxan xx.xx.2018-ci il tarixdən qətnamə üzrə borc icra olunan xx.xx.2021-ci il tarixə qədər isə əsas məbləğə faiz hesablanmışdır. Bu səbəbdən 3 il ərzində gecikdirilmiş 23307,94 manat kredit borcunun illik 5%-i, yəni 1820,74 manat pul əldən çıxmış fayda kimi cavabdehdən tutulmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdırlar. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 19% faiz dərəcəsi ilə 48 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh1 məxsus Şamaxı rayonu, S.Ə.Şirvani küçəsində 0,017517 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 176,4 kv.m olan, 2 mərtəbəli, 3 girişli qeyri yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Həmin kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli olduğu halda, öhdəliklərini icra etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 2017-ci ildə Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-cü il tarixli, 2(074)-41/2018 saylı qətnaməsinə əsasən borclu Cavabdeh2 16907,21 manat əsas borc, 6300,73 manat faiz borcu, 100 manat dəbbə pulu, cəmi 23307,94 manat məbləğində pulun və 61 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən qeyri yaşayış binasına (0,017517 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 53000 manat müəyyənləşdirilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2014 il tarixli, AXNPT-0005 saylı baş kredit müqaviləsi üzrə cəmi 23307,94 manat və ödənilmiş dövlət rüsumu kimi 61 manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh2 mülkiyyətində olan Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən qeyri yaşayış binasının (0,017517 ha torpaq sahəsi ilə birlikdə) ən geci 1 ay ərzində boşaldılməsı, ipoteka predmetinin açıq hərracda satıldıqda əldə edilmiş vəsait qeyd olunan xx.xx.20214 il tarixli, AXNPT-0005 saylı müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh2 tutulması qət edilmişdir. Lakin cavabdeh borcu hissə-hissə ödəyərək xx.xx.2021-ci il tarixdə tam bağlamışdır. Qətnamənin çıxarıldığı tarixdən onu tam icra edilməsi tarixinədək olan müddət təxminən 4 il olduğundan, bu 4 il ərzində həmin məbləği bank başqa bir müştəriyə kredit şəklində versəydi, gəlir əldə etmiş olardı. Lakin cavabdeh qətnamə üzrə üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyinə və qətnamə üzrə qət edilmiş məbləği hissə-hissə ödədiyinə görə bankın əldən çıxmış faydası xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 16907,21 manat, faiz 6300,73 manat və cərimə 100 manat borcu olmaqla, cəmi 23307,94 manat təşkil etmişdir. Bankın pul vəsaitlərinin qaytarılmasının gecikdirilməsi ona birbaşa maddi zərər vurmaqla nəticələnir. Belə ki, bank fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozit vəsaitləri, həmçinin özünün digər maliyyə qurumlarından aldığı kreditlər üzrə faizlər ödəyir. Borclu tərəfindən kredit borcunun və hesablanmış faizlərin qaytarılmaması həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halını yaradır. Qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmış, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, yalnız subyektiv fikirlərə əsaslanaraq qəbul edilmişdir. Nəticədə, bankın hüquqları və qanunla qorunan mənafeləri mühüm dərəcədə pozulmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətində məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(074)- 41/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılmasına və digər tələblərinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, AXNPT-0005 saylı kredit müqaviləsi üzrə 16907,21 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 6300,73 manat məbləğində faiz borcu və 100 manat məbləğində dəbbə borcu, cəmi 23307,94 manat məbləğində pulun və 61 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən qeyri yaşayış binasına (0,017517 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 53000 manat müəyyənləşdirilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2014-cü il tarixli, AXNPT-0005 saylı baş kredit müqaviləsi üzrə cəmi 23307,94 manat və ödənilmiş dövlət rüsumu 61 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən qeyri yaşayış binasının (0,017517 ha torpaq sahəsi ilə birlikdə) ən geci 1 ay ərzində boşaldılması, ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2014 il tarixli, AXNPT-0005 saylı müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh2 tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 17 noyabr 2021-ci il tarixə əldən çıxmış fayda kimi illik 5 faiz borcu 1820,74 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli razılaşmadan görünür ki, borclu Cavabdeh1 banka olan 22311,34 manat məbləğində kredit borcundan ilkin olaraq 2320 manat məbləğində ödəniş etməklə, qalıq 19991,34 manat məbləğində borcu 36 ay müddətində 35 ay 555 manat, sonuncu ay 566,34 manat ödəməyi öhdəsinə götürmüş, bank Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(074)-41/2018 saylı qətnaməsi üzrə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən icrasız geri qaytarılması barədə məktubun razılaşma imzalandığı gündən 3 iş günü ərzində verilməsini öhdəsinə götürmüşdür. Razılaşmanın 4-cü bəndinə görə borclu bu razılaşmaya əsasən ödənişləri tam və gecikməsiz həyata keçirdiyi təqdirdə qətnamədən artıq sistem borcu bank tərəfindən silinərək ləğv olunacaq və girov predmeti girovdan azad olunacaqdır. İş materiallarında olan İddiaçı ASC-nin Problemli Kreditlər üzrə Kiçik Kredit Komitəsinin iclasının 19 noyabr 2018-ci il tarixli, 19112018PKKKK 689 saylı protokolunun surətindən görünür ki, müştəri Cavabdeh2 (xx.xx.2014-cü il tarixli, AXNPT-0005 saylı kredit müqaviləsi) tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(074)-41/2018 saylı qətnaməsi üzrə 14538,21 AZN əsas, 6300,73 AZN faiz, 100 AZN dəbbə borcu, 61 AZN dövlət rüsumu, bank proqramı üzrə qalan 1311,40 AZN faiz borcu olmaqla, ümumilikdə 22311.34 AZN məbləğində borcdan ilkin olaraq 2320 AZN məbləğində vəsait ödənilməklə, qalan 19991.34 AZN məbləğində borcun 36 ay müddətinə, 35 ay hər ay 555 AZN, sonuncu ay 566.34 AZN olmaqla ödənilməsinə dair razılıq müqaviləsinin bağlanılması, razılıq müqaviləsi tam şəkildə icra olunduqdan sonra bank proqramı üzrə qalan 5900 AZN (məhkəmə tərəfindən təmin olunmayan hissə) məbləğində dəbbə borcunun güzəşt olunaraq silinməsi və Cavabdeh1 məxsus Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində qeyri-yaşayış binasının girovdan azad edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şamaxı rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, borclu tərəfindən xx.xx.2018-ci il tarixli, 2(074)-41/2018 saylı qətnamənin ödənilməsinə dair rəsmi razılıq müqaviləsi bağlandığına görə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən icra işinin məhkəməyə geri qaytarılması və görülmüş icra tədbirlərinin ləğv edilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Şamaxı rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 Şamaxı Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 2(074)-41/2018 saylı qətnaməsi üzrə banka olan borcunu tam ödəmişdir, hazırda cavabdehin qeyd olunan qətnamə üzrə heç bir borcu yoxdur, qeyd olunanları nəzərə alaraq icra işi üzrə görülmüş icra tədbirlərinin ləğv edilməsi və icra işinə xitam verilməsi xahiş edilmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(074)-41/2018 saylı qətnaməsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında borc məbləğinin 36 ay müddətində hissə-hissə ödənilməsi barədə xx.xx.2018-ci il tarixli yazılı razılaşma bağlanmışdır. Həmçinin o da mübahisə olunmur ki, Cavabdeh2 tərəfindən həmin razılaşmada göstərilən məbləğ xx.xx.2021-ci il tarixdə tam ödənilmişdir. Göründüyü kimi, Cavabdeh2 borcunu xx.xx.2018-ci il tarixli razılaşmada müəyyən edilmiş müddətdən 7 ay əvvəl ödəyib qurtarmışdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.4-ci maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçı təşkilatı apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, e-2(074)-162/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1309/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1309/2022
28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver