Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1317/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(012)- 1414/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1414/2020 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, 1) Türkiyə istehsalı olan yataq mebel dəsti (1 ədəd taxt, 2 ədəd siyirtməli tumba, 1 ədəd termov ə 1 ədəd stulu ilə, 1 ədəd şfoner)6000 manat, 2) Türkiyə istehsalı olan qonaq otağı dəsti (1 ədəd kamot, 1 ədəd 2 güzgülü termo, 1 ədəd televizoraltı, 1 ədəd stol və 8 ədəd stul)-6000 manat, 3) 1 ədəd künc divanı və jurnal stolu-2000 manat, 4) 3 ədəd pərdə-600 manat, 5) 1 ədəd xrustal çılçıraq-250 manat, 6) 1 ədəd 8 şarlı çilçıraq-120 manat, 7) 1 ədəd 3 şarlı çılçıraq-60 manat, 8) 2 ədəd Təbriz xalçası (1 ədəd 5x4 ölçüdə 900 manat və 1 ədəd 3x4 ölçüdə 700 manat)-1600 manat, 9) 1 ədəd LG-108 ekran televizor-900 manat, 10) 1 ədəd Regal qara paltaryuyan700 manat, 11) 1 ədəd ayaqüstü güzgü-600 manat, 12) 1 ədəd döşəmə yuyan verdə-26 manat, 13) 1 ədəd qəhvəyi rəngdə divar saatı-22 manat, 14) 1 ədəd stolüstü ağ çılçıraq-55 manat, 15) 1 ədəd böyük çaynik-10 manat, 16) 1 ədəd balaca dəm çayniki-5 manat və iddiaçının valideynləri tərəfindən hədiyyə alınmış 1 ədəd 260 manat dəyərində uşaq çarpayısı olan cehiz əşyaları, onlar olmadığı halda isə onların dəyərləri ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh alınıb ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı qızıldan bir ədəd 583 əyardan, 35 qramlıq boyunbağı və 750 əyardan 15 qramlıq nişan üzüyü alınıb Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi və dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayət tərtib edilərkən məhkəmə aidiyyəti düzgün tətbiq edilmədiyindən rüsum səhv ödənilmişdir. Lakin vaxtında apellyasiya şikayəti verilməsi iradə ifadəsi kimi niyyətin olduğu nəzərə alınaraq üzrlü sayılmaqla iddia müddəti bərpa edilməli və səhvlər düzəldilərək yenidən təqdim edilmiş apellyasiya şikayəti qəbul edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-1414/2020 saylı qərardadın ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçinin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1414/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Məhkəməyə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1414/2020 saylı qətnaməsindən Cavabdeh vermiş olduğu apellyasiya şikayətinə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə olunsa da, həmin qəbzdən görünür ki, iddiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun təyinatı apellyasiya şikayətinin verilməsi üçün olsa da, ödəniş təyinatı Sumqayıt Apellyasiya Məhkəməsi deyildir. Yəni, iş materiallarında olan Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı tərəfindən “xxxx” ASC vasitəsi ilə ödəmiş olduğu “15 manat” dövlət rüsumunun təyinatı kimi “Bakı Apellyasiya Məhkəməsi” qeyd olunmuşdur. Eləcə də, iddiaçı apellyasiya şikayətinin əvvəlində şikayətini Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlamalı olduğu halda, Bakı Apellyasiya Məhkəməsinə ünvanlamışdır. Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə görə apellyasiya şikayətləri verildikdə, dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1 və 8.1.2-ci maddələrinin mənasına görə məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 500 manatdan çox olduqda 30 manat, iddia qiyməti 500 manat çox olmadıqda 20 manat dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4.1-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayəti verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.2-ci maddələrinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa - birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1414/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada tərtib edilmədiyindən və ödənilmiş dövlət rüsumu isə təyinatı üzrə ödənilmədiyindən onun apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2021-ci il tarixli 2(012)-1414/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1317/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1317/2021
01.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver