Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1324/2025 31.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(060)- 3645/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 28 May küçəsi ünvanında yerləşən, 74 A saylı evin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən Cavabdeh tərəfindən qanunsuz olaraq yerləşdirilmiş və ona məxsus əmlakların çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci tarixli çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllədə yerləşən, (Yeni qaydalarla: AZ 5021,Sumqayıt şəhəri, Corat qəsəbəsi, 28 May küçəsi, 74) 147 saylı ev iddiaçının ölən atası X3 məxsus olmuşdur. Atasının vərəsələri iddiaçı özü və qardaşları X6 və Cavabdehdur. Miras qalmış ev 0.08 ha torpaq sahəsi üzərində inşa edilmiş evdən ibarət olmuşdur. Hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir. Sonra qardaşlar arasında evin bölgüsü ilə bağlı tam razılıq olmuş və Sumqayıt 3 saylı Notariat Kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə "Əmlakın naturada bölgüsünə dair" saziş bağlanmışdır. Həmin sazişə əsasən Sumqayıt Ərazi İdarəsi "Bölgü sxemi"ni təsdiq etmişdir. Əmlakın yerləşdiyi torpaq sahəsinə görə 2 saylı Sumqayıt ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə dövlət reyesytrindən çıxarış verilmişdir. Bölgü sxemindən və çıxarışdan da göründüyü kimi iddiaçı torpaq sahəsindən cəmi 0.0146 ha hissəsini mülkiyyətinə almışdır. Belə ki, qardaşları həmin evdə yaşadıqları üçün onların inşa etdikləri evə mane olmamış və payın iddiaçıya az düşməsinə baxmayaraq, bununla qane olmuşdur. Ata evinin satılmasına etiraz etməklərinə baxmayaraq cavabdeh özünə məxsus olan hissəni satmış və oradan köçüb getmişdir. Köçüb gedərkən apara bilmədiyi müəyyən əşyaları müvəqqəti olaraq iddiaçıya düşən torpaq sahəsi üzərində inşa edilmiş və qeydiyyata alınmamış otaqlara yığmış, lakin otaqları boşaltmaqdan imtina etmiş və bu günə qədər iddiaçının mülkiyyətindən istifadə etməyinə imkan verməmişdir. xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 74 A saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyesytrdən çıxarış və texniki pasportun verilməsi barədə 2 saylı Sumqayıt ərazi İdarəsinə müraciət etmişdir. 2 saylı Sumqayıt ərazi İdarəsi müraciətinə xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı vermiş və imtinaya əsas olaraq iddiaçıya aşağıdakı məzmunda cavab vermişdir: Bildiririk ki, inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar ərazi idarəsinin mütəxəssisi tərəfindən əraziyə baxış keçirilməsinə şərait yaradılmamışdır. Yəni cavabdeh zəbt etdiyi otaqları açıb təqdim etmədiyi üçün iddiaçı elementar hüquqlarını belə həyata keçirə bilmir. Dəfələrlə digər qardaşı, ən yaxın qohumları tərəfindən xəbərdarlıq etmələrinə baxmayaraq qardaşı özünün qanunsuz əməlllərini davam etdirməkdən əl çəkmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(060)-3645/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi və İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 28 May küçəsi ünvanında yerləşən, 74 A saylı evin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən Cavabdeh tərəfindən qanunsuz olaraq yerləşdirilmiş və ona məxsus əmlakların çıxarılması qət edilmişdir (hakim Elçin Kazımov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(060)-3645/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci tarixli çıxarışa əsasən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllədə yerləşən, (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 28 May küçəsi, 74) 147 saylı ev ölən ataları X3 məxsus olmuşdur. Atasının vərəsələri İddiaçı, X6, və Cavabdehdur. Miras qalmış ev 0,08 ha torpaq sahəsi üzərində inşa edilmiş evdən ibarət olmuşdur. Hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir.Sonra aralarında evin bölgüsü ilə bağlı tam razılıq olmuş və Sumqayıt 3 saylı notariat Kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə “əmlakın naturada bölgüsünə dair saziş bağlanmışdır. Həmin sazişə əsasən Sumqayıt Ərazi İdarəsi “Bölgü sxemi” ni təsdiq etmişdir. Əmlakın yerləşdiyi torpaq sahəsinə görə 2 saylı Sumqayıt ərazi İdarəsi Tərəfindən xx.xx.2022-ci il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. Reyestrindən çıxarılan çıxarış üzrə iddiaçının mülkiyyətinə düşən pay torpaq sahəsinin ümumi 0.0146 ha hissəsini təşkil etmişdir. Digər vərəsə Rasim adlı şəxslə birgə iddiaçıya 2014-cü ildə 10000 ABŞ dolları pul vermişlər ki, iddiaçı bütün iddialarından əl çəksin. Lakin buna baxmayaraq iddiaçı hazırkı iddianı qaldırmışdır. İddiaçının iddiası əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt, Corat qəsəbəsi, 76-cı məhəllə, ev 147 (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 28 May küçəsi, 74) X2 tam mülkiyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin çıxarışından görünür ki, Sumqayıt, Corat qəsəbəsi, 76-cı məhəllə, ev 147 (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 28 May küçəsi, 74) **********60-10301 reyestr nömrəli daşınmaz əmlak hüquq sahibləri, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə Cavabdeh, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə X6, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanındakı 0,0146 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan Əmlakın Naturada Bölgüsünə dair xx.xx.2021-ci il tarixli sazişdən görünür ki, Sumqayıt Ərazi İdarəsi "Bölgü sxemi"ni təsdiq etmişdir. Əmlakın yerləşdiyi torpaq sahəsinə görə 2 saylı Sumqayıt ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə dövlət reyesytrindən çıxarış verilmişdir. Bölgü sxemindən və çıxarışdan da göründüyü kimi İddiaçı torpaq sahəsindən cəmi 0.0146 ha hissəsini mülkiyyətinə almışdır. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt, Corat qəsəbəsi, 76-cı məhəllə, ev 147 (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 28 May küçəsi, 74) iddiaçının atası X2 tam mülkiyyətində olmuşdur. X4 öldükdən sonra onun vərəsələri-oğulları Rasim, Həsənağa və Məmmədağa olmuşdur. Sumqayıt, Corat qəsəbəsi, 76-cı məhəllə, ev 147 (Yeni qaydalarla: AZ 5021, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 28 May küçəsi, 74) **********60-10301 reyestr nömrəli daşınmaz əmlak hüquq sahibləri, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə Cavabdeh, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə X6, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə İddiaçıdur. Sonra qardaşlar arasında evin bölgüsü ilə bağlı tam razılıq olmuş və Sumqayıt 3 saylı Notariat Kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə "Əmlakın naturada bölgüsünə dair" saziş bağlanmışdır. Həmin sazişə əsasən Sumqayıt Ərazi İdarəsi "Bölgü sxemi"ni təsdiq etmişdir. Əmlakın yerləşdiyi torpaq sahəsinə görə 2 saylı Sumqayıt ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə dövlət reyesytrindən çıxarış verilmişdir. Bölgü sxemindən və çıxarışdan da göründüyü kimi iddiaçı torpaq sahəsindən cəmi 0.0146 ha hissəsini mülkiyyətinə almışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünüyü kimi, ünvan 2 ünvanındakı 0,0146 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İddiaçı xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 74 A saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyesytrdən çıxarış və texniki pasportun verilməsi barədə 2 saylı Sumqayıt ərazi İdarəsinə müraciət etmişdir. 2 saylı Sumqayıt ərazi İdarəsi müraciətinə xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı vermiş və imtinaya əsas olaraq bildirilmişdir ki, inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə əlaqədar ərazi idarəsinin mütəxəssisi tərəfindən əraziyə baxış keçirilməsinə şərait yaradılmamışdır. Yəni, cavabdeh zəbt etdiyi otaqları açıb təqdim etmədiyi üçün iddiaçı elementar hüquqlarını belə həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ hissəsinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Birinci instansiya məhkəməsi iddianı təmin edilməsinə dair qətnaməni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, cavabdehin mübahisəli evdə qalan əmlakları iddiaçının mülkiyyətindən istifadəsinə mane olur. Bu da iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, iş üzrə cavabdehin mübahisəli ev üzərində heç bir hüququ olmadığından iddia tələbi təmin edilməlidir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər vərəsə Rasim adlı şəxslə birgə iddiaçı bütün iddialarından əl çəkməsi üçün ona 2014-cü ildə 10000 ABŞ dolları pul vermələri barədə dəlilləri ilə bağlı iddiaçı məhkəmə kollegiyasının iclasında 10.000 ABŞ dollarının qardaşları tərəfindən ona kömək məqsədi ilə həmin vaxt verildiyini qeyd etmiş, lakin əmlakın naturada bölgüsünə dair saziş notarial qaydada xx.xx.2021-ci ildə təsdiq olunmuş, ona əvvəllər 10.000 ABŞ dolları verildiyinə görə əmlakın naturada bölgü sazişinə görə ona daha az, yəni 0,0146 ha torpaq sahəsi üzərində olan özbaşına tikili ilə birlikdə verilmişdir.Cavabdeh özünəməxsus payı satdığına görə əsassız mübahisə edir. Cavabdeh ilə məhkəmə kollegiyasının iclasında həmin özbaşına tikilinin həm atasının, həm də onun vəsaiti hesabına tikildiyi üçün onu söküb materiallarını aparmaq istədiyini, lakin iddiaçının buna razı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçıya 2014-cü ildə 10.000 ABŞ dolları verilsə də, əmlakın naturada bölgüsünə dair saziş bundan 7 il sonra, yəni xx.xx.2021-ci il tarixdə bağlanmışdır, iddiaçıya 0,08 ha torpaq sahəsinin bölgüsü zamanı daha az torpaq sahəsi, yəni 0,0146 ha torpaq sahəsi verilmişdir.Bununla əlaqədar həmin torpaq sahəsində tikiliyə cavabdehin hər hansı hüququnun olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 881.2-ci maddəsinə əsasən barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur . 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(060)-3645/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1324/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1324/2025
31.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver