Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1328/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi qanuni nümayəndəsi Qanuni nümayəndə Maraqlı şəxs cəlb olunmaqla şəxsin ölmüş elan edilməsi barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin ölmüş elan edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-611/2024 nömrəli qətnaməsindən Ərizəçi qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Quba RİHB-nın 13 mart 2020-ci il tarixli, 49 saylı qərarından görünür ki, Qanuni nümayəndə 07 avqust 2017-ci il təvəllüdlü X7 və xx xxxxxx 2013-cü cü il təvəllüdlü X16 üzərində qəyyum təyin edilmişdir.
2. Quba RİHB-nın 14 avqust 2020-ci il tarixli, 107 saylı Quba RİHB-nın 13 mart 2020ci il tarixli, 49 nömrəli sərəncamına düzəliş edilməsi barədə qərarında Quba RİH başçısının 13 mart 2020-ci il tarixli, 49 nömrəli sərəncamında “X7” “X8” kimi, “X16” isə “Ərizəçi” kimi oxunması qeyd edilmişdir.
3. İş materiallarında olan AZ-T 137330 seriya və nömrəli doğum haqqında şəhadətnamənin surətindən göründüyü kimi, xx xxxxxx 2013-cü cü il təvəllüdlü Ərizəçi Quba şəhərində anadan olmuş, atası- Babayev Pərvin Firudin oğlu, anası- X1 müəyyən edilmişdir.
4. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 453 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan göründüyü kimi, Quba rayonu üzrə 20151-2022-ci illərdə ölüm haqqında akt qeydlərində Babayev Pərvin Firudin oğlu barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir.
5. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi atası Babayev Pərvin Firudin oğlunun 2015-2022-ci illərdə ölümünün qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alınması barədə ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, Babayev Pərvin Firudin oğlunun ölümünün qeydə alınması mümkün deyil. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
6. İş materiallarında olan Quba RİHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından məlum olur ki, Ərizəçi Quba rayonu İkinci Nügədi kəndində yaşayır. Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafasında qeyd olunan Babayev Pərvin Firudin oğlu, 2015-ci il tarixdən hal-hazırki vaxta qədər Quba RİHB-nın İkinci Nügədi kənd İƏD üzrə nümayəndəliyin ərazisində yaşamır.
7. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixİi sorğuya cavab məktubunda Babayev Pərvin Firudin oğlu barəsində axtarış işinin mövcud olmadığı barədə məlumat qeyd edilmişdir.
8. İş materiallarında olan Azərbaycan Respubli Xarici İşlər Nazirliyin xx.xx.2024-cü il tarixİi sorğuya cavab məktubundan görüdüyü kimi, Babayev Pərvin Firudin oğlunun sağ olub olmamasının müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinə müvafiq sorğu göndərilmişdir. Eyni zamanda xx.xx.2013-cü il təvəllüdlü Babayev Əli (Ali) Pərvin oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarına uyğun olaraq 2020-ci ildə İraq Respublikasından ölkəmizə repatriasiya olunmuşdur.
9. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixİi sorğuya cavab məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Babayev Pərvin Firudin oğlu xx.xx.2015-ci ildə Azərbaycanı tərk etmiş və bu günədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməsi mümkün olmayan məlumatlar daxil olmuşdur. Həmin məlumatların rəsmi qaydada təsdiq edilməsi imkanları xaricindədir.
10. Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixİi məktubundan görünür ki, xx.xx.1986 cı il təvəllüdlü Babayev Pərvin Firudin oğlu dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2015-ci ildə çıxışı barədə məlumat qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
11. Ərizəçi qanuni nümayəndəsi ərizə ilə müraciət edərək, xx xxxxxx 2013-cü il təvəllüdlü Ərizəçi atası 26 avqust 1986-cı ildə Quba rayonunda anadan olmuş Babayev Pərvin Firudin oğlunun ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, qəyyumu olduğu Ərizəçi anası X5 ilə atası Babayev Pərvin Firudin oğlu rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. Onların birgə nikahından xx xxxxxx 2013-cü il tarixdə Ərizəçi anadan olmuşdur. X17 Babayev ilə faktiki nikah münasibətlərinə daxil olduqdan sonra bir müddət Quba rayonunda yaşadıqdan sonra Rusiya Federasiyasına getmişlər. Onların Rusiya Federasiyasına getməsindən bir müddət sonra X14 rayonunda yaşayan ailəsi ilə əlaqə saxlamadığını görərək bu hadisədən şübhələnməyə başlamışdılar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə və digər müvafiq qurumlara çoxsaylı müraciətlərdən sonra məlum olmuşdur ki, təxminən 2015-ci ilin mart ayının əvəllərində Babayev Pərvin Firudin oğlu X2 və azyaşlı övladları Ərizəçi da alaraq İraq Respublikasına getmiş və orada dini ekstremist qruplara qoşulmuş, İraq Respublikasında gedən döyüşlərdə də 2015-ci ilin may ayında öldürülmüşdür. Bundan sonra X5 azyaşlı övladı ilə İraq Respublikasında olduqca çətin vəziyyətlər yaşamış, daha sonra isə həbs edilmiş və hal-hazırda da İraq Respublikasında həbsxanadadır. X5 ilə Babayev Pərvin Firudin oğlunun azyaşlı övladları olan xx xxxxxx 2013-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə Azərbaycan Respublikası vətəndaşı olan və İraq Respublikasında cəzaçəkmə müəssisələrində və uşaq evlərində olan uşaqların repatriasiyası tədbirləri çərçivəsində Azərbaycan Respublikasına qayıtması təmin edilmişdir. Uşaq Azərbaycan Respublikasına gətirildikdən sonra yaxın qohumu kimi dövlət tərəfindən onun, yəni Qanuni nümayəndə himayəsinə verilmiş və Quba Rayon İcra Hakimiyyəti Başçısının 13 mart 2020-ci il tarixli, 49 nömrəli sərəncamı ilə azyaşlı Ərizəçi qəyyumu təyin edilmişdir. Uşaq hal-hazırda onun himayəsində yaşayır və yaşadığı çoxsaylı travmaların izlərinin unudulması üçün əlindən gələni edir. Azərbaycan Respublikası Qanunvericiliyinin tələbinə əsasən şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Babayev Pərvin Firudin oğlunun xəbərsiz itkin düşməsindən isə təxminən 8 il müddət keçir. Qəyyumu olduğu Ərizəçi maddi tələbatlarının ödənilməsi üçün onun Qanunvericilikdə nəzərdə tutulmuş sosial müavinətlə təmin edilməsi üçün atası Pərvin Babayevin ölmüş elan edilməsi tələb edilir. Ona görə də Babayev Pərvin Firudin oğlunun ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 27 dekabr 2023-cü il tarixli məktubu ilə ona bu barədə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda Babayev Pərvin Firudin oğlunun ölmüş elan edilməsi ona qəyyumu olduğu Ərizəçi sosial təminatla bağlı hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Bu hal isə yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Ona görə də 26 avqust 1986-cı il təvəllüdlü Babayev Pərvin Firudin oğlunun ölmüş elan edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
13. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-611/2024 nömrəli qətnaməsi ilə 26 avqust 1986-cı ildə Quba rayonunda anadan olmuş Babayev Pərvin Firudin oğlunun ölmüş elan edilməsi barədə ərizənin təmin edilməməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir (hakim Aydın Babayev).
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.4, 119.1, 217.4, 305.1.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
15. Ərizəçi qanuni nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-611/2024 nömrəli qətnaməsini ləğv edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni rədd edərkən ərizədə göstərilən faktları təsdiq edən məlumatları sübut edə bilmədiyini qeyd etmişdir. Halbuki onun təqdim etdiyi və məhkəmənin də özünün (onun toplamaq imkanın olmadığı üçün) topladığı sübutlardan da göründüyü kimi Babayev Pərvin Firudin oğlunun xaricdə ölməsinə dair kifayət qədər sübutlar vardır. Həmin dövrdə İraq Respublikasında diniekstemist qrupların mövcud olduğu, həmin ərazinin münaqişə bölgəsi olduğu hamıya məlum idi. Hazırkı halda Babayev Pərvin Firudin oğlunun ölmüş olmasına dair kifayət qədər sübutlar vardır. Məhkəmə işin faktiki hallara qiymət verməmişdir. Bundan başqa əgər o, nəvəsi Alini yəni Pərvinin oğlunu İraq Respublikasından gətirmişsə, anası, yəni Alinin anası Pərvinin arvadı Saray İraq Respublikasında cəzaçəkmə müəssisəsindədirsə, Pərvindən heç bir məlumat yoxdursa onun ölmüş olması ilə bağlı yetərli qədər sübut deyilmi? Quba Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamışdır. İşdə Babayev Pərvin Firudin oğlunun ölməsinə dair kfiayət qədər sübutlar olduğu halda buna qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iştirak etdiyi iclasında apellyasiya şikayətini müdafiə edib təmin olunmasının xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
21. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
23. Maddə 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər.
24. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
25. Maddə 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 305.1.2. Məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır.
31. Maddə 312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.
32. Maddə 313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.
33. Maddə 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.
34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. Verilmiş apellyasiya şikayətindən görünür ki, apellyant Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-611/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, ərizə təmin olunmalıdır.
39. İşin hallarından görünür ki, xx xxxxxx 2013-cü cü il təvəllüdlü Ərizəçi Quba şəhərində anadan olmuş, atası- Babayev Pərvin Firudin oğlu, anası- X3r. Uşağın anası X19 Respublikasında həbs edilmiş və hal-hazırda orada cəzasını çəkir. xx.xx.2013-cü il təvəllüdlü Babayev Əli (Ali) Pərvin oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarına uyğun olaraq 2020-ci ildə İraq Respublikasından ölkəmizə repatriasiya olunmuşdur. Uşağın nənəsi Qanuni nümayəndə Ərizəçi üzərində qəyyum təyin edilmişdir.
40. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixİi sorğuya cavab məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Babayev Pərvin Firudin oğlu xx.xx.2015-ci ildə Azərbaycanı tərk etmiş və bu günədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməsi mümkün olmayan məlumatlar daxil olmuşdur. Həmin məlumatların rəsmi qaydada təsdiq edilməsi imkanları xaricindədir. Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixİi məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Babayev Pərvin Firudin oğlu dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2015-ci ildə çıxışı barədə məlumat qeydə alınmışdır.
41. Hal-hazırda Ərizəçi qanuni nümayəndəsi məhkəməyə (Maraqlı şəxs cəlb olunmaqla) ərizə ilə müraciət edərək xx xxxxxx 2013-cü il təvəllüdlü Ərizəçi atası 26 avqust 1986-cı ildə Quba rayonunda anadan olmuş Babayev Pərvin Firudin oğlunun ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
42. Kollegiya əvvəla vurğulayır ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
43. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
44. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
45. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə səhvə yol vermişdir.
46. Kollegiya hesab edir ki, hazırkı mülki iş üzrə əldə olunmuş sübutlar və səlahiyyətli orqanların məhkəmə sorğularına verilmiş cavablar kifayət qədər inandırıcı, aydındır, birbirinə uyğun gəlir və tamamlayır. Qeyd olunmalıdır ki, kollegiyanın həmin məlumatlara inanmamağa əsaslar mövcud deyil, həmin sübutlar güvənli nəticəyə gəlməkdən kifayət edir.
47. Göründüyü kimi, ərizəçi ərizəsini nəvəsi Ərizəçi sosial təminatla bağlı hüquqlarının həyata keçirilməsinə dair zəruriliyi ilə əsaslandırır.
48. Belə olan halda kollegiya iş üzrə sübutları birlikdə dəyərləndirərək, həmçinin valideynsiz yaşayan, nənəsinin qəyyumluğunda olan azyaşlı uşağın - xx xxxxxx 2013-cü il təvəllüdlü Ərizəçi sosial hüquqlarını da nəzərə alır.
49. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)- 611/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq ərizə təmin edilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-611/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Ərizə təmin edilsin. xx xxxxxx 2013-cü il təvəllüdlü Ərizəçi atası 26 avqust 1986-cı ildə Quba rayonunda anadan olmuş Babayev Pərvin Firudin oğlu ölmüş elan edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.